Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslam qadını döyməyə icazə verirmi?
İslam qadını döyməyə icazə verirmi?
Göndərən: Qlamurr
Şərhlər: 14
Baxılıb: 2116
Səs ver:
Qadınlar dünyaya gəlmədən, ana bətnində zorakılığa məruz qalırlar". Bunu sosioloq Kifayət Cəbiqızı "Yaşıl orta" verilişində deyib. O bildirib ki, patriaxal düşüncəli valideynlər ana bətnindəki uşağın oğlan olduğunu biləndə bir cür, qız olanda isə başqa cür münasibət göstərirlər: "Müasir dövrdə hələ də bəzi kişilər qadına feodal düşüncə ilə yanaşırlar. Bizim kişilər daha çox qul xislətli, itaətkar, xidmətçilik etməyi bacaran, təhlil qabiliyyəti olmayan qadınları xoşlayırlar. Unutmamalıdır ki, heç kəsi döymək olmaz. Hətta uşağa da əl qaldırmaq düzgün deyil. Qanunvericilik valideynə belə bir haqq vermir".

K. Cəbiqızı əlavə edib ki, zorakılıq ailədəki tərbiyədən qaynaqlanır: "Daim anasının döyüldüyünü görən kişi ailə quranda özü də zorakılıq edəcək. Bəzən qadınlar zorakılığın mahiyyətini anlamırlar. Nəyin zorakılıq olduğunu bilmirlər. Biz fərqində olmadan gün ərzində bir neçə dəfə psixoloji zorakılığa məruz qalırıq. Bir məclisdə qadın öz fikrini demək istəyirsə, əri ona gözünü ağardır. Ən ağır şiddət elə bu cür psixoloji zorakılıqdır. İnsan neqativ enerji ilə yüklənir və gərgin olur. Əslində isə övladını sevən kişi onun anasını da sevməlidir. Bu gün əksəriyyət sevərək ailə qurur. İnsan sevdiyi birini necə bu qədər incidə bilər? Amma bir gerçək var ki, hər qadını da döymək olmur. Bunu kişilər də bilir. Təhsilli, sosial təminatı olan qadınlardan çəkinirlər. Bilirlər ki, gec-tez öz haqqını tələb edəcək. Ona görə də valideynlər qızlarını sığortalamaqdan ötrü mütləq təhsil verməlidirlər".

Sosioloq qeyd edib ki, qadın zorakılığa qarşı mübarizədə kişilər də iştirak etməlidirlər.

Qadına qarşı zorakılıqla bağlı Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Mirzəyeva da münasibət bildirib: "Şiddət cahilliklə başlayır. Qadınlar öz hüquqlarını bilməlidirlər. Əks halda nəinki zorakılığa, hər cür ədalətsizliyə də məruz qalacaqlar. Əsas məsuliyyət valideynlərin üzərinə düşür. Qızlar düzgün yetişdirilməli və cəmiyyətə hazır olmalı, ətrafa "yox" deməyi, etiraz etməyi bacarmalıdırlar. Çox zaman "ayıbdır",  "dinmə", "sus" kimi qadağalarla qızları böyüdürlər. Bu cür yetişən qızlar gələcəkdə haqsızlığa etiraz edə bilmirlər.  Ərin hər cür zorakılığa boyun əyirlər".

İlahiyyatçı qeyd edib ki, islam qadına qarşı hər cür zorakılığın əleyhinədir: "Allah kişini və qadını eyni yaradıb. Qadın kişiyə Allahın əmanətidir. Bəzən qadına qarşı şiddəti dinlə bağlayırlar. Halbuki, dinimiz xanımlara çox gözəl hüquqlar verib. Məsələn, islama görə, əgər ana istəmirsə, övladına süd verməyə bilər. Bunu ona heç kim, hətta hakim də məcbur edə bilməz. Kişi ya südün haqqını ödəməli, yaxud da süd anası tapmalıdır. Təsəvvür edin ki, qadını süd verməyi belə məcbur etməyən islam necə zorakılığı dəstəkləyə bilər? Peyğəmbərimiz deyib ki, evdə qız uşağınız varsa, onu oğlandan üstün tutun. Hədiyyə alanda birinci qız, sonra oğlan övladınızı təbrik edin. Qadına zülm olunursa, zorakılıq varsa, boşana bilər. İslam qadının boşanma haqqını tanıyır".

Qeyd edək ki, dünyada hər 5 qadından biri zorakılığa məruz qalır. Beynəlxalq təşkilatların yaydığı məlumata görə, cinayət qurbanı olan qadınların 70 faizi həyat yoldaşları, ya da sevgililəri tərəfindən öldürülüb. Azərbaycanda olduğu kimi ABŞ və Avropa ölkələrində də zərif cinsin nümayəndələri daha çox ailə daxilində şiddətə məruz qalır. Məsələn, İngiltərədə hər 7 qadından biri əri və ya sevgilisi tərəfindən şiddət görür. ABŞ-da isə hər 90-cı saniyədə 1 qadın təcavüzə uğrayır. Afrika ölkələrində isə qadınların məruz qaldığı zorakılıq siyahısına sünnət də daxildir. Bu qitədə indiyədək 135 milyondan çox qadının  iradəsi əleyhinə sünnət edildiyi bildirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Yaşıl orta"ya verilən məlumata görə, 2012-ci ildə ölkəmizdə qadınlara qarşı zorakılıqla bağlı 3218 cinayət hadisəsi qeydə alınıb. 2013-cü ildə bu rəqəm  1803 olub. Ailə münaqişəsi və digər məişət zəminində qadınlara qarşı ötən il 2114 cinayət hadisəsi törədilib. 2014-cü ildə komitəyə 2500 müraciət daxil olub.


Şərhlər: 14
Baxılıb: 2116
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
baby baku
kişiliyin gucu qadina vurmaqda yox,vurulmaqdadir.
19 may 2016 21:31
# 14
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
baby baku
qadina qarşı zorakiliq edən kişilərə adamsa notunu heyvansa otunu verib gedin.

kişi qadina bir vursa qadin ona iki vursun hysteric diksin
18 may 2016 19:37
# 13
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
Meleknur
Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və tənbeh edin! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür. (Nisa surəsi / 34)

amma bezi quranda tenbeh edin yerine doyun yazilib bezilerinde tenbeh edin
1 aprel 2015 21:32
# 12
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
ece uslu
siddet cahillikle bawlayir fikri ile razi deyilem ele savadli adamlar varki onlar da qadinlarina el qaldirirlar umumiyyetle kisinin qadini doymesi onun zeifliyi acizliyidi
30 mart 2015 23:40
# 11
Qlamurr
Nə qədər ki,cahil insanlar,savadsız insanlar var fərqi yoxdu,qadın,kişi həmişə də zorakılıq,şiddət olacaq.Bu məsələdə tək kişiləri qınamaq olmaz,çünki çox qadınlar evində qız böyütmür,kölə böyüdür,səbəbi də bilirsiniz nədir,özüdə o psixologiya ilə böyüyüb,düşünür ki,qadın ərinə,qardaşına,atasına şərtsiz şəkildə boyun əyməlidir,bir sözünü iki etməməlidir,ancaq niyə,bəs onun istəkləri?demək ki,qadın qadın olduğu üçün hər şeyə susmalıdır,kişilərdə bundan istifadə edib,əzməlidirlər.Şiddəti dinlə də bağlamaq lazım deyil,islam dini humanist din olduğu üçün hər zaman qadını yüksək tutmuş,qadının hüquqlarını da qeyd edib.
30 mart 2015 19:12
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Madina
Qadin hemise agli ve duzgun dusuncesi ile hereket etmelidir ki,ailede artiq problemler de yasanmasin. Islam qadina boyuk huquqlar verir ki,onlarda qadini ustelemek yoxdur. Allahin buyurduqlarini yerine yetiren savadli qadinlarin hemise gozel ve xosbext aileleri olur. Allahi unutdugumuz zamanlar bedbextlik daima qapimizi doyer.
30 mart 2015 15:15
# 9
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
vipbetul
qurban olum Rebbimin bize baqisladiqi dine,dinimiz de deyirki qadina el qaldirmaq olmaz bezi exlaqsiz kisiler oxuyub ibret goturmelidilerki onlarda ibretlik axil ne,qizlarimizda zorakiliqa qarsi cixsalar hec kim onlara hesh ne ede bilmez tessufki valideyinlerde qizlarinin terefini tutmadiqindan yaziq qizlar er evinde ezilmeye mecbur olur,Qadina el qaldiran elleri qirmaq lazimdir
30 mart 2015 14:47
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
Qadının döyülməyinə qarşıyam. Çünkü ALLAH qadınıda kişinidə bir yaradıb yəni heç biri heç birindən üstün deyil! Kişi qadına əl qaldırıb özünü kişi hesab edirsə bəli kişidi ammaki dırnaq arası kişi (onada kişi demək olarsa) nə olursa olsun qadına əl qaldırmaq ol-maz!! Amma bu o demək deyilki qadında kişinin başına çıxsın.! Sən ona hörmət etki oda sənə hörmət etsin..
Mənə həmişə deyirlərki sən çox döyüləcəysən(səbəb isə dilimi yığmamaqımdı 09) akk mənə əl qaldıran *(oglan) hələ anasında olmuyub 122 nəysə təşəkkürlər
30 mart 2015 12:39
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
aliceWOnDer
Nəyinki islam hər yerdə qadın huququnda belə qadın doyulməməlidi...Bildiymiz kimi 25-ci madeyə əsasən qadın və kişi huquqları bərabərdi...qadın doyulursə kisidə doyulməlidi...amma yox bizim qadınlar susar usağımın atasıdı corək ağacımdı və s amma bunu başqa olkənin qadınına edsə dunyanı başına yığar..bizim qadınlar beziləri cahildi və huquqların bilmir
30 mart 2015 12:15
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Qadınlar hər zaman həm fiziki həmdə psixoloji zorakılığa məruz qalır bu da qeyd olunduğu kimi dinimizdə yol verilməz haldır ancaq bəzi hallarda qadınlar özləri buna şərait yaradır əgər qadın ali savadlı və dünya görüşlü biri olsa oöz hüquqlarını bilim onu qorumağı bacarar bunun üçünsə valideynin üzərinə böyük öhdəlik düşür onlar qızlarının gələcəyini fikirləşib onlara təhsil verməlidirlər...Qadınlarda zorakılığı yaradan isə cahil kişilərdi fərqi yoxdu o insan savadlıdı ya yox onun mənəviyyatı , dünya görüşü cahildi , sözünün kəsəri olmayanda şiddətə keçirlər və bu ailədə böyüyən uşaqlara da aşılanır onlarda gələcəkdə zorakılığ edəcək ... Zorakılıq nə qaunda nə də dinimizdə yol verilməz haldı əks halda o cahil adam həm Allah yanında günahkardı həmdə qanun qarşısında məsuliyyət daşıyır, hər iki halda cəzasız qalmır.
30 mart 2015 11:01
# 5
efsane..
Qadin huquqlari qadin huquqlari durmadan deyilir durmadan meslehet verilir amma ki bunun qarsisi alinmirki alinmir en sivil dediyimiz olkelerde de qadin huquqlari pozulur buna qadinlarda icaze vermemelidi oz huquqlari bilmemek bu isin sebebkaridi Miss Oxatan xanimin fikirleri ile tam raziyam . Islam hec vaxt zorakiliq demir dovrumuzde ne zoraliliq hallari var calisirlar Islama baglasinlar amma ki alinmir Islam hemise dogru olani deyir Allah cox gozel buyurub kafirler Allahin nurunu sondurmek isteyir amma Allah oz nurunu tamamlayacaqdir butun dunya bele pislikleri Islam adina qebul etmeyecekdir Islamla butun dunya deyisecek Allah hamiya Islamin dogrularini anlayib ona verilen huquqlarla yasamagi nesib etsin
30 mart 2015 09:13
# 4
aziz a
Qadina el qaldirmagi kisilikden sayan dirnaq arasi kisiler, evvel axir yene o qadina mohtac qalirlar..
Vallah anlamiram , bilmirem bir burini anlama, basa dysme yolu ile dilanib getsek hec kim , hec kime elde qolda qaldirmaz, mumkun deyil.
Men her zaman bele meselelerde cinsi ayri seckiliye deyilde, insanliq, adam olma prinsipine onem verirem.Cunki ele insanlar taniyiramki, qadin hec neden evde soz sohbet yaradir, kisini tam olaraq esebdrn cixarir sondada bir yagli sille yeyib oturur..Indi kimdu burda gunahkar?????
Belkede razi olmazsuniz amma qadindi
gunahkar..Cunki turkler demis o ozu qasindi.....
He amma bir meselede var:hemin i durnaq arasi kisi gelir eve

Gelir eve, hec bir sebeb olmadan soz sohbet yaradir ve ailede ,usaglarin gozu qarsisinda bu axmaqligi edir.....Buda bir ayri problem ,adi ise eyni :Nadanliq....
30 mart 2015 09:10
# 3
Qelbim doludu !!!!
BARBI
Orda bir cumle var diqqetimi cekdi siddet cahillikle baslayir cox yalnisdir bezen ele ali savadli hetta alim derecesinde insanlar var xanimina siddet gosterir. Ele bilirler ki bu kisilikdendir ozlerini yukseldirler biz xanimimizi doyduk ne yaxsi is gorduz. Qadina el qaldiran kisi hem acizdir hem de ona kisi adi vermek duzgun deyil. Bir qadina siddet gosterdikde hec dusunmurler onun psixologiyasi nece pozulur qururu sinir ozunu kicilmis hiss edir. Ona gore qadin huquqlarini bilse yaxsidir siddet gordukde sikayet etsin
30 mart 2015 08:17
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Miss_Oxatan
Qadinin ozundende cox wey asilidir.mende meselen hami kimi Azerbaycan ailesinde dogulub boyumuwem ve mutleq ki,bizde de mene deyilib sus,qebul et,duzde olsa kiwilere biyat et,ancaq and olsun ki,ozumu qanandan ailede bele bu cur mental qanunlara asi olmuwam.hec vaxt icaze vermemiwem ki,qizam,qadinam deye menim huquqlarim pozulsun.hetta mene deyirdiler bu xasiyyetleri kenara qoy,aile quracaqsan yaxwi olmayacaq senin ucun,ama yene de deyiwmedim hec deyiwmek fikrinde de deyilem.aglim,terbiyem,savadim,biliyim,butun iwlerim,bacariqlarim her wey yerbe yerindedir ve her weyide ozum edirem niye icaze vermeliyem ki,meni kiwi ezsin,Ilahi ve dovlet qanunlari mene olar deyenleri menimle ewit yaradilan kiwi olmaz desin ve men boyun eyim.qoy desinler asidir,beledir,eledir,hec zerre qederde vecime deyil,men kimliyinden asili olmayaraq hec vaxt haqsiz daniwana boyun eymemiwem,eymirem,eymiyecem.men toydan sonra 1defe dediler gelin iwlemez,evde yemek biwirer,dedim menden evvel ac yatib dururduz?yox,gelib yemeyizi men biwirirdim?yox.ay sagoool eliniz yerinde kefkir de elece,evvel nece indi de ele.men ele qanunlari dede evinden poza-poza gelmiwem,gelib yad evdemi yazacam?seher durdum hazirlawdim o deyen adam uzume baxdi ve mende imenno ona dedim qapini bagliyin men getdim.ilk defe ozunu nece gosterdin sona kimi elede gedirsen.Allahin ve qanunlarin buyurdugu huquqlarimi pozmaq isteyenin 7bawida olsa kar etmez.
30 mart 2015 08:12
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz