Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölümü arzulamaq üçün 10 hədiyyə hazır et!
Ölümü arzulamaq üçün 10 hədiyyə hazır et!
Göndərən: Meleknur
Şərhlər: 13
Baxılıb: 748
Səs ver:
Bir nəfər Həzrət Peyğəmbərin  xidmətinə gəlir və deyir:
 "Mənə icazə verərsiniz ki, ölümü arzulayım?”.
- - - Həzrət  buyurur:
"Ölüm elə bir şeydir ki, ondan qaçış yoxdur, uzun bir səfərdir. Ancaq o
kəs ki, bu səfəri iradə edər, yaxşı olar ki, 10 hədiyyə hazır etsin,
sonra bu səfərə daxil olsun”. Sonra Həzrət  buyurdu: "Həzrət Əzrayilə
(ə) hədiyyə, qəbir üçün hədiyyə, Münkir və Nəkir üçün hədiyyə, tərəzi
üçün hədiyyə, Sirat üçün hədiyyə, (cəhənnəm məmuru) Malik üçün hədiyyə,
(behişt məmuru) Rizvan üçün hədiyyə, Allahın Peyğəmbəri  üçün hədiyyə,
Həzrət Cəbrayil (ə) üçün hədiyyə və sonda isə Allah üçün hədiyyə.

Əzrayilin (ə) hədiyyəsi dörd şeydir:

1. Boynunda haqqı olan insanları razı salmaq.
2. Qəza olan namaz və orucları yerinə yetirmək.
3. Allahla görüşməyə şövqə malik olmaq.
4. Ölümü arzulamaq.

Qəbirin hədiyyəsi də dörd şeydir:

1. Söz gəzdirməyi tərk etmək.
2. Özünü nəcasətdən qorumaq.
3. Quran oxumaq.
4. Gecə nafiləsi.

Nəkir və Münkirin hədiyyəsi də dörd şeydir:

1. Düz danışmaq.
2. Qeybəti tərk etmək.
3. Haqqı demək.
4. Hər bir halda təvazökarlıq etmək.

Tərəzinin hədiyyəsi də dörd şeydir:

1. Qəzəbi yatızdırmaq.
2. Şübhələrdən uzaq olmaq.
3. Camaat namazına getmək.
4. İlahi məğfirəti cəlb etmək.

Siratın hədiyyəsi də dörd şeydir:

1. Əməldə ixlas.
2. Xoş əxlaq.
3. Allahı çoxlu zikr etmək.
4. Əziyyətə dözmək.

Cəhənnəm gözətçisinin hədiyyəsi dörd şeydir:

1. İlahi qorxuya görə ağlamaq.
2. Gizli sədəqə vermək.
3. Günahları tərk etmək.
4. Ata və anaya yaxşılıq etmək.

Rizvanın hədiyyəsi də dörd şeydir:

1. Çətinliklərdə səbir etmək.
2. Nemətlərə görə şükür etmək.
3. Allah yolunda malını infaq etmək.
4. Vəqfdə əmanətdar olmaq

Həzrət Peyğəmbərin  hədiyyəsi də dörd şeydir:

1. Həzrətə sevgi bəsləmək.
2. Sünnətinin ardıcılı olmaq.
3. Əhli-beytinə (ə) sevgi bəsləmək.
4. Dilini söyüşdən qorumaq.

Həzrət Cəbrayilin (ə) hədiyyəsi də dörd şeydir:

1. Az yemək.
2. Az yatmaq.
3. İlahi həmdi davamlı olaraq demək.
4. Az danışmaq.

Allahın hədiyyəsi də dörd şeydir:

1. Yaxşılıqlara əmr etmək.
2. Pisliklərdən çəkindirmək.
3. İnsanlara nəsihət vermək.
4. Hər bir halda hamıya qarşı mərhəmətli olmaq”. (Tebyan)


Şərhlər: 13
Baxılıb: 748
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Tewwekkurler...
23 aprel 2016 18:04
# 13
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
efsane..
Allah razi olsun gozel yazidi ozumaq cox xos oldu
29 iyun 2015 11:57
# 12
Meleknur
Beyendiyiniz ucun cox sevindim xanimlar tewekkurler Allah size yar olsun
17 iyun 2015 22:49
# 11
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Canavar sevgisi
Cox maraqli xeberdi
17 iyun 2015 18:32
# 10
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
vipbetul
Rebbim gunahlarimizi baqishlasin insallah Cennetle mukafatlanmaqi biz qullarina nesib eder
17 iyun 2015 15:54
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Xeberi cox beyendim,gozel xeberdir... Tesekkur edirem...
17 iyun 2015 14:20
# 8
Kadın derin ama adam yüzme bilmiyor...
roksi1995
gozel xeber idi beyendim
17 iyun 2015 13:38
# 7
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
aliceWOnDer
cox gozel xeberdi, allah herkese komek olsun
17 iyun 2015 11:27
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Olumnnen qacis yoxdur . En onemlisi serefinle olmekdir.
17 iyun 2015 11:05
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
naz_vefa
Cox saqolun bu cur gozel ve mariflendirici bi xeber hazirladiğiniz ucun tewekurler allah tala bizede o hedyelerle huzuruna cixmaqi nesib etsin amin
17 iyun 2015 10:42
# 4
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Tomris Müslümova
ne gozel xeberdi bu adam oxuduqca oxumaq isteyir hec bitmesini istemedim,tesekkur edirem allah razi olsun
17 iyun 2015 10:35
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Dosta_inam
Allah razi olsun,gözel xeber üçün.
17 iyun 2015 09:23
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Allah razı olsun , mənası dərin olan xəbərə görə ən əsası dini baxımdan maarifləndirdiyinizə görə çünki kimsə bunları oxusa bəlkə hansısa yanlış hərəkətini düzəldər beləcə ...
17 iyun 2015 08:59
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz