Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Namazı bu cür qılmayın
Namazı bu cür qılmayın
Göndərən: Bestoş
Şərhlər: 23
Baxılıb: 1369
Səs ver:
Bir nəfər öz əməllərini riyadan heç cür təmizləyə bilmirdi. Bütün ibadətlərini, savab işlərini qeyri-səmimi şəkildə, ya kiminsə xoşuna gəlmək, ya mənfəət əldə etmək, ya da camaatın gözündə hörmət qazanmaq naminə edirdi.

Özü də bu xasiyyətdən əziyyət çəkirdi. Amma nə qədər çalışırdısa, riyakarlıq mərəzindən qurtula bilmirdi. Bir gün qət etdi ki, hamının nəzərindən uzaqda, tənha bir bucaqda ibadət edib Allaha yalvarsın, Allahdan ixlas və səmimiyyət diləsin. Qərara aldı ki, gecə şəhər kənarında yerləşən, heç kimin gedib-gəlmədiyi, baxımsız qalmış məscidə getsin və orada səhərə kimi ibadətlə məşğul olsun. Burada onu narahat edəcək, niyyətinə xələl gətirəcək kimsə olmamalı idi.

Gecəyarı heç kimə demədən həmin məscidə gəldi. Hava soyuq idi, yağış yağır, ildırım çaxırdı. Həmin adam özünü məscidə yetirib içəri girdi, düz mehrabın qabağında canamazını yerə sərib ibadətə başladı. Bir azdan qapının cırıltı ilə açıldığını eşitdi. Kimsə məscidə girmişdi. Qapı namaz qılanın arxasında yerləşdiyindən kimin gəldiyini görə bilmirdi; bunun üçün namazını pozub qiblədən dönməli idi. Əslində bu, ona heç lazım da deyildi. Məsciddə ondan başqa kiminsə olduğunu bilmək kifayət edirdi. Öz-özünə düşündü: "Yəqin ki, bu adam indi mənim namazımı seyr edir. Sabah bütün şəhərə xəbər yayılacaq ki, mən necə dindar adamam; bu havada, gecəyarı, kimsəsiz məsciddə ibadət edirəm. Sabah hamı məni tərifləyib alqışlayacaq”. Riyakar abid bunu düşünüb namazlarını daha artıq şövqlə qılmağa davam etdi. Qiraəti xüsusi bəlağətlə oxuyur, rüku və səcdələri qəsdən uzadır, zikr deyib təsbeh çevirir, dua edirdi. Xülasə, bildiyi bütün ibadətləri icra etməyə çalışırdı. Namaz qıldıqca xoşhal olur, sabah eşidəcəyi tərifləri düşündükcə sevinirdi...

Bu minvalla gecə keçdi, sübh açıldı. Hava işıqlananda məscidin içərisi də aydınlaşmağa başladı. Riyakar abid sübh namazını da bütün «dəsgahı» ilə qılıb qurtarandan sonra canamazını yığışdırıb ayağa qalxdı. Məscidin qapısına yaxınlaşanda nə qədər o tərəf-bu tərəfə boylandısa da, heç kimi görmədi. Lap qapının ağzına çatanda kandarda büzüşüb yatmış bir pişik balası ilə rastlaşdı. Anladı ki, gecə məscidin qapısını cırıltı ilə itələyib açan bu pişik balası imiş. Heyvancığaz yağışdan, ildırımın gurultusundan məscidə pənah gətiribmiş. Riyakar abid iki əli ilə başına vurub dedi: "Mən öz namazlarımın niyyətində insanları Allaha şərik edirdim, yalnız Allah üçün qılmalı olduğum namazı insanlardan ötrü qılırdım. Bundan xilas olmaq üçün bu məscidə gəldim. Amma sən demə, bütün gecə boyunca Allaha insanı yox, bir heyvanı şərik qoşmuşam”.


Şərhlər: 23
Baxılıb: 1369
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Milawka18
oxudum cox maraqli hekayedir.ALLAH bizi weytana uyumamizdan uzaq etsin qorusun bizi.Weytanin yoluna azdirmasin
30 avqust 2015 00:43
# 23
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
♥ KaMa ♥
təşəkkürlər maraqlıdı..
30 avqust 2015 00:37
# 22
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Madina
Her bir insanin nece ibadet etdiyini yalniz allah bilir.
19 aprel 2015 23:08
# 21
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Meleknur
oxuya bilmedim amma maraqlidi yeqin ki mikonem

oxuya bilmedim amma maraqlidi yeqin ki mikonem
19 aprel 2015 10:27
# 20
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Nezka
Çox gözəl hekayədi
19 aprel 2015 01:00
# 19
İçimi görsən mənə aptek alarsan.
vipbetul
Rebbim bizi bele dushuncelerden hifs etsin,yalniz ibadetlerimizi Rebbimiz ucun Rebbimin sevgisini qazanmaq onu dushunduyumuz ucun ibadetlerimiz edek,Rebbim butun dualarimizi qebul etsin insallah
18 aprel 2015 21:56
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
gulka azeri
cox teessuf ki ele hissleri olub ureyinde,bu da weytanin vesvesesidi cox gumanki...her sey Allah rizasi ucun olsa daha gozel olar,
18 aprel 2015 18:48
# 17
Zeynep_Fatih
Cox boyuk maraqla oxudum.tewekkurler
18 aprel 2015 17:45
# 16
Menim balam
Çox maraqla oxudum ve bele namaz Allah yanında savab yox günah sayılır.
18 aprel 2015 17:21
# 15
eliyeva gunay
Namaz her birkmizin burcudr elbegde namazi allahimiz ucun qilmaliyiq
18 aprel 2015 16:36
# 14
BARBI
Namaz qildin oz icinde hec kese reklam etmek lazim deyil qebul edesi allahdir.
18 aprel 2015 14:51
# 13
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
cinqosh
ibrətli bir hekayə.Çox az oxuyuruq, ona görə dini savadımız olduqca azdır.çox sağ ol bu gözəl hekayəyə görə.
18 aprel 2015 14:32
# 12
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
TUN
TƏRBİYYƏVİ MÖVZUDUR.ALLAH MƏNİM VƏ BÜTÜN NAMAZ QILANLARIN NAMAZINI QƏBUL ETSİN AMİN.
18 aprel 2015 14:04
# 11
Nergizz
her kes namazi ozune gore qilir,kimese demeye ehtyac yoxdu,kime ne var ki namaz qildim ya yox,namaz qilmaq ibadet etmek icn konulden olmalidi,twk maraqli idi
18 aprel 2015 14:01
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Konul ALiyeva
cox maraqlidir allahi tanimiyana lenet namaz bacibdir ele namaz qilan taniyiramki hec namaz qilmasa ondan yaxwidir ozuleri biler here oz cavabin ozu verecek allaha twkler 20
18 aprel 2015 13:56
# 9
Qlamurr
Həqiqətəndə ibrətli hekayədi,çünki bir çox insanlar var ki,namaz qılmağı özü üçün qəhrəmanlıq hesab edir,özünü reklam edənlər başa düşmür ibadətləri,savabları özlərinindi,bunu kiməsə və ya nəyəsə görə etmək nəinki günah ,həmçinin də cahillikdi,riyakarlığı insanlardan gizlətmək olar,ancaq Rəbbimizdən heç nəyi gizlətmək mümkün deyil.Düzdü razıyam namaz qılanda şeytan mane olmağa,fikrini yayındırmağa çalışır,ancaq biz şeytana kömək etmək əvəzinə,ibadətimizi sidq ürəklə etsək,əmməllərimiz də puç olmaz....
Müəllifə təşəkkür....
18 aprel 2015 13:29
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Antikvar
Çox ibratəmiz hekayə oldu.İndi həqiqətən namaz qılanların bir çoxları adı namaz qılan kimi nümayiş olunsun deyə qılmağa çalışırlar.Namaz qılan zaman bəziləri nammaz üstündə oturub sözləri deyib qılsalarda fikri kənar şəxslədə olur.Dilində namaz sözləri beynində ətrafında olan insanların hərəkətləri.Bu özüdə bir günah deyilmi?Namaz qılıb Allahına bir yandan ibadət eləyir ,bir beş dəqiqə keçməmiş başlayırlar gunah işləməyə.Onlar öz günahlarını bəlkədə belə yolla yuduzdurmaq istəyirlər amma bir anlamırlarki,etdikləri hərəkət ilə dahada günaha girirlər.
18 aprel 2015 13:12
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ayshen
umumiyyetle, insanlar gerek bir sheyi basha dushsunler ki, her kesin namazi, ibadeti onun ozunedi.. Yeni menim qildigim namazin sene,senin qildigin namazin mene hec bir tesiri yoxdu.. Ve her birimizin namazlarimizi, ibadetlerimizi qebul eden REBBIMDIR.. REBBIM bizim her sheyimizi bilir,qelbimizi, aglimizi, dushuncelerimizi.. Cunki bize bizden daha yaxindir.. Biri omru boyu ibadet eder qebul olmaz, biri bir gun ALLAHA bash eyer qebul olar..Ona gore de namaz qilarken qelbin ALLAHLA OLSUN gerek.. Cunki, ALLAHIN huzurundasan sen.. teshekkurler..
18 aprel 2015 12:26
# 6

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
Rakella
cox ibretamiz hekaye idi Allah namazlarimizi dualarimizi q

cox ibretamiz hekaye idi Allah namazlarimizi dualarimizi qebul etsin AMIN!
18 aprel 2015 12:23
# 5
Impossible is not a word,it's just a reason for someone not to try
Fialka
Əvvəl elə bilirdim ki, bütün namaz qılan kəslər çox mömin, haram buyurulan bütün şeylərdən uzaq insanlardı ancaq elə vaxt oldu ki, bu düşüncəm alt - üst oldu, canlı şahidi oldum ki, bəzi dindar adı altında haram işlərlə məşğul olanlarda varmış... Həqiqətən sidq ürəkdən ibadət edən möminlərin Allah namaz və dualarını qəbul etsin amin.
18 aprel 2015 11:58
# 4
Catwoman666
Men namaz qilmiram. Insallah qilaram men d ne vaxtsa. Namazin duzgun qilinmasi coxxx vacibdir
18 aprel 2015 11:53
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
yaz_yamuru
Namaz qilmaq asandi ama duzgun ve yalniz Allah üçün qilmaq her adama nesib olmur.Allah namaz qilanlarin namazini qebul etsin qilmayanlara da nesib etsin
18 aprel 2015 11:46
# 2
aliceWOnDer
Namazı hər kəs qılır belə baxanda hec duz qılanda yoxdy
Allah namaz qılanların nazmzını qəbul etsin.
Qılmayanlarada nəsib etsin amin
18 aprel 2015 11:21
# 1
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz