Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nəsihət (2-ci hissə)
Nəsihət (2-ci hissə)
Göndərən: Nazlı_qız
Şərhlər: 9
Baxılıb: 532
Səs ver:
İmam Əlinin (ə) oğlu İmam Həsənə (ə) nəsihəti

Oğlum, unutma ki, ruzi iki hissəyə bölünür. Onlardan birini sən axtarsan, digəri səni axtarar. Əgər sən ona tərəf getməsən, o sənə tərəf gələr. Dünyada üzərinə düşən vəzifən gedəcəyin yeri düşünərək işlərini yoluna qoymaqdır. Əlindən gedən şeylərə heyfsilənsən əldə edə bilmədiyin şeylər üçün də heyfsilən. Olmayanları olanlarla yad et. Çünki işlər bir-birinə bənzəyir. Müsibət gördükdən sonra ibrət alanlardan olma. Çünki insan nəsihətlə, heyvan isə qamçı ilə tərbiyə olunur.
Heç bir zaman Allah qorxusu qəlbinizdən çıxmasın. Allaha itaət edin. İbadətlərinizə diqqət edin. İbadətlərinizi Allah qarşısında kiçilərək, Ona olan qorxu və sevgi ilə yerinə yetirin. Bu hal davam edərsə, mömin və müsəlman olaraq dünyanızı dəyişərsiniz.
Qurana tam şəkildə inanın. Elm və əməldə bir-birinizdən ayrılmayın.

İmam Əli (ə) oğlu İmam Həsənə deyir:

Günlərin bir günü əziz Peyğəmbərimizin (s.ə.s) bu sözləri buyurduğunu eşitdim: "İki mömin arasında ayrılıq olsa, aralarını düzəltməyə çalışın. Onların arasında bir-birlərinə qarşı soyuqluq qalmasın. Sizin belə rəftarınız həyatınız boyu qıldığınız bir çox namazlardan və tutduğunuz oruclardan daha üstündür."Qohum-əqrəbalarınızla gözəl davranın, vaxtaşırı onların görüşünə gedin.
Dünya malına meyl etməyin, dünyaya aid əlinizdən bir şey çıxarsa kədərlənməyin. Hər zaman düz danışın, yetimlərə qarşı mərhəmətli olun, daim zalımlara qarşı çıxın. Allahın kitabı, Peyğəmbərin (s.ə.s) sünnətinə əməl edin. Qonşunuzu incitməyin, haqqını qoruyun. Allahın Peyğəmbərinin (s.ə.s) mənə etdiyi vəsiyyət budur.

Allahdan qorxub Quranda olanlara əməl edin. Xeyirli işlərdə bir-birinizlə yarışın, namaz qılın, çünki namaz dinin dirəyidir. Din namazla ayaqda durar, mümkün olduğu qədər məscidlərə gedin. Ramazan ayında oruc tutun, çünki oruc cəhənnəmdən qurtulmaq üçün bir qalxandır. Allah yolunda cihada canınızla, malınızla qoşulun. Yoxsulun haqqı olan zəkatı verin, çünki zəkat Allahın qəzəbini rəhmətə çevirir. Peyğəmbərin (s.ə.s) övladlarını sevin, çünki möminlər Əhli-beyti (ə) sevməyə borcludurlar. Yoxsullara yardım edin, onlarla birlikdə yeyin-için, geyinin.

Oğlum, məndən bu dörd şeyi öyrən. Əməl edəcəyin təqdirdə ziyan görməyəcəyin bu dörd şeyi heç zaman unutma:

-Zənginliyin ən üstünü ağıldır.
-Yoxsulluğun ən böyüyü isə gözəl əxlaqa sahib olmaqdır.
-Qorxulacaq şeylərinən qorxulusu özünü bəyənməkdir.
-Bəyəniləcək şeylərin ən gözəli isə gözəl xasiyyətdir.

Oğlum, axmaqlarla dostluq etmə, onlar sənə fayda vermək istəyərkən zərər vurar. Xəsislərlə də dostluq etmə, onlara ehtiyacın olduğun zaman sənə kömək etməz. Pislik edənlərlə də dostluq etmə, onlar azacıq mənfəət müqabilində səni satar. Yalançılarla da dostluq etmə, onlar ilğıma bənzərlər, uzağı sənə yaxın göstərərlər.
Hər zaman Alklahı zikr edin, çünki zikrlərin ən üstünü Allahı zikr etməkdir. Peyğəmbərimizin (s.ə.s) yolunu gedin, çünki onun yolu yolların ən üstünü, ən doğrusu və ən faydalısıdır. Onun sünnətinə əməl edin, çünki onun yolu yolların ən şərəflisidir.
Allahın sözünə əməl edin!!!


Şərhlər: 9
Baxılıb: 532
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
cox deyerli meslehetlerdi oxuduq indi ise emel etmeliyik emel edek ki momin olaq
2 avqust 2015 12:24
# 9
Menim balam
Nesihetname kitabım var nesiheti sevırem
2 avqust 2015 02:20
# 8
VIP
Gözəl nəsihətdir bildiklərimizi yenidən oxudug,bilmədiklərimizi də buradan oxuyub bildik
1 avqust 2015 19:47
# 7
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Fialka
Allah razı olsun, inşAllah tək oxumaqla deyil həm də öz həyatımızda da oxuduqlarımızdan nəticə çıxarıb əməl edərik amin.
1 avqust 2015 16:54
# 6
vipbetul
insallah bizlerde bu emelleri ede bilerik heyatimizda

insallah bizlerde bu emelleri ede bilerik heyatimizda
1 avqust 2015 16:43
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
Canim qurban nesihet sahibine, cox gozel buyurulub....
1 avqust 2015 14:27
# 4
Qelbim doludu !!!!
Dosta_inam
Zenginliyin en ustunu agildir.
Yoxsullugun en boyuyu ise gozel
exlaqa sahib olmaqdir.

Tesekkur gozel nesihetlerdi.
1 avqust 2015 12:21
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
yarpaq33
Hemiwe caliwiramki yalancilardan xesislerden umumiyyetle pis insanlardan uzaq olum
1 avqust 2015 11:51
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Her zaman yalanci pis niyyetli xesis allaha inanmayan insanlarla dostluq etmirem.
1 avqust 2015 11:16
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz