Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsan nə üçün yaradılıb?
İnsan nə üçün yaradılıb?
Göndərən: Qlamurr
Şərhlər: 11
Baxılıb: 665
Səs ver:
Bəzi insanlar həyatın ancaq dünyadan ibarət olduğunu deməklə Allahın onları əbəs yerə yaratdığını düşünürlər. Uca Allah Quranda göyləri, yeri və canlıları səbəbsiz yerə yaratmadığını bildirmişdir: "Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?" (əl-Muminun, 115) "Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər" (əl-Əhqaf, 3) Hər hansı bir işin məqsədini o işi görəndən daha yaxşı heç kimin bilmədiyi kimi, yaradılışın da məqsədini ən yaxşı Allah bilir. Uca Rəbbimiz bu məqsədlərdən bəzilərini açıqlayaraq, Qurani-Kərimdə göyləri və yeri, ölümü və həyatı sınaq məqsədi ilə yaratdığını, Onun əmrlərinə tabe olanları mükafatlandıracağı, inkar edənləri isə cəzalandıracağını bildirmişdir. "İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun." (əl-İnsan, 2-3) "Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur." (Hud, 7) "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. (əl-Mulk, 2) İnsanların yaradılmasının ən böyük səbəblərindən biri, həmçinin ən böyük sınaqlardan biri -- insanların Allahın elmini, hikmətini və qüdrətini görərək yalnız Ona ibadət etmələridir: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!" (əz-Zəriyət, 56-58). Uca Allah bildirir ki, Qiyamət və yenidən dirilmə haqqdır, insanlar yaxşı və pis əməllərinə görə hesaba çəkiləcək: "Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”. Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir". (Yə Sin, 51-54) Həmin gün Allah Ona iman gətirənlərlə inkar edənləri bir tutmayacaq: "Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?" (Sad, 28) Həmin gün insanlar əməllərindən asılı olaraq Cənnətə və ya Cəhənnəmə daxil ediləcəklər: "Qəlbləri Qorxuya salan! Qəlbləri Qorxuya salan nədir? Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir? O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar. Dağlar isə didilmiş yun kimi olacaqdır. O gün kimin tərəziləri ağır gələrsə, xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, məskəni Həviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur!" (əl-Qariə surəsi) Həmçinin bilmək lazımdır ki, Allah insanlara məqsədini insanlar içərisindən seçdiyi peyğəmbərlər və nazil etdiyi kitablar vasitəsilə bildirmişdir. "Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan (Allaha şərik qoşmaqdan) uzaq olun”– deyə, elçi göndərdik” (ən-Nəhl, 36)
"Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər” (əl-Bəqərə, 285)


Şərhlər: 11
Baxılıb: 665
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Xebere gore tesekkurler Allah sizden razi olsun.
23 aprel 2016 17:59
# 11
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
ask meleyi
allah axirimiz xeyr elesin,bele xeber hazirladigin ucunde tesekkurler heart 20
22 iyun 2015 07:20
# 10
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
Canavar sevgisi
Cox gozel xeberdi. Ibretamizdir.hazirladigiviza gore tewekkurler
21 iyun 2015 22:35
# 9
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
efsane..
deyerli yazini paylasnnan Allah razi olsun
21 iyun 2015 17:33
# 8
Antikvar
Çox gözəl xəbər oldu mənim üçün.Yaradana qurban olum ızü bizim bilmədən etdiyimiz günahlarımızı bağışlasın,Kafirlərin ,nəfsi pisliknən,şeytanlıqla yanan insanların cəzasını versin.
Quran kitabını tərcüməyi halını oxuyuram,hər kəsə məsləhət görərdim,o qədər ibrətamiz sözlər yazılıbki,nəyin günah olub olmadığını nəyin səhf doğru olduğunu,kafirlərin nələr etdiyinin bilə bilərsiz.Oxuduqca insan özünü o qədər rahat hiss edirki,Allaha dahada yaxın olursan..
21 iyun 2015 17:23
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
Rebbim gunahlarimizi baqishlasin Amin insallah
21 iyun 2015 16:34
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Allahın buyurduqlarına əməl edib inşAllah əməli saleh bir bəndə olarıq. Bağışlayan və mərhəmətli Allah keçsin günahlarımızdan inşAllah amin.
21 iyun 2015 15:06
# 5
yarpaq33
Bow yere deyilmirki insana qalan yaxwi emelleri olacaq Allah bizleri cehennem odundan qebir ezabindan qorusun oz rehmetine sarsin Amin
21 iyun 2015 14:23
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Her zaman etdiyimiz emellere gore cavab vereceyik . Yaxsiliqlar edekki o dunyada cavab vere bilek .
21 iyun 2015 13:51
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
naz_vefa
Allah baqiwlayan ve rehm edendi inwallah bizlerden cehenem ezabi uzaq olar
21 iyun 2015 11:45
# 2
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
eıiyeva gülmaye
Bəli Allah böyükdü. Ona inanmiyanlar ise oz cezalarini cekecekler. Bize ne qederde insanlar pislik etselerde onlara yenede yaxsiliq etmeliyik. Maraqli idi tsk
21 iyun 2015 09:23
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz