Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şeytan çılpaqlığı əmr edir
Şeytan çılpaqlığı əmr edir
Göndərən: guler19
Şərhlər: 16
Baxılıb: 745
Səs ver:
Qurani Kərimdə Allah Təala buyurur: Ey Adəmoğulları. Şeytan ana və atanızı, övrət yerlərini onlara göstərmək üçün, paltarlarını açdıraraq necə cənnətdən çıxardısa, sizə də bir fitnə (tələ) qurmasın! Çünki o da, qəbiləsindən olanlar da sizi, sizin onları görəməyəcəyiniz yerlərdən görürlər. Biz şeytanları iman etməyənlərin dostu etdik. (Əl Araf 27)

Müfəssirlər (Quranı izah edənlər) şeytanın Hz. Adəm və Hz. Həvvanı necə bir tələ qurduğunu və onların paltarlarını soyundurduğunu bu ayə ilə izah etmişlər. Eyni zamanda bütün insanlara şeytanın quracağı bu hiylələr qarşısında həssas olması mütləq vacibdir. Şeytan və onun görünməyən köməkçiləri daima iş başındadır. Demək surəti ilə övrət yerlərini açmanın, şeytanın vəsvəsəsi ilə əlaqəli olduğunu bəyan etmişlər. Dövrümüzdə şeytanı özlərinə dost tutan siyasi avtoritetlər, qadınların örtünməsinə riayət etmələrinə belə müdaxilə edəcək dərəcədə çılğınlaşmışlar. Ayrıca gözəllik yarışları adı altında, qadınların soyunmalarını təşviq edirlər. Biz şeytanın əsgərlərinə qarşı dirənən müsəlmanlar isə həqarət edilməkdə və həbsxanalarda ömrünü keçirməkdədirlər. Gördükləri işgəncələri isə sözlə danışmaqla qurtarmaq olmaz. Yenə digər ayədə : Onlar (o iman etməyənlər) bir həyasızlıq etdikləri zaman Biz atalarımızı da bunun üzərində gördük(bunu edən gördük) Allah da bizə bunu (fahışəliyi) əmr etdi. (Fahişa ilə əməl edirik) deyirlər! O iman etməyənlərə söylə: Allah heç zaman fahişəliyi (pisliyi) əmr etməz. Bilməyəcəyiniz şeyləri Allahın üzərinə mi (iftira edərək) söylüyürsünüz? (Əraf 28) Fahişə sözü şirki, küfrün digər növlərini və hər cür pisliyi içinə alır. Müşriklər Günah işlədiyimiz paltarla ibadət edə bilmərik deyərək Kəbəni (anadan doğma) çılpaq bir şəkildə təvaf edirdilər. Ayrıca Atalarımızdan bu şəkikldə gördük. Allah belə əmr etməsəydi onlar belə edərlərdi mi deyərək çılpaqlığı müdafiə edirdilər. Diqqət edilirsə müşriklərin hər cür pisliyi atalarına mal etmələri bəyan edilmişdir. Çünki həyasızlığın və şirkin müdafiə edəbiləcək hər hansı bir tərəfi yoxdur. Müşriklər də bunu bilirlər. Tək şüarları : Atalarımızın yolundayıq.
Kişilərin qadın, qadınların da kişi paltarları geymələri qadağandır. Burası mütləq bilinməlidir ki, hər iki cinsin (qadın, kişi) özünə məxsus xüsusiyyətləri və buna uyğun geyimləri var. Qarşı cinsə oxşayan insanda, əxlaqi pozqunluq və ruhi xəstəliklər var. Bu səbəblə bu cür insanların müalicə olunması lazımdır. Peyğəmbər (s.ə.s) kişinin qadın, qadınların da kişi paltarı geyməsini qadağan etmişdir. Hədisdə, Rəsulullah (s.ə.v) kişilərdən qadınlaşanlara, qadınlardan da kişiləşənlərə lənət etmişdir. Və Bu cür kimsələri evinizdən qovun demişdir. Geyim xüsusunda hər yerin adəti fərqlidir. Rəsulullah buyurur: Cəhənnəmliklərdən 2 sinif var ki, mən onları dünyada görmədim. Birincisi yanlarında olan qamçı ilə insanları qamçılayan kimsə. İkincisi geyinmiş çılpaq, kolçasını oynadan, forslanaraq gəzən, başları Xorasan dəvələrinin əyilmiş hörükləri kimi olan qadınlar. Bunlar cənnətə girməzlər, onun iyini də almazlar. Halbuki cənnətin iyi uzaq məsafələrdən hiss olunur. Geyindiyi halda paltarının dar və incə olması səbəbi ilə bütün vücud xətləri bilinən qadınlar geyinmiş çılpaq sayılırlar.
- Dişlərin şəklinin dəyişməsi
- Bədənə şəkil döydürmə
- Qaş aldırmaq
- Estetik əməliyyət
- Parik qoyma
Bunlar insanın fitrətinə (yaradılışına) tərs düşən əməllərdir. Peyğəmbər (s.ə.v) tərəfindən bu kəslər lənətlənmişdir. Çünki Allahın yaradılışına zidd hərəkət edib fitrəti dəyişdirirlər. Fəqət hər hansı bir xəstəlik səbəbi ilə dışləri düzəltmək və s. olar. Ola bilsin ki, xəstəlik səbəbi ilə insanlar arasına çıxmağa utanır. Heç bir səbəb olmadan etmək isə haramdır. Və o kəs tövbə etmədikcə (bir daha etməmək şərti ilə) onun üçün cəza vardır. Bu gün bəzi insanlar, İslam düşmənləri cavanların İslamdan xəbərsiz olduğundan istifadə edərək, onları aldadır, şeytanın yoluna dəvət edirlər və azdırırlar. İslamın gerilik olduğunu, qədim dövr üçün olduğunu, qızların soyunmasını, əxlaqsızlığı və bu cür hərəkətlərin müasirlik, inkişaf; namusunu, əxlaqını qoruyan, Allahın qoyduğu prinsiplərlə tərbiyə olunan şəxsləri isə geri qalmış adlandırırlar və öz şəhvətlərinə uyğun fikirlər söyləyib müsəlmanları Quran oxumaqdan, tam təslim olmaqdan çəkindirirlər. Təbii ki, bunun üçün müxtəlif şeytani yollardan istifadə edirlər. Müsəlman üçün ən gözəl nümunə isə insanların ən kamili olan Peyğəmbərdir (s.ə.v). Allah Təala buyurur: Andolsun ki, Rəsulullah, sizin üçün, Allaha və axirət gününə qovuşmağı umanlar və Allahı çox zikredənlər üçün güzəl bir nümunədir. (Əl Əzhab 21)
Digər bir ayədə buyurur: Həqiqətən sən böyük əxlaq sahibisən
Ey insanlar gəlin indi seçək. Allah və Rəsulu mu düz deyir, yoxsa öz şəhvətlərinə tabe olmuş, şəhvəti ilə hərəkət edən cahil bir insan Seçin.


Şərhlər: 16
Baxılıb: 745
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Əslində biz bunların hamısı bilirik,ancaq təəssüf ki əməl etmirik ,İslam qadına hicab buyurduğu halda ,geyinən çox azdı.
13 aprel 2015 23:29
# 16
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Menim balam
Bu bize aid deyil ! O lüt soyunanlar varee pula göre ne bilim neye göre bax onlara aiddir
12 aprel 2015 21:56
# 15
arzum-aysum
canim menim cox gözəl ve lazimli xeberdi. Allah razi olsun senden. oyredici xeberdi. bilməyənlər de oxuyub oyrenir. Amma oxuyub keçmək yox, emel etmək lazımdır
12 aprel 2015 19:50
# 14
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
efsane..
Evvela teessufki Islam qayda qanunlarina emel edenler cox azdir hami bilir hami oxuyur emele gelende etmirler Allah emel edenlerden etsin her bir musalmani ikincisi Qurani Kerim Eraf 28 Onlar pis bir is gordukleri zaman "atalarimizi bele gorduk ve bize bunu Allah emr etmisdir " deyerler . De "Allah esla pis ise emr etmez " Bilmediyiniz bir seyi Allaha nisbet verirsiniz ? aye tam olaraq bele tercume olunmalidi metndeki kimi deyil
12 aprel 2015 19:42
# 13
vipbetul
ne qederde duzgun deyilib guya o gozeldi bunun bedeni eledi filan soyunurlar daha demirlerki seytan olmuslarda xeberleri yox,Allah gunahimizdan kecib ehf etsin biz qullarini insallah
12 aprel 2015 17:14
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergız33
Alah bizleri ve sevdiylerimizin şeytanın emellerinnem qorusun. Bacardıqca geyimime ve de hereketlerime diqqet edirem .
12 aprel 2015 15:42
# 11
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
ALESSANDRA
bilirdim ma tsk
12 aprel 2015 15:28
# 10
Don't trust anyone ∆
my_angel
Bu qaydaları oxuyan çox olsa da , əməl edənlər barmaqla sayılacaq qədərdir.Şeytanın hər dediyinə uyub,onun yolu ilə gedənlər Allah qarşısında bəraət qazana bilməzlər.
12 aprel 2015 15:20
# 9
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Madina
Ekseriyyet bunu oxuyur,amma teessufler olsun ki,emel edenler azdir.
12 aprel 2015 14:14
# 8
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
aliceWOnDer
raziyam hamisi ile her seyi qadin erine gozel gorumek ucun etmelidi
12 aprel 2015 13:04
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nezka
Qadın kişi paltarları geyinnməməli deyilir ancaq indiki paltarların çoxu elədi
12 aprel 2015 12:44
# 6
İçimi görsən mənə aptek alarsan.
BARBI
Yazilannar hamisi dogrudur qadin qas aldirmamali boyadan istifade etmemeli makiyaj etmemeli estetik etdirmemelidir. Bunlar haramdir qadin ancaq erine gozel gorunmekcun geyinmeli ve bezenmelidir
12 aprel 2015 12:02
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ulduz
ESLİNDE HAMAMA GİRENDE (CİMMEU UCUN)AYAQ YOLUNA GİRDİKDE BİSMİLLAHİR DEMEK VACİB SERDTİR
12 aprel 2015 11:38
# 4
ayan97
Seytanin bu yoluna dusmek davam etdirmek yalnisliqdir. Men geyimleri diqqet edirem, eyer nese sehvde etmisemse Allahdan yalvarib gunahimin eff edilmesuni istiyem.
12 aprel 2015 11:32
# 3
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
yaz_yamuru
Açıq-saçıq geyinen insanlara pis baxiram
12 aprel 2015 11:29
# 2
Fialka
Təəssüflər olsun ki, şeytanla dostluq edənlər çoxdu , ona qulaq asıb yollarını azır və günah sahibi olurlar . Buna misal bir çox şeyi göstərmək və bu haqda çox danışmaq olar..Allah keçsin edilən günahlardan Amin.
12 aprel 2015 11:27
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz