Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi xütbədən
Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi xütbədən
Göndərən: Wiyinka
Şərhlər: 5
Baxılıb: 467
Səs ver:
Ey camaat! Allah bütün elmləri mənə öyrətmiş, mən də Allahın mənə öyrətdiyi bütün elmləri Əliyə öyrətmişəm.

Ey camaat! Əli (ə) barədə yolunuzu azmayın, ondan uzaq düşməyin və dediklərindən üz döndərib ona qarşı itaətsizlik göstərməyin.

Ey camaat! Allahın onu üstün tutduğu kimi siz də üstün tutun və onu tanıyıb qəbul edin. Çünki onu Allah seçib təyin edib.

Ey camaat! Bilin ki, o, Allah tərəfindən təyin olunmuş bir imamdır. Buna görə də Allah onun vilayətini inkar edənləri bağışlamaz və heç vaxt
onların bu günahlarından keçməz!

Ey camaat! Allah bu fəzilət və üstünlüyü mənə əta edib və bunun vasitəsi ilə mənə minnət qoyub və mənə ehsan edib.

Ey camaat! Əlini yüksək tutun və ona ikram edin. O məndən sonra bütün insanlardan – istər kişi olsun, istərsə də qadın - üstündür. Allah bizim vücudumuzun bərəkətinə görə məxluqatına ruzi verir və onları saxlayıb yaşadır.

Ey camaat! Bilin ki, o, "Cənbillah"dır. (yəni, onun vilayətini qəbul etmək, Allaha itaət və bəndəlikdir). Allah-təala Öz nazil etdiyi kitabda buyurur:

"Cənbillah" barəsində etdiyim səhlənkarlıqlara görə vay halıma!

Ey camaat! Quran üzərində dərindən düşünün, onun ayələrini dərk edin, onda olan möhkəm ayələrə nəzər salın və mütəşabih ayələrin ardınca getməyin. And olsun Allaha! Mənim əlindən tutduğum kəsdən başqa (yəni, Əlidən (ə) başqa) kimsə sizə Allahın nəhy etdiklərini bəyan etməz və həmin ayələrin düzgün izahını verə bilməz.

Ey camaat! Əli (ə) və nəslimdən olan pak imamlar "siqli-əsğər" (yəni, çox böyük dəyərə malik olan kiçik əmanət) və Quran isə "siqli-əkbər"dir (yəni, çox böyük dəyərə malik olan böyük əmanət). Bunların hər biri digərindən xəbər verir. Bunların heç biri Behiştdəki Kövsər Hovuzunun yanında mənə qovuşanadək digərindən ayrılmaz.

Ey camaat! Əli (ə) mənim qardaşım, vəsim, elmimin varisi, məndən sonra ümmətim arasında və Allahın kitabının təfsirində mənim canişinimdir. Allahın fərmanına əsasən deyirəm: "İlahi, onunla dost olanla dost, düşmən olanla da düşmən ol!"

Ey camaat! Bilin ki, Allah sizin dininizi Əlinin (ə) imaməti ilə kamil etdi. Kim ona və onun mənim nəslimdən olan övladlarına iqtida etməsə və onları öz imamı kimi qəbul etməsə, o həmin kəslərdən olacaq ki, onların əməlləri batil və özləri də etibardan düşmüş kəslərdir.

Ey camaat! Əli (ə) mənə sizin hamınızdan artıq kömək edib və mənim üçün sizin hamınızdan daha yaxın və daha layiqlidir. Mütəal Allah da, mən də ondan çox razıyıq.

Ey camaat! O, Allah dininin yavəri, Allah rəsulunun müdafiəsindən ötrü döyüşçüdür. O, pak təqvalı və hidayət olmuş hidayətçidir. Sizin peyğəmbəriniz (s) peyğəmbərlərin ən üstünü, Əli (ə) vəsilərin ən üstünü, onun mənim nəslimdən olan övladları da canişinlərim və imamların ən üstünüdür.

Hər bir peyğəmbərin canişinləri onun öz sülbündəndir. Mənim canişinlərim isə Əlinin sülbündəndir.

Ey camaat! Bilin ki, İblis Adəmi həsəd üzündən Behiştdən çıxardı. Elə isə Əliyə (ə) həsəd aparmayın. Əgər belə etsəniz, əməlləriniz batil olar və hədərə gedər, qədəmləriniz titrəyər.

Ey camaat! Allaha, Onun peyğəmbərinə və nazil etdiyi Nura iman gətirin!

Ey camaat! Mən sizi qorxudub çəkindirirəm. Mən Allahın sizin üçün göndərdiyi elçisiyəm. Məndən öncə də peyğəmbərlər gəlib getmişdir. Məgər ölsəm yaxud öldürülsəm keçmiş cahiliyyətinizə gerimi dönəcəksiniz?

Ey camaat! Müsəlman olduğunuza görə Allaha minnət qoymayın, yoxsa Onun sizə qəzəbi tutar və sizə əzab göndərər. Həqiqətən, Allahın əzabı günahkarların püsqusundadır.

Ey camaat! Məndən sonra sizə elə kəslər rəhbərlik edəcək ki, sizi ona tərəf dəvət edib, Qiyamət günü də sizə heç bir kömək etməyəcəklər.
Ey camaat! Allah da, mən də həmin rəhbərlərə nifrət edirik.

Ey camaat! Onlar, onların tərəfdarları, ardıcılları və dostları Cəhənnəmin ən dərin qatlarına yuvarlanacaqlar.

Ey camaat! Mən imamət və xilafəti özümdən sonra sizin aranızda Qiyamət gününə qədər irs və əmanət olaraq qoyub gedirəm. Mən sizə çatdırmaqdan ötrü məmur olunduğum vəzifəmi yerinə yetirdim. Burada olanlar bunu qaib olanlara çatdırsınlar.

Ey camaat! Allah, Onu, ayələrini, hökmlərini inkar etmələri üzündən hər bir abadı bərbad edər. Allah sizin vəlinizdir. Bunlar onun vədələridir. Allah vəd etdiyi hər bir sözdə haqlıdır və vəd etdiyi hər bir sözünə də vəfa edər.

Ey camaat! Sizdən öncə bir çox ümmətlər yollarını azdılar. Allah da onları məhv etdi. Allah keçmişdəkiləri də, gələcəkdəkiləri də məhv etməyə qadirdir.

Ey camaat! Cənnətlə cəhənnəm arasında təfavüt çoxdur. Bizim düşmənlərimiz Allahın lənət etdiyi kəslərdir. Dostlarımız da Onun sevdiyi kəslərdir.

Ey camaat! Bilin ki, mən peyğəmbərəm, Əli isə mənim vəsim, canişinimdir. Agah olun ki, axırıncı imam olan Həzrət Məhdiyyi-Qaim də (ə) bizdəndir.

Ey camaat! "Həcc", "Səfa", "Mərva" və "Ümrə" ilahi mərasimlərdəndir. Hər kəs Həcc, yaxud Ümrə ziyarətini yerinə yetirsə, iki dəfə təvaf etməyinin heç bir eybi yoxdur.

Ey camaat! Allah evinin həcc ziyarətini yerinə yetirin. Bu ziyarəti yerinə yetirən elə bir yoxsul yoxdur ki, sonradan dövlətli olsun və bu ziyarətdən üz döndərən elə bir imkanlı şəxs yoxdur ki, sonradan fəqir və yoxsul olsun.


Ey camaat! Həcc mərasimi zamanı Ərəfatda dayanan elə bir mömin yoxdur ki, Allah onun bütün keçmiş günahlarını əfv edər və həcc mərasimi bitdikdən sonra onun əməlləri yenidən yazılmağa başlayar.

Ey camaat! Hacılara kömək olunar, onların çəkdikləri xərclərin hamısı ödənilər. Allah yaxşı əməl sahiblərinin səylərini zay etməz.

Ey camaat! Həcc ziyarətini düzgün din, fəhm və biliklə yerinə yetirin və bu ziyarəti yerinə yetirərkən müqəddəs məkanlardan tövbə və günahlardan qayıtmaqla geri dönün.

Ey camaat! Allahın sizə buyurduğu kimi namaz qılın və zəkat verin. Əgər, müddət sizin üçün uzun olsa, ya səhlənkarlıq etsəniz, yaxud da unutsanız, Əli sizin rəhbəriniz və (dini məsələləri) açıqlayanınızdır.

Ey camaat! Sizi hidayət etdiyim hər bir halal və çəkindirdiyim hər bir haram olduğu kimi qalır. Mən onların heç birini əvəz etməmişəm. Agah olun ki, əmr be mərufun başı budur ki, mənim nə dediyimi biləsiniz, onu eşidib-bilməyənə çatdırasınız, ona həmin sözü qəbul etməsini göstəriş verəsiniz və onu bu sözlə müxalifət etməkdən çəkindirəsiniz.

Ey camaat! Quran sizə imamətin Əlidən sonra onun övladlarına çatacağını bildirir. Mən sizi agah etdim ki, onlar mənim və Əlinin nəslindəndir. Allah-təala buyurur:

Onu nəslində həmişəlik bir söz qərar verdi.

Mən də sizə deyirəm həmin bu iki şeydən (Quran və itrətdən) yapışsanız, heç vaxt yolunuzu azmazsınız.

Ey camaat! Təqva! Təqva! Qiyamətdən qorxun. Allah buyurur:

Həqiqətən, Qiyamətin zəlzələsi çox böyük və dəhşətli bir şeydir.

Ey camaat! Sizin sayınız çoxdur və hamınız bir-bir gəlib beyət edə bilməzsiniz. Allah-təala mənə göstəriş verib ki, sizdən Əlinin və ondan sonra onun mənim nəslimdən olan övladlarının möminlərin rəhbəri və xilafətin canişinləri olmağını dildə iqrar etməyinizlə söz alım. Elə isə, siz də hamılıqla deyin: "Biz eşitdik və itaət edirik."

Ey camaat! Nə deyirsiniz? Bəs, elə isə, Allah hər bir gizli səsdən və nəfəsdən də agahdır. Hər kəs hidayəti seçsə, onun öz xeyrinədir və hər kəs də zəlaləti seçsə, öz zərərinədir. Hər kəs beyət etsə, Allaha beyət edib:
Allahın (qüdrət) əli onların əllərinin üzərindədir.

Ey camaat! Allahdan qorxun, Əli, Həsən, Hüseyn və digər imamlarla beyət edin.

Ey camaat! Sizə dediklərimi deyin, Əliyə "əmirəlmöminin" kimi salam verin və deyin: "Eşitdik və itaət etdik. Pərvərdigara, bizi bağışla, axır dönüş Sənədir. Həmd olsun Allaha ki, bizi hadayət etdi. Əgər Allah bizi hidayət etməsəydi, yolu tapmaz və hidayət olmazdıq."

Ey camaat! Həqiqətən, Əliyyibni-Əbutalibin (ə) fəzilətləri Allahın sizə nazil etdiyi Quranda kifayət qədər bəyan olunub.

Ey camaat! Hər kəs Allaha, Onun rəsuluna, Əliyə və sair imamlara itaət etsə, həqiqətən də böyük bir hidayətə, böyük bir nicata nail olmuşdur

Ey camaat! Ona ilk öncə beyət edənlər, onu sevənlər, ona "Əmirəl-möminin" kimi salam verənlər nicat tapacaq və nemətlərlə dolu olan behiştlərdə olacaqlar.

Ey camaat! Allahın sizdən razı olmasına səbəb olacaq sözü deyin. Əgər yer üzərində olan insanların hamısı kafir olsalar, Allaha heç bir ziyan verə bilməzlər. İlahi, mömin və möminələri bağışla və kafirlərə qəzəb et! Həmd olsun aləmlərin rəbbinə!"

Bu zaman hamı Peyğəmbərin (s) çağırışına cavab olaraq bir ağızdan uca səslə dedi: "Bəli, eşitdik və Allahın, Onun Rəsulunun (s) göstərişinə qəlbimiz, dilimiz və əllərimizlə itaət edirik."


Şərhlər: 5
Baxılıb: 467
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ruzgargulum
Çox sukurler olsun Müsəlmanam Allahimi imamlarimizi Peygemberimizi taniyiram.Əsasda rəbbimi allahımı tanıyıram hər zaman ona bağlı olaraq qalacam.təəkkürlər canım belə gözəəl xəbər üçün..
16 mart 2015 11:56
# 5
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
aziz a
Sukurler olsun ki muselmanam, Allahimi, Peygemberimi(s.e.s), Imamlarimi (e.s.)taniyiram, iteat ve ibadet edirem, Allahin izniyle her kesede meslehet bilirem.....
16 mart 2015 07:27
# 4
Qelbim doludu !!!!
efsane..
Allah razi olsun cox gozel yazidi
16 mart 2015 07:18
# 3
vipbetul
cox sukurki Muselmanam Sieyem dinimi Peyqemberimi(s.a.s) imamlarimi esasda yerin goyun tek sahibi olan Rebbimi taniyiram bilirem cox sukur
16 mart 2015 01:03
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Madina
Cox gozel xeberdir,muellife twk. Imametin esqi qelblerimizden hec vaxt eskik olmasin.
15 mart 2015 22:19
# 1
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz