Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu gün xanım Fatimeyi-Zəhranın doğum günüdür
Bu gün xanım Fatimeyi-Zəhranın doğum günüdür
Göndərən: ruzgargulum
Şərhlər: 20
Baxılıb: 3030
Səs ver:
Xanimlar xanimi Fatimeyi-Zehra(s.ə)nin mübarək Movludu münasibətilə,başda İmam Zaman(ə.s)aga olmaqla,bütün mömünləri o cümlədən analarimizi və bacilarimizi TƏBRİK EDİRƏM.

Elə şəxsiyyətlər var ki, onların məqamını olduğu kimi vəsf etmək mümkünsüzdür. Fatimeyi-Zəhra (s.ə) da onlardan biridir. Ona görə də, qısa da olsa, o həzrətin məqamı haqqında məlumatı təkcə, təkcə məsumların (ə) kəlamında araşdıracağıq. Əlbəttə, xatırlatmaq lazımdır ki, bu yazılar yalnız və yalnız o dəryanın fəzilətlərindən bir damladır. 1. Fatimeyi-Zəhra (s.ə) imam Əlinin (ə) baxışında Həzrət Əli (ə), Müaviyənin əməvilərə istinad etdiyi əsassız iddialarının cavabı olaraq bir məktubda yazdı: "...cənnət cavanlarının iki ağası bizdəndir, səbiyyətun-nar (nəsibi od olan uşaqlar) sizdən. Dünya qadınlarının ən yaxşısı bizdəndir, həmmalətul-hətəb (cəhənnəm əhli üçün odun daşıyan) sizdən...” Sonra öz şerindən bir parça xatırladaraq buyurur: "Mən Fatimə (s.ə) və övladlarını salamlayıram! Həmçinin Fatiməni (s.ə) mənimlə evləndirdiyindən Allah Rəsuluyla (s) fəxr edirəm.” 2. Fatimeyi-Zəhra (s.ə) imam Həsənin (ə) baxışında İmam Həsən (ə) çox yerdə anası haqqında danışıb. O cümlədən, Fatimə (ə.s) haqqında buyurub: "Bir gecə anamı mehrabda namaza durduğunu gördüm. Günəş çıxanadək rüku və səcdə halında idi. Qonşulardan bir-bir kişi və qadınların adını deyərək onlara dua etdi, lakin özü üçün bir şey istəmədi. Ərz etdim: "Anacan! Başqalarına dua etdiyin kimi, niyə özünə də, dua etmirsən?” Buyurdu: "Öncə qonşu sorna ev.” 3. Fatimeyi-Zəhra (s.ə) imam Hüseynin (ə) baxışında Aşura günü düşmən ordusu imam Hüseyni (ə) əhatəyə aldıqda İmam (ə) müfəssəl bir xütbə buyurdu: "Məni ölüm və zillət seçimi arasında qoyublar. Amma mən heç vaxt özümü alçaqlığa tabe etmərəm. Allah və Rəsulu (s) məni bu işdən çəkindirir. Həmçinin pak və təmiz insanlar, onu qəbul etməyimə icasə verməzlər.” Bir sözlə, imam Hüseynin (ə) xütbəsində, onun Faimeyi-Zəhranın (s.ə) prinispinə əsaslanması məlumdur. 4. Fatimeyi-Zəhra (s.ə) imam Səccadın (ə) baxışında İmam Səccad (ə) buyurub: "Qiyamət baş verdiyi zaman, carçı car çəkərək belə deyəcək: - Bu gün qorxmayın və kədərlənməyin. - Hamı bu ümumi bağışlanmadan başlarını qaldırar. Fatimeyi-Zəhra (s.ə) məhşərə daxil olan zaman deyiləcək: - Əhli-beyti (ə) sevənlərdən başqa ayələrimizə iman gətirənlər və müsəlman olanlar hamısı başlarını aşağı salsın. O zaman Muhəmmədin (s) qızı həzrət Fatimeyi-Zəhranın (s.ə) kimiliyi məılum olar. O, və ətrafında olanları cənnətə doğru gedərkən Allah bir mələyi onun yanına göndərib deyəcək: - Məndən hacətini istə! Fatimə (s.ə) ərz edəcək: -Ey Allah! Mənə və mənim övladlarıma kömək edənləri bağışla”. 5. Fatimeyi-Zəhra (s.ə) imam Muhəmməd Baqirin (ə) baxışında Bir hədisdə, imam Muhəmməd Baqir (ə) buyurur: "And olsun Allaha! O gün (qiyamət günü) Fatimə (s.ə), öz şiələrini və dostlarını yaxşı dəni pis dəndən ayıran bir quş kimi, camaat arasından ayırıb (özüylə cənnətə aparacaq). 6. Fatimeyi-Zəhra (s.ə) imam Cəfər Sadiqin (ə) baxışında Başqa bir hədisdə Seyid Haşim Bəhrani imam Sadiqdən (ə) belə nəql edir: "Heç bir peyğəmbərin peyğəmbərliyi, Fatimənin (s.ə) fəzilətini təsdiqləmədən və ona məhəbbət bəsləmədən kamil olmadı”. Həmçinin "İnna ənzəlnahu fi ləylətil-qədr” ayəsi haqqında buyurub: "Ləyl”-də məqsəd Fatimə (s.ə) və "Qədr”-də məqsəd Allahdır. Hər kəs Fatiməni (s.ə) olduğu kimi tanısa "ləylətil-qədr”-i dərk edibdir”. 7. Fatimeyi-Zəhra (s.ə) imam Musayi Kazimin (ə) baxışında İmam Kazim (ə) buyurur: "Həqiqətən Fatimə (s.ə) Siddiqə və Şəhidədir”. 8. Fatimeyi-Zəhra (s.ə) imam Rzanın (ə) baxışında İmam Rza (ə) öz ata-babasından, onlar da Peyğəmbərdən (s) nəql edirlər ki, Əli (ə) və Fatimənin (s.ə) nigahından sonra Allah təala buyurdu: "(Ey Rəsulum!) Əlini (ə) yaratmasaydım yer üzündə qızın Fatimə (s.ə) üçün həyat yoldaşı tapılmazdı.” 9. Fatimeyi-Zəhra (s.ə) imam Cavadın (ə) baxışında Zəkəriyya ibn Adəm nəql edir: "İmam Rzanın (ə) hüzurunda idim ki, dörd yaşında olan imam Cavad (ə) içəri daxil oldu. Əyləşldi, əllərini yerə qoyub başını göyə qaldırdı, uzun fikrə daldı. İmam Rza (ə) buyurdu: Canım sənə qurban olsun, nə üçün fikrə dalmısan?” Cavab verdi: "Anam Fatimeyi-Zəhraya (s.ə) olunan zülümlərə gorə”. 10. Fatimeyi-Zəhra (s.ə) imam Hadinin (ə) baxışında İmam Hadi (ə) həzrət Siddiqeyi-Tahirəyə (s.ə) Fatimə adının verilməsinin səbəbini peyğəmbərdən (s) belə nəql edir: "Qızım Fatiməyə (s.ə) bu adın verilməsinin səbəbi Allahın onu və dostlarını oddan uzaq etməsidir”. 11. Fatimeyi-Zəhra (s.ə) imam Həsən Əskərinin (ə) baxışında İmam Həsən Əskəri (ə), imam Əlidən (ə) o da, Peyğəmbərdən (s) belə nəql edir. "Allah, Adəm və Həvvanı yaratdıqdan sonra onlar orada özləriylə fəxr edirdilər. Adəm (ə) Həvvaya dedi: -Allah bizdən yaxşı heç bir məxluq yaratmayıb. Allah Cəbrailə (ə) buyurdu: -"Bu iki bəndəmi Firdovs cənnətinə apar!” Onlar Firdovsa daxil olduqda, əynində cənnət paltarı, başında nur saçan bir tac və qulağında parlayan sırğa asılmış, üzünün nuru cənnəti nurlandıran bir xanımı gördülər. Həzrət Adəm (ə), Cəbrailə dedi: -"Sevimlim Cəbrail, gözəlliyi ilə cənnəti nurlandıra bu xanım kimdir?” Cəbrail dedi: -"Sənin nəslindən, axırzamanda gələcək sonuncu peyğəmbərin qızı xanım Fatimədir (s.ə). Adəm (ə) dedi: -"Başındakə tac nədir?”. Cəbrail cavab verdi: -"Həyat yoldaşı Əli ibn Əbutalib”. Adəm (ə) dedi: - "Qulağındakı iki sırğa nədir?”. Cəbrail cavab verdi: -"İki övladı Həsən (ə) və Hüseyndir (ə)”. Adəm dedi: -"Onlar məndən öncə yaranıblar?”. Cəbrail cavab verdi: "Bəli, onlar dör min il sən yaranmazdan öncə Allahın gizli elmində var idi”. 12. Fatimeyi-Zəhra (s.ə) imam Mehdinin (ə) baxışında İmam Mehdi (ə.c) buyurub: -"Allah Rəsulunun (s) qızı Fatimə (s.ə), örnək və ən gözəl ülgüdür.” Dünyanı zühuru ilə dəyişən İmam Zaman (əc.), həzrət Fatimeyi-Zəhranı (s.ə) özünün praktiki və qanun örnəyi sayır. Bu kəlmada da, aləmlər xanımı həzrət Zəhranın (s.ə) uca məqamı məlum olur.
 
 Bu gün Peyğəmbər Məhəmməd (s.ə.s)-nin qizi,xanimlar xanimi,bütün dünya müsəlmanlarinin anasi xanim Fatimeyi-Zehranin dogum gunudur.Bütün müsəlmanlar xanımlarını təbrik edirəm.


Şərhlər: 20
Baxılıb: 3030
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
butun muselman xanimlari tebrik edirem
10 aprel 2015 22:20
# 20
Menim balam
Men 2009 çi ilde Fatime ve Zehra'nın doğum günlerini keçirtmişem. Bütün qohum , qonşular gelmişdi. Mehemmed peygemberimizşnde
20 aprel doğum tarıxıdı. İnşallah bu ayın 20 keçirecem. Tebrik edirem inşallah o birisi dünyada qovuşarıq, görüşerik. Ezeli axırı bizde yaxşi emellerin sahıbı olaq onların mekanında yerimiz olsun .
10 aprel 2015 21:37
# 19
Rakella
bu gozel gun munasibetile men de butun muselman xanimlari tebrik edirem yolumuz fatimeyi-Zehranin yolu olsun AMIN!
10 aprel 2015 20:44
# 18
Impossible is not a word,it's just a reason for someone not to try
emis
ne gozel xeberdi bele mende butun muselman xanimlari tebrik edirem
10 aprel 2015 16:46
# 17
aynur2002
Bilirdim.Allahim bu ugn hem cume hem de Zehramizin dogum gunudur.Nece gozel bir gun...Alahim...
10 aprel 2015 15:21
# 16
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
guler19
Bütün müsəlman xanımlarımızı təbrik edirəm, inşALLAH xanim Zəhradan dərs almaği, ONU özünüzə nümunə götürməyi və daima ləyaqətli,iffətli,namuslu olmaği və Onun kimi əvvəlcə gözəl qiz evladi daha sonra mükəmməl həyat yolaşi və nəhayətki qayğikeş ANA olmaği arzu edirəm... amin
10 aprel 2015 11:01
# 15
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
efsane..
Butun muselmanlarin bayramini tebrik edirem Allah Taala o mohtesem xanima xatir bizleri bagislasin bizlere onun exlaqinnan nesib etsin
Allah razi olsun
10 aprel 2015 09:44
# 14
Dosta_inam
Mende bu gözel gün münasibeti ile bütün müselmanlari tebrik edirem.oxuduqca rahatliq tapir insan.teşekkür.
10 aprel 2015 06:22
# 13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Qlamurr
Fatimə Zəhra anamızı yad etdiyin üçün çox sağ ol bacı))inşallah bizdə Fatimə anamızın layiqli davamçılarından olarıq....Allah razı olsun.
10 aprel 2015 00:34
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Miss_Oxatan
mende butun muselmanlari bu mubarek gun munasibetile tebrik edire,Allah bizleri bagiwlasin,Fatime Zehra anamizin uzunu olsa gormek nesibimiz olsun InwAllah.
10 aprel 2015 00:24
# 11
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Anuka
Allah komeyiniz olsun,Allah bizderi dogru yolun yolcularinan etsin inwAllah.Xanimlarin xanimi nurlu ne xow bu dunyaya goz acdigi gune min wukur.Allah cumlemizi heqiqi muselman Fatimeye Zehra (e.s) xanimin yolunun davamcilarinan etsin amin.
9 aprel 2015 23:35
# 10
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
aziz a
HZ.Fatime (s.e) nin tevelludu gunu munasibetile dunya muselmanlarini tebrik edirem....Muqeddes Cume gunune tesaduf edir bu gozel Gun........
9 aprel 2015 23:22
# 9
Qelbim doludu !!!!
aliceWOnDer
Ay nə gozəl gundu bu gun Allah razı olsun mənidə bilgiləndirdiniz bu haqda
9 aprel 2015 23:15
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Mende bu gozel gun ucun her kesi tebrik edirem
9 aprel 2015 23:11
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GünƏşimƏ_AiD_
Bele xebeeeere gore tsk
9 aprel 2015 23:06
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Nezka
Bütün müsəlman bacılarımı bu müqəddəs gün münasibətilə təbrik edirəm
9 aprel 2015 23:06
# 5
İçimi görsən mənə aptek alarsan.
Madina
Yad etdiyine gore cox sag ol,bacim. Aprelin 10-u Fatimeyi-Zehra(e) movludu gunudur. Sehadet gunu-rehmete geden gun demekdir. Hemin gunu musteheb orucun savabi boyuk olur.

Yeni movlud gununun oruc savabi.
9 aprel 2015 23:06
# 4
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
vipbetul
insallah Rebbimde bizlere Ehli-beyt yolcularindan eder,Hezretixanim Fatimeyi Zehra anamiz bizi oz himayesine cennete yanina alar insallah,gunahlarimizi baqishlayar bizi sevdiyi ovladlarindan eder Amin insallah,Butun Muselmanlari bu gun munasibetile tebrik edirem
9 aprel 2015 23:05
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur k-off
Allah komeyimiz olsun.Allahin yaratdigi muqqedeslerden olub Wukur Allahim her zaman
9 aprel 2015 23:04
# 2
SVETA
Fialka
Bütün müsəlmanları Həzrəti Fatimeyi - Zəhranın şəhadət günü münasibətilə təbrik edirəm.
Allah razı olsun canım bu gözəl xəbər üçün...
9 aprel 2015 23:01
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz