Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
SEVMƏK CƏSARƏTDİR
SEVMƏK CƏSARƏTDİR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1627
Səs ver:
alt

Sevgi cəsarətdir! Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.
Sevgi fədakarlıqdır! Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər.
Sevgi paylaşmaqdır! Sevəndən sevgi sədəqəsi umar.
Ən sonunda sevgi həyatdır! Sevənin sevdiyini yaratmasıdır... Sevdiyinin yaşaya biləcəyi həyatı ona verməsidir...
Sevginin ən böyük müəllimi Allah, ən böyük tələbəsi Onun Rəsulları, ən böyük təlim kitabı isə Qurandır. Məhz bu təlim kitabında uca Yaradan quluna sevgi dərsi öyrədir: ona cəsarəti, fədakarlığı, paylaşmağı... öyrədir.
Yaradan sevir və sevdiyini yaradır. O, hələ yox ikən onu sevir, onu sevgi ilə yaradır, ona Öz ruhundan üfürür və ona həyat verir.

Yaradan sevir və Onu sevənlərin sevgi hekayələrini Öz müqəddəs Kitabında anaraq gələcək məzunlara nümunə göstərir:

Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı.
Sevgi - Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi. Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi.
Sevgi - Atəşə atılmağı bacarmaqdı. Yanmamaq üçün deyil, yanmaq üçün atəşə könüllü girməkdir. Sevgi, - Atəş qarşısına İMAN çıxartmaqdı.
Sevgi - Həzrəti İsmayıl kimi Canana can fəda etmək cəsarətdir.
Sevgi - Zəm-zəminə qovuşmaq üçün Həzrəti Həcər kimi təslim olmaqdı. Səfa ilə Mərva arasında qaçışdır. Qovuşacağını bilərək sevgiyə doğru yürüməkdi.
Sevgi - Ali İbrahim və Ali İmran kimi olub aləmlərə nümunə olan bir ailə modelinin təməl daşları olmaqdı.
Sevgi - Həzrəti Yusif kimi zindana salınmaq təhlükəsi olsa belə, dünya adlı Züleyxaya arxa çevirməkdir.
Sevgi - Dənizi yara bilmək üçün Həzrəti Musa kimi imana sahib olmaqdı.
Sevgi - Həzrəti Asya olub Fironuna müharibə elan edə bilməkdi.
Sevgi - Həzrəti Eyyub kimi bəlanı sevərək qəbul etməkdi.
Sevgi - Həzrəti Yunus kimi balıq qarnında olsa da belə, səcdə etməyi bacarmaqdı.
Sevgi - Hannə kimi ana olmaqdı. Bətnində hələ heç doğulmamış körpəsini Allaha bir təşəkkür borcu olaraq qurban vermək cəsarətidir.
Sevgi - Həzrəti Məryəm kimi ruku və səcdə edənlərlə birlikdə əyilməkdi. Çünki, bu əyilməyi səndən sənin Sevdiyin sevginə isbat olaraq tələb edir.
Sevgi - Həzrəti İsa kimi sənə gələnləri dirildə bilməkdi.
Sevgi - Həzrəti Məhəmməd (sas) kimi həbibullah zirvəsinə ucalmaqdı.
Sevgi - Həzrəti Xədicə kimi malını və canını sevdiklərinin yolunda fəda edə bilməkdir.
Sevgi - Həzrəti Əli kimi Sevdiyin üçün dost yatağına uzanmaqdı, ona gələn bəla mənə gəlsin deyə bir də yorğanı başına çəkməkdi.
Sevgi - Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun. Dünyanın ən böyük sevgi romanları onun kölgəsində dayanmağa belə cəsarət etməsinlər...
Sevgi - şəhid səhabələr kimi şəhadət şərbətini sevərək içməkdir.
Sevgi - ölümsüzlük məktəbinin məzunu olmaqdır...

Sevgi elə bir məktəbdir ki, yalnız onun məzunları Cənnət əhli ola bilərlər. Çünki, onlar təhsilin ən uca zirvəsinə yüksələ bilənlərdir. Quran adlı elmin sirlərinə vaqif olanlar Sevdiklərinin nəyi sevib, nəyi sevmədiyini çox yaxşı bilirlər. Sevgililəri nədən xoşlanmadığını onlara elə bir vəhylə söyləyir ki, o vəhyi duya bilmək üçün sevməyi bacarmaq lazımdı.

«Allah, xainləri sevməz» [8/58]
«Allah, tövbə edənləri sevər» [2/222]
«Allah fəsadçıları sevməz» [5/54]
«Allah müttəqiləri sevər» [3/76]
«Allah, həddi aşanları sevməz» [3/57]
«Allah, ədalətli olanları sevər» [5/42]
«Şübhəsiz Allah, xəyanətdə irəli getmiş günahkarı sevməz» [4/107]
«Allah, yolunda qurşunla qaynadılmış sağlam divar kimi saf halında savaşanları sevər» [61/4]
«Allah, təkəbbürlük göstərib özündən razı olanları sevməz» [4/107]
«Allah [hər cür pislikdən] təmizlənərək pak olanları sevər» [9/108]

Sevgi sevməyi bacarmaqdır.
Sevgi fəda etməyə hazır olmaqdır.
Sevgi sevdiyin tərəfindən sevildiyini yəqinliklə bilməkdir.
Sevgi yalnız paylaşdıqca çoxalan ən böyük nemətdir.
Sevmək, qovuşmağa can atmaqdır...

Hər sevginin ən xoşbəxt sonluğu vüsaldır. Hər vüsal bir sevgi bayramıdır. Sevənlərin bayramı bir anlıq, bir günlük, bir fəsillik ola bilməz. Sevgi əbədi sürən Cənnət ləzzətidir. Sevginin görüş yeri Nəim Cənnəti, görüş vaxtı Qiyamət günü, qovuşmağın müjdəsi isə Salamdır.

Qiyamət iki sevənin görüş vaxtıdır. Namazında Allahla görüşə bilmək üçün Qiyam edə bilənlər qiyamətə bir bəla kimi deyil, bir müjdə kimi, həsrətin sonu, vüsalın gəlişi kimi baxa bilərlər. İçindəki sevgi düşmənlərinə qarşı qiyama qalxanlara qiyamətdə Salam veriləcək. Yaradan onlar üzərində olan nemətini tamamlayacaq və onlardan razı qalacaqdır.
Çünki, «O, onları sevir, onlar da Onu...»


RÜZ

GAR


Şərhlər:
Baxılıb: 1627
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz