Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şübhəsiz ki, bunda ibrət var
Şübhəsiz ki, bunda ibrət var
Göndərən: ismayilova ulker
Şərhlər: 10
Baxılıb: 757
Səs ver:
Uca Allah buyurur: "Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: "Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin. Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir".
Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, onları yer üzünə xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu!
Sonra onun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. Elçilər onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini beləcə möhürləyirik.
Sonra onların arxasınca Musanı və Harunu Firona və onun əyanlarına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir tayfa idilər.
Onlara Bizim tərəfimizdən haqq gəldikdə: "Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!"– dedilər.
Musa dedi: "Əcəba, sizə haqq gəldikdə: "Bu sehrdirmi?" deyirsiniz? Halbuki sehrbazlar uğur qazanmazlar".
Onlar dedilər: "Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik".
Firon dedi: "Bütün bilikli sehrbazları yanıma gətirin!"
Sehrbazlar gəldikdə Musa onlara dedi: "Nə atacaqsınızsa, atın!"
Onlar əllərindəki ipləri və dəyənəkləri atdıqda Musa dedi: "Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaq. Çünki Allah fitnə-fəsad törədənlərin işini düzəltməz".
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.
Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!"
Onlar dedilər: "Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə! Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar".
Biz Musaya və onun qardaşına: "Camaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!"– deyə vəhy etdik.
Musa dedi: "Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar insanları Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər".
Allah dedi: "Hər ikinizin duası qəbul olundu. Dəvətinizdə möhkəm olun və nadanların yoluna uymayın!"
Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: "İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!"
Firona deyildi: "İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan". Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir.
Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma.
Allahın ayələrini yalan sayanlardan da olma, yoxsa ziyana uğrayanlardan olarsan.
Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, ağrılı-acılı əzabı görməyincə iman gətirməzlər. Əzab gəldiyi an, Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət əhli olubmu? Yunusun qövmü iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər fani nemətlərdən faydalanmaq imkanı verdik.
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar" (Yunus, 71-100).

"Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o öz atasına və tayfasına: "Nəyə ibadət edirsiniz?"– demişdi.
Onlar dedilər: "Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik".
O dedi: "Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?"
Onlar dedilər: "Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük".
O dedi: "Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – həm siz, həm də ulu babalarınız? Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et! Atamı bağışla! Çünki o, azanlardandır. Onların dirildiləcəyi gün məni rüsvay etmə! O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!"
(Qiyamət günü gəldikdə) Cənnət müttəqilərə yaxınlaşdırılar. Cəhənnəm də azğınlara göstərilər. Onlara deyilər: "Hanı sizin sitayiş etdikləriniz – Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?"
Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar, İblisin bütün əsgərləri də habelə. Onlar orada höcətləşərək deyərlər: "Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik – o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz, nə də bizə canıyanan bir dostumuz var! Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!"
Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir" (əş-Şuəra, 69-104).


Şərhlər: 10
Baxılıb: 757
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Anuka
Cox sag olun baci.Qurani-Kerimde yazilib butun bunlar.Allahin sevdiyi bendelerinen olag qezzebe ve yolunu azmiwlardan yox.Allah bagiwlayan,merhemetlidi ondaki bende bende olub tobbe etmeyi bacarmali dogru yolun yolcusu olsun.Amin
13 aprel 2015 00:13
# 10
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
vipbetul
menim Rebbim coooox boyukdur cooox merhemet sahibidir oz yaratdiqi qullarini sevir hec zaman onlari ceke bilmiyegeyi imtahanla sinaqa chekmir,cox sukur,Menim Rebbim Yuce yaradanimdir Allahimidr
11 aprel 2015 19:58
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Qeyd olunanlardan məlumatlıyam,hamısı müqəddəs kitabımızda qeyd olunub.Yetər ki biz iman gətirək,yaradanımıza şirk qoşmuyaq,bu halda əməlisaleh bəndə olarıq.
Təşəkkür.
11 aprel 2015 19:56
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
qanadli melek
Yalniz bir Allah vardir merhemetli rehimli bagiwlayan.butlere ibadet etmek gunahdi
11 aprel 2015 15:13
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
aliceWOnDer
Sitat: Svetoklana
Biz bendelər hər zaman Allahin merhemetinden danışırıq,ancaq ki,unutmamaq lazimdir ki,yaradan ne qeder merhemetlidirse,bir o qədər qezeblidir...

Bəli cox qorxuram onun qəzəbinə tuş gəlməyə
11 aprel 2015 15:06
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Madina
Insan bu qeder melumat elde etdikden sonra bele yene de tanrinin buyurduqlarina emel etmirse,artiq ona deyecek soz yoxdur.
11 aprel 2015 14:57
# 5
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
leyla_258
Maraqlı idi.maraqlıdan bqşqa düzdüdə
11 aprel 2015 14:32
# 4
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Nezka
Bağışlamaq Allaha məxsusdu sən təki ibadətini əksik etməyəssən
11 aprel 2015 12:11
# 3
İçimi görsən mənə aptek alarsan.
BARBI
Allah bagislayandi yeterki etdiyin sehvi gunahi basa dus urekden tovbe et o zaman rahatliq taparsan. Rebbim her bir kesin gunahlarini bagislasin
11 aprel 2015 11:21
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Quranda bu haqda oxumuşam Allaha şərk edənlər yalnız onun qəzəbinə tuş gələ bilər.. Çalışaq Allahın əməlisaleh bəndələrindən olaq Amin.
Allah razı olsun Ülkər.
11 aprel 2015 11:12
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz