Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allah üçün bu gün nə etdik?
Allah üçün bu gün nə etdik?
Göndərən: Fialka
Şərhlər: 14
Baxılıb: 665
Səs ver:
Hər günün sonunda bir dükançı kassasını və dəftərini yoxlayaraq satışını, xeyir  və ziyanını hesablayır. Hər ayın əvvəli məmur və işçilər üçün gəlir və xərclərini hesablamaq vaxtıdır. İl sonuna doğru isə bütün ticarət əhli böyük bir fəaliyyət içində olur, gəlir və xərclərini hesablayır, mənfəət və zərərini hesablayan, yeni il üçün planlar qurub özlərini gələcəyə hazırlayırlar.

Maddi həyatımızın hesabını bu qədər incə təfərrüatı və dəqiqliklə aparan bizlər, görəsən mənəvi hesabatımızda da eyni həssaslığı göstəririkmi? Ömür kapitalımızı yerli yerində istifadə edirikmi?

İnsan bütün etdiklərinin nəticəsini görəcək, əvəzini tapacaqdır. İnsan başıboş deyil. Gördükləri qarşılıqsız qalmaz. Ömür kitabının hər səhifəsi hesabını böyük məhkəmədə verəcəkdir.

Nəzərləri insanın yaradılış məqsədindən uzaqlaşdıran səbəblərin istila etdiyi bir dünyada yaşayırıq. Gündəlik həyat məşğələləri, iş münasibətləri, uşağın dolanışığı onsuz da artıqlaması ilə zehinləri məşğul edir. Bunlardan başqa insanlar, medianın da təşviqi, özləri çox zaman heç bir əlaqəsi olmayan məsələlərlə məşğul olurlar, lazımsız, faydasız şeylərlə vaxt öldürürlər. Halbuki ömür sərmayəsi çox azdır. Lazımlı işlər çoxdur. Həm əbədi həyat da burada əldə ediləcəkdir. Elə isə nə edilməlidir? Cavabı bu hədisdə göstərilb:

"Ağıllı insan nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışandır. Aciz də nəfsinə uyub həvasinin ardınca gedən və Allahdan (cənnət) arzusunda olan şəxsdir". (Əbu Bəkr, Qiyama, 25; Müslüm, İmanlı, 31; Əhməd, Müsned, 4/124)

 Bəs, nəfsin mühasibəsi necə aparılmalıdır? Bunu da İbn Ərəbidən öyrənək: Böyüklərimiz, danışdıqlarını və gördüklərini bir dəftərə yazaraq, işa vaxtdan sonra özlərini mühasibatdan keçirərdilər. Dəftərə baxıb onlardan sadir olan söz və əməl hamısını nəzərdən keçirərdilər. Bunlardan tövbə lazım olanlar üçün tövbə, xüsusiyyətlərindən lazım olanlar üçün xüsusiyyətlərindən, şükür lazım olanlar üçün də şükr edirdilər. Onlar bu mühasibatı etdikdən sonra yatardılar.

Elə isə biz də hesabımızı möhkəm tutaq, hesab şüuruna sahib olaq.

Etdiklərimizin, etmədiklərizin, etməli olduğumuz halda etmədiklərimizin, etməli olmadığımız halda etdiklərimizin hesabını aparaq.

İnsan gündəlik həyatında özünü necə ölçüb dartıb imtahana çəkməlidir?

Qısası, hər gün özümüzə bu sualları verək.

Bu səhər həyat dəftərini necə açdın? Sənə yeni bir gün verdiyini düşünərək Rəbbinə şükür etdinmi?

Səhər vaxtı gümrahlığını bütün günü saxlaya bildinmi?

Müəzzin "Hayyaalessalah" dəvətinə uyub nə qədər zamanını camaatla qıldın? Allah qadağan etdiyi halda səndə olan pis hal və davranışlardan vicdanın narahat oldumu?

Bu gün dilini boş və mənasız çıxışlardan, yalan, qeybət və münaqişədən və könülə tikan batırmaqdan qoruya bildinmi?

Bu gün bir acı doyurdunmu?

Bu gün bir könül qazandınmı?

Bu gün bir xəstə ziyarət etdin mi?

Bu gün bir yetimin başını oxşadınmı?

Bu gün yaradandan ötrü yaradılanlara, şəfqət, mərhəmət və məhəbbət nəzəriylə baxa bildinmi?

Bu gün Allahın sənə ehsan etdiyi nemətləri kimlərlə və nə qədər paylaşdın?

Bu gün bir mömin sevindirməyin qəlbin nəşəsini dada bildinmi?

Bu gün qul haqqına, hətta heyvan hüququna diqqət etdinmi?

Bu gün tanıdığın tanımadığım hər kəsə Allah üçün salam verdinmi?

Bu gün ananın, atanın, qohumlarının hal-əhvalını soruşub könüllərini şad etdinmi? Əgər onlar axirətədirlərsə, ruhları üçün bir Fatihə oxuyub, onları yad etdin mi?

Bu gün heç dost qazan bildinmi?

Bu gün ailəni könül gözü ilə seyr edib, oranın cənnət bağçası olması gərkdiyini düşündünmü?

Əgər evinin bəyi isə onun həyat yoldaşına və övladlarına qarşı nə qədər müşfiq və mərhəmətli davrandın?

Bu gün sənə pislik edən sərt və kobud davranan bir nəfəri bağışlayıb ona yaxşılıq etdinmi?

Abdullah bin Məsud (ə) deyir ki:
"Səhabələrinin biri evinə girdikdə xanımı ona dərhal bu iki sualı verərdi: Bu gün Qurandan neçə ayə nazil oldu? Allah Rəsulunun rəvayətlərindən nələr əzbərlədin"?

Bu gün sənə Allahın ən böyük neməti olan Qurandan neçə səhifə oxumusan? Oxuduqlarına, başa düşdüklərinə əməl etdinmi?

Bu gün həyat dəftərini necə açdın, necə bağladın? Böyük hesab günündə bu günkü səhifənin hesabını verə bilərsənmi?

Bir sözlə, bu gün, daimi bir həyatını doldurmaqda olduğun hər hal və hərəkətinin ilahi bir kamera ilə müşahidə etdiyini, heç düşündünmü?

Keçirdiyin son iyirmi dörd saatda neçə dəfə nəfəs aldığını hesablamısanmı?

Yəhya min Mələk (ə) ın bu duası bizlərə nümunə olacaq.
Ey Allahım! Gecələr ancaq sənə sığınacaq və rizanla gözəlləşir. Gündüzlər ancaq sənin üçün keçiriləcək ibadət və saleh əməllərlə gözəlləşir. Ölüm sonrası ancaq  sənin əffınlə gözəlləşir".


Şərhlər: 14
Baxılıb: 665
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Allahim bize komek et amin
23 aprel 2016 18:16
# 14
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
yaz_yamuru
Allah gunahlarimizi bagislasin...
19 iyun 2015 19:25
# 13
nigarhesenli1
indiye qeder ne gunahlarimiz varsa Allah bagislasin AMIN insALLAH bir dene soz var hatasiz qul olmaz insAllah baqislanar gunahlarimiz
18 iyun 2015 20:13
# 12
...AdaDunyam``
her gunumuze sukr etmeyi bacarmaliyiq.qelb qirmamaliyiq,sevgi qazanmaliyiq,her kesin elinden tutmaliyiq,elimizdekileri paylasmaliyiq...cox gozel xeberdi,insani dusundurmeye vadar edir
18 iyun 2015 18:30
# 11
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
guler19
Bu mübarək Ramazan günlərində hər kəsin – hətta üzürlü ya üzürsüz oruc tuta bilməyənlərin belə - məqsədi və məramı Allahın razılığını qazanmaq, Onun məhəbbətinə səbəb olan xeyir əməlləri etmək, günahlardan çəkinməkdir. İmam gətirmək həmişə doğrunu danışmaq böyüyün kiçiyin əlindən tutmaq valideynlərimizə bir ömür boyu borclu olduğumuzu unutmamalıyıq.Əgər belə davransaq ALLAHa da xoş geder özümüzə də yaxşılıq etmiş olarıq. Pis günümüzdə çarəni ALLAHdan istəməliyik yaxşı günümüzdə isə RƏBBİMİZƏ təşəkkürü unutmamalıyıq və həmişə şükr etməliyik
18 iyun 2015 16:47
# 10
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Düzdü bəzən istəmədən kiminsə xətrinə dəyib ürəyini qıra bilərik ancaq bu o demək deyil ki, daima günaha batmalıyıq ən azından imanımız güclü olsa Allahın buyurduqlarına əməl edib savab işlərin sahibi əməli saleh bir bəndə ola bilərik ...Allah günah işlər görməkdən çəkindirsin bizləri inşAllah
redaktə edənə təşəkkür.
18 iyun 2015 16:31
# 9
vipbetul
biz omur defterine yeyqinki daima gunahlar yiqirik bu gunahlarimizin helede ferqine varmiriq,Rebbim gunahlarimizi baqishlasin insallah
18 iyun 2015 16:07
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Tewekkurler maraqlidi insani duwunmeye vadar edir
18 iyun 2015 14:10
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Antikvar
Oxuduqca insanın özünə (bu gün nələr etdim)deyə suallar verir.Tamı tamına bütün düzgünlükləri,savabı yerinə yetirənin olduğuna inanmıram.Adi bir kəlmə ilə belə kimlərinsə qəlbinə dəyib günah qazana bilərik bilmədən...Allah günahlarımızı bağışlasın bu ramazan ayında kimin nə arzu diləyi ,niyyəti varsa inşallah həyata keçsin.Sonuncu deyimi çox bəyəndim..Tşk mənalı xəbər üçün.
18 iyun 2015 12:56
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
efsane..
ne gozel yazilib bunu etmeliyik ger gun dunyada etdiklerimizin hesabini apardigimiz kimi Axiretimiz ucun etdiklerimizinde hesabini aparmali dahada yaxsi olmaliyiq
18 iyun 2015 12:52
# 5
rəmsə
Allahu Təala bizlərin günahlarını bağışlasın,bizləri doğru yola yönəltsin inşaallahdua.Amin.
18 iyun 2015 12:30
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
ell.nell
Oxuduqca insan dehşete gelir
18 iyun 2015 12:27
# 3
BARBI
Her gun bu suali ozume verirem. Bu gun ne etdiyimi her zaman dusunurem .
18 iyun 2015 11:43
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tek umidim sen
Her bir kes gunun sonunda bu suallari ozune vermelidir ve elediylerinden netice cixarmalidir...
18 iyun 2015 11:16
# 1
Kadın derin ama adam yüzme bilmiyor...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz