Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sıxıntılarının cavabı pəncərədən eşidildi...
Sıxıntılarının cavabı pəncərədən eşidildi...
Göndərən: guler19
Şərhlər: 7
Baxılıb: 786
Səs ver:
Otağın divarındakı bəyaz rəngin ahəngini dini bir tablo və qonşu binadan düşən işığın əks etdirdiyi pərdənin kölgəsi pozurdu. Gözünə yuxu getmədiyi üçün tabloya gözünü zilləyərək düşünürdü. Ötən günün və günlərin hesabatını verirdi...

Nə etdim bu gün mən? Necə keçdi günüm? Günah işlətdimmi? Kiməsə bir yaxşılığım oldumu?... Maddi sıxıntısı olan iş yoldaşına yardım edə bilməmişdi, amma istəyərək yox. Tələbənin təklif etdiyi rüşvəti qəbul etməmişdi. Deyəsən bu gün etdiyi ən yaxşı iş idi, hə əlbəttə bir də xırda bir şey - yerə yıxılıb qalxması üçün kömək istəyən yaşlı qadına kömək etmişdi. Daha bir sadə günü geridə qoymuşdu. Keçmiş artıq keçmişdir deyib, əvvəlki günləri düşünməkdənsə sabahı düşünməyə çalışdı...

Sabahı üçün əsas maddi sıxıntı görürdü. Aylıq xərcləri deməkj olar ki, aylıq qazancı ilə üst-üstə düşürdü. Bu aydan digərinə bir əlavə demək olar ki, mümkün deyildi. Bəs mənəvi cəhət? Valideynlərini az qala bayramdan-bayrama ziyarət etmə vaxtı olurdu. Uşaqları ilə, ailəsi ilə az vaxt keçirirdi. Bir ay əvvəl yuxarı mərtəbəyə köçən qonşunu hələ görməmişdi. Uşaqlığı keçən bibisi oğlunu ən son 5 ay əvvəl görmüş, 1 ay əvvəl danışmışdı. Gündəlik problemlər, iş-güc, istirahət üçün vaxt tapılmırdı. Ən son məzuniyyətə çıxanda gördüyü dost-tanışlar vardı.

"Nə olacaq bu həyatın sonu?" - deyə düşünməyə başladı. İllər, aylar, günlər keçir. İstirahətə, ailə, qohum-əqrəba, dost-tanışla vaxt keçirməyə imkan tapılmır. Bu qədər iş-güc, amma maddi sıxıntı var. Nə olacaq bundan sonra? Bu günə kimi necə gəlibsə bundan sonra da elə gedəcək? Daha yaxşı olma ehtimalı yoxdur? Amma yox, var, insan şüuru, o çox şeyi həll edə bilər, əziyyət də çəkər, xoş gün də görər, hamısını yaşayar. Hər zaman işıqlı sabah vardır. Amma necə? Bunun üçün arxamda güc lazımdır. Bundan sonra hər şeyi dəyişmək üçün nə edəcəm? Off, sözdə demək asandır...

Bu anda bütün gecə düşündüklərinin, sıxıntılarının cavabı pəncərədən eşidildi. Gözünü rahat yumub yata bildi. Artıq gec də olsa yadına düşmüşdü, gücü necə artacaq? Kim ona arxa olacaq?...

Pəncərədən gələn səs: "Əllahu Əkbər! (4 dəfə) (Allah vəsf oluna bilən bütün şeylərdən ucadır)
Əşhədu ən lə ilahə illəllah! (2 dəfə) (Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur)
Əşhədu ənnə Muhəmmədən rasulullah! (2 dəfə) (Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın rəsuludur)
Həyyə ələs-saləh (2 dəfə) (Namaza tələsin)
Hayyə ələl-fələh (2 dəfə) (Nicat tapmağa tələsin)
Hayyə əla xayril əməl (2 dəfə) (Əməllərin ən xeyirlisinə tələsin)
Əllahu Əkbər! (2 dəfə) (Allah vəsf oluna bilən bütün şeylərdən ucadır)
Lə ilahə illəllah (2 dəfə) Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur)" - sübh Namazının Azan səsi idi...


Şərhlər: 7
Baxılıb: 786
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Allah her kesin gunahlarini bagislasin. Her kese layiq olduqlari heyati bexs etsin
13 avqust 2015 01:54
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Allah razı olsun..Günün sonunda insan özü və vicdanı ilə baş - başa qalanda öz hərəkətlərini təhlil edə bilirsə və ən əsası öz yalnış və doğrularını anlayırsa demək hardasa düz yoldadır , Allah hər kəsə yar olsun inşAllah.
12 avqust 2015 20:18
# 6
Dosta_inam
Allah her birimizi pis emellerden cekindirsin.
12 avqust 2015 18:26
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
gunka2000
ela xeberdi
12 avqust 2015 16:27
# 4
Payiz behane idi belkede yarpaq agacdan bezmisdi
İnci
Dogrudu her birimizin heyati bele kecir ama Allahi unutmamaq lazimdir
12 avqust 2015 14:16
# 3
Her gulusun arxasında bır keder vardır
adsiz-a
Allaha sukurler olsun,her seyi bilen ve esiden Allaha hemd olsun!!!
12 avqust 2015 12:42
# 2
vipbetul
gozel yazidi insan gerek her gunun sonu emellerini yadina salib ozune hesab versunki daha sehv emeledibse onu tekrarlamasin,Rebbim gunahimizi baqishlasin Amin insallah
12 avqust 2015 12:10
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz