Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarınıza oxuyun (Peyğəmbərimiz)
Uşaqlarınıza oxuyun (Peyğəmbərimiz)
Göndərən: Bestoş
Şərhlər: 11
Baxılıb: 1155
Səs ver:
Allah bizə verdiyi bütün nemətlərin əvəzində yalnız tələb edir ki, Onun qoyduğu qanunlara əməl edək. Bu qanunların hamısı insanların xeyrinədir. Onların bəzilərinin xeyrini başa düşürük, bəzilərini isə dərk etməyə hələ çətinlik çəkirik. Allah elə mərhəmətlidir ki, insanın ziyanına olan, yaxud insanın yerinə yetirə bilmədiyi işləri ona vacib buyurmur.

Uca Allah öz qanunlarını peyğəmbərlərin vasitəsi ilə insanlara bildirib. Peyğəmbərlər Allahla insanların arasında vasitəçilərdir. Allah "vəhy” adlanan üsulla onlara öz qanunlarını öyrədir. Peyğəmbərlərə vəhy bəzən yuxuda, bəzən isə ayıqlıqda gəlib. Bəzən təbiətdəki hər hansı cisim (məsələn, od) Allahın əmri ilə dilə gəlib peyğəmbərlə danışıb. Bəzən isə Cəbrayıl adlı mələk peyğəmbərlə görüşüb, Allahın vəhyini ona çatdırıb. Peyğəmbər Allahdan aldığı vəhyi olduğu kimi insanlara çatdırır və dinin qanunlarını onlara öyrədir. Elə "peyğəmbər” sözünün mənası da "xəbər gətirən şəxs” deməkdir.

Peyğəmbərlərin hamısı müəyyən xüsusiyyətlərə malik olublar. Hər şeydən əvvəl, onlar günahsız idilər (buna dini kitablarda "məsum” deyilir). Peyğəmbərlər həm dini fəaliyyətlərində, həm də şəxsi həyatlarında zərrə qədər günah etməmişlər. Onların bütün davranışları insanlar üçün nümunə idi.

Peyğəmbərlər Allahın vəhyinə son dərəcə əmanətdar olmuşlar. Onlar vəhyi olduğu kimi, heç bir dəyişikliksiz insanlara çatdırmışlar.

Peyğəmbərlərin hamısı ağıllı və zəkalı olmuş, bütün elmləri hamıdan artıq bilmişlər. İnsanlar bütün çətin məsələləri peyğəmbərlərin köməyi ilə həll etmişlər.

Peyğəmbərlər Allah tərəfindən göndərildiklərini sübut etmək üçün möcüzələr göstərirdilər. Möcüzə elə bir əməldir ki, onu peyğəmbərdən savayı heç kim yerinə yetirməyə qadir deyil. Allah peyğəmbərlərə elə güc vermişdi ki, insanların tələb etdiyi bütün çətin və qeyri-adi möcüzələri göstərə bilirdilər.Hər peyğəmbərin möcüzəsi öz zəmanəsinə uyğun idi. Bir ölkədə hansı elm və sənət daha çox inkişaf edirdisə, Allah o ölkəyə göndərdiyi peyğəmbərə həmin elmə aid möcüzə göstərmək qüdrəti verirdi. Məsələn, Həzrət Musanın zamanında Misirdə sehrbazlıq dəbdə idi. Ona görə də Allah Həzrət Musaya möcüzəvi çomaq verdi. Musa istədiyi an çomağı ilana çevirirdi, çomağı qayaya vuranda daşın içindən su çıxırdı. Musa bu möcüzəsi ilə bütün Misir sehr-bazlarını məğlub etdi.

İsa peyğəmbərin dövründə tibb elmi inkişaf etmişdi. Həzrət İsa ölüləri diriltməklə, korlara şəfa verməklə bütün həkimləri aciz qoydu.

Həzrət Məhəmməd peyğəmbərin dövründə isə ərəblər ədəbiyyata və şeirə yüksək qiymət verirdilər. Allah peyğəmbərimizə Qurani-kərimi nazil etdi. Qur-an öz məzmununa görə insanın yaratdığı bütün əsərlərdən yüksəkdə durur. Ərəbistanın adlı-sanlı şairləri Həzrət Məhəmmədlə bəhsə girirdilər. Onlar Qurana tay olan kitab yazmaq istəsələr də, həmişə məğlub olurdular. Qurani-kərim bu gün də tayı-bərabəri olmayan bir kitab sayılır.

Rəvayətlərə görə, tarixdə 124 min nəfər peyğəmbər olub. Quranda buyurulur ki, Allah hər bir xalqa peyğəmbər göndərib. Amma bütün peyğəmbərlərin adı və həyatı haqqında məlumat bizə gəlib-çatmayıb. Onların yalnız az bir hissəsi haqqında müqəddəs kitablarda məlumat verilib. Quranda elə peyğəmbərlər haqqında məlumat verilib ki, onların başına gələn hadisələrdən insanlar daha çox ibrət götürə bilərlər.

Qurani-kərimdə 25 peyğəmbərin adı çəkilir:

Həzrət Adəm, İdris, Nuh, Hud, Saleh, İbrahim, Lut, İshaq, İsmayıl, Yəqub, Yusif, Əyyub, Şüeyb, Musa, Harun, Davud, Süleyman, İlyas, Əlyəsə, Zülkifl, Yunis, Zəkəriyya, Yəhya, İsa və Məhəmməd (hamısına Allahın salamı olsun). Quranda adı çəkilən daha üç nəfərin peyğəmbər olub-olmaması şübhəlidir: Zülqərneyn, Üzeyir və Loğman.


Şərhlər: 11
Baxılıb: 1155
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Madina
Ovladlarimiza gerekli olan xebere gore,twk. Usaqlara yaslarina uygun sekilde dinin gozelliklerini anlatmaq lazimdir.
20 aprel 2015 22:52
# 11
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Meleknur
Peygemberlerimiz hamsi cox eziyyet cekibler
20 aprel 2015 21:25
# 10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Nergizz
cox twk,cox gozel melumatdi,
20 aprel 2015 17:19
# 9
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
vipbetul
cox gozel melumatdi,Peyqember(s.a.s) sefaeti hec zaman bizim mominlerin uzerinden eksik olmasin insallah
20 aprel 2015 15:08
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Xəbərə görə Allah razı olsun, müqəddəs kitabımızda artıq tanış olmuşam bu gerçəkliklərlə amma məlumatı olmayanlarda baxıb, öyrənib özləri üçün bir ibrət dərsi ala bilərlər...
20 aprel 2015 14:43
# 7
aliceWOnDer
tek usaq yox ele bizede boyuklerede lazimdi allah razi olsun
20 aprel 2015 13:29
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nur k-off
Men bilmirdim ki Qurani-kerimde 25 peyğemberimizin adi çekilib
20 aprel 2015 12:17
# 5
SVETA
Rakella
bu peygemberlerden yalniz 9-u haqda esitmisdim cox sag olun melumata gore
20 aprel 2015 11:51
# 4
Impossible is not a word,it's just a reason for someone not to try
BARBI
Peygemberler haqqinda etrafli melumatim var o barede oxumusdum
20 aprel 2015 11:48
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
Çox adam isə buu qydalara uymur
20 aprel 2015 11:29
# 2
İçimi görsən mənə aptek alarsan.
cinqosh
Bestoş xanım,bu xəbərə görə sizə xüsusilə minnətdaram. Tək uşaqlar yox, elə hamı oxusun.çox sağ ol.
20 aprel 2015 11:05
# 1
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz