Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlərini cənnətləri halına gətirən ailələr...
Evlərini cənnətləri halına gətirən ailələr...
Göndərən: guler19
Şərhlər: 10
Baxılıb: 1282
Səs ver:
Rəbbimiz bir xəbərdarlığında qullarına belə xitab edir: "Ey qullarım! Mən zülmü öz nəfsimə də haram etdim. Əsla siz də öz aranızda bir-birinizə zülm etməyin!"  Niyə belə xəbərdarlıq edir? Çünki Rəbbimizin sevmədiyi səhvlərin ən başında zülm gəlməkdədir. Bundan ötəri zalımın həmişə qarşısında, məzlumun da həmişə yanındadır. Kim olduğu mövqenin verdiyi imkandan ötəri birinə zülm etsə bilsin ki, onun qarşısında Rəbbimiz ədalətiylə iştirak edəcək, etdiyi zülmü əsla yanına buraxmayacaq, dünyada verməzsə belə axirətdə mütləq artıqlamasıyla cəzasını verəcək.

Bu da dəqiqdir ki, zülm hər yerdə pis və əzablıdır. Ancaq ailə içində zülm, zülmlərin ən ağrılısı və pisidir. Dostun dosta zülmü, zülmlərin ən gözlənilməyənidir. Çünki həyatı ortaq yaşayırsınız, gecə gündüz, varlıqda yoxluqda, xəstəlikdə sağlıqda hər cür şərtlərdə birlikdə olduğunuz bir parçanızdan sizə ancaq təhlükəsizlik və yaxşılıq gəlməsi gözlənilərkən bunun yerinə hiddət, şiddət, zülm və haqsızlıq gəlməsi xeyirli bir dost rəftarı olmaz.

Buna görə də Məhəmməd Peyğəmbər (s.a.s) xəbərdarlığını çox dəqiq şəkildə etmişdir:  - Sizin xeyirliniz birlikdə yaşadığı ailəsinə xeyirli davranandır. Şərliniz də şərli davranandır. Yəni ailə mühiti Peyğəmbərimizin yanında hörmət və sevginin yaşanacağı ən əziz mühitdir. Burada bir etibarsızlıq hissi yaşanmamalıdır. Bir xəta və səhv varsa "Ağla qapı aç, iradəni əldən vermə!" anlayışı içində münasib dillə düzəldilməli, amma əsla hiddət və şiddət istifadə etmək kimi üsullara yönəlməməlidir.

Tənbih'ül Qafilindəki bu hadisə də bu həqiqəti ifadə etməkdədir. Bir adam gələrək belə bir sual verir:  - Ya Rəsulullah! Hansı mömin iman baxımından ən mükəmməl haldadır?  Rəsulumuzun cavabı belə olur:  - Ailəsiylə hansı ən gözəl şəkildə dolanırsa o iman baxımından ən mükəmməl haldadır. İki tərəf üçün də bu belədir.

Vida Xütbəsindəki xəbərdarlıqları da oxşar şəkildədir:  - "Xanımlarınız sizə Allahın əmanətləridir. Sizin onlar üzərində haqlarınız olduğu kimi onların da sizin üzərinizdə haqları vardır. Hər kəs öz haqqını bilməli, sərhədləri daxilində vəzifəsini yerinə yetirməyə baxmalı, kimsə kimsənin haqqını tapdalamamalı, zülmə yönəlib ürəyini, könlünü qırmamalıdır. Çünki ürək qırıb könül yıxmaq təmiri asan ola biləcək bir inşaat işi deyil. Kəbəni yıxan yenidən təmir edə bilər, amma ürəyi yıxan, qəlbi qıran onu divar hörərək təmir edə bilməz"

Bir dəfə: "İnsanların xeyirsizi ailəsinə təzyiq tətbiq edəndir" buyurunca dinləyənlərdən biri soruşur:  - İnsanın ailəsinə təzyiq tətbiq etdiyi necə müəyyən olar?  Buyurur ki:  - Özü evə gəldikdə ailədə gərginlik başlayar, evdən çıxdıqda gərginlik bitsə təzyiq tətbiq etdiyinin işarəsi olar. Eyni tərif xanım üçün də etibarlıdır:  - Xanımın xeyirlisi də bəy yanına gəldikdə dinclik, rahatlıq tapar, xoşbəxtlik hiss edər. İtələyici və bezdirici deyil, cazibədar və dinclik verici olar.

Bu səbəblə Tərğibi Tərhibdəki hədis ailə həyatını belə yekunlaşdırır:

- Möminin dünyadakı cənnəti, içində ailə həyatını yaşadığı evidir.  Demək ki, tərəflər etdikləri sevgi və hörmət rəftarlarıyla dünyadakı evlərini bir baxıma cənnətləri halına gətirə bilərlər. Yetər ki, itələyici deyil cazibədar olsunlar, sevgi və hörməti həyatlarının imtina edilməz xüsusiyyətləri olaraq bilsinlər. İmanda kamala çatmış ailə fərdləri nümunəsini versinlər.


Şərhlər: 10
Baxılıb: 1282
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
birde imaretin olsun mehribanciliq olmayandan sora .esas xosbexdlik mehribanciliqdi hormet anlayisdi bunlar varsa sen ele onsuzda cennetdesen demekki ....

xeberdede gozel qeyd olunub
4 iyun 2015 21:44
# 10
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
zülmə heç vaxt dözmərəm və bununda tərəfdarı deyiləm! bəzi aillərdə atlar öz xanımların avə uşaqlarına zülm edirlər...belə səhnələrə baxanda çox pis oluram..zülm edənlər axirətdə öz cəzalarını artıqlamasıyla alacaqlar!)
4 iyun 2015 18:38
# 9
Don't trust anyone ∆
Mrs.Pianist
Demək ki, tərəflər etdikləri sevgi və hörmət rəftarlarıyla dünyadakı evlərini bir baxıma cənnətləri halına gətirə bilərlər
4 iyun 2015 16:07
# 8
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
bir evdeki sevgi hormet gozellik sevinc vardir o ev Cennet kimi gozel goruner
4 iyun 2015 16:04
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Aileni cennete cevirmek tek adamin iwi deyil xanim da beyde bunun bele olmasinda iwtirak etmelidiler bir birlerini bawa duwseler hormet etseler alinar en esasi da ureklerinde Allah sevgisi olmalidir
4 iyun 2015 15:53
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Ayten666
Oxuyan cox emel eden yox

Oxuyan cox emel eden yox
4 iyun 2015 14:07
# 5
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
ayka
men de ele bildim wekillerdir fon wekli xeber kimi eladi
4 iyun 2015 13:55
# 4
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
lelos
aile gözel olanda bir birine hörmet qayği mehribanliq olarsa o ev hemişe cennet kimi olar
4 iyun 2015 11:38
# 3
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Fialka
Çox gözəl qeyd olunub , belə baxanda hər şey özümüzdən də asılı ola bilər çünki ailədə sevgi, hörmət varsa orda sakitlik, dinclik də olar. Hər kəs öz ailəsini bu dünyanın cənnətinə çevirə bilər . Lakin kiminsə haqqına girib zorakılıq etmək artıq onun üçün ailəni cəhənnəmə çevirməkdir. Yəni qadına edilən həm mənəvi həm də xaricən tətbiq edilən zorakılıq onun haqqına girməkdən başqa bir şey deyil, eləcədə qadın kişinin haqqına girə bilməz, ailədə hər iki tərəf kişidə, qadında öz haqqını bilməli , kimsə kiminsə haqqına girib könül qırmamalıdır. Çünki ürək qırılarsa onu təmir etsən belə mütləq harasındasa izi qalır yəni əvvəlki olmur , odur ki, kiminsə könlünü qırıb, haqqına girməkdənsə daha xoş rəftar olub könül alanlardan olmaq daha yaxşıdır. O zaman ailəni bu dünyanın cənnətinə çevirə bilərsən)) təşəkkür.
4 iyun 2015 11:16
# 2
BARBI
Aile cox gozeldir. Yasadigi evi cennet eden xanimdir. Ailnin icinde her zaman sevgi xosbextlik hormet mehribanliq olmalidir
4 iyun 2015 11:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz