Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
4 sual - 4 cavab
4 sual - 4 cavab
Göndərən: guler19
Şərhlər: 10
Baxılıb: 764
Səs ver:
Bir nəfər Həzrət Əlinin (ə) yanına gəlib ərz etdi: "Dörd sual soruşmaq istəyirəm.”
Əli (ə) buyurdu: "İstəyirsən qırx sual soruş.”
Dedi: "Vacib nədir, daha vacib olan nədir? Yaxın nədir, daha yaxın nədir?
Təəccüblü nədir, daha təəccüblü olan nədir?
Çətin nədir, daha çətin olan nədir?"

İmam (ə) cavabında buyurdu: "Vacib Allaha itaətdir, daha vacib olan şey günahdan çəkinməkdir.
Yaxın Qiyamətdir, ondan da yaxın ölüm.
Təəccüblü dünyadır, ondan da təccüblü onu sevmək.
Çətin qəbirdir, ondan da çətini ora azuqəsiz getmək.”

Həzrət Əli (ə) buyurub: Heç bir iman sahibi olan gözə icazə verilmir ki, insanların günahlarını müşahidə etdiyi halda belə bir vəziyyəti dəyişdirməmiş göz qapaqlarını bir-birinin üzərinə qoysun. Qəlbi, dili və əli insanları günahlardan çəkindirməyən kəs dirilər arasında hərəkət edən ölü kimidir.

Həzrət Əlinin (ə) münacatı; Seyyid Muhəmməd Hüseyn Şəhriyar, Həzrəti Əlinin (ə) münacatını nəzmə çəkmiş;
 
Ey duanı eşidən, ey göyləri qaldıran!
Zəifə bəxşiş verən, ey əbədi hökmran!

Ey günah bağışlayan, gizlin işdən xəbərdar!
Ey eyiblər örtüsü, ey hər müşkülə açar!

Ey ən üstün sifətlər, yerdən toxum göyərdən!
Ey çürümüş sümüyə yenidən həyat verən!

Ey sürətli buluddan yağış yağdıran qüdrət!
Ey qıtlığı bolluğa döndərən uca hikmət!

Ey o dibsiz göyləri öz hökmüylə saxlayan!
Ey zülmətlər qoynunda ulduzları parladan!

Ey sübhü yaran qüvvə, ey uğurlar göndərən!
Küləyinin gücüylə buludlar pərən-pərən!

Ey dağların kökünü yerdə eyləyən möhkəm!
Ulu sənət sahibi, ey hər şeydən müqəddəm!

Ey düz yola bələdçi, düzə, doğruya sərpa!
Ey ruzilər paylayan, yurdları edən bərpa!

Ey fitnədən pənahım, ehtiyacım olan kəs!
Bir əmrinin nüfuzu yerə - göyə edər bəs.

Ey tiflə yemək verən, ey xəstələr şəfası!
Əsirlər azad edən, çarəsizin ətası!

Ey izzəti səbəbi, mənə bəxş edən həyat!
Qəm-qüssədən uzaq tut, Səndən istərəm nicat.

Hifz et o kəsdən məni, qiyaməti unutmuş,
Nəfsə uyub, mübarək dərgahından qovulmuş.

Ey məxluqi yedirən, quşlara qanad verən!
Sən nə qədər bilikli, hər bir şeyi Görənsən!

Ey hər kəsin üstündə nəzərləri sərbəsər!
Sənin nəzarətindən qaça bilməz bir nəfər.

Ey yaxşı əməlləri qəbul eyləyən hakim!
Sən xoş olarsan ondan, yaxşı iş görsə hər kim.

Məxluq üçün qoyduğun təkliflər, vəzifələr,
Lütfünün qarşısında kiçik, yüngül görünər.

Ey bizlərdən əzabı uzaqlarda saxlayan!
Ey hamıya ədalət günəşi tək parlayan!

Ey baxışları görən, sözü eşidən Xaliq!
Ləzzətləri bəxş edən, hesabında müdəqqiq


Şərhlər: 10
Baxılıb: 764
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Milawka18
Allahim sen bizi cehennem ezabindan uzaq et ,gunahlarimizi bagiwla bizleri dogru yolundan ayirma. amin...
6 avqust 2015 01:31
# 10
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
VIP
Allahım bizim elədiyimiz günahları bagışla,eləyəcəyimiz günahlardan qoru
6 avqust 2015 01:14
# 9
Başımın üstündə Allah,yanımda ailəm olsun.
ALESSANDRA
maraqla oxudum tesekkürler...
5 avqust 2015 12:58
# 8
Don't trust anyone ∆
teri meri
Çətin qəbirdir, ondan da çətini ora azuqəsiz getmək.”
Allah heç kimi qəbrdə yalnız günahları ilə baş-başa qoymasın hər kəsə hidayət versin
4 avqust 2015 15:49
# 7
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Dosta_inam
Allah butun gunahlarimizi bagislasin,
Her biri gozel kelamlardi, tesekkur.
4 avqust 2015 15:15
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Allah razı olsun. Oxuyub ibrət götürməli və dünyanın fani , axirətin əbədi olduğunu heç vaxt unutmamalıyıq. Unudanlara Allah kömək olsun, inşAllah islah olarlar...
4 avqust 2015 15:10
# 5
vipbetul
Rebbım her zaman komek olsun gunahlarımızı baqıslasın ınsallah

Rebbım her zaman komek olsun gunahlarımızı baqıslasın ınsallah
4 avqust 2015 15:05
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
...AdaDunyam``
maraqli xeberdi,tewekkurler
4 avqust 2015 12:13
# 3
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
efsane..
Allah razi olsun deyerli kelamlardi
4 avqust 2015 12:01
# 2
aziz a
Indiki zamanda bas veren hadiselerdendi bu sadalananlar...
4 avqust 2015 11:09
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz