Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məhəmməd (s.ə.s) həyatı haqqında qısa məlumat
Məhəmməd (s.ə.s) həyatı haqqında qısa məlumat
Göndərən: Meleknur
Şərhlər: 16
Baxılıb: 984
Səs ver:
Uşaqlıq dövrü Məhəmmədin (s.ə.a.s)  anadan olduğu il adətən eramızın 570-  ci ili sayılır. Məhəmmədin (s.ə.a.s) uşaqlıq və gənclik illəri haqqında məlumat çox cüzidir. Səhih məlum olan ancaq budur ki, o erkən yetim qalmışdır: atası Abdulla uşaq anadan olmazdan əvvəl vəfat etmiş, anası Aminə isə Məhəmməd (s.ə.a.s) altı yaşında olarkən anasi ölmüşdür. Bundan iki il sonra babası Əbdül Mütalib də vəfat etmişdir. Anasının ölümündən sonra Məhəmmədə (s.ə.a.s) babası baxırdı. Onun vəfatından sonra yetim qalmış uşağa əmisi Əbu Talib qayğı göstərməyə başlamışdır. Məhəmməd (s.ə.a.s) onu məhəbbət və qayğı ilə saxlayan babasına və əmisinə bütün ömrü boyu dərin minnətdarlıq hissi bəsləmişdir. On iki yaşında ikən Məhəmməd (s.ə.a.s) Əbu Talibin ticarət işləri ilə əlaqədar olaraq uzaq Suriyaya aylarla davam edən səfərində iştirak etmişdi. Ərəbistan yarımadasının hüdudlarından kənarda özünün bu ilk səyahəti zamanı o, özü üçün yeni olan, bilavasitə doğulub boya-başa çatdığı bütpərəst qəbilə-tayfa mühiti ilə çox böyük təzad təşkil edən xristian, yəhudi və digər dini icmaların dünyası ilə təmasda olmuşdur. Bir çox şərhçilər heç də əsassız olmayaraq belə güman edirlər ki, bu yeni aləmlə tanışlıq balaca Məhəmmədə (s.ə.a.s) silinməz təsir bağışlamış, onda mənəvi bir gərginlik yaratmışdı. Bu gərginlik Məhəmmədin (s.ə.a.s) bütün sonrakı həyatı boyu zəifləməmiş və onu nəticə etibarı ilə yeni dinin yaradıcısı kimi böyük bir iş görməyə sövq etmişdir. Gənclik dövrü Məhəmmədin (s.ə.a.s) 21 yaşı tamam olanda o, Məkkə cəmiyyəti içərisində əmin (sədaqətli, etibarlı adam) kimi ad çıxarmışdı. Əbu Talibin məsləhəti ilə Məhəmməd (s.ə.a.s) Xüvəylid ibn Əsədin qızı, varlı dul qadın Xədicənin yanında pirkeşlik (ticarət işlərini idarə edən şəxs) vəzifəsi alır. Xədicənin ticarət işlərini aparan Məhəmməd (s.ə.a.s) Suriyaya daha bir səfər edir, həm də yeniyetməlik dövründə getdiyi yolu demək olar eynilə təkrar edir, Hələbdə və Dəməşqdə olur. Müxtəlif dini icmalar, ilk növbədə xristian və yəhudi icmaları dünyası ilə bilavasitə yeni təmas, onların həyat tərzi və idealogiyası ilə yeniyetməlik dövründə olduğundan daha şüurlu və hətta, demək olar, daha məqsədyönlü tanışlıqnəticə etibarilə onun mənəvi təcrübəsini artırmışdır. Bunu Məhəmmədin (s.ə.a.s) xristian rahibləri ilə xüsusi görüşlərindən və söhbətlərindən bəhs edən bir çox müsəlman rəvayətləri bilavasitə nəzərə çatdırır. Həm yəhudi, həm də xristian dinlərinin təkallahlılıq haqqında əsas ümumi ehkamı Məhəmmədin (s.ə.a.s) təkallahlılıq ideyasının qətiləşib möhkəmlənməsinə, şübhəsiz kömək etməli idi. Eyni zamanda bu dinlərin bir-birini inkar etməsi, onların "yolu  azmaq", "səhv yol ilə getmək" haqqında kəskin və sadəcə olaraq düşmən ittihamları Məhəmmədə (s.ə.a.s) Allaha qovuşmaq üçün öz doğru yolunu axtarmağa sövq edən əlavə amil oldu. Quranın ideya-mövzu istiqaməti bunu tam aşkar şəkildə təsdiq edir. Əksər hallarda Əhdi-ətiq və Əhdi-cədidlə səsləşən Quranın məzmununun başlıca fərqləndirici xüsusiyyəti də ilk növbədə yəhudiliyin və xristianlığın məhz belə cəhətlərinin tənqididir ki, bunların üstündə həmin dinlər qədim vaxtdan bəri öz aralarında şiddətli və amansız mübahisə aparmışlar. Ailə həyatı 595- ci ildə Məhəmməd (s.ə.a.s) Xədicə ilə evlənmişdir. Həmin vaxt Xədicənin yaşı qırxa yaxın idi və o, iki dəfə ərdə olmuşdu, əvvəlki ərlərindən iki oğlu və bir qızı vardı. Buna baxmayaraq Məhəmmədlə (s.ə.a.s) Xədicənin qarşılıqlıməhəbbəti dillərə düşmüşdür. Məhəmmədin (s.ə.s) bütün yaxın adamları arasında birinci olaraq Xədicə onun peyğəmbərliyinə inanıb iman gətirmiş və yeni din – İslam dini uğrunda mübarizənin çox çətin başlanğıcında Məhəmmədə (s.ə.a.s) kömək etmək qüvvəsini və varidatını əsirgəməmişdir. Məhəmməd (s.ə.a.s) bunun müqabilində Xədicəyə  böyük məhəbbət, dərin minnətdarlıq və hörmət hissi bəsləmişdir. Xədicə ilə ömür sürdüyü 25 il ərzində o, başqa heç bir qadınla evlənməmişdir. Xədicənin Məhəmməddən (s.ə.a.s) daha iki oğlu və dörd qızı doğulmuşdur. İki yaşında ölən böyük oğlunun adı Qasim idi. Qədim ərəb adəti ilə bu hadisədən sonra Məhəmməd (s.ə.a.s) hörmətlə Əbül- Qasim (Qasimin atası) adlandırılmışdır. İkinci oğlu Abdulla da körpə yaşında ikən ölmüş, Məhəmmədin (s.ə.a.s) Zeynəb, Ruqiyyə, Ümm Külsüm və Fatimə adlı dörd qızından isə yalnız sonuncusu onun nəslini davam etdirmişdir.


Şərhlər: 16
Baxılıb: 984
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Denizimm
Meluatlandirdigin ucun coxxxxxxx saol tatimm 128
1 iyul 2015 23:18
# 16

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Nur k-off
Men bunu mektebde 7-ci sinif tarix kitabina oxumuwdum
13 iyun 2015 00:07
# 15
SVETA
ALESSANDRA
biraz məlumatım varidi...ALLAH razı olsun
12 iyun 2015 17:04
# 14
Don't trust anyone ∆
teri meri
uşaq olanda mama Məhəmməd peyğəmbərin həyatını kitabdan oxumuşdu mənə az çox yadımda qalıb təşəkkürlər
12 iyun 2015 16:45
# 13
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
my_angel
Ay Allah sizdən razı olsun,az çox məlumatım var idi,yenə də təşəkkürlər.
12 iyun 2015 16:36
# 12
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
vipbetul
Allah razi olsun,her bir Muselmanin bunlari bilmek borcudur

Allah razi olsun,her bir Muselmanin bunlari bilmek borcudur
12 iyun 2015 16:36
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Allah razı olsun,mən də bu haqda azdan çoxdan oxumuşam.Yenə də sevə-sevə oxudum.
12 iyun 2015 15:18
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
tek umidim sen
Meqaleye gore tesekkur...Maraqla oxudum
12 iyun 2015 15:12
# 9
Kadın derin ama adam yüzme bilmiyor...
aziz a
Xos oldu me ne, daha cox olsaydi daha yaxsi olardi, tesekkur...
12 iyun 2015 15:09
# 8
Qelbim doludu !!!!
Fialka
Peyğəbərimiz haqqında olan kitabdan məlumatım vardı, bir daha oxumaq xoş oldu..Allah razı olsun.
12 iyun 2015 13:01
# 7
BARBI
Peygemberimiz haqqinda cox oxumusam. Allah peygemberimize rehmet elesin
12 iyun 2015 12:06
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
...AdaDunyam``
Allah razi olsun
12 iyun 2015 11:56
# 5
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
cinqosh
Peğəmbərimizin (s.a.v) həyatını dəfələrlə oxumuşam.hər dəfəsində də elə bil heç oxumamış kimi həvəslə. Allah razı olsun.
12 iyun 2015 11:43
# 4
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
ulduz
bilirdim bunu coxdan.evveller namaz qilanda( indi qilmiram usaq var boyusun ama mutleq qilacam hercend temiz olmuram ) bele kitablar oxuyurdum oncuda bilirem...
12 iyun 2015 11:25
# 3
Menim balam
Menim bu haqda bilgim olub 12 yaşimda. 10 ildi dini kitab oxuyuram. Teşekkür
12 iyun 2015 11:25
# 2
Tomris Müslümova
men ozume utanc bilirem bele seyler haqqinda melumatsiz olduguma gore tesekkur edirem
12 iyun 2015 11:17
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz