Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rəcəb ayının bəzi müstəhəb əməlləri
Rəcəb ayının bəzi müstəhəb əməlləri
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 13
Baxılıb: 848
Səs ver:
Rəcəb ayının əməlləri iki qismdir.
Birincisi qism: Bu mübarək ayın birinci qism əməlləri o əməllərdən ibarətdir ki, ayın bütün günlərində yerinə yetirmək olar və müəyyən bir günə məxsus deyil. Məsələn bura bəzi dualar daxildir ki, inşallah onları da saytımızda yerləşdirəcəyik.
İkinci qism əməllər Rəcəb ayının hər gün və gecələrinə aid olan əməllərdir.

Rəcəb ayının birinci gecəsinin əməlləri:
1. Ayı gördükdə desin: Allahummə əhilləhu ələyna biləmni vəl imani vəs səlaməti vəl islam rabbi və rabbukəllah əzzə və cəll.

2. Qüsl etmək.
Peyğəmbər (s)-dan rəvayət olunmuşdur ki, Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsl edən şəxs, o aydan çıxanda, dünyaya gələndə pak olduğu kimi günahlardan paklanar.

3. İmam Hüseyn (ə)-ın ziyarəti.

4. Məğrib namazından sonra 20 rukət həmd və ixlas surəsi ilə namaz qılmaq. Bu namazı qılarsa özü, ailəsi, malı və övladı hifz olunar, qəbr əzabından amanda qalar və sirat körpüsündən asanlıqla keçər. (Bu namaz sübh namazı kimi qılınır, -2 rukətli 10 namaz)

5. İşa namazından sonra 2 rukət namaz qılsın, bu namazın birinci rukətində "Həmd"dən sonra bir dəfə "ələm nəşrəh", 3 dəfə ixlas"İxlas" surəsini oxusun. İkinci rukətdə "Həmd"dən sonra "ələm nəşrəh", "İxlas" və "Muəzzətəyn -yəni "Nas" və "Fələq" surələrini oxusun. Namazın salamını verdikdən sonra 30 dəfə "La ilahə illəllah" deyib, 30 dəfə salavat göndərsin.

6. Aşağıdakı duanı oxumaq:
Allahummə inni əsəlukə bi ənnəkə məlikun və ənnəkə əla kulli şəyin muqtədirun və ənnəkə ma təşau min əmrin yəkunu, Allahummə inni ətəvəccəhu iləykə binəbiyyikə Muhəmmədin nəbiyyir rahməti salləllahu ələyhi və alihi ya Muhəmməd ya Rasuləllahi inni ətəvəccəhu bikə iləllah rabbikə və rabbi liyuncihə bikə talibəti, Allahummə binəbiyyikə Muhəmmədin vəl əimməti min əhli bəytihi salləllahu ələyhi və ələyhiməncih talibətih

İmam Sadiq (ə): "Allah yalnız bu ümmətə 3 dəyərli ay əta etmişdir ki, onlar "Rəcəb", "Şaban" və "Ramazan" aylarıdır. Üç gecə bəxş etdi (ayın 13,14 və 15-ni), həmçinin 3 surə əta etmişdir: "Yasin", "Mulk" və "Tovhid". Buna görə kim bu üç fəzilətlə cəm olsa bu ümmətin ən yaxşıları arasında olar.
İmamdan soruşdular: "Buna necə nail ola bilərik?"
Buyurdu: "Bu üç ayların yuxarıda qeyd olunan gecələrində namaz qılmaq, belə ki, 13-cü gecədə 2 rukət- hər rukətdə "Həmd"dən sonra bu üç surəni ("Yasin", "Mülk" və "Tovhid") oxumaq, 14-cü gecədə 4 rukətli (hər 2 rukətdə bir salam) namaz, hər rukətdə "Həmd", "Yasin", "Mülk" və "Tovhid" surələrini oxumaq, 15-ci gecədə 6 rukət (hər 2 rukətdə bir salam)həmin qayda ilə namaz qılmaq"
İmam bu namazların fəziləti barədə buyurdu: "Bunlara əməl edən kəs bu ayların fəzilətini qazanmış olar və Allah şirkdən başqa onun bütün günahlarını bağışlayar".

Bu gün Əli (ə)-ın viladət günüdür. Bu gün və sonrakı iki gündə oruc tutmağın böyük savabı var. Kim ki, "Ummu Davud"un əməlini yerinə yetirmək istəyirsə bu gündə oruc tutsun".
14-cü gün
Bu gündə oruc tutmaq savabdır. Allah bu gündə oruc tutana gözlərin görmədiyi, qulaqların eşitmədiyi bir mükafat əta edər".

Bu bir dəyərli gecədir ki, bir neçə əməli var:
1. Qüsl
2. Əhya (Gecəni oyaq qalıb ibadət etmək)
3. İmam Hüseyn (ə)-ın ziyarəti
4. Altı rukət namaz qılmaq (yuxarıdakı qayda ilə)
5. 30 rukətli namaz- hər rukətdə 1 dəfə "Həmd" surəsi, 10 dəfə "Tovhid" surəsini oxumaq (Peyğəmbərdən bunun böyük savabı olduğunu nəql etmişlər)
6. On iki rukət namaz (hər iki rukətdə bir salam) Hər rukətdə 1 dəfə "Həmd" və "Surə" deyilir. Namazlardan sonra "Həmd", "Fələq", "Nas", "Tovhid" və "Ayətəlkursu", həmçinin "Qədr" surələrinin hər birini 4 dəfə oxu, sonra 4 dəfə de:
سُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ وَ لاَ اِلهَ إِلاَّ اللهُ وَاللهُ اَکْبَر
"Subhənəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vallahu əkbər"
Sonra de:
أللّهُ أللّهُ رَبِّی، لا أُشْرِکُ بِهِ شَیْئاً، ما شاءَ اللهُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ
"Allahu, Allahu rabbi, lə uşriku bihi şəyən, mə şəəllahu və la həvlə və la quvvətə illa billahil əliyyil əzim"

Mübarək bir gündür, bir neçə əməli var:
1. Qüsl etmək
2. İmam Hüseyn (ə)-ın ziyarəti
Məhəmməd ibn əbu Nəsrdən rəvayətdir ki, İmam Rza (ə)-dan soruşur: "Hansı ayda imam Hüseyn (ə)-ın ziyarəti daha yaxşıdır?" Buyurdu: "Rəcəbin ortası, və Şabanın ortası".
3.Cənab Salmanın namazını qılmaq
Bu günün mühüm əməllərindən biri "Ummu Davud" duasıdır. Əllamə Məclisinin dediyinə görə Şeyx Səduq, Şeyx Tusi, Seyyidbin Tavus (r) mötəbər sənədlərlə onu nəql etmişlər. Bu əməl hacətlərin qəbul olunması, qəm-qüssənin aradan getməsi və zalımların zülmündən amanda qalmaq üçün təsirlidir. (Əllamə Məclisinin "Zadul-məad" kitabında dediyinə görə bu dəfələrlə təcrübə olunmuşdur)

Məbəs gecəsi ilin mühüm aylarındandır və çox dəyərlidir. Bu gecə üçün əməllər nəql olunmuşdur:
1. Qüsl etmək müstəhəbdir
2. Şeyx Tusi İmam Cavad (ə)-dan nəql etmişdir ki, o həzrət buyurur: "Rəcəb ayındakı bu gecə saçan hər bir şeydən yaxşıdır. 27-ci gecənin sübhü Peyğəmbər risalətə seçilmişdir. Həqiqətən bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 ilin əməli əcrinə bərabərdir"
O həzrətdən sual olundu: "Bu gecədə hansı əməl daha yaxşıdır?"
Buyurdu: "İşa namazını qılıb yatandan sonra, gecə yarısından qabaq istədiyin vaxt yuxudan qalxıb 12 rukət namaz qıl, hər rukətdə "Həmd" və bir kiçik surələrdən oxu. Hər iki rukətdə namazın salamını verdikdən sonra otur və 7 dəfə "Həmd" və "Fələq" və "Nas", "Tovhid" və "Kafirun, "Qədr" və "Ayətəlkursu"nü hər birini 7 dəfə oxu. O vaxt nə hacətin varsa Allahdan istə.

3. Möminlərin əmiri Əli (ə)-ın ziyarəti bu gecədə ən fəzilətli əməllərdəndir. O həzrət üçün bu gecədə 3 ziyarət nəql olunmuşdur.

İmam Sadiq (ə)-dan rəvayətdir ki, Məbəs günü şərafətli gün kimi qeyd olunmuşdur. Hər halda böyüklər bu gün üçün əməllər zikr etmişlər:
1. Qüsl etmək
2. Oruc. Bu gün ilin dörd günündən biridir ki, həmin günlər oruc tutmağın böyük savabı vardır.
İmam Sadiq (ə)-dan rəvayətdir ki, bu gündə oruc tutan kəsə Allah 70 ilin orucunun savabını verər.
3. Çoxlu salavat göndərmək
İmam Sadiq (ə): "Bu gündə oruc tut və Muhəmməd və onun ailəsinə çoxlu salavat göndər".
4. Peyğəmbər və Əli (ə)-ı ziyarət etmək
5. On iki rukətli namaz
Rəyyan bin Salətdən nəql olunur ki, imam Məhəmməd Nəqi (ə) Bağdadda olanda rəcəb ayının ortası və 27-ci günü oruc tutdu və buyurdu ki, 12 rukət namaz qılaq (hər iki rukətə bir salam), hər rukətdə 1 dəfə "Həmd" və "Surə" oxumaq. Namazlardan sonra "Həmd", "Tovhid", "Fələq", "Nas" surələrinin hər birini 4 dəfə oxumaq. 4 dəfə belə de:
لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ
"Lə iləhə illəllahu vəllahu əkbər və subhənəllahi vəlhəmdulilləhi və lə həvlə və lə quvvətə illə billəhil əliyyil əzim"
4 dəfə:
اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً
"Allahu Allahu rəbbi uşriku bihi şəyən"

Bu gündə Salmanın namazını qılmaq, həmçinin oruc tutmağın çox savabı var. İmam Rza (ə) buyurur: "Hər kəs rəcəbin axırıncı günü oruc tutsa Allah onun günahlarını bağışlayar".

Allah bütün dua və ibadətlərinizi qəbul etsin, inşallah!


Şərhlər: 13
Baxılıb: 848
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
bilmediyim eslinde ne cox sey varmis.allah razi olsun
29 may 2015 16:54
# 13
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Aydan Habili
Yaxsi calisaram bəzilərinə əməl edim mamada deyim gerey
29 may 2015 00:35
# 12
efsane..
Allah razi olsun
27 may 2015 20:03
# 11
Happy
Allah razi olsun
27 may 2015 17:08
# 10
Madina
Bilmeyimiz lazim olan xeberdir,amma qaldi gelen ile artiq saban ayidir.
27 may 2015 17:00
# 9
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
vipbetul
bu ayin ne deregede savab gozel aylardan olduqunu bilirdim,Peyqemberimizi(s.a.s)buyurmushdurki Receb ayi menim ayimdir bu ayda Oruc tutmaq savab emeller ishlemek vagibdir ozumuzcun en azindan
27 may 2015 15:00
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
Allah razi olsun
27 may 2015 14:52
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
Niquw Abdulayeva
Allah hamiya komek olsun bizde onlarin icinde olmaqla Amin
27 may 2015 13:02
# 6
cinqosh
Allah (cəllə cəlaluhu) Onun rizasını qazanmaq üçün etdiyimiz bütün ibadətlərimizi qəbul etsin.amin! Allah razı olsun.
27 may 2015 13:00
# 5
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Fialka
Bu ayda tutulan oruc və edilən dualar qəbul olar inşAllah. Allah razı olsun.
27 may 2015 12:58
# 4
BARBI
Allah her kesin tutudugu oruclari qebul etsin tuta bilmeyenlerede sagliq versinki o oruclari qeza ede bilsin
27 may 2015 12:42
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
InwAllah bu ay butun muselmanlar ucun eqidesi duz olan muselmanlar ucun bereketli xeyrli ay olar Allah butun bendelerine sefa versin butun xeyrli arzular qebul olsun Allah 19.05.2015 tarixde vefat edenlerin yerini cennet qalanlara sebr dozum can sagligi versin inwAllah gelen bu il isgalda olan butun torpaqlarimuz azad olar Amin
27 may 2015 12:38
# 2
SVETA
guler19
Bu aydan başlayaraq müsəlmanlar ilahi ziyafətə - müqəddəs Ramazan ayına hazırlaşmağa başlayırlar. Aləmlərin Rəbbi qarşısında hazırlıqlı olmaq üçün Rəcəb və Şəban ayları hazırlıq müddəti kimidir. Bu aylar dualar və tövbələr tez qəbul olunar. Məndə çoxlu dualar edəcəm İnşALLAH qəbul olar amin ltfen
27 may 2015 11:10
# 1
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz