Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın-kişi ayrı-seçkiliyinin çarəsi
Qadın-kişi ayrı-seçkiliyinin çarəsi
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 6782
Səs ver:
Həqiqi ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrı-seçkiliyi çox qabarıq nəzərə çarpır. Belə ki, bir çox ölkədə qadınlara çox vaxt ikinci təbəqə nümayəndəsi kimi baxılır və onlar cəmiyyətdən tədric edilirlər. Gücsüz və qorunmağa möhtac olduqları zənn edildiyi üçün əzilir, haqları pozulur. Buna görə də qadınların fikirlərinə çox əhəmiyyət verilmir.

Belə düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların işləyib müəyyən bir mövqeyə sahib olmalarına, hər hansı bir karyera əldə edərək zəkalarını, bacarıqlarını sübut etmələrinə əngəl törədilir. Bəzi ölkələrdə qadınlara özünə inamı olmayan, qeyri-sabit, zehni cəhətdən o qədər də inkişaf etməmiş insan kimi baxırlar. Bu yanlış "qadın xarakteri” anlayışı nəticəsində edilən hər hansı səhv, o şəxsin insan olduğu üçün yox, qadın olduğu üçün etdiyi səhv kimi göstərilir.

Bu cəmiyyətlərdə bir iş yeri üçün eyni təhsilə, eyni zəka və bacarığa sahib olmasına baxmayaraq, kişilər və qadınlar arasında bir seçim edilərkən, adətən, kişi işçiyə üstünlük verilir. Buna görə də qadınların işlədiyi sahələr olduqca məhduddur.

Bir çox qadın cəmiyyətdəki bu yanlış münasibətin təsirinə düşür. Bu təsirin nəticəsi olaraq da cəmiyyətdə geri planda qalmaqda heç bir problem görmürlər.

Geri qalmış ölkələrin çoxunda isə qadın-kişi bərabərsizliyi daha fərqli ölçülərdə ortaya çıxır. Bu ölkələrdə qadınlara təhsil, seçki, iş sahibi olmaq hüququ belə verilmir. Hətta nikaha girərkən həyat yoldaşını seçmə haqqına da sahib deyillər. Hər hansı bir mövzu haqqında fikir bildirmədikləri üçün, danışmalarına belə ehtiyac yoxdur. Qadınlar özləri ilə əlaqədar heç bir qərar verə bilmirlər. Onların əvəzinə bütün qərarları ataları, ya da həyat yoldaşları verir.

Bu səhv münasibətlərə illərlə müxtəlif çarələr tapmağa çalışmışlar. Qadınların haqlarını qorumaq üçün qurulan təşkilatlar, azadlıq, bərabərlik, feminizm kimi anlayışların müzakirəyə qoyulması, müxtəlif proyektlər hazırlanması, konfranslar, panellər təşkil edilməsi bu axtarışların sadəcə bir hissəsidir. Bütün bu səylərə və çalışmalara baxmayaraq, tapılan çarələrin əslində heç bir hüquqi statusu yoxdur. Bu nəticə son dərəcə təbiidir. Çünki bütün digər problemlərdə olduğu kimi əsl çarə "Quran”dadır.

Həqiqi "Quran” əxlaqının yaşandığı cəmiyyətdə cəmiyyəti meydana gətirən fərdlər arasında qətiyyən ayrı-seçkilik yoxdur. Bir insanın qadın, kişi, zəngin, kasıb, yaşlı, gənc və ya uşaq olmasının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan bu şəxslərin cinsiyyətləri, mövqeləri, sərvətləri, ya da başqa hər hansı bir xüsusiyyətləri deyil, etdikləri yaxşı işlər və Allaha olan yaxınlıqları, yəni təqvalarıdır. Bir "Quran” ayəsində müsəlmanlara "(Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. ” (Bəqərə surəsi, 197) sözləriylə bu mövzunu xatırladılır.

Həmçinin "Quran”da möminlərdən saleh əməllər işləyən qadınlar və kişilər olaraq bəhs edilir. Quranda möminlərin kişi və ya qadın olmalarının deyil, Allahın əmr etdiyi əxlaqı yaşamalarının əhəmiyyətinə diqqət çəkilir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

"Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.” (Tövbə surəsi, 71-72)

"Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.” (Əhzab surəsi, 35)

"Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 124)

 Nərmin Kərimzadə


Şərhlər: 15
Baxılıb: 6782
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
qadin ve kisi ayri seckiliyini sevmirem
12 aprel 2015 00:21
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
Aydan Habili
Minnetdaram dəyərli sozlerdir

Minnetdaram dəyərli sozlerdir
12 aprel 2015 00:20
# 14
tek umidim sen
Cox maraqli ve aktual movzudu... Tesekkurler!
26 mart 2015 17:48
# 13
Kadın derin ama adam yüzme bilmiyor...
Qlamurr
Məhz inkişafı zəif olan cəmiyyətlərdə bu cür hallar yaşanır,bu da umumilikdə fərqi yoxdu kişi,qadın hər kəsin düşüncəsinin kasadlığı,dünyagörüşünün olmamağındadır.Birincisi qadın özü imkan verməməlidir ki,kimsə onun əzsin,əvəzinə qərar versin,kimsə əzilirsə hüquqları tapdanırsa günah onun özündədi.Bir qafın hüquqlarını bilmirsə,sözsüz ki kimsə onu əzəcək.Qaldı kişilərə həqiqətəndə qadınları hər zaman özlərindən aşağıda görürlər,işləmək olmaz,sözünü demək olmaz,ora olmaz,bura olmaz,düşünmürlər ki,qadın da insandı,onun da istəkləri var,arzuları varı,ən əsası uşaqlarının anasıdır.Qadın hər sahədə əzilir,istər təhsildə,istər kariyerada,erkən ailə qurmaqda,həyat yoldaşı seçəndə,təəssüf ki,dünyagörüşü zəyif olan belə kişilər hələ də mövcuddur.
16 mart 2015 00:37
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
leyla_258
halaldi ECE USLU CANIM DUZ YAZIBSAN.
15 mart 2015 18:38
# 11
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ece uslu
kişi ilə qadının hüquqları bərabərdir qadın da oz hüququnu bilməli və yeri gələndə tələb də etməlidir
15 mart 2015 13:53
# 10
isveç.de
Mən bir qadın kimi heçkəsə imkan vermərəmki mənim huquqlarımı tapdasın. Mən 5, gunluk dunyayə gəlməmişəmki kiminsə qarşısında alçalım və ya köləsi olum Xeyr. Qadın kişi huquqlarımız bərabərdir.
Isveçdə 1, ci yerdə uşaqlar. 2, ci yerdə qadınlar. 3, cu yerdə heyvanlar. Yəni ən çox itlər. 4, cu yerdə isə kişilər olur. Bizdə isə 4, cu yerdə qadınları görulər. Qadın anadır. Qadın bacıdır. Qadın ömur gün yoldaşıdır. Qadın sənin körpənin anasıdır. Qadın həyatdır 1, sözlə qadınlarınızın qoruyun ay kişilər onların diplomların evdə çürütməyin ...
15 mart 2015 03:47
# 9
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Luna-90
Mene ele gelir bu problem bizde o qederde qalmiyib .indi her kes oz fikrini isteyini kisiye basa sala bilir.
15 mart 2015 01:26
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
rəmsə
Mən qadınlarda da günah görürəm,əgər biz qadın və kişi bərabərhüquqludur deyiriksə niyə məs.ən sadə bir şey deyim bir yerə gedərkən çantaları,əşyaları kişilərə verib özümüz isə təkcə əl çantamızla gedirik.Bu yaxınlar da hətta gördümki tv.də qadın oturub ayaqqabısın bağlatdırır kişiyə.Bu nə deməydi,axı belə olmaz.Əgər biz qadın və kişilər bərabərhüquqludurlar deyiriksə o zaman öz işlərimizi də özümüz görməliyik.Qısacası qadın kişi hüquqlarının pozulmasında bizim də rolumuz var...

Elə kişiləri şiddətə də qadınlar öyrədir,əgər bir ana uşaqların döyürsə o uşaq da şiddət görüb sabah arvadına tətbiq edəcək...
15 mart 2015 01:25
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Antikvar
Fikrimce bir cox muselman olkelerinde bu hallar daha cox yasanir.Neinki Azerbaycan hetta Turkiye bele bizden berbat gunndedi bu qadina olan zorakiliqda.Yolun merkezinde arvadini doymek,cemiyyete buraxmamaq ve.s.hadiselerde elave etmek olar.Beli huquqlar beraberdi...Kisi ,qadin arasinda ferq qoyubda zorakiliq etmeemisden once unutmamaq llazimdiki,her ikisi cinsinden asli olmayaraq Allahin yaratdigi insanlardi.Men kisiyem deyibde butun istekllerini edib qadina qarsi zorakiliq tetbiq etmek duzgun deyil.Indi yene huquq deyende ilk novbede agla gelen bozbas bisirmek ,usaqlara baxmaq,evde oturmaqi misaal getirib huquqlarin qorunmadigini qeyd edecekler.(Miss_Oxatan Gulickam qabaqladim seni)))))Niyede evdar qadin olduqda huquqlarin itirildiyini dusunulur?Her zaman qeyd edirem sirf qadinlara mexsus bir is yeri olduqda mence hec bir kisi qarsi qoymaz.Menim qaynanam ,mamam vaxtile (mamam indidee isleyir)isleyibler.Yuxarida qeyd edilib qadinlara aid is olduqda bele sirf kisilere daha cox ustunluk tutulur.Qadinlarimizi cemiyyete bele buraxmaqda furset yaratmaqda cetinlik cekir milletimiz.Cemiyyet bele tecrubeden cox hansi ccins numayendesi olmagina daha cox ustunluk verir.Amma saylari getdikce azalmaya dogru gedir.Qadinda savad ilk novbede lazimdi.Cunki gelecekde o savad evdeki usaqlar uzerinde daha cox tesirini gosterecek.Her birimizin dediyi kimi huquqlar eynidi geldiyim aileye bax bu huquqlari eyni olmasini oyretmisem.Ilk once bir menali qarsilansada sonradan her biri dediklerrimi tekrarlayib ozlerine ders cixardirlar)Gucluyem huququmu bilirem,Bilmeyenlerede oyredirem))
15 mart 2015 00:18
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
aziz a
Cinsi ayri seckiliyin sezildiyi olkelerden biride deyerdim bizim olkemizdi, Sukur evvelki donemlere nisbeten bu ayri seckilik biraz azalib, buna sebeb olaraq biliyin tehsilin ,qizlarimuz, qadinlarimiz terefinden yaxsi menimsenilmesidi, amma bunu tam olaraq soylemek duzgun olmaz, sexsen bizim rayonun bezi kendleri varki, qizlari 4cu sinife catan kimi cixarib eve qoyurlar, bu sadece dehsetdi, indiki zamanede bele veziyyetin olmasi tebii ki, cox pis bir hsldi, amma var, bele dusunen ata ,analar varki buda onlarin savadsizligindan ireli gelen bir seydi,,Butun bunlar oz novbesinda qadin ,kisi ayrimligina gelib cixir....Allah ozu komek olsun.
14 mart 2015 23:22
# 5
Qelbim doludu !!!!
Madina
Heqiqi iman sahibleri bu movzudan xeberdardilar. Hec zaman eks cinsin rezil olmasina da izn vermezler,cunki allaha xos getmez deye.
14 mart 2015 23:18
# 4
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
vipbetul
indi kisiler deyirlerki haqq bizik huquq bizdedi bu curde oz qadinlarini kuchuk dushururler,amaki esl muselman kishisi oz xanimina hormet edib her bir sozu ishi meslehetlesmelidi.Rebbim her kese gozel aile versin insallah
14 mart 2015 23:02
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Bəzi ölkələrdə qadın kişi ayrı seçkiliyi çox qabarıq şəkildə özünü biruzə verir və bu da həmin ölkənin geridə qalmışlığının əyani sübutudur. Bir şeyi bilmək lazımdır ki, burda insanın cinsinə fərq qoymaq lazım deyil çünki müqayisə edilsə görərik ki, kişilərdədə çatışmayan qüsurlar var əqli cəhətdən bununlada özlərinə qadınlara zorakılıq etməklə haqq qazandırırlar məndə varam deyə, ancaq elə "mən" lər olmaz olsun...Qadınlar mənəvi cəhətdən çox güclüdür bəzi kişilərdən hətta çoxlarından demək olar..bəzi səbəblərə görə qadın zorakılıq qarşısında susur ancaq bu onun zəif olduğu anlama gəlmir onun mənən güclü olduğunu göstərir ...Ümumiyyətlə qadın öz hüquqlarını bilməli və savadlı olmağı bacarmalıdır o da bir şəxsiyyətdir və heç kəsin ixtiyarı çatmır ki, kiminsə şəxsiyyətini alçaldıb tapdalasın...
14 mart 2015 22:33
# 2
BARBI
Qadinlar ve kisilerin hiququ beraberdir ama kisiler ele edir ki sanki qadinlar ezilsin. Gunah qadinlardadir ki ozlerini ezdirirler.
14 mart 2015 22:22
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz