Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azyaşlı uşaqların evləndirilməsi və ya ərə verilməsi
Azyaşlı uşaqların evləndirilməsi və ya ərə verilməsi
Göndərən: tek umidim sen
Şərhlər: 22
Baxılıb: 1552
Səs ver:
İslam insanların yaddaşına uyğun olaraq göndərilən bir dindir. Qurana və Həzrəti Peyğəmbərin hədislərinə nəzər salsaq, bu uyğunluğu aydın şəkildə görə bilərik. Uyğunsuzluq kimi qələmə verilənlər isə sonradan din adına ortaya atılan mövhumat və xurafatlardır ki, bunların da İslamla heç bir aidiyyatı yoxdur. Bu gün əfsuslar olsun ki, İslama məxsus olmayan məsələlərdən biri də azyaşlı uşaqların evləndirilməsi və ya ərə verilməsidir. Bəzi valideynlər müxtəlif məqsədlərlə, xüsusilə də kiçik qız uşaqlarını ərə verərkən buna dindən və adət-ənənələrdən bəhanə axtarıb taparaq özlərinə bəraət qazandırırdılar. Bəs, bu bəhanələr nədən ibarətdir? İslamın bu məsələyə münasibəti necədir?

Ümumiyyətlə, İslam dini insanların ailə qurmalarını istəyir. Ancaq ailə qurmalarını istəyir. Ancaq ailə qurmamışdan əvvəl insanlara bunun məsuliyyətli, ağır bir iş, möhkəm əhd-peyman olduğunu bildirərək yüz ölçüb bir biçmələrini tövsiyə edir. Belə bir ağır işi uşaqlara yükləmək mümkündürmü? Qurani-Kərimdə Uca Allah insanlara belə dua etməyi öyrənir: «Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!» («Bəqərə» surəsi, 286). Allah Quranda evliliyin ağır və məsuliyyətli müqavilə olduğunu bildirdiyi, başqa bir ayədə də bizə dua etməyi öyrətdiyi halda uşaqlara belə bir yükün yüklənməsinə olarmı?

Bəziləri oğlan uşaqlarının evləndirilməsinə, qız uşaqlarının ərə verilməsinə haqq qazandırmaq üçün «Heyzdən kəsilmiş qadınların və heyz görməmiş oğlanların gözləmə (iddət) müddəti üç aydır («Talaq» surəsi, 4) ayəsini sübut kimi gətirirlər. Bu ayədə «heyz görməyənlər»in azyaşlı uşaqlar olduğunu iddia edib buna icazə verildiyini söyləyirlər. Bu fikirdə olanlara görə, ayədə ifadə edilən «iddət» məsələsinin ancaq ailə həyatından sonra ola biləcəyi və burada uşaqların ailə həyatı qurmalarına icazə verildiyi bildirilir. Lakin ayədəki «heyz görməyənlər» ifadəsinin uşaqlara şamil edilməsi düzgün deyil. Çünki böyüdüyü halda heyz görməyənlər də mövcuddur. İbn Şübrümə (v. 143/760), Əbu Bəkr əl-Asam kimi alimlər də bu fikri qəbul etməmişlər.
Allah Quranda belə buyurur: «Yetimləri nigah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın». («Nisa» surəsi, 6). Bu ayədə uşaqlıq illəri nigah çağına gəlməklə məhdudlaşdırılıb. Əgər uşaqların evləndirilməsi və ya ərə verilməsinə icazə verilsəydi, təbii ki, məhdudiyyət mənasız olardı.
Evlənməkdə və ərə getməkdə əsas məqsəd birlikdə yaşamaq, xoşbəxt olmaq, ailə həyatı qurmaq və dünyaya övlad gətirməkdir. Uşaqların ərə verilməsində və evləndirilməsində bunların heç biri baş verməyəcəyi kimi, böyüdükləri vaxt onlar çox böyük psixoloji sarsıntılara məruz qala bilərlər. 117.
Həzrəti Peyğəmbər valideynlərə uşaqlarını 7 yaşında namaz qılmağa başlamalarını, 19 yaşında namaz qılmırlarsa, uyğun bir tərzdə cəzalandırılmalarını tövsiyə etdiyi halda, 118 uşaqların uşaqlığının əlindən alınmasına razı olardımı? Onların hələ namaz qılmağa öyrədilmə dövrü kimi ifadə etdiyi dövrdə ailə həyatı qurmalarına razılıq verməsi nə dərəcədə doğrudur?
Yuxarıdakı ayələr və həzrəti Peyğəmbərin hədisləri də sübut edir ki, İslam azyaşlı uşaqların səbəbindən asılı olmayaraq ailə həyatı qurmasını qəbul etmir.

Müəllif: Nisə Rafiqqızı


Şərhlər: 22
Baxılıb: 1552
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zzz
agliolan qiz evlenmesin 25 yasinnan once
14 fevral 2016 12:31
# 22
Cimbom Nilay
Hər şey valideyndən asılıdır. Tez ərə vermək, və s. Bəzən isə övladdan da asılı olur. Nə bilim, mənə aid deyil ki!! 11
21 may 2015 22:05
# 21
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
ALESSANDRA
uşaqları tez evləndirmək ağılsızlıqdı bilek
17 may 2015 20:04
# 20
Don't trust anyone ∆
GünƏşimƏ_AiD_
Sitat: yarpaq33
Tekce valideyinleri gunahlandirmaq olmaz ne qederdi 14-15 yawinda tanimadigi oglana qowulub qacan qizlar
Ele valideyinlerde var ki vallah qizinin canindayin bilir tez ere verir ki getsin aile qursun belke agillana
Elbette bularin icinde qizini ere getmeye mecbur edenlerde var

Ah baci ureyimi oxudune
Mesel getirim menim bir qiz sinif yoldashim vardi Allah gostermesin aydaa day olan qalmamishdiyee.her gun anasi doyirdu onu gece gece gedirdi oqlanla atasi tutmushsu onu meydini qoymushdu.indi anasi evden bayira oymur onu mekteb direktoruda 9cu sinifden qovdu onuki terbiyesizdi.Allah gostermesin.anasi deyir bunu kime ere verkmki aqillansin..
Amma ushaq kimi saf temiz qizlarmizi evlendirmekleri cox sefdi.menim refiqemde sevdi 18yashinda evlendi o qeder soymushem onu.mence 19yashindan sora qiz evlenmelidi
16 may 2015 19:21
# 19
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
yarpaq33
Tekce valideyinleri gunahlandirmaq olmaz ne qederdi 14-15 yawinda tanimadigi oglana qowulub qacan qizlar
Ele valideyinlerde var ki vallah qizinin canindayin bilir tez ere verir ki getsin aile qursun belke agillana
Elbette bularin icinde qizini ere getmeye mecbur edenlerde var
16 may 2015 18:08
# 18
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
lelos
beli indiki dövrde adi hal alib neçe nefer taniyiram qizdar 9da oxuyur ama nişanlaniblar neye telesiller hara telessiler bilmirem hec olmasa tehsilini başa vursun sorada
16 may 2015 17:23
# 17
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
rəmsə
16 yaşında evlənmiş biri olaraq,heç kimə məsləhət görmürəm.Bunun bir çox mənfi tərəfləri var,ən başlıcası isə odur ki,gənc yaşında uşaq dünyaya gətirib onun qayğısına qalmaq məcburiyyətində olursan.Qısacası məncə qızlar üçün evlənmə yaşı ən azından 20 yaşdan az olmamalıdır.
16 may 2015 16:52
# 16
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Antikvar
Özümün tez evlənməyinə baxmayaraq çox pis baxıram,çox çətindi böyümədən bir ailəni qoruyub saxlamaq,insan psixoloji problemlər çox yaşayır,əsəbli olur.Tez evlənməyimin səbəbkarlarından biridə valdeynlərim.Bəlkədə indiyə qədər günahlandırıram onları.Mən onlara atkaz edə biləcək qədər böyüməmişdim bəs onlara nə olmuşdu?Həyat yoldaşımla, ailəmlə bağlı heç bir narazıçılığım yoxdu çox şükür,amma yaşadığım bir çox stersslər məni vaxtından tez böyütməyə səbəbkar oldu,vaxtından tez dolğunlaşmağa, yaşımdan dəfələrlə böyük düşünmə tərzinə səbəbkar oldu.Təhsilimi bir muddət burda davam etsəmdə hamiləlikdən sonra yarıda saxladım.
Qızlarını tez evləndirib əziyət vermək günahdı,lap ən gözəl evlilik qısmət olsa belə nədə olsa əziyyətli günləridə az olmur.əyər sinə gəlib bacardısa halaldı o qadına.Boşanmaların səbəbi bax bu erkən yaşda qurulmuş evliliklərdi sonra valdeynlər təpəsinə döyə döyə qalırlar niyə qızım boşandı deyə.Günahı özlərındı görməkdənsə qızlarının canına yapışırlar kişini əlindı saxlaya bilmədin deyə.Azmı görülüb belə ailələr.Hər nəysə...
16 may 2015 16:38
# 15
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Tomris Müslümova
onu deye bileremki yaziqdilar,olari tez ere vermeyin olar hele gelincikleri ile oynayan vaxtlaridir olar gedib ne aile saxalaya bilecekler axi,ozleri usaqdi olar nece usaq dunyaya getirecekler ne terbiye ede bilecekler.oxutmaq lazimdi birinci novbede xuxusen qiz uusaqlarini,elinde bir senet olmadan kor-korane evlenmek ne bilim vallah.evlenenlerin agzi bala batmiyibki o qizcigazlarda getsin xosbext olsunlar.olar hele usaq yuxularini doya doya yatmalidilar,hele oynuyub oyuncaqlari ile bezmelidiler...hele usaq yasalarindan evlenmek esqine dusenler,olari ana ele boyutmelidirki o seyler yadlarina dusmesin.cahillik ve savadsizliqdan ireli gelir coxusu...etrafli bir movzudu danismaqla bitmez basa salmaqla anlasilmaz,yazdiqcan oxunulmaz....
16 may 2015 16:18
# 14
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Miss_Oxatan
az yawli ovladlarini ere verenlerde,ere getmek isteyenler de,bunlar sadece cahillikdir.kicik yawda ere geden hec kim men istisnayam deyib berayet qazandirmamalidir ozune.bu labud bir meseledir.Azerbaycan orta esirlerde xelife rejimi ile mubarize aparan,qadinlara azad secimler veren bir olke olub.daha derinden bilmek isteyenler Memmed Seid Ordubadinin Qilinc ve Qelem romanini oxusun.esl Azerbaycan turkleri her zaman qadina azadligi,aile ve pewe secimini ta ezelden ozune buraxmiwdir,daha sonra ereblerin ve farslarin Azerbaycana soxulmasi neticesinde ozleri ile birlikde xurafatlar,eqideler getirdiler,milletimizin qanina iwlemeye bawladilar,mehz tesirden manqurtlawmiw xalqin tesirlenen hissesi xurafata yonlenmiw xurafatdan dogan fikirlerle ne Islamda,ne turkculukde olmayan "mentaliteti" emele getirmiwler.en pisi de odur ki,ozlerinin bele curuk fikirlerini Islama sirimiwlar.halbuki yuxarida qeyd olunan ayelerde gorulduyu kimi Islam qadina boyuk qiymet vermiw ve secimleri ozune buraxmiwdir.qaninda temiz Azerbaycan qani axan insan qizini 13,15 yawda ere vermez,ta ki o qizi oxutmamiw,ayaqlari ustunde durmagi oyretmemiw vermez,yox eger verirse o valideyn ya fars esillidir,hansiki qaninda kecmiwinden,7arxa doneninden fars irsi var,ya da etrafinda bele insanlar coxdur ve onlarin tesirine durmuwdur ki,qizini uwaqken ere verir.patriarx quruluwunun en pik noqtesinin qurbanlari olan qiz uwaqlari ise bele curuk fikirlere qurban olur.Esl Azerbaycanlilar tarixdende bellidir,merd,igid,azad ruhlu,endazeden cixmamaq werti ile mehdudiyyet tanimayan ve ovladina mehdudiyyet ve MECBURIYYET qoymayan,tehsile,elme,muasirliye onem veren xalqdir.duzdur indi muasirlik deyen de insanlarin coxu lut gezmekde gorur,ancaq kecmiwimiz bele olmayib bunu tarix deyir.xor baxiram,qetiyyen qebul etmirem.az yawli uwaqlar aile qurmamalidir,bu bela bizde o qeder de abartilmir,en cox Turkiyededir bu bela.tebii ki,qizlarin xarakterinden de cox wey asilidir,elesi var ki,asi ruhludur,hec cure qebul etmir,ata,qardaw ve s kiwi qohumlar her ne qeder sert olsalarda xeyri olmur,ama ele xarakterler de var ki,mubariz deyil,taleyini mudafie ede bilmir.ancaq elesi de varki,ere getmek ucun eriyib tukenir,lijbi getsin,oxumaq zad veclerine deyil.beli bele qizlarda var.belke de yene de gunah onlarda deyil,ola bilsin ki,gozunu acandan yaninda o qeder bele sohbet olub ki,wuuralti tesir edib.her bir halda gunah valideyndedir,valideyn her weyden evvel uwagin fizialogiyasini fikirlewsin eger tehsil vermek kimi niyyeti yoxdursa,duwunsun ki,bu ozu uwaqdir,+18 hadiseleri,hamilelik,dunyaya getirmek ve s.duwunub en azindan yazigi gelsin ovladina.ne qeder ki,muselman xalqlarinda xurafet ve mental duwunceler var,ne qeder xelife rejiminin gic-gici qanunlarini 21ci esr olsa da beynimizden atmamiwiq bu bela her zaman var olacaq.indi coxlari deyecek ki,bizim nenelerimiz 13yawda ere gedib,nece nece uwaq dogub hamisi da tehsillidir,muharibe illerinde bele olsa onlarin ovladlarinin demek olar hamisi oxuyublar.bele duwunenler varsa onda indiki 13yawlilarin agli ile onlari muqayise etsin.men kecmiw dovrun az yawli evliliyine beraet qazandirmiram ancaq fakt eledir indiki nesil aqressiv,esebi,asi ruhludur ve uwaq terbiyye etmekde acizdirler.o sebebden de bu dovrde evliliyin en ideyal yawini 25 yawda gorurem.qiz uwaqlari indiki dovrde oxumalidir en esasda.cunki elmin ve texnikanin bu qeder inkiwaf etdiyi dovrde her bir ana mueyyen qeder savada malik olmalidir ki,dunyaya getirdiklerine bir weyler awilaya bilsin.
16 may 2015 15:47
# 13
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Luna-90
Yaxsi deyil
16 may 2015 14:44
# 12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
guler19
Evlilik müddəti sevindirici bir zamandır. Lakin gündəm-də duran erkən nikahdırsa, təəssüf ki, bu hadisə eynilə sevinc hissi ilə yanaşmaq olmur. Çünki belə hal baş verəndə bu, uşa-ğın, əksər hallarda qızın, uşaqlıq illərinin qurtarması təhsilinin yarımçıq qoyması və onun fundamental hüquqlarının pozul­ması anlamına gəlir.Bəzi xarici meyarların təsiri altında valideynlər qızlarının erkən yaşda nikaha girməsini daha uğurlu hesab edir. Əslində isə bu heç də belə deyil.Boşananlar arasında erkən nikaha girib sonradan boşananlar da az deyil. Belə hal son illərə kimi əsasən ölkənin cənub bölgəsini bürüsə də, axır vaxtlar Bakı ətrafı kəndlərdə də geniş yayılmağa başlayıb. Görünən odur ki, bu hala qarşı təbliğat aparılsa da, hələ ki, bu, lazımi effekt verməyib. Ona görə də erkən nikaha girənlərin sayı heç də azalmır.
16 may 2015 13:29
# 11
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Baharim ol
BU movzuya turkler "Halam geldi" filmi cekibler.baxanda ureyim parcalandi agladimda hele.Valideynler gunahkardi.ya da gozlerini pul ortur.varli gelir deyir qoy elimden getmesin qizi verim.ama qizin hec bedeni formalasmayib.ozunu bele derk elemir.nece aile sahibi olacaq.dehset
16 may 2015 13:23
# 10
Ama yenede
Narın Yağış
qicik oluramda ele valideynlere hele bir nece taniw var 9-cu sinifde cixardi qizini ne var ne var ere gedecey..qizdada agil vare qaca-qaca razi oldu)) menim oz sinifyoldawimi 7-ci sinifden niwanliyiblar uje 3 ildi niwamlidi gozduyurler 11-i qurtarsin sonra aile qursunlar.ne menasi var bunun?..belke o qiz (ve ya oglan) hec mektebi bitirdikden sonra istemiyeceyler bir-birini... wexsen menj mecburen bu yawda verseler hec duwunmeden ozumu oldurerem)) istemediyim biriynen bu yawda aile qurmaga mecburam?.. lap bele istediyim biri olsun qetiyyen... ozume gucnen baxiram qaldiki gedib uwagima baxacam)) amaan boyle weyleri fikirlewmey bele istemirem)) hele oxuyacam, uniye girecem iwliyecem sorasina baxarig)) yada unide oxuyanda 3*4 cu kursda biweyler duwunmey olar oda niwanlanmag..yoxsa hecvaxt uni-de oxuya-oxuya aile qurmaram..
16 may 2015 13:07
# 9
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
vipbetul
bunu cahil kisiler valideyinler oxusa yaxsidibezileri usaqken mektebli vaxtinda mektebden cixarir ere verir hele o usaqdiyee hele hec onun sumuyu berkimeyib ne tessufki bu prablem helede var helede olagey
16 may 2015 12:50
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
Analar taniyiramki, qizlarinin 16 yasi kecenden sonra ah uf elemeye baslayirlar, qizlarini reklam edirler hara catdilar..
16 may 2015 12:49
# 7
Qelbim doludu !!!!
Catwoman666
Az yasli qizlarin ere verilmesine tamaaamile qarsiyam. Bu hec duzgun deyil!! Valideynler de bu isde diqwetli olmalidir. Evvela tehsil alinmali sonra vaxti catanda evlenmelidi!!!
16 may 2015 12:33
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Teesufki cemiyyetimizin yarali yeri adini demerem bu yaxinlarda valideynlerimle bir rayona qonaq getdik. Orda mennen sorusdular yasimi dedim filan yas. Boo gel hengameye mamama deyirler qizin evde qalib alan olmayacag . Sen deme bunlarda adet 13 yasinnan ere vermekdir. Adetleride yere girsin. Usag oyun oynayan kuklayla usaqlarla oynayan vaxtinda evlendiriler beline aile yuku er yuku hele bir usaq yukude elave edirler . Cavan kirpe qizlarin heyatini mehv edirler. En boyuk gunah valideyndedir, bizler buna goz yummamaliyiq qizlarimizi oxudub ona tehsil is qurmaliyiq. Oz ellerimizle onu alova atmamaliyiq. Gelin qizlarimizi erken nigahdan qoruyaq saglam nesiller yetisdirek
16 may 2015 12:17
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
naz_vefa
Islamda buna qarwidi dovletde amma bezu valideyler var ki qizlarinin 15 yawi olan kimi deyler he gerek verem ere ama duz deyl 15 yaw uwaq sayilir yeni yetme saylir menim bir sinif yoldawim var idi 12 yawimiz olardi onda onu mecbur niwanadilar 2 gozlediler sora evlendirdiler qiz zulum zulum aqlayib yalvarirdi o ne qanirdi axi evlilik nedi onun anasina dediyi soz indiye kimi axlimnan cixmir dedi ana siz pula gore meni bedbext elediz o puldan xeyr gelmeyecek size men bu qapidan cixdim sizcun oldum qiz indide anasiyla atasiyla daniwmir neyse heyat çox qeribedir....
16 may 2015 11:42
# 4
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Fialka
Baxmayaraq ki, günü gündən inkişaf edən bir dövrdə yaşayırıq ancaq hələdə az yaşlı qız uşaqlarını evləndirirlər. Və acınacaqlısı da odur ki, öz çirkin əməllərinə dinidə alət edirlər ki, guya dinimizdə buyurulub. Gənc yaşda qız uşaqlarının evləndirilməsi düzgün deyil. Gənc yaşda olan bir qız hələ məktəbi bitirməmiş ərə verilir və onun sabahını düşünən də olmur , fikirləşmirlər ki, hələ təcrübəsi olmayan biri öz evini necə idarə edəcək, necə uşaq saxlıyacaq heç buna orqanizmada imkan verməz olan yenə qıza olacaq gənc yaşda bədəninə iynə dərman yeridilir ki, uşağı olsun. Bunun günahkarı qızı zorla ərə verən valideyndədi, qızını onun gələcəyini düşünən valideyn onu tez bazar ərə vermək yerinə ona təhsil, savad verər. Beləcə heçnədən başı çıxmayan cahil bir uşaq yerinə sabahsı gün öz hüquqlarını bilən təhsilli, dünya görüşlü biri ola bilər. Təhsil ən çox qadına lazımdır, çünki kişiyə təhsil versən cəmiyyət savadlı bir nəfər qazanır ancaq qadına təhsil, savad versən cəmiyyət bir ailə qazanır yəni ssavadlı qadın öz uşaqlarını, öz düzənini ona görə qura bilir, cahil körpə qız uşaqları isə gözü qorxaq öyrədilir, hər şeyə baş üstə, hər şey avtomatikləşdirilmiş kimi olur daha fikirləşmir bu ziyandısa olarmı olmazmı . Valideynlər uşaqlarının gələcəyi üçün əvvəlcə təhsil versələr sonra da oturub etdikləri hərəkətin səhv olduğunu bilib peşman olmazlar çünki sonrakı peşmançılıq fayda vermir...
16 may 2015 11:28
# 3
aliceWOnDer
İndi əsasən yeniyetmə qızları ərə verilər bu duz deyil ən əsası qızları təsildən kənarlaşır
16 may 2015 11:20
# 2
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
KRALİCEM
Men qarsiyam neyinki az yasli boyu bele isdemediyine mecbur vermeye herenin oz haqqi var
16 may 2015 11:12
# 1
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz