Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ata və Ana haqqı
Ata və Ana haqqı
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 14
Baxılıb: 1120
Səs ver:
"Ata – (bəzi rəvayətlərdə ana) – Cənnətin orta qapısıdır. Bu qapını sındıra da bilərsən, qoruya da bilərsən”[1].

Ata və anamız bizim dünyaya gəlişimizə vəsilə olan insanlardır. Zəif və aciz halda dünyaya göz açan hər bir insan Rəbbin lütf və kərəmi ilə valideynlərinin əngin şəfqət və mərhəmət dolu qoynunda böyüyüb həyata addımlarını atır. Valideynlər uşaqlarını boya-başa çatdıranadək hər cür fədakarlığa qatlanırlar. Yeməyib-içməyib övladlarına yedirirlər, özləri geyinməyib onları geyindirirlər. Və onlar üçün hər çətinliyə sinə gərirlər. Onlar bəşərin ilk müəllimidir.

Hər bir insan ata və ana adlı o iki uca varlığa hörmət etməyə borcludur. İslam ata və anaya böyük dəyər verir. Ancaq müasir dövrdə bir çox dəyərlər kimi, valideynlərə sayğı və hörmət də yavaş-yavaş sıradan çıxmaqdadır. Bəzi övladlar ömrünü onların yolunda şam kimi əridən valideynləri ağır bir yük kimi görürlər. Halbuki nə edirlər-etsinlər, onların borcunu qaytara bilməzlər.

Cənabi-Haqqın dəyər verdiyi valideynlərə biganə yanaşan övladlar nə qədər böyük günah işlədiklərini bilmirlər. Mövzumuzu Qurani-Kərimdən bir ayə ilə izah etməyə çalışaq:

"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlarla gözəl davranmağı) buyurmuşdur. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşayıb qocalarsa, onlara "uf” belə demə, acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisini mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.[2]

Ayədə Allah bəndələrinə valideynləri ilə gözəl davranmağı əmr edir. Burada Allaha ibadətin vacibliyi bildiriləndən sonra valideynlə xoş rəftar əmr edilmişdir. Bir qarışıqlıq olmasın və yanlış anlaşılmasın deyə Allahla bağlı "ibadət”, valideynlərlə bağlı "ehsan” (yaxşılıq, xoş rəftar) sözlərindən istifadə edilmişdir. Yəni bəndə Allaha ibadət, ata-anaya isə ehsan (yaxşılıq) etməlidir.

Ayədə "Onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağına qədəm qoyarsa…” deyilir. Burada "Görəsən, belə buyurulmasının səbəbi nədir?” şəklində bir sual ağıla gələ bilər. Birincisi, ayənin əvvəlində valideynə yaxşlıq etmək əmr olunur. Burada isə qocalıq dövrünə qədəm qoyan valideylərə edilən yaxşılığın daha artıq savab qazandırdığına işarə olunur. Çünki uşaq kimi ərköyünlük edib nazlanan, daha çox hisləri ilə hərəkət edib hamıdan qayğı və diqqət uman qocalar Haqq nəzərində daha yüskək məqamda olur.

Ömrün on, iyirmi, otuz, qırx, hətta əlli ilini birlikdə keçirən, acını, şirini, yaxşını, pisi bir dadan valideynlərdən birinin dünyadan köçüb getməsi o birini qəm dəryasına qərq edir. Xoşbəxt ömür yaşamış şəxslər tez-tez həyat yoldaşının məzarı başına gedir və orada göz yaşı tökürlər. Həyat yoldaşının – istər qadın olsun, istərsə də kişi – ölümü ilə yaranan boşluğu doldurmaq artıq övladların öhdəsinə düşmüş olur. Belə bir vaxtda valideyni aparıb qocalar evinə atmaq onun içindəki boşluğu doldurmaq deyil, əksinə, ona zülm etmək deməkdir. Çünki bir yandan ömür-gün yoldaşının vəfatı, bir yandan həmyaşıdlarının bir-bir məzara köçməsi və hər köçənin də ölümü xatırlatması onun qəlbində dərin bir boşluq əmələ gətirir və ruhunu dəhşətli tənhalıq hissi çulğalayır.

Belə bir boşluğu da ancaq övlad və nəvələri doldura bilər. Ona görə də Qurani-Kərimdə "Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşayıb qocalıq çağına qədəm qoyarsa” deyilib onlara ehsan (yaxşılıq) etmək əmr olunur.

Bu ayədə "ehsan”, yəni "yaxşılıq” sözünün seçilməsi təsadüfi deyildir. "Ehsan” kəlməsi "Allaha Onu görürmüş kimi ibadət etmək” mənasını da verir. Dolayısilə, övladlar Allahı görürmüş kimi, ibadət şüuru ilə valideynlərinə hörmət etməli, onların can-başla qayğısına qalmalıdır.

Qurani-Kərim ayənin davamında səsini daha da yüksəldərək "Onlara "uf” belə demə!” buyurur. Bu ayə valideynlərə edilən pis rəftarın ən kiçiyini göstərməklə daha çirkin davranışların qarşısına sədd çəkir. Məsələn, ana və ya atanın müsbət bir təklifi qarşısında övlad heç bir şey söyləməyib təkcə "uf” deyərsə, bu sözlə belə, dünyasını alt-üst etmiş olar. Qaldı ki, ata-ananı döymək, söymək və ya qocalar evinə atmaq heç bir halda doğru deyildir. Əksinə, onlarla gözəl davranmaq, sevgiyə ən çox möhtac olduqları qoca yaşlarında şəfqət və məhəbbətlə ürəklərini xoş etmək lazımdır.

Qurani-Kərim ayənin davamında səsini bir pərdə də yüksəldərək "Onlara acı söz söyləmə!” – buyurur, yəni "valideynləri məzəmmət eyləmə, onlarla və onların yanında sərt danışma” deyir.

Qurani-Kərim bu ifadələrin ardınca "Onlarla xoş danış!”, yəni "pak vicdanlı və gözəl qəlbli insanlar necə davranırsa, sən də elə hərəkət elə” deyərək övladlara ata-ana ilə davranış ədəbini öyrədir.

Daha sonra Qurani-Kərim: "Onların hər ikisini mərhəmət və şəfqət qanadının altına al” – buyurur, bununla da kifayətlənməyib: "Ey Rəbbim! Onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” de”, – buyurur. Həzrət İbrahim (əleyhissalam) də: "Ey Rəbbimiz! Haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla!”[3] – deyərək dua-niyaz etmişdi Uca Allaha.

Ayənin "Körpəliyimdə onlar məni necə bəsləmişlərsə” ifadəsi insanın dünyaya gəlişinə işarə edir. Valideynlərinin onu bəsləyib tərbiyə etdiyini, qucağında və kürəyində daşıdığını, onun üçün rahatlıqlarından keçdiyini, çalışıb-vuruşduğunu xatırladır və övladın öhdəsinə düşənin yalnız şükranlıq olduğunu bildirir.

Ata-anaya "uf” belə demək olmaz

"…Əgər onların (valideynlərin) biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!…”[4]

Allah-Təala bu ayədə övladlara ata-ana ilə davranış ədəbini və onlara müraciət şəklini göstərir. Bir övladın ata-anaya qarşı təhqiramiz sözlər söyləmək, onlara əl qaldırmaq, onların qəlbini qırmaq, onları qocalar evinə atmaq bir yana dursun, heç "uf” kəlməsini işlətməyə belə haqqı yoxdur. Qurani-Kərim ata-anaya hörmətsizliyin minimum həddini göstərmişdir. Allah onlara "uf” deməyi qadağan edirsə, bir övladın valideynlərinə həqarət etməyə, onları incitməyə, onlarla kobud danışmağa haqqı çatırmı? Bu baxımdan "uf” deməkdən başlayaraq hər cür çirkin davranış və söz valideynə qarşı hörmətsizlik və asilik mənasına gəlir.

Valideyn haqqı çox həssas və önəmli məsələdir. Heç kim bu məsələyə laqeyd yanaşmamalıdır. Əgər bu, bəsit bir şey olsa idi, Cənabi-Haqq bu mövzu üzərində belə israrla durmaz və onlara hörmət eləməyi əmr buyurmazdı.

Valideynə hörmət və itaət məsələsində təkcə dini və milli tərbiyədən məhrum insanlar deyil, bəzən din və millət yolunda xidmət etdiyinə inandığımız insanlar da ciddi xətalara yol verirlər. Bu cür insanlar bir tərəfdən Allahın razı olduğu işlərlə məşğul olur, bir tərəfdən də Onun qoyduğu qadağaları pozmaqla savablarını hədər edirlər.

[1] Tirmizi "Birr” 3; Əhməd ibn Hənbəl "əl-Müsnəd” V, 197.

[2] "İsra” surəsi, 17/23-24.

[3] "İbrahim” surəsi, 14/41.
[4] "İsra” surəsi, 17/23.


Şərhlər: 14
Baxılıb: 1120
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ILAHE_
Allah butun analari atalari qorusun evladlarinin ustunden eskik elemesin.
20 aprel 2015 10:53
# 14
aliceWOnDer
Sitat: Svetoklana
İnsan Allah`dan sonra ana,və atasina itaət etmelidir.Ana,və ataya qarşı hormetdə qüsur heç bir zaman edilməməlidir.Ancaq əfsuslar olsun ki,bəzən hər hansisa vicdansiz"övlad"ana,və atasinin qədrini bilmir...

Səninlə çox razıyam, çox duz qeyd etdin..
20 aprel 2015 01:18
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
FISTIK
Allah butun valideyinləri qorusun.
20 aprel 2015 01:11
# 12
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
emis
Ata və ana haqqını heç vaxt ödəyə bilmərik təbii ki soz əsl ata analardan gedir. Inlarin haqqını vermək üçün birinci onların həmişə başını uca tutmalıyıq.
20 aprel 2015 00:20
# 11
Madina
Oz emellerimizle calisaq ki,valideynlerimizin uzunu ag edek.
19 aprel 2015 23:19
# 10
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Meleknur
Tanri haqqi ana haqqi Allah onlari daim qorusun can sagligi ve uzun omur versin butun valideynlerle bahem
19 aprel 2015 21:41
# 9
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
vipbetul
Rebbim valideyinlerime omur versin,her zamanda valideyinlerimle Rebbimin buyurduqu kimi danishmaqi qismet etsin axlimizi basimizdan alibda seytana uymayaq hec zaman insallah.valideyinlerimiz bizim bas tacimizdir onlarsiz nefes almaq bile axila gelmezdi neyinki onlara uf deye bilek.Rebbim bizi ceke bilmediyimiz valideyin acisiyla imtahan etmesin,Amin insallah
19 aprel 2015 16:46
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Valideynlerin haqqi hec vaxt odenmez. Her zsman calisib onlarin uzunu ag etmek lazimdir.
19 aprel 2015 15:45
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
İnsanın həyatında Allahdan sonra valideynlər ən önəmli yeri tutur və uşağın valideynə olan borcu heçnə ilə ödənməz. Onlara nə olursa olsun neçəki yanımızdadırlar, nəfəs alırlar hörmətdə qüsur edilməməlidir. Valideyn və övlad münasibətləri müqəddəsdir lakin, bu münasibətlərə kölgə salan günah sahibləridə var ki, Allah onların günahlarından keçsin...
19 aprel 2015 14:11
# 6
WiRiN BaLaM
Allah valideynlermize can sagligi nesib etsin
19 aprel 2015 14:06
# 5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Nur k-off
Allah bütün valideynlerin canin sag etsin
19 aprel 2015 13:03
# 4
SVETA
my_angel
Biz valideynlərimizdən ödəyib qurtara bilməyəcəyimiz,lakin ödəmək üçün cəhd göstərəcəyimiz bir borc aldıq.Valideynlərimizə hər zaman borcluyuq,Allah heç bir valideyni övladı başından əskik etməsin.Amin 128

Xəbərin müəllifinə minnətdaram 20
19 aprel 2015 12:16
# 3
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Nezka
Ata və ana haqqı ödənməzdir
19 aprel 2015 12:02
# 2
İçimi görsən mənə aptek alarsan.
Zeynep_Fatih
Allah valideynlerimizi qorusun
19 aprel 2015 11:28
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz