Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Filosofu oyadan sual
Filosofu oyadan sual
Şərhlər: 7
Baxılıb: 670
Səs ver:
(11-ci imam Həzrət Həsən Əsgərinin (ə) şəhadəti münasibətilə)

Bismilləhir-Rahmənir-Rahim!

"Od qalayın. Tez bir zamanda od qalayın”. Uzun müddət cəmiyyətdən ayrı gəzən bir dühanın bunu tələb etmə səhnəsi çox heyrətlə qarşılanırdı. Bu tələbi edən şəxs - zamanının fikir və elm zirvələrindən sayılan filosof Əl-Kindi idi...

Əl-Kindi. O, Bəsrədə dünyaya göz açmışdı. Bağdadın dünya şöhrətli "Hikmət Ev”ində çalışırdı. Mötəzilə xəttinə meylli xəlifələrin sevimlisi idi. Rasional düşüncənin xilafət sarayına qısamüddətli nüfuzundan sonra hakimiyyətə gələn Abbasi xəlifəsi Mütəvəkkilin dönəmində isə təqib olunan bir came alim və mütəfəkkir idi. Qərb fəlsəfi fikrində Alkindus kimi tanınmış Əl-Kindi, Aristotetilin ilk müsəlman tədqiqatçılarından olaraq, müxtəlif sahələrdə 250-yə yaxın elmi traktatın müəllifi idi. Fəlsəfə, məntiq, əxlaq, riyaziyyat, astronomiya, tibb, meteorologiya, optika, musiqi və sair sahələrdə akademik töhfələr sahibi idi. İnterdistiplinar yanaşmaya malik olan Əl-Kindi, pifoqoreizmin əsasında musiqi təlimin əsasını qoymuşdur və bu təlimdə müsiqi sənətilə makro və mikro nizamın bir çox fenomenleri əlaqələndirilmişdir.

Lakin, bir gün bu düha, öz vücui durumu üçün böyük təhlükə kəsb edən bir məşğuliyyətə əl atır. İnsanlardan ayrılaraq inzivaya çəkilmir. Evdə oturaraq "Quranın ziddiyyətləri” adlı bir kitabın tərtibi ilə məşğul olmağa başlayır. Əl-Kindi bir durumda idi ki, onun elminin və savadının qarşısında kimsə irəli şıxıb bir söz deməyə özündə cəsarət edən bir adam ətrafında tapılmırdı. Belə bir şəraitdə onun tələbələrindən biri oyandırıcı bir hadisə ilə üzləşir.

Kindinin şagirdlərindən birinə günlərin birində bir sual ünvanlanır: "Sizin aranızda müəlliminiz Kindiyə cavab verə bilən rəşadətli bir kişi yoxdurmu?”. "Biz hamımız onun şagirdiyik və müəllimin səhvinə etiraz edə bilmərik”, - deyə şagird cavab verir. Bu halda şagirddən: "Bəzi məsələləri sənə başa salsam, onu öz müəlliminə deyə bilərsənmi?”, - deyə soruşulur. Şagird "Bəli!” – deyə cavab verir. "Buradan qayıtdıqdan sonra müəlliminin yanına get və onunla ünsiyyətdə ol. Tamamilə ünsiyyət tapdıqdan sonra ona de ki, sənin üçün bir məsələ irəli çıxıb və onu ondan başqa heç kəsin həll etməyə səlahiyyəti yoxdur”, - deyərək, məsələnin və sualın qoyuluşunu ona öyrədir. Və yekunda: "O, ağıllı adamdır, bu məsələ onun səhvini özünə başa salmaq üçün kifayət edər”, - deyərək, şagirdə son sözünü deyir.

Şagird, ustadı Əl-Kindinin yanına gəlir. Bütün buyurulan məsləhətləri yerinə yetirir. Və müvafiq şərait hazır olduqda, verilən həmin sualla Əl-Kindiyə müraciət edir: "Ola bilərmi ki, bir nəfər bir söz deyib, onda müəyyən bir mənanı nəzərdə tutsun, ancaq həmin mənanı oxucu, yaxud dinləyici başa düşməsin? Başqa sözlə desək, bir sözü deyən şəxsin məqsədi həmin sözü dinləyən şəxsin başa düşdüyü məna ilə fərq edə bilərmi?”.

"Hikmət Evinin” parlaq ulduzu olan filosof Əl-Kindi sualı diqqətlə dinlədikdən sonra bir daha təkrarlanmasını istəyir. Şagird sualı təkrar edir. "Bəli, ola bilər ki, sözü deyən şəxs nəzərində müəyyən bir məna tutur, dinləyici isə onun nəzərində tutduğu mənadan başqa bir mənanı başa düşür”, - deyə filosof dərin düşüncədən sonra cavablandırır.

Əl-Kindi şagirdini tanıyırdı. Bu sualın onun zəkasının məhsulu ola bilmədiyini gözəl anlamışdı. "Səni and verirəm ki, həqiqəti mənə deyəsən. Bu sual haradan sənin fikrinə gəldi?” Şagird deyir: "Belə bir sualın mənim fikrimə gəlməsinin nə eybi var?”. Ustad: "Yoxdur, amma sənin bu məsələni başa düşməyinə hələ çox var. Bu sualı sənə kim deyib?” Şagird: "Doğrusunu bilmək istəyirsinizsə, bu sualı mənə İmam Həsən Əsgəri (ə) öyrədib”. Ustad: "Bax indi düz dedin”. Sonra əlavə edib deyir: "Bu cür suallar ancaq onların ailəsinə yaraşıb. Həqiqəti üzə çıxaran yalnız onlardır”.

Əl-Kindi öz səhvini anlayıb, həqiqəti başa düşür. O, anlayır ki, Qurani-Kərimdə ziddiyyət kimi başa düşdükləri məqamlar, əslində nəzərdə tutulan mənanın onun tərəfindən səhv başa düşülməsinin məhsuludur. Və dahi olduğu qədər də, səhvini etiraf etmək üçün kifayət edən böyükqəlbliliyə malik olan bu alim, bir ocaq qalanmasını əmr edir və öz başa düşdüklərinə əsasən "Quranın ziddiyyətləri” barədə yazdıqlarını oda atıb yandırır.

Uca Allahdan hər birimiz üçün gözəl aqibət diləyi ilə.


Şərhlər: 7
Baxılıb: 670
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
mesum insandan gozel bir oyud
28 iyun 2015 21:19
# 7
aliceWOnDer
Maraqli xeber ucun, tesekkur..
28 iyun 2015 19:59
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
tek umidim sen
Cox maraqli geldi,xeberi paylasdigincun cox sagol...
28 iyun 2015 19:07
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
vipbetul
yaxsiki yandirir yoxsa bezi teriqetler ondan isdifade ederdiler,Rebbim boyukdur cox sukur onun hikmetine
28 iyun 2015 17:48
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
...AdaDunyam``
Sitat: fialka
Filosof olmaq həmişə düz fikirdə olmaq və yanılmamaq anlamına gəlməz. Bəzən bizə nələrsə doğru olsa belə səhv görünə bilər ... İbrətli bir hadisə olub onu oyadan sual verilib lakin qəflətdə olan , oyanmaq bilməyənlər də var, Allah onları islah etsin..


aynen
28 iyun 2015 15:28
# 3
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Fialka
Filosof olmaq həmişə düz fikirdə olmaq və yanılmamaq anlamına gəlməz. Bəzən bizə nələrsə doğru olsa belə səhv görünə bilər ... İbrətli bir hadisə olub onu oyadan sual verilib lakin qəflətdə olan , oyanmaq bilməyənlər də var, Allah onları islah etsin..
28 iyun 2015 14:51
# 2
Akkuw)
coxx menalidir ilk werh menden
28 iyun 2015 14:17
# 1
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz