Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
ALLAHLA ünsiyyət yaratmaq üçün nə etməli?
ALLAHLA ünsiyyət yaratmaq üçün nə etməli?
Göndərən: yasemin
Şərhlər: 16
Baxılıb: 1074
Səs ver:
Hər kim başqası ilə ünsiyyət bağlamaq və ona yaxın olmaq istəyirsə, gərək elə bir əməl etsin ki, qarşı tərəf də ona etimad edə bilsin. Onun rəftarlarını bəyənsin. O kəs ki, Allahla yaxın olmaq istəyir, gərək elə rəftar etsin ki, Allahın nəzərini cəlb edə bilsin.

Allahla yaxın olmaq çox böyük bir zəhmət tələb edir və bu əməl insanı məxluqlarla yaxın olmaqdan ayrı salar. Ona görə xoş olsun o kəslərin halına ki, Allahdan qeyrisindən ayrılmış və Allahla yaxın olmağı üstün bilmişdir.

İmam Həsən Əsgəri (ə) buyurur: "Hər kim Allahla həmsöhbət olar, insanlardan vahiməyə düşər. Nişanəsi də Allahla ünsiyyət və insanlardan vahiməyə düşməkdir”.

İmam Əli (ə) buyurur: "Hər kim dostunu sevərsə, onunla ünsiyyət bağlayar. Hər kim dostu ilə ünsiyyət bağlayarsa, dediklərini təsdiq edər, rəftarına sevinər”.

Allah Təala Musaya (ə) buyurur: "Ey Musa (ə)! Mən ancaq sevənlərimə aidəm”.

O zaman ki, iki dost arasında ünsiyyət bərqərar olar, bir-birinə elə bağlanarlar ki, ayrılıq onlar üçün ən böyük əzab sayılar. Bəzən elə olur ki, aşiq məşuqundan uzaq düşdüyü üçün həyat ona mənasız görünər. İmam Əli (ə) "Kumeyl” duasında buyurur: "Mənim Mövlam! Tutaq ki, əzabına səbir etdim, Sənin ayrılığına necə səbr edəcəyəm?”

Bəzən insan etdiyi günahlara görə qəmgin olur və Allaha pənah aparmaq yerinə, hər şeydən əlini üzür. Bu, düz deyildir. Belə ki, Allah bizimlə olan rabitəsindən heç bir fayda qazanmaz. Əslində bu, bizik ki, Allahla rabitəmizdən fayda və bəhrə alarıq. Ona görə də o kəs ki, bizimlə rabitə qurmağı xoşlayır və bizə faydası dəyir, onunla niyə əlaqəmizi kəsməliyik ki?

Rəhman Allahla ünisyyət yaratmaq üçün əvvəl qəlbimizi zikrlə hazır etməliyik. Həqiqən Allahı zikr etmək qəlbi səfalı edər. Hər kim Allahı unudarsa, əldə etdiklərini bada verər. Belə ki, o kəs ki, Allahı unudarsa, özünü də unudar. İmam Əli (ə) Allaha buyurur: "Allahım! Özündən qeyrisindən sonsuz ayrılmağı mənə inayət buyur”.

O kəs ki, Allahla ünsiyyət bağlamaq istəyir, gərək bir neçə mərhələni keçə bilsin.

1. Tələb və istək.
Bu yolda atacağımız ilk addım Allahla ünsiyyəti istəmək və iradə göstərməkdir. Cövşən Kəbir duasında oxuyuruq ki: "Ey o kəs ki, Onu istəyir və Onunla ünsiyyət bağlamaq istəyir”. Yəni, əgər insan istəməsə, bu ali məqama çata bilməz.

2. Məhəbbət və sevgi.
Sonrakı mərhələdə bilmək lazımdır ki, Allahla ünsiyyət Ona qarşı olan sevginin səmərəsidir. Həqiqətdə ünsiyyət - məhəbbətin ən üstün cilvələrindəndir. Allaha sevgi bəsləmək Ona qarşı olan sevginin sayəsində hasil olar. İnsan o zaman mərifətini artıra bilər ki, qəlblər dünya məşğuliyyələtlərindən və əlaqələrindən pak olar. Allahdan başqası ilə dostluq etməyi qəlbdən çıxardar. Əlbəttə dünyanı sevmək məzəmmət edilməz. Ona bağlanmaq məzəmmət olunar.

3. Zikr və Allahı yada salmaq.
O zaman ki, qəlblərdə Allah sevgisi öz yerini alar, qəlb və dil Allahı zikr etməyə başlayar. Məhbubu zikr etmək və Onu yada salmaq sevginin nəticəsidir. Aşiq həmişə sevir ki, məşuğunu yada salsın. Hər nə qədər yada salar, sevgisi artar. Allah Təalanı hər bir varlıqdan daha rəhimli və mehriban görər. Həqiqətdə Rəhman Allahı bəsirət gözü ilə görər.

İmam Əli (ə) buyurur: "Nə zaman görsən ki, Allah Özünü sənin yadına salmaqla həmsöhbət olur, bil ki, səni sevir”.


Şərhlər: 16
Baxılıb: 1074
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
qurban olum ALLAHa..) çox böyük maraqla oxudum) təşəkkür..
1 iyun 2015 15:28
# 16
Don't trust anyone ∆
Aydan Habili
İmam Əli (ə) buyurur: "Nə zaman görsən ki, Allah Özünü sənin yadına salmaqla həmsöhbət olur, bil ki, səni sevir”.
Bu özü böyük statdir
31 may 2015 19:48
# 15
efsane..
Allahla danismagin en gozeli dua ve namazdir
31 may 2015 19:29
# 14
gaye
İmam Əli (ə) buyurur: "Nə zaman görsən ki, Allah Özünü sənin yadına salmaqla həmsöhbət olur, bil ki, səni sevir”.
31 may 2015 19:21
# 13
C+G=∞♥
my_angel
Allahla ünsiyyət yaratmağın ən gözəl yolu ibadətdir
31 may 2015 18:35
# 12
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Mrs.Pianist
ALLAHimdan cox coxx raziyam teki o da menden razi olsun.
31 may 2015 15:43
# 11
Acısı çox olan qizların guluşu gozel olur.!
Nergız33
Qelbinde Allah sevgisi olan insanı Allahı tek qoymaz.
31 may 2015 15:41
# 10
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Fialka
Rəbbimə yetər ki, bir addım gedək o bizə on addım yaxınlaşar,..Allah hər kəsə yar olsun amin.
31 may 2015 15:20
# 9
vipbetul
Rebbim her zaman bizi yadina salsin her zaman hemsohbet etmek isdeyiyi sevdiyi qullardan olaq Amin Amin Amin insallah

Rebbim her zaman bizi yadina salsin her zaman hemsohbet etmek isdeyiyi sevdiyi qullardan olaq Amin Amin Amin insallah
31 may 2015 13:56
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lelos
Allah her birimize kömek olsun
31 may 2015 13:37
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
ask meleyi
mende dua edirem INSAALLAH YERINE YETER
31 may 2015 13:03
# 6
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
BARBI
Her zaman her problemde elimi allah acib dua edirem. Sukurler olsun dualarim qebul olunub
31 may 2015 12:07
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Anuka
Allah razi olsun
31 may 2015 11:26
# 4
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
Miss_Oxatan
Cox gozel movzudur maraqla oxudum.Allah sevgisizi her bir bende ucun mutleqdir.Rebbim bizi bagiwlasin InwAllah)
31 may 2015 11:25
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
cinqosh
Allah razı olsun.
31 may 2015 11:08
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Sevgi Meleyi
Tewekkurler bilmirdim bildim.....Allah Komeyimiz olsun Amin.
31 may 2015 11:01
# 1
love love love
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz