Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan ayının gündəlik duaları
Ramazan ayının gündəlik duaları
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 1531
Səs ver:
Oruc niyyəti: Ramazan ayının orucunu tuturam qürbətən iləllah.

İftardan qabaq oxunan dua: İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!

1-ci gün: İlahi, mənim orucumu oruc tutanları orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat, bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları Əfv edən Allah!

2-ci gün: İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et!

3-cü gün: İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ver!

4-cü gün: İlahi, bu ayda mənə Sənin (oruc tutmaq barədə) əmrini yerinə yetirməyə qüvvət ver, Səni zikr etməyin şirinliyini mənə daddır, səxavətinə görə Sənə şükr etməyə məni ruhlandır, məni bu ayda Özün hifz et və qoru, ey Bəsirətə nəzər edən Allah!

5-ci gün: İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, Mehribanlığın xatirinə, ey Mərhəmətlilərin Mərhəmətlisi!

6-cı gün: İlahi, bu ayda məni Sənə asiliyə məruz qoymaqla rüsvay etmə, Öz cəza qamçınla məni vurma, öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey Rəğbət bəsləyənlərin Rəğbətlisi!

7-ci gün: İlahi, bu ayın orucunu tutmaqda və namazını qılmaqda mənə kömək ol, məni səhvlərdən və günahlardan uzaqlaşdır. Bütün bu ayı Səni zikr etməyi mənə qismət et, Öz köməyin sayəsində, ey azmışları doğru yola çıxaran Allah!

8-ci gün: İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətin sayəsində, ey Ümid edənlərin Pənahı!

9-cu gün: İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!

10-cu gün: İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkkül edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan və Özünə yaxınlardan qərar ver, Öz yaxşılığınla ey istək sahiblərinin son Qayəsi!

11-ci gün: İlahi, bu ayda mənə Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!

12-ci gün: İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaət və razılıq libasını geyindir. Bu ayda məni ədalət və insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm ey (ürəklərində) Allah qorxusu olanların Himayədarı!

13-cü gün: İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak et, alın yazısı ilə məni bu ayda olacaqlara səbirli et və Öz köməyinlə məni bu ayda təqvayə və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlərin gözlərinin işığı Allah!

14-cü gün: İlahi, bu ayda səhvlərimi mənə irad tutma, məni səhvlərdən və büdrəmələrdən qoru, bəla və dərdlərə düçar etmə, and verirəm izzətinə ey müsəlmanların İzzət, Şərəfi olan Allah!

15-ci gün: İlahi, mənə bu ayda təqvalı olanların itaətini bəxş et, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahı!

16-cı gün: İlahi, bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et və məni şər adamlarla rastlaşmaqdan uzaq et, Öz rəhmətinlə mənə bu ayın xatirinə axirətdə qərar evində sığınacaq ver, Allahlığın xatirinə ey aləmlərin Rəbbi!

17-ci gün: İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları bilən Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!

18-ci gün: İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini işıqlandıran Allah!

19-cu gün: İlahi, bu ayın bərəkətindən nəsibimi bol et, mənim yolumu xeyir-bərəkətlərinə asanlaşdır və məni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etmə, ey açıq-aşkar haqqa hidayət Edən Allah!

20-ci gün: İlahi, bu ayda mənim üçün Cənnət qapılarını aç, Cəhənnəm qapılarını bağla, məni bu ayda Quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərinə rahatlıq Salan Allah!

21-ci gün: İlahi, bu ayda Sənin rizanı qazanmaq üçün mənə əlamət göstər, Şeytanın məni azdırması üçün yol qoyma, Cənnəti mənim üçün mənzil və dinclik yeri qərar ver, ey möhtac olanların ehtiyaclarını Ödəyən Allah!

22-ci gün: İlahi, bu ayda Öz fəzilət qapılarını üzümə aç, mənə bu ayda Öz bərəkətlərini nazil et, məni bu ayda Sənin razılığına səbəb olacaq işlərə müvəffəq et, Öz cənnətlərinin ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstəcəb Edən Allah!

23-cü gün: İlahi, bu ayda məni günahlarımı yu (pak et), məni eyiblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini Bağışlayan Allah!

24-cü gün: İlahi, bu ayda Səndən Səni razı salacaq şeyləri diləyirəm, Səni incidəcək şeylərdən Sənə pənah gətirirəm. Bu ayda məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət Göstərən Allah!

25-ci gün: İlahi, bu ayda məni Sənin dostlarını sevən, düşmənlərinə düşmən olan və Peyğəmbərlərinin sonuncusunun yolu ilə gedənlərdən qərar ver, ey Peyğəmbərlərin qəlblərini məsum Qılan Allah!

26-cı gün: İlahi, bu ayda mənim səylərimi mükafata layiq qıl, günahlarımı bağışla, əməlimi məqbul, eyiblərimi üstü örtülmüş qərar ver, ey eşidənlərin Eşidəni!

27-ci gün: İlahi, bu ayda məni Qədr gecəsinin fəzilətini əta et, çətin işlərimi asanlaşdır, üzrlərimi qəbul et, günahları və günah yükünü üstümdən götür, ey Öz saleh bəndələrinə Mehriban olan Allah!

28-ci gün: İlahi, bu ayda nafilə əməllərdən mənim nəsibimi artır, Qiyamət günü suallarına hazır olmaq üçün mənə lütf göstər, vəsilələr arasında sənə yetişmək üçün vəsiləmi bu ayda yaxın et, ey israrlıların dualarını eşitməkdə məmnun Olan Allah!

29-cu gün: İlahi, məni bu ayda Öz rəhmətinlə əhatə et, mənə müvəffəqiyyət və ismət müyəssər et, qəlbimi töhmət zülmətlərindən pak et, ey Öz mömin bəndələrinə Mehribanlıq göstərən Allah!

30-cu gün: İlahi, Ağamız Mühəmməd və onun Pak Ailəsi xatirinə bu aydakı orucumu Sənin və Peyğəmbərinin razı qaldığı şəkildə qəbul et! Dinimizin Fürü və Üsullarının təməllərini möhkəm qərar ver. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!


Şərhlər: 17
Baxılıb: 1531
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aLoNe AnGeL
Sitat: remse
İnşaallah mən də tutacam.Ama bilən varsa desin xahiş edirəm.Bu duaları keçən il mən ərəbcə deyirdim.Necə deməliyik tərcüməsini,yoxsa ərəbcə?

ikiside olar dua duadir 08 bunlar Cereke kitablarinda var 01
17 iyun 2015 22:18
# 17
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
rəmsə
İnşaallah mən də tutacam.Ama bilən varsa desin xahiş edirəm.Bu duaları keçən il mən ərəbcə deyirdim.Necə deməliyik tərcüməsini,yoxsa ərəbcə?
17 iyun 2015 20:44
# 16
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Cimbom Nilay
Paylaşdığınız için çok teşekkür ederim
17 iyun 2015 19:35
# 15
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
my_angel
Allah qəbul etsin oruc tutanların orucunu.Allah razı olsun
17 iyun 2015 18:46
# 14
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
vipbetul
Rebbim tutageyimiz Oruclarimiz qildiqimiz Namazlarimizi etdiyimiz Dualarimizi oz Yuce Dergahinda qebul etsun Amin Insallah
17 iyun 2015 15:59
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
...AdaDunyam``
Allah her kesin oruclarini qebul etsin.amin
17 iyun 2015 15:57
# 12
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Catwoman666
men orcu tutmayacam tutanlarinkini Allah qebul elesin
17 iyun 2015 15:49
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
konka84
Allah tutulan orucları qəbul eləsin.Amin
17 iyun 2015 15:41
# 10
efsane..
Allah razi olsun menede lazim idi
17 iyun 2015 14:46
# 9
tek umidim sen
Atdim secilmislere cox faydali xeberdir,cox sagolun,Allah her kesin oruclarini dualarini qebul etsin.Amin!...
17 iyun 2015 14:12
# 8
Kadın derin ama adam yüzme bilmiyor...
yarpaq33
Allah hamiya komey olsun bize guc quvvet versin bu isti havada Allah tutulan oruclari qilinan namazlari qebul etsin Amin
17 iyun 2015 13:59
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Allah tutdugumuz oruclari qebul etsin bize quvvet versin
17 iyun 2015 13:30
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Allah razi olsun,Allah tutulan oruclari qilinan namazlari,xoş niyyetle edilen dualari qebul etsin.
17 iyun 2015 13:20
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
atdım seçilmişlere..belke tutdum oruc..ondsa çox lazım olacaq) tşk
17 iyun 2015 12:41
# 4
Don't trust anyone ∆
Fialka
Hər il Ramazan ayında oxuduğum dualardır, bir daha verilməsi xoş oldu..Allah razı olsun edilən ibadətləriniz qəbul olunsun.
17 iyun 2015 12:35
# 3
cinqosh
Məndə ərəbcəsi vardı, tərcüməsi yox idi. Elə yerinə düşdü. Çapetdim tez, sabahdan başlıyacam inşallah. allah sizdən razı olsun.
17 iyun 2015 12:19
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
qanadli melek
Allah edilen dualari tutulan oruclari qebul etsin.Amin
17 iyun 2015 12:09
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz