Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cüməyə tələs!
Cüməyə tələs!
Göndərən: guler19
Şərhlər: 9
Baxılıb: 622
Səs ver:
Ey iman gətirənlər!  Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!  Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)  (Əl-Cümə surəsi: 9-10). Gecə gündüzün bir-birini ötüb keçməsini ağıl sahiblərinə ibrət edən Allaha həmdi sənalar olsun. Onun tükənməyən nemətlərinə şükr edirəm. Peyğəmbərlərin və rəsulların ən şərəflisi Məhəmmədə, onun ailəsinə və əshabına salat və salam deyirəm. Bütün xalqlar öz bayramlarını qeyd etməkdədirlər. Bu bayramların gəlişi və onların adlarının sadalanması hamını sevindirir. İslam ümmətinin də öz bayramları vardır. Bu bayramlardan biri də cümə günüdür. Bu həftəlik bayram, yalnız İslam ümmətinə xasdır. Yahudi və xaçpərəstlərə bu günü seçmək qismət edilməmişdir. Peyğəmbər (s.a.v.) buyurur:

"Allah bizdən əvvəlki ümmətləri bu günü seçməkdən yayındırmışdır. Yəhudilər şənbə, xaçpərəstlər isə bazar gününü seçmişdilər. Bizi isə Allah təalə cümə gününü seçməyə müvəffəq etdi. Sonra həftənin günlərinin tərtibini cümə, şənbə və bazar günləri etdi. Həmçinin onlar Qiyamət günündə də bizdən sonra (haqq-hesab) olacaqlar. Biz dünyanın sonuncu ümməti, axirətdə isə ilk haqq-hesab olunacaq ümmətik" (Müslim rəvayət etmişdir). Peyğəmbər (s.a.v.) cümə günü haqda buyurmuşdur:  "Üzərinə günəş i n doğduğu ən xeyirli gün Cümə günüdür"(Müslim rəvayət etmişdir). Ona görə də hər birimiz bu günün qədrini və xüsusiyyətlərini bilməliyik ki, bu günü ibadət və itaətlə, çoxlu dua etmək və Peyğəmbərə (s.a.v.) salavat deməklə keçirək. İbn əl-Qeyyim (r.a.) "Zədul Məad" adlı kitabında deyir:  "Bu günü əziz, şərəfli tutmaq, bu günü digər günlərdən fərqli olaraq bəzi ibadətlərlə xüsusiləşdirmək Peyğəmbərin (s.a.v.) yolundan və hidayətindən idi. Hətta alimlər Cümə yaxud Ərəfat günlərinin hansının daha əfzəl olmasında ixtilaf etmişlər..." Sonra İbn əl-Qeyyim bu gün üçün 30-dan çox özəllik sadalamışdır və biz də onların bəzilərini qeyd edəcəyik:  1. Bu gün təkrarlanan bayramdır. Yəhudi və xaçpərəstlərə zidd olaraq bu gündə oruc tutmaq haramdır. Həmçinin bu gündə oruc tutmağın qadağan olma səbəblərindən namaz, dua və s. ibadətlərin layiqincə yerinə yetirilməsidir.

2. Bu gün "Məzid" (daha artıq mənasındadır.) günüdür. Bu gündə Allah təalə Özünü cənnətdə Möminlərə göstərəcəkdir. Allah təalə buyurur:  "Dərgahımızda isə ondan artığı mövcuddur!" (50: 35). Ənəs (r) deyir:  "Allah təalə hər cümə günü Özünü möminlərə göstərəcəkdir".  3. Cümə günü günlərin ən xeyirlisidir. Peyğəmbər (s.a.v.) buyurur:

"Üzərinə günəş i n doğduğu ən xeyirli gün Cümə günüdür"(Müslim rəvayət etmişdir).   4. Bu gündə duaların qəbul olunan bir vaxtı vardır.
Peyğəmbər (s.a.v.) buyurub:  "Bu gündə elə bir saat vardır ki, həmən vaxt hər hansı müsəlman bəndə dayanaraq namaz qılar və Allahdan istəyərsə istədiyi ona verilər" sonra Peyğəmbər (s.a.v.) əli ilə işarə edib bu vaxtın azlığını bildirirdi. (Buxari və Müslim rəvayət emişdir).

5. Bu gündə yaxşı işlər görməyin fəziləti: Peyğəmbər (s.a.v.) buyurub:  "Kim bir gündə bu beş əməli: - xəstəyə baş çəkər, cənazə arxasınca gedər, oruc tutar, cüməyə gedər və bir qul azad edərsə Allah onu Cənnət əhlindən edər." (Albani "Silsilətus Sahihə" kitabında bu hədisin səhih olduğunu qeyd etmişdir. Rəqəm: 1033). Hədisdə deyilən Cümə günü oruc tutmağın mənası yəni, hansına orucu tutanda bu günə təsadüf etməsi deməkdir.  6. Qiyamət bu gündə qopacaqdır. Peyğəmbər (s.a.v.) buyurur:  "Qiyamət yalnız Cümə günündə qopacaqdır" (Müslim rəvayət etmişdir).  7. Bu gün günahlar bağışlanan gündür. Salman (r) Peyğəmbərin (s.a.v.) belə buyurduğunu deyir:  "Hər hansı bir insan cümə günü qüsl alar (çimər), bacardığı qədər təmizlənər, saçını yağlayar (Qeyd: əvvəllər saça yağ sürtərdilər), imkanı catdığı qədər ətirlənər, sonra (evindən) çıxar və iki nəfəri ayırmaz (yəni, ön tərəfə keçmək üçün camaatın arasından keçməz), lazım olan qədər namaz qılar və İmam xütbə verdiyi zaman susarsa onun olduğu cümə ilə qarşıdakı cümə arasında olan günahları bağışlanar" (Buxari rəvayət etmişdir).

8. Cümə namazına getməyin savabı çoxdur. Peyğəmbər (s.a.v.) buyurub: "Kim cümə günü ailəsi ilə yaxınlıq edər sonra qüsl alar (çimər), səhər erkəndən çıxıb tez piyada məscidə gedər, imama yaxın oturar, onu dinləyər və artıq heç bir hərəkət etməzsə onun atdığı hər addıma görə bir illik namaz və oruclu ilin savabı yazılar"(Tirmizi rəvayət etmişdir).

9. Bir cümə, digər cüməyə qədər və əlavə üç günün günahlarının bağışlanmasına səbəbdir. Peyğəmbər (s.a.v.) buyurur:  "Kim qüsl alar və cümə namazına gələr, lazımı qədər namaz qılar, sonra xütbə bitənə qədər sakit durar və imamla namaz qılarsa onun digər cüməyə qədər və əlavə üç günün günahları bağışlanar" (Müslim rəvayət etmişdir).  10. Cümə günü və ya gecəsi ölmək yaxşı xatimənin (sonluğun) əlamətlərindəndir. Peyğəmbər (s.a.v.) buyurur:

"Kim cümə günü və ya gecəsi vəfat edərsə qəbir əzabından qorunar" (Əhməd rəvayət etmişdir).  11. Bu gündə verilən sədəqə digər günlərdə verilən sədəqədən daha yaxşıdır. İbn əl-Qeyyim (r.a.) deyir: Ramazan ayında sədəqə vermək digər aylarda sədəqə verməkdən daha xeyirli olduğu kimi, bu gündə verilən sədəqə də həftənin digər günlərində verilən sədəqədən daha yaxşıdır. Mən şetxulislam İbn Teymiyyəni (r.a.) cüməyə gedərkən evində olanlardan: çörək və s. götürüb yolda gizli sədəqə verdiyini görürdüm... Cümə gününün bundan da çox üstünlükləri mövcuddur. Hətta onun bir üstünlüyü olasaydı, artıq bununla onun qədrini bilmək və bu gündə yaxşı əməl görmək üçün kifayət edərdi. Bəs bu günün dediyimiz qədər üstünlükləri olduğu halda onu necə dəyərləndirmək lazımdır...?!  Müsəlman qardaş! Sən cümə namazını deyildiyi qaydada qılıb məsciddən çıxdıqdan sonra inşallah lazım olan savabı qazanmısan.

Qeyd: Əziz qardaş! Məsciddə olarkən cib telefonunu söndürməyi unutma. Həmçinin cümə namazı vaxtı telefonla danışmaq, kiməsə işarə etmək, alış-veriş etmək olmaz. Bəzi qardaşlar azan verildikdə, yaxud azandan sonra məscidin ətrafında ticarət edirlər. Bu böyük xətalardandır. İmam minbərə çıxıb salam verdikdən sonra artıq imamı dinləmək üçün hazırlaşmaq lazımdır və bu vaxt ərzində də danışmaq olmaz.  Allah bizləri bu günün kamil savabına nail olanlardan etsin.....Amin!  Sözümün sonunda Allahdan, bizləri və sizləri Ona layiqincə ibadət edənlərdən etməsini diləyirəm. Peyğəmbərimiz Məhəmmədə (s.a.v.), onun ailəsi və bütün əshabına salat və salam olsun!

Cümə gününüz mübarək.


Şərhlər: 9
Baxılıb: 622
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Denizimm
sagolun ALLAH razi olsun
16 iyul 2015 20:58
# 9

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
vipbetul
cume gununun savabı gozel emmellerını Rebbım bız qullarının uzerınden eksık etmesun Amın ınsallah
16 iyul 2015 20:05
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
VIP
Cümə günü cox müqəddəsdir həm də eşitmişəm cümə günü cimmək savabdır
16 iyul 2015 18:37
# 7
Başımın üstündə Allah,yanımda ailəm olsun.
ask meleyi
sabahki cume gununuz mubarek
16 iyul 2015 18:02
# 6
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
Madina
Allah imanimizi kamillesdirsin.
16 iyul 2015 14:03
# 5
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
my_angel
Müsəlmanların günü Cümə günüdür,daha müqəddəs gündür cümə günü.
16 iyul 2015 13:48
# 4
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Fialka
Müsəlman aləminin müqəddəs günlərindən biri də cümə günüdür. Allah bu gündə edilən ibadətləri qəbul etsin inşAllah.
16 iyul 2015 12:39
# 3
Dosta_inam
Allah her kesin duasin qebul etsin, Allahin sevilen bendelerinden olaq, Allah razi olsun her birimizden, Amin.
16 iyul 2015 12:30
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Her zaman cume gununde coxlu dilekler dualar edirem. Insallah qebul olunar
16 iyul 2015 11:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz