Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Varsan yox desinlər! Allahım
Varsan yox desinlər! Allahım
Göndərən: WiRiN BaLaM
Şərhlər: 12
Baxılıb: 549
Səs ver:
..Vara yox deməklə, nəyi dəyişər ki varın? Dillər yox deyirsə yalan, ürəklərdə Sənin adın yazılı… Canlar Səninlə yaşayır… Əllər, Sən istəsən tuta bilər, düzlər də elə… ALLAHım səma Sənin.
Göy qurşağındakı rənglər Səni göstərir, rəssam yox desə dərddirmi? Mahnılarda adın keçməsə nə qəm? Səslər Səni söyləyir. Sənin bəstəni oxuyur bülbüllər!
Gül gülümsəyirsə Sənin gözəlliyindən…
Rəhmətinin qatarasıdır yağış, bağçalar hamı həmişə sənin.
Ən şəfqətli sənsən, ALLAHım. Çünki Sənsən anaları yaradan…
Ən qüdrətli sənsən, ALLAHım Çünki Sənsən dağları dik tutan…
Uşaqların körpəcik əllərində, çəmənlərin yaşıllaşmalarında, sevdalıların isti ürəklərində açıq-aşkar Sən gizlisən …
Sənə yox deyəni yoxdan var edən də Sənsən.
Bolluqlar mükafatın, qıtlıqlar xəbərdarlığın… Fərahlıqlar, çətinliklərimizə təsəlli, kədərlər Səni xatırlamağımız üçün…
Varlığının heybəti qarşısında başımız fırlanır, eynilə dünya kimi…
Sənsiz yaşanmır…
Milyonlarla ildir, milyardlarla həyat və hər həyat sahibinə hər an təptəzə nəfəslər verən necə yox olar, necə yaşamaz?
Həyatı verən Sənsən. Həyat da, həyatım da Sənin. Özünü bilməyən Səni tanımamış; kim neyləsin?
İnanılan da Sənsən, inandıran da…
Var daha yox ikən, var olan da Sənsən.
Hər vaxt, hər yerdə var olan da!
Sevgin zərrə azalsa üzərimizdən və bir an çevrilsə baxışların, alovlanar yanarıq…

Bir haqq verdin… Ağıl, duyğu, dodaq verdin, söyləyəcəyik…
Qədərimizi özümüzə yazdıran da Sənsən.
Yaratdın, yaşadırsan, dirilişimiz vədin…
Sən vədindən dönməyənsən, Sənindir sonsuzluq!
Kiçiklər Səndən uzaqlaşdıqca kiçildilər, böyüklər Sənə yaxınlaşdıqca böyüdülər.
Balığın qarınında, Yusif (ə) zindanda Sənin kölən idi. Azadlıq Səndə idi, Sən Rəbbimizsən…
Sərinlik Səndən idi, İbrahimi (ə) atəşin yanğınından qurtaran… Musanı Fironun sarayında böyüdən Sən idin.
Sən idin həm yetim, həm yetim Məhəmmədi (s.a.v.) Miraca çıxaran…
Yusif (ə) Züleyxanı Sənin üçün rədd etdi…
O, hər şeyi!  ALLAHım:
Küləkdən, işıqdan, dildən, insandan dəlillər göndərdin..
Peyğəmbərlərin, nizamını izah edən yazının sətir başları idi, sözlərin idi vəlilərin: dostların, Sənin imla işarələrin…
Geylani Səni söylədi, Rəbbani Səni, Mövlanə Sənə çağırdı, Qəzali Sənə.
Hiyləgərsə elm, ədəbsizsə ədəbiyyat, saxtadırsa sənət, gerçəyini; məqsədini itirmişsə, yox deyirsə desin!
Kiçik kitablar yox yazsa?
Kainat var yazan böyük ər kitab!
Yazan Sənsən, oxudan Sənsən.
Salam Sənə sevimli.
Bir naxışda min nəqşi nəqş edən Nəqqaş…
Atomundan qalaktikasına, zərrəsindən kürəsinə, yaratdığın nə varsa, hamısı içimdə dönür… Dalğalanır dənizlərin damarlarımda, buğlanır səma gözlərimdə, yuxular içindəyəm, çiçəklər içində, günəşlər açıram… Bir kiçik kainatım!
İnsanam və inanıram Sənə. Qundaqdan kəfənə, beşikdən məzara və oradan əsl həyata uzanan rəhmətinə… Şəlalələrdə çağlayan, mərcanlarda parıldayan gözəlliyinə… Torpaq qoxusu verən məhsullar, şanlar, pətəklər tərəfindən ikram ikram üstünə bərəkətinə… Qan qırmızı qərənfillərdən, göz bəbəklərinə qədər, min bir növ və rəngarəng sənətinə inanıram…
Yoxa inanmaq yox! Şübhəsiz inanılacaq tək Sənsən.
Səbəblər! Sizə söyləyirəm, sizi səbəb göstərənlərdə cinayət, günah, Sevgilim ol deyer və olar
ALLAHım…
Bir sevdadır sənə inanmaq…
Qürbətdə birdən qovuşmaqdır!
Hər şeyimi Sən verdin, hər şeyim Sənin.
Səni Sənə layiq izah edə bilmədim, bağışla! Sözüm çatmadı!
ALLAHım bu qulunun bütün söyləyə bildiyi bu qədər.
Mən bu qədərəm…
Şükür ki, Sən bu qədər deyilsən!


Şərhlər: 12
Baxılıb: 549
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Allah boyukdur:((
23 aprel 2016 18:20
# 12
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Niquw Abdulayeva
Her seyi yoxdan var eden Allahim Allah hec bir seyi sebebsiz yaratmayib
24 iyun 2015 03:55
# 11
cinqosh
Nə qədər inkar etsələr də,çətinə düşən kimi dildə də olmasa ürəklərində Allahı köməyə çağırırlar.çünki biz aciz qullar belə yaradılmışıq əzəldən.
23 iyun 2015 21:08
# 10
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Happy
Her sheye qadir olan Alahim
23 iyun 2015 16:21
# 9
Fialka
Yerin, göyün tək sahibi uca rəbbim hər kəsə yar olsun inşAllah ...Allah razı olsun.
23 iyun 2015 14:12
# 8
vipbetul
Rebbim komeyimiz olsun yari-kar olsun insallah
23 iyun 2015 12:59
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
Cox gozeldi:) bu qeder mocuzeden sonra inkar edenleri bawa duwmurem
23 iyun 2015 11:42
# 6
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
yarpaq33
Cox anlamli setirlerdi Allahimin boyukluyunu varligin her weye qadir oldugunu ne qeder izah etsek de bitmez tukenmez WUKUR REBBIMIN YARATDIGI HER WEYE
23 iyun 2015 11:24
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
tatyana
Sene yox deyeni yoxdan var edende sensen Allahim.cox tesirli sozlerdi,Allahim boyukdur,herseyi yaradanimdi Allahim,allahini taniyanlar ne bextiyardi
23 iyun 2015 09:23
# 4
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
guler19
İnsan, yoxdan necə var olduğunu, necə can sahibi olduğunu və ana bətninə düşdüyündən bu gününə qədər necə qayğıyla qorunduğunu düşündüyü zaman , Allahın özü üzərindəki rəhmətinə, sonsuz mərhəmət və şəfqətinə şahid olur
Sonsuz ədalət və mərhəmət sahibi olan Rəbbimizin yaratdığı hər hadisə, verdiyi hər hökm bizim üçün ən xeyirli və ən gözəl olandır. Mənfi kimi görünən hadisələrdə belə Allahın yaratdığı bir çox xeyir, gözəllik və hikmət vardır.Düşünən, ağıl və vicdan sahibi hər insan, özünə verdiyi bütün bu nemətlər üçün Allaha ən gözəl şəkildə şükr edər və Rəbbimizə səmimi bir sevgi və hörmətlə bağlıdır. tşklər xəbər üçün.
23 iyun 2015 08:48
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Ayselina
Yalniz Rebbime inandigim zaman yasadigimi anladim..Sukur senin boyukluyune..cox beyendim her kelmesi Rebbimin boyukluyunu vesf eden mena dolu setirler..Rebbime olan sevgimi Onun boyukluyunu ifade etmek ucun soz, cumle qarsisinda acizem..Allah razi olsun.
23 iyun 2015 08:46
# 2
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Dosta_inam
Çox gözel yazıdır,beli uca Tanrımdır her şeyi yoxdan var eden,teşekkür.
23 iyun 2015 08:35
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz