Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mömini sevindirmək
Mömini sevindirmək
Şərhlər: 10
Baxılıb: 533
Səs ver:
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Sədəqə öz sahibinin əlindən çıxan zaman (yə`ni kasıblara verilərkən) ona deyər: Fani idim, mənə varlıq bağışladın, kiçik idim, məni böyütdün, düşmən idim, məni dost etdin, indiyə qədər sən məni qoruyurdun, indi isə qiyamətə qədər mən səni qoruyacağam. İsna-əşəriyyə /223.

*** –İmam Kazim əleyhissalam buyurur: Hər kəs mö`mini sevindirsə, əvvəl Allahı, sonra Onun Peyğəmbərini, daha sonra isə bizi (Əhli-beyti) sevindirmişdir. Biharul-ənvar /74/314.

*** –İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Həqiqətən Allah-taala fəqir və kasıbların ehtiyaclarını, xərclərini varlıların sərvətində qoymuşdur. Deməli, bir fəqir ac qalarsa, bu hansısa bir sərvətlinin onun haqqını verməkdən imtina etməsi səbəbi ilə olmuşdur. Nəhcül-bəlağə /533, Kələmati-qisar /328.

*** –İmam Sadiq əleyhissalam buyurur: Allaha and olsun, hər kəs öz mal-dövləti ilə möhtac və çətinlikdə olan bir mö`minin köməyinə tələsməsə, behişt yeməklərindən və təamlarından məhrum olar və rəhiqi-məxtumdan heç nə içməz. Biharul-ənvar /75/314.

*** –Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Nə qədər ki, mənim ümmətim bir-biri ilə sədaqətlə davranır, əmanəti sahibinə qaytarır və öz mal-dövlətinin zəkatını verir, həyatları gözəl tərzdə olacaqdır. Amma əgər belə etməsələr (bu əməlləri yerinə yetirib vəzifəni icra etməsələr) qəhətlik və çətinliklərlə üzləşəcəklər. Vəsailuş-şiə /6/13.

*** –İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ey Adəm övladı, səndən sonrakı varislərin sənin halal malını necə xərcləməsini istəyirsənsə, diri ikən həmin cür özün xərclə. Nəhcül-bəlağə /512, Kəlimati-qisar /254.

*** –Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Sədəqə verin və öz xəstələrinizi sədəqə vasitəsilə müalicə edin. Çünki sədəqə xoşa gəlməz hadisələri və xəstəlikləri dəf edir, ömrün uzanmasına, mal-dövlətin artmasına səbəb olur. Kənzul-ümmal /6/371.

*** –Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Məni asimanlarda seyr etdirən zaman behiştin qapısında üç sətir yazı gördüm. Birinci sətirdə Bismillahir-rəhmanir-rəhim. Mən o Allaham ki, Məndən başqa heç bir mə`bud yoxdur, rəhmətim qəzəbimdən irəlidədir –yazılmışdı. İkinci sətirdə isə Bismillahir-rəhmanir-rəhim. Sədəqə verməyin on, borc verməyin on səkkiz və qohum-əqrəba ilə gediş-gəlişin otuz qat savabı vardır –yazılmışdı. Üçüncü sətirdə isə Hər kəs Mənim Pərvərdigar olmağımı, qədir-qiymətimi və məqamımı bilsə, Məni ruzi barəsində müttəhim etməz –yazılmışdı. İsna-əşəriyyə /85.

*** –Tavus ibni Yəman deyir: Əli ibni Hüseyn əleyhissalam buyurdu: Mö`minin beş nişanəsi vardır. Dedim: Hansılardır, ey Peyğəmbər övladı? Buyurdu: Xəlvətdə təqvalı olmaq, mal-dövləti az olarkən sədəqə vermək, müsibət baş verərkən səbr etmək, qəzəblənərkən həlim olmaq və qorxarkən düz danışmaq. Xisal /127.


Şərhlər: 10
Baxılıb: 533
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Maraqli xeberdir cox tewekkur edirem
23 aprel 2016 18:00
# 10
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
efsane..
Allah razi olsun bacardiqca cox sedeqe vermek isteyirem
18 iyun 2015 12:16
# 9
tek umidim sen
Cox hikmeli kelamlardir. Paylasdiginiz ucun tesekkur...
15 iyun 2015 21:10
# 8
Kadın derin ama adam yüzme bilmiyor...
Fialka
Ruzini verən Allahdır lakin o ruzidən ehtiyacı olanlara verməkdə lazımdır həmdə savabdır . Bununla o ruzi tükənməz əksinə Allah ürəyinə görə daha çox verər... Allah razı olsun dəyərli kəlamlar üçün)
15 iyun 2015 15:35
# 7
cinqosh
–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Məni asimanlarda seyr etdirən zaman behiştin qapısında üç sətir yazı gördüm. Birinci sətirdə Bismillahir-rəhmanir-rəhim. Mən o Allaham ki, Məndən başqa heç bir mə`bud yoxdur, rəhmətim qəzəbimdən irəlidədir –yazılmışdı. İkinci sətirdə isə Bismillahir-rəhmanir-rəhim. Sədəqə verməyin on, borc verməyin on səkkiz və qohum-əqrəba ilə gediş-gəlişin otuz qat savabı vardır –yazılmışdı. Üçüncü sətirdə isə Hər kəs Mənim Pərvərdigar olmağımı, qədir-qiymətimi və məqamımı bilsə, Məni ruzi barəsində müttəhim etməz –yazılmışdı. İsna-əşəriyyə /85.
Çox hikmətli sözlərdir.xəbər üçün çox sağ olun.
15 iyun 2015 15:03
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
vipbetul
gozel ibretli kelamlardir,insallah bizlerde her zaman kimese el tutub kimese sedeqe vermeyimizi davam eletdirerik ruzimiz ne qederr cox olsada axlimiz elimizden getmesun insallah
15 iyun 2015 14:46
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Imkanim dairesinde kasiblara el tuturam ama bunu varlilarda etse sevinerem Allah pullu insanlarin sexavetini artirsin iclerinde elesi var dogurdanda kasiba yetime komek edir eleside varki yixilana bir tepik daha vurur
15 iyun 2015 14:21
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Her zaman isterem ki calisdiqca kasib insanlara el tutum yardim edim.
15 iyun 2015 13:50
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Axirincilar hansi bir insanda olmus olsa mence en varli dovletli olanda ele hemin insan olmus olar..
15 iyun 2015 13:02
# 2
Qelbim doludu !!!!
Antikvar
Çox gözəl yazılarıydı.Təki hər insan kasıblara əl uzarmağı bacarsın.Bir söz mənə dərindən təsir etdi(Allah-Təla fəqir və kasıbların ehtiyaclarını,xərclərini varlıların sərvətində qoymuşdu)Bir günün içində bilmədiyi yerlərə sərf edən varlılar bu kəlməni oxusaydı Allahın o varı ona nədən bəxş etdiyini anlayıb ,dünyada səfil içində yaşayan bir neçə ailəyə əl uzatmaqla savab qazanardı.Oğullarının altına maşın qoymaqla,nəsil kökünə ev almaqla,pul yedizdirmək ,lazım oldu olmadı xərclədiyi pulları hansı tərəfdən ona verildiyini anlasa ,məsum gözlərlə qarnı ac olan balalarımızın qarnı tox olardı...Qurban olum rəbbimə verəndə o alanda o,heç kimi ruzisini evindən əksik etməsin inşallah.Uşaqlıqdan hər zaman dediyim bir söz varıydı(Allahım mənə o qədər var dövlət verki ,kasıblara əl uzadım,qarnı ac olanları sevindirim)İndi sadəcə çox az bir qismini yerinə yetirə bilirəm,inşallah bu deyimim bir gün reallaşdırmaq mənə qismət olar.
15 iyun 2015 12:02
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz