Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Ayətül-Kürsi"də bilinməyən möcüzəvi uyğunluq!
Göndərən: cinqosh
Şərhlər: 16
Baxılıb: 4984
Səs ver:
"Ayətül-Kürsi” "Qurani-Kərim”in ən böyük surəsi olan Əl-Bəqərə ("İnək”) surəsinin 255-ci ayəsidir. Bu ayə 9 cümlədən ibarətdir və bu cümlələr bir-birilə möcüzəvi şəkildə bağlıdır.

"Ayətül-Kürsi”nin oxunuşu və tərcüməsi belədir:

1. Allahu la ilahə illa huvəl-həyyum-qəyyum ( Allahdan başqa heç bir tanrı yoxdur. Diridir və yaradandır)

2. la tə'xuzuhu sinətun və la nəvm ( O, nə mürgü, nə də yuxu bilər.)

3. ləhu ma fis-səmavati və ma fil-ərz ( Göylərdəki vəyerlərdəki hər şey Onundur.)

4. mən zəlləzi yəşfə'u indəhu illa bi-iznihi ( Onun qatında Onun izni olmadan kim şəfaət edə bilər?)

5. yə'ləmu ma bəynə əydihim və ma xəlfəhum ( O, hər kəsin önündəkilərini də, arxalarındakını da bilir.)

6. və la yuhitunə bişəy'in min ilmihi illa bima şaə (Onlar Allahın elmindən Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər)

7. vəsiə kursiyyuhus-səmavati vəl-ərz ( Onun kürsüsü göyləri və yerləri əhatə etmişdir.)

8. və la yəuduhu hifzuhuma (Göyləri və yeri qoruyub mühafizə etmək Onun üçün heç də çətin deyildir.)

9. və huvəl-Əliyyul-Əzim ( Ən böyük və ən uca varlıq Odur.)

"Ayətül-kürsi”nin 1-ci cümləsində Allahın (cəllə cəlaluhu) 2 adı çəkilir: "Həyy” (daima diri olan) və "Qəyyum” (hər şeyi, yeri-göyü yaradan). Sondan 1-ci, yəni 9-cu cümlədə də həmçinin Allahın (cəllə cəlaluhu) 2 adı çəkilmişdir: "Əliyy” ( çox uca, yüksək) və "Azim” (ağlı yüksək dərəcədə olan).  Deməli, 1«9

"Ayətül-Kürsi”nin 2-ci cümləsində bildirilir ki, Allah (cəllə cəlaluhu) nə mürgüləyər, nə də yuxuya gedər. Mürgüləmək və yatmaq yaradılana xas xüsusiyyətlərdir, Yaradana yox. Eynilə, sondan 2-ci, yəni 8-ci cümlənin mahiyyəti də belədir: Tutaq ki, bir insan böyük bir şirkətin mühafizəçisidir. Saatlarla oyaq qalarsa yavaş-yavaş onu yuxu tutar, mürgüləyər və hətta ayaq üstə də olsa yatar, şirkəti mükəmməl şəkildə qoruya bilməz. Bu yaradılana xasdır. Lakin Yaradan üçün "Göyləri və yeri qoruyub mühafizə etmək heç də çətin deyildir.”2«8

"Ayətül-Kürsi”nin 3-cü cümləsində deyilir ki, "Göylərdəki və yerlərdəki hər şey Onundur”. Yəni hər şeyin sahibi Allahdır. Sondan 3-cü, yəni 7-ci cümlədə isə bildirilir ki, "Onun kürsüsü yerləri və göyləri əhatə etmişdir”. Yəni O, göylərin, yerin, bütün kainatın hökmdarıdır! Diqqət edin, bir cümlədə sahibi ("Malik”) və digər cümlədə hökmdarı( "Məlik”). Başqa sözlə, bir ölkənin hökmdarı idarə etdiyi ölkədə heç də hər şeyin sahibi sayılmır, yəni birinin bir inəyi varsa bu o demək deyildir ki, həm də hökmdarın inəyidir. Əksinə, mənim bir qələmim varsa deyirəm ki, bu qələmin sahibi mənəm, daha demirəm ki, bu qələmin hökmdarı mənəm. Bir sözlə, yaradılan insan ya sahibdir, ya da hökmdar. Lakin Yaradan həm hökmdardır, həm də hər şeyin sahibi! 3«7

"Ayətül-Kürsi”nin 4-cü cümləsində bildirilir: "Onun qatında Onun izni olmadan kim şəfaət edə bilər?” Yəni haqq-hesab günü heç kimin xahişi qəbul olunmayacaq, Allahın (cəllə cəlaluhu)izin verdiklərindən savayı! Gördüyümüz kimi burda bir istisna hal var. Sondan 4-cü, yəni  6-cı cümlədə isə bildirilir: "Onlar Allahın elmindən, Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər!”  Yəni Allah (cəllə cəlaluhu) istərsə, izin verərsə, bir insan roket düzəldə bilər, bir insan atomu parçalaya bilər, bir insan sensor telefon icad edə bilər və s. Bu cümlədə də bir istisna var. Beləliklə, 4-cü cümlədə "izin verdiklərindən savayı” istisnası və 6-cı cümlədə  "Özünün istədiyindən başqa” istisnası.4«6

Nəhayət, qaldı "Ayətül-Kürsi”nin 5-ci cümləsi! Ayənin tən ortasında dayanan, yəni ayəni iki hissəyə ayıran cümlə:

" O, hər kəsin önündəkilərini də , arxalarındakını da  bilir.”

Ayənin möcüzəsi də baxın burdadır: Yəni Allah (cəllə cəlaluhu) bu cümlədən əvvəlki  1-ci, 2-ci, 3-cü, 4-cü cümlələrdəki hökmləri də, bu cümlədən sonrakı 6-cı, 7-ci, 8-ci, 9-cu cümlələrdəki hökmləri də bilir. Bir başqa sözlə, Allah (cəllə cəlaluhu) hər kəsin keçmişini (dünənini) və gələcəyini (sabahını) bilir. Ortada qalan "bu gün”ünüzü elə yaşayın ki, həm keçmişiniz, həm də gələcəyiniz işıqlansın! "Bu gün”ünüzü elə yaşayın ki, keçmişdəki günahlarınız üçün bir kəffarə, gələcəkdəki həyatınız üçün sizə bir kömək olsun!


Şərhlər: 16
Baxılıb: 4984
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Oxatan
cox maraqla oxudum, ve daha derinden oyrendim bu haqda.Ayetul Kursunuezber bilirem ve tez -tez oxuyuram.Allah razi olsun.
14 may 2015 23:28
# 16
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Catwoman666
ayetel kursi coooxxx gozel duadir yeni nece deyimee yeni kii cox faydasi var bu duanin
13 may 2015 18:00
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
Madina
Her zaman oxuyuram ve komek olur.
13 may 2015 14:10
# 14
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Laliçqaa
Herzaman ayetil kursi oxuyuram
13 may 2015 10:42
# 13
Bestoş
bu duani cox oxuyuram o qeder inaniramki bu duaya
13 may 2015 00:00
# 12
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
gulka azeri
dogurdan cox guclu ayedir,yola sefere cixanda usaga da oxuyuram hergun calisiram oxuyam tesekkurler
12 may 2015 20:00
# 11
yasemin
Ayətəl küsu duası çox çox gözəl duadır… mən hər dəfə hər gecə yatanda imtahana falan gedəndə oxuyuram….əzbər bilirəm bu duanı
12 may 2015 18:28
# 10
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
yarpaq33
Onu oxuyanda gerek en azi yeddi defe oxumalisan
12 may 2015 15:37
# 9
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
Ayetul-Kursini ezber bilmeliyik her zaman ozumuzcun demeliyiki Allah bizim yar-yardimcimiz olsun insallah
12 may 2015 15:02
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
talis balasi
xalam ayetul-kursu nu ezbere bilir mende isdiyirem oyrenmek,MUQEDDES QURANIMIZIN gozel dualarindan birirdi
12 may 2015 13:28
# 7
guler19
Namazlardan sonra ayətül-kürsini oxumaq hədislərdə tövsiyə edilib.Mənə bu haqda anam demişdiki ayətül-kürsini bir dəfə oxuyan adamın bu dünyadakı min dərdi və axirətdəki min çətinliyi aradan qalxar. Bu dünyadakı dərdlərin ən yüngülü – kasıblıq, axirətdəki çətinliklərin ən yüngülü isə qəbir əzabıdır. Əlbəttə, deyilən faydaları əldə etmək üçün ayəni səmimiyyət və ixlasla oxumaq, mənası barədə düşünmək və Allaha təvəkkül etmək əsas şərtdir. ALLAH dualarımızı qəbul etsin amin
12 may 2015 12:40
# 6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Nur k-off
Allah böyükdür möcüzelidir biz bendelerini sevendir. Ayetel-kürsü haqda azda olsa bilirdim amma bu qeder yox çox teşekkür
12 may 2015 12:11
# 5
SVETA
Nergizz
Allahimizin gonderdyi her bir ayenin her bir,surenin oz menasi gozelliyi var,bu ayeni her namazdan sonra oxuyram,coxda rahat oluram bunu oxuyanda,ama cox deyerli mentiqli menasi var oxumuwam,twk xeber ucun bir daha oxumuw oldum,
12 may 2015 11:36
# 4
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Anuka
Ayetel-Kursu cox gozel duadi Allahima min wukur onun her verdiyinde bir hikmet,bir mocuze vardir.Dogurdan bu duanin hikmetlerini cox gormuwem ezberden hemiwe evde,yatanda,duranda oxuyuram.Rossiyada nevroloqiyadan imtahan verende uwaglar kitab oxuyurdu imtahan gunu men bu duani inanin ruslarin ozunen bele yaxwi qiymet aldim o imtahanan coxu kesilirdi orda bir daha onun hikmetini gordum.Min wukur sene Ya Rebbim.
12 may 2015 11:33
# 3
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
Fialka
Ayətəl - Kürsü ayəsini hər gün oxuyuram burda bir daha oxumuş oldum mənası olduqca böyük bir ayədir savablarıda xeyiridə böyükdür... müəllifə təşəkkür, Allah razı olsun.
12 may 2015 11:11
# 2
BARBI
Heqiqeten mocuzeli ayedir men de bir ise baslamazdan evvel oxuyuram. Isim ugurlu alinir
12 may 2015 11:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz