Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu gecə Rəğaib gecəsidir. Rəğaib gecəsinin əməlləri hansılardır?
Bu gecə Rəğaib gecəsidir. Rəğaib gecəsinin əməlləri hansılardır?
Göndərən: ruzgargulum
Şərhlər: 15
Baxılıb: 1925
Səs ver:
İslam mənbələrində göstərilib ki, Rəcəb ayında hər gün səhər və axşam, namazlardan sonra bu duanı oxumağın çox böyük savabı vardır.

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu, ya mən yu`ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən. Ə`tini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəh, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya Kərim.”

Tərcüməsi: "Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram. Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir. Ey o Allah ki, Ondan istəyənə əta edir. Ey o Allah ki, Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir. İndi mən gəlmişəm, öz dilimlə istəyirəm. Sən Öz geniş rəhmətinlə mənə əta et. İlahi, Pərvərdigara! Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et. İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!”

Sonra saqqalı varsa sol əli çənəyə (və ya saqqalı yoxdursa başa) qoyub (qadınlar sadəcə oxuyurlar), sağ əlin şəhadət barmağını qibləyə tərəf tutub bir qədər qaldıraraq deyirsən: "Ya zəl-cəlali vəl ikram, ya zənnə’mai vəl cud, ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar” (sol əlini başına qoyan "şeybəti” sözünün yerinə "şəri ” desin).

Tərcüməsi: "Ey cəlal sahibi və əta edən! Ey nemət və mərhəmət sahibi! Ey əta edənlərin ən səxavətlisi! Mənim ağarmış saçlarımı Cəhənnəm odundan qoru, ey mərhəmətlilərin ən mərhəmətlisi".

Rəcəb ayında oruc tutmağın da böyük savabı vardır.  İmam Sadiqdən belə bir hədis var: "Rəcəb ayında oruc tutanın savabının miqdarını Allahdan başqası bilmir. Həqiqətən bu elə aydır ki, Allah onu başqa aylardan fəzilətli etmişdir. Ona hörməti böyük etmiş və oruc tutanlarını əziz tutacağını özünə vacib etmişdir”

Həmçinin İmam buyurub: "Hər kim bu ayın son günlərindən birini oruc tutarsa, Allah onu ölümün şiddətindən, ölümdən sonrakı qorxudan və qəbir əzabından qoruyar. Hər kim bu ayın son günlərindən ikisini oruc tutarsa, Sirat körpüsündən asanlıqla keçər. Hər kim bu ayın son günlərindən üç günü oruc tutarsa, böyük Qiyamət gününün və o günün şiddət və qorxusundan amanda olar”.

Digər bir hədisdə deyilir ki, hər kim Rəcəb ayının sübhündə və əsrində 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyər və sonra əllərini qaldırıb deyərsə: "Əllahum-məğfirli və tub ələyyə", əgər həmin adam bu ayda ölərsə, Rəcəbin bərəkətinə görə od onu yandırmaz.

Həzrət Peyğəmbər (s) buyurub:
"Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. Çoxlu deyin: "Əstəğfirullahə və əs’əluhut-tövbə".
 
Aprelin 24-nə keçən gecə Rəğaib gecəsidir. Bu gecənin əməlləri hansılardır?
Həzrət Peyğəmbərdən (s) nəql olunur: ”Rəcəb ayının ilk cümə axşamı gününü unutmayın. Mələklər bu gecəni "Leylətül-rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır".

Rəcəb ayının fəzilətli başqa bir sıra aylardan çoxdur. Rəcəbin ilk cümə gecəsi, yəni 4-cü gündən 5-ci günə keçən gecə (bu il aprelin 23-dən 24-nə keçən gecə), Leylətül Rəğaib adlanır və bu gün (yəni 4-cü gün) oruc tutmaq, həmin gecə ibadətlə məşğul olmaq çox əhəmiyyətlidir.

İslamda Rəcəb ayı haram ayların ikincisidir. Allahın bu ayında ibadət, dua, istiğfar, tövbə möminlərin üzünü daha da nurlandırır, mömin olmayanların isə qəlbinə nüfuz edərək, onların da iman nuru ilə nurlanması ilə nəticələnir.

Rəğaib gecəsinin əməlləri haqda deyilir:
"Rəcəb ayının ilk cümə axşamı günü oruc tut.

Cümə gecəsinə daxil olduğun zaman şam və xiftən namazları arasında 12 rükət namaz qıl.
Bu namazın hər 2 rükətini .. salamla bitir.
Hər rükətdə 1 dəfə "Həmd"(Fatihə), 3 dəfə "İnna ənzəlnahu"(Qədr) və 12 dəfə "Qul huvallahu əhəd" (İxlas) oxu.
Namaz bitdikdən sonra 70 dəfə "Allahummə Səlli Əla Muhəmmədən Nəbi və Əla alihi" deyirsən.
Sonra isə səcdəyə gedib 70 dəfə "Sübbuhu, Quddusu, Rəbbul Məlaikəti vər Ruh" deyirsən.
Ondan sonra isə səcdədən qalxıb 70 dəfə "Rəbbi iğfirli vərhəm və təcavəz əmma təələm, innəkə əntəl Əliyyul Əzim" de.
Daha sonra isə yenidən səcdəyə get, bir daha 70 dəfə "Sübbuhu, Quddusu, Rəbbul Məlaikəti vər Ruh" dedikdən sonra Allahdan istədiyini dilə…".

Allah hər birimizin namazlarını dualarını ibadətlərimizi qəbul eləsin. Amin. Bu gecə Rəğaib gecəsində, Rəbbim hər kəsi sevindirsin arzularımıza niyətllərimizə çatdırsın. Amin. İnşAllah...


Şərhlər: 15
Baxılıb: 1925
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Rakella
Sitat: TUN
cox sağolun.amma xahiş edərdim ki belə məlumatları bir necə gün öncə verəsiz ki biz də bu mübarək günlərdən yararlanaq .xahiş edirəm nəzərə alasız .

mence de heyif gec oxudum yoxsa ederdim
25 aprel 2015 11:42
# 15
Impossible is not a word,it's just a reason for someone not to try
ask meleyi
amin insaallah sabah oruc tutacam
24 aprel 2015 23:09
# 14
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
TUN
cox sağolun.amma xahiş edərdim ki belə məlumatları bir necə gün öncə verəsiz ki biz də bu mübarək günlərdən yararlanaq .xahiş edirəm nəzərə alasız .
24 aprel 2015 20:18
# 13
Catwoman666
Regaib gecesi haqqinda hec bir melumatim yoxdur
24 aprel 2015 16:58
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
cinqosh
Allah bizim böyük-kiçik, əvvəl-axır, gizli-aşkar bütün günahlarımızı bağışlasın.amin!
24 aprel 2015 14:39
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
emis
Allah her kəsin içdən etdiyi duanı və namazı qəbul etsin. Mən bu haqda bilmirdim çox gözəl oldu bu mənim üçün .melumatlanmis, oldum allah hersekin ürəyinə görə versin bacım Təşəkkür xəbər üçün
24 aprel 2015 14:14
# 10
vipbetul
Rebbim her birimizin komeyi olsun gunahlarimizi baqislasin,isdek dualarimizi bu gunku gun xatirine qebul etsin,Amin insallah
24 aprel 2015 01:18
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
Receb ayiniz mubarek mamam bu gun3 gundu tutur bu gunde oruc tutmuwdu menim medem agridigi ucun tuta bilmedim
24 aprel 2015 00:48
# 8
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Fialka
Allah bu ayda edilən namaz və dualarımızı qəbul etsin, Allah imanımızı daha da güclü etsin amin. Allah səndəndə razı olsun , bu gözəl xəbəri bizimlə paylaşdığın üçün çünki bu haqda bilməyənlər üçün ən gözəl yaxşılıqdı..
24 aprel 2015 00:29
# 7
WiRiN BaLaM
bilmirdim bu gunu..Allah gunahlarimizi bagislasin arzu niyetlerimiz yerine yetsin İnsAllah..xeber ucun tesekkur
24 aprel 2015 00:09
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
aliceWOnDer
allah razi olsun bu xeberi paylasdigin ucun cox sag ol..edilen dualar ve qilinan namazlar qebul olsun insallah
24 aprel 2015 00:07
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nezka
Edərəm birazdan
24 aprel 2015 00:05
# 4
İçimi görsən mənə aptek alarsan.
Nur k-off
Reğaibimiz mübarek biz bu günü bilmirdik bu gun İmam ehsani verdik indi mende oxuyuram cox gözel gün imiş bu gün
23 aprel 2015 23:48
# 3
SVETA
BARBI
Bu gece coxlu dualar dilekler etmek lazimdir
23 aprel 2015 23:40
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Allah bizi emeli saleh bendelerinden qerar etsin Amin.

Cox gozel aylardi...
23 aprel 2015 23:19
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz