Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fani dünya və onun həlak edici cazibəsi
Fani dünya və onun həlak edici cazibəsi
Şərhlər: 12
Baxılıb: 497
Səs ver:
–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ölmüş şəxsin cənazəsi (dəfn olunmaq üçün) aparılan zaman ruhu cəsədinin üstündə dayanıb fəryad edər: Ey övladlarım, ey qohumlarım, olmaya dünya məni aldatdığı kimi sizi də aldada! Halal-haramı yığıb başqaları üçün qoydum, zəhməti mənim, ləzzəti isə başqalarının oldu! (Hesab-kitabını, əzabını mən çəkəcəyəm). Bəs çalışın, mənim günümə düşməyin. Biharul-ənvar /6/161.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Əgər insan əcəlinin necə də tez yetişəcəyini bilsəydi, dünyadan və dünya arzularından cana doyardı.
Biharul-ənvar /73/166.
*** –İmam Kazim əleyhissalam buyurur: Dünya zahiri yumşaq, batini isə zəhərli olan ilana bənzər. Ağıllı, savadlı insanlar belə bir ilandan qaçar, uşaqlar və nadanlar isə ilanı tutmaq üçün onun üstünə gedərlər. Biharul-ənvar /78/311.
***
–İmam Sadiq əleyhissalam buyurur: Bütün pislik və günahların mənbəyi dünyaya bağlanmaqdır. Kafi /2/315. *** –İmam Hüseyn əleyhissalam buyurur: (Bə`zi) insanlar dünyanın quludurlar, dindarlıqları yalnız dillərindədir, maddi həyatları yaxşı olsa dindardırlar, çətinlik yarandıqda, imtahan edildikdə isə görərsən ki, dindar azdır. Biharul-ənvar /78/117.
***
–İmam Həsən əleyhissalam buyurur: Cisminin yeməyi barəsində düşünən, ruhunun qidasını unudan şəxslərə təəccüb edirəm. Onlar qarınlarını zərər verici yeməklərdən qoruyur, amma sinəsini puç və həlakedici şeylərlə doldurur. Səfinətül-bihar /2/84.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hərislik, qorxu və paxıllıq imanın azlığı və Allaha bədgümanlığın nəticəsidir.
Nəhcül-bəlağə /53.
*** –İmam Sadiq əleyhissalam buyurur: (Asimani kitabların bə`zisində gəlib ki,) əgər Adəm övladı sel tək axan qızıl və gümüş çayları olan iki geniş vadiyə sahib olsa, dözməyib üçüncüsünün də dalınca gəzəcək. Mən layəhzuruhul-fəqih /4/418.
***
–İmam Sadiq əleyhissalam buyurur: Hər kim dünyaya ürək bağlasa, üç xislətə mübtəla olar:  1. Tükənməz qəm-qüssə; 2. Nail ola bilməyəcəyi arzu; 3. Çata bilməyəcəyi ümid. Kafi /2/320.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Bir çox bədbəxt insanlar var ki, əcəlləri çatıb, amma onlar hələ də mal-dövlət toplamağa məşğuldurlar. Ğürərul-hikəm /240.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Öz başına qərar qəbul etmə, təkcə öz fikri əsasında (məşvərətsiz) əməl edənlər məğlub olacaqdır. Təsnifu Ğürərul-hikəm /443.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Özünü böyük tutan şəxslər Allah yanında alçalar, kiçilər. Təsnifu Ğürərul-hikəm /443.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xalqın fəlakətə uğraması və cəhənnəmə getməsi iki şeylədir: 1. Yoxsulluqdan qorxmaq; 2. Özünü yüksək tutmaq. Biharul-ənvar /72/39.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Özünü bəyənməkdən, zahiri yaxşılıqlara arxalanıb, özünü tə`rifləməkdən qorun. Çünki bu, Şeytanın ən mö`təbər fürsətlərindəndir. Ğürərul-hikəm /298.
***
–İmam Sadiq əleyhissalam buyurur: Qəlbində xaşxaş dənəsi qədər təkəbbür olanlar behiştə daxil olmaz. Kafi /2/310.


Şərhlər: 12
Baxılıb: 497
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbim ozu komeyimiz olsun gozel fikirli qelbli insanlardan eylesin biz qullarini insallah
25 iyun 2015 16:15
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
her biri insana edeb oyredir Allah emel edenlerden etsin her kes ibret gotursun bu deyerli sozlerden tesekkurler
25 iyun 2015 12:28
# 11
rəmsə
Allah razı olsun,dəyərli kəlamlar idi...
24 iyun 2015 20:16
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
hazal♡
Maraqliyda tesekurler
24 iyun 2015 19:31
# 9
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
aliceWOnDer
–İmam Sadiq əleyhissalam buyurur: Qəlbində xaşxaş dənəsi qədər təkəbbür olanlar behiştə daxil olmaz. Kafi /2/310.

Menali cumledi.
24 iyun 2015 19:17
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Canavar sevgisi
Maraqli idi hazirlayana tewekkurler
24 iyun 2015 19:08
# 7
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Fialka
Dünya malına göz dikənlər elə bilirlər özləriylə axirətə aparacaqlar hər şeyi lakin neçəki bu dünyadayıq axirətimiz üçün nələrsə etməliyik...Hər bir kəlam ibrətamizdir , oxuyub həyatımızda da tətbiq edərik inşAllah..Allah razı olsun.
24 iyun 2015 19:06
# 6
Dosta_inam
Özünü böyük tutuan şexsler,Allahın yanında alçalar,
Her biri gözel kelamlardır,teşekkür
24 iyun 2015 19:03
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Sonuncu cumle cox menaliydi. Qelbinde pislik olan cennete daxil ola bilmez
24 iyun 2015 18:44
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Dunya malina goz dikenin agli yoxdu odur ki axitetimiz ucun caliwmaliyiq
24 iyun 2015 18:31
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Nergizz
cox gozel ibretli sozlerdi emel edilse eger,,,,cox twwkur paylawana,,duzdu insan qocaldiqca dunya malini daha berk berk tutur ,
24 iyun 2015 18:23
# 2
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
aziz a
Deyerli kelamlardi hamisi.
24 iyun 2015 18:15
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz