Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslamda intim həyata münasibət necədi?
İslamda intim həyata münasibət necədi?
Göndərən: Wiyinka
Şərhlər: 13
Baxılıb: 1673
Səs ver:
Müasir dövrümüzdə müsəlman ailələrində boşanmaların sayı getdikcə artmaqdadır. Bunun müxtəlif ictimai, iqtisadi və digər səbəbləri var.

Bu səbəblərdən biri ər-arvad arasında olan intim münasibətdən qaynaqlanır. Xüsusilə insanın intim həyatı onun şəxsiyyət kimi formalaşmasında (və ya formalaşmamasında) mühüm yer tutur. Cinsi münasibətdən asılılıq, öz təhlükəli fantaziyalarına tabe olmaq və yeni hisslər yaşamaq həvəsi insanı bir çox hallarda fiziki və mənəvi olaraq uçuruma yuvarlayır. Bəs İslam dini bununla bağlı nə deyir?

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov analitik.az-a deyir ki, dinimizə görə cütlüklərin evlənmələrinin ən başda gələn səbəblərindən biri də intim münasibətin öz aralarında halal çərçivədə yerinə yetirmələridir. Bəzi hallarda bu vacib dini məsələyə cütlüklər səhlənkar yanaşır, bir-birlərinin haqlarını ödəmirlər. Bu gün belə problemlər hər iki tərəfdən, həm kişidən, həm də qadından qaynaqlanır:

"Belə ki, çox hallarda kişilər özlərinə müsəlman desələr də, haram işlərin aludəçiləri olurlar. Haram qəbul olunan siqaret çəkir, spirtli içkilər içir, ailədə münaqişənin yaranmasına səbəb olurlar. Daha sonra öz həyat yoldaşlarını yanlarına çağırdıqda onların itaətsizliyini anlaya bilmirlər. Ümumiyyətlə, rəvayətlərdən gəlib ki, səhabələr günahları, haramları etməkdən o qədər çəkinərdilər ki, heyvanları belə onlara qarşı itaətsizlik etdikdə, bunların səbəbini özlərində axtarıb tapardılar.

Hətta Peyğəmbəri görüb, ona iman edənlər ondan öyrənmişdilər ki, ailə camaatının sənə itaət etməməsinin səbəbkarı məhz sən özünsən. Çünki əvvəlki dövrün Peyğəmbər davamçılarından birinin dəvəsi, atı, uzunqulağı onun sözündən çıxanda günahlarına görə Allaha tövbə edər, Allahdan bağışlanmasını istəyərdi.”

Ə. Həsənovun sözlərinə göprə, bu gün ailədə baş verən anlaşılmazlıqların çoxunun səbəbkarı günahlardan çəkinməməkdir. Allah təala həm Qurani-Kərimdə evlənməyi əmr etmiş, həm də göndərdiyi elçisinin dili ilə bunun qaydalarını və şərhlərini bizə çatdırır. Bu şərtlər içərisində qadına düşən vəzifə öz həyat yoldaşına qarşı təmənnasız itaət etməsidir:

"Belə ki, bir hədisdə Allah Rəsulu buyurmuşdur ki, əgər Allahdan başqa nəyəsə səcdə olunmaqla əmr olunsaydıq, mən əmr edərdim ki, qadınlar öz ərlərinə səcdə etsinlər. Ancaq Allahdan başqa kiməsə, nəyəsə səcdə olunmaqla müsəlmanlar əmr olunmayıblar. Bu, qadınların öz ərlərinə itaətin necə vacib olmasının göstəricisidir.

İlahiyyatçı bildirdi ki, insanın həyat yoldaşı onu tamamlamalıdır. Yəni hər iki tərəf bu tamamlama işində problem çıxarmamalıdır. Xüsusi ilə qadınlar bu məsələdə diqqətli olmalıdırlar, kişilər isə qadınlarının itaətsizliyindən qorxaraq etdikləri səhvləri düzəltməlidirlər:
"Müsəlmanlar üçün ən gözəl örnək Allahın peyğəmbəridir. O, həmişə ev işlərində də öz xanımlarına hörmət edər, onların hər birinin haqqını tam verərdi. Bizdə kişinin öz həyat yoldaşına köməklik etməsi normal qarşılanmır, amma İslam dini bunu savab iş adlandırır və bunun müqabilində Cənnətlə müjdələnməyi vəd edir. Bu səbəbdən ailədə hər məsələdə, xüsusi ilə cinsi münasibət zəminində hər iki tərəf halal şərtlər əsasında bir-birlərinin tələbatlarını ödəməyə borcludurlar.”


Şərhlər: 13
Baxılıb: 1673
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
bu haqda bilmirdim, yeni intim heyatin dinle bagli da oldugunu hec dusunmurdum demeli kebinsiz kisi ve qadin bir birine haram sayilir. melumatlandirdiginiz ucun tesekkurler
17 aprel 2015 13:37
# 13
Menim balam
He düz qeyd olunub. O qeder qadınlar var, pis yola el atırlar. Kebin zad sayıb elemirler. Tanimadığı adamla elaqede olur. Görün hele onlar ne qeder günah qazanır. Men Rus kanalında izmena verilişine baxıram
Orda dedektiv zad var.
Demeli bir dene Rus qızı erine xeyanet edirmiş, Rus qızın adı Anna olur. Anna internetten kimnen geldi taniş olurmuş, günlerin bir günü Annan'ın kişisi dedektiv qoşur. Anna bir kişinen görüşür . Sen deme kişi de adam yeyen imiş. Bu kişi qızı gören kimi deyir ki, gedek menim evime. Qız hele deyir ki, dayan söhbet edekde. Nese bu qıza bir Demir iki Demir gedek gedek. Bunuda dedektıvler şübhelenir bu adamnan kişi izleyesi olurlar. Anna kişiden el çekdi, dedi men getmek istemirem. Indi bu manyaki dedektifler izleyir. Bu kişinin yanına bile bile bir qızı danişirdilar ki, görek bu insan nece insandır. Basqa qız bu kişinen görüş yaratdı kofede. Qız çöle çixan kimi tel danişmağa manyak kişi gizli kamera görüntüsü ile görünür. Qızın şarpı iyledi. Qızı nese öz evine apardı, bunun dalşnca gizlin gelirler polisler . Qızı ele pis yere apardı meşe kimi yere . Qızı deyir ki, xoşuna gelecek menim evim. Qızın üzerinde gizli kamera var, onlar ne danişirsa polisler eşidir hemde görür . Qız gördü ki, qayçi, biçaq. Balta masa üzerinde durur. Hemde otaq soyuqdur. Manyak qapı bağlamğa geden kimi qız çöldekilere zeng eledi, qızı vurdu bayıldı qız. Hemin anda qapı qırıb içeri girdiler başladı manyak ded ki, men et istiyirem. Bu insan ancaq ne qeder qadın eti yeyirmiş. Evvel qanı içib sonra eti yeyırem dedi. O inana ömürlük ceza verdiler .
15 aprel 2015 22:29
# 12
Madina
Eger aileye haram nemetler,haram emeller daxil olarsa,o aile xosbext olmaz. Cutlukler arasinda hormet ve munasibet allah rizasina olmalidir.
15 aprel 2015 22:28
# 11
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Qlamurr
Əgər cütlər arasında kəbin varsa,təbii ki,münasibətlər halaldı,bəzi istisnaları çıxmaqla, aralarında sərhəd də olmamalıdır.Qaldı köməyə kişi hər zaman xanımına yardım etməlidir.
15 aprel 2015 19:17
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
naz_vefa
Kebinsiz intim heyati gunahdi olmazzz
15 aprel 2015 18:23
# 9
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
aliceWOnDer
İntim münasibət evləndikdən sonra qurulmalıdı yoxsa tebii ki gunahdi
15 aprel 2015 16:42
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
birdane
Bilmediklerimide oxudum twk
15 aprel 2015 15:52
# 7
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
NERGIZ LOVE
Oxudum maraqla.cox saqolun bilmediylermi oyrendim
15 aprel 2015 15:03
# 6
SENI EBEDI QELBIME YAZDIM///
Meleknur
esasen de halal olmalidi bir birine en bawlica bu olmalidi kebin olmalidi
15 aprel 2015 14:44
# 5
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Nezka
İntim münasibət evləndikdən sonra qurulmalıdı
15 aprel 2015 14:36
# 4
İçimi görsən mənə aptek alarsan.
vipbetul
dinimizde qadina terefdi kisiler oxusun qadina bezen komek etmek dedikde kisi onu eder filan besmekan deyirler gorunduyu kimi Peyqemberimizde(s.a.s)oz xanimina komek edib,qadin kishiye hormet etdiyi kimi kiside qadina hormet etmelidi
15 aprel 2015 14:30
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
İslam dinində hər şey halallıq çərçivəsində olmalıdır qeyd olunub. Əgər tərəflərdən biri haram olan işlərlə məşğuldursa onda qarşı tərəfdən itaətkarlıq gözləməməli və günahı özündə axtarmağı bacarmalıdır .
15 aprel 2015 11:47
# 2
BARBI
Islamda intim heyata munasibet baxir yerine evlendikden sonra istediyini et evlenmemis intim munasibet hec duzgun hal deyil ve gunahdir
15 aprel 2015 11:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz