Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Artıq qədərimiz yazılıbsa, qərarlarımıza görə nə üçün məsuliyyət daşıyırıq?
Artıq qədərimiz yazılıbsa, qərarlarımıza görə nə üçün məsuliyyət daşıyırıq?
Göndərən: tek umidim sen
Şərhlər: 12
Baxılıb: 824
Səs ver:
Böyük bir İslam alimi bu suala belə cavab verir:

"Şübhəsiz ki, insanda hürriyyət və seçmə qabiliyyəti vardır. Və o hürriyyət, iradə və seçimə görə də günah və savab, yaxşı və pis əməllər insana aid edilir. İnsanın iradə və istəyinin meydana gələn nəticələrdə rolu nə qədər olur-olsun, o iradə Uca Yaradan tərəfindən şərt və səbəb olaraq qəbul edilmişdir. Buna görə də, insanın iradəsini xeyrə və ya şərə çevirdiyinə görə günahsız və ya günahkar olması onun (iradənin) xeyrə və ya şərə meyil etməsi ilə bağlıdır. Bu meyil nəticəsində meydana gələn hadisə ağır və çəkilməz olsa da, insan bu meyillə hərəkət etdiyinə görə məsuliyyət daşıyır…

Fərz edək ki, O Uca Zat iqlim dəyişikliyi kimi böyük bir hadisəni bizim nəfəs alıb-verməyimizlə əlaqələndirib bizə belə deyir: "Əgər bir dəqiqə ərzində filan saydan daha çox nəfəs alıb-versəniz, yaşadığınız yerin coğrafi şəraitini dəyişdirəcəyəm”. Biz nəfəs alıb-verməklə iqlim dəyişikliyi arasında bir əlaqə görmədiyimiz üçün, qadağan olunmuş şeyi edirik, O da xəbərdarlıq etdiyi kimi iqlimi dəyişdirir. Həmin hadisə bizim gücümüzün fövqündə olsa belə, bu işə səbəb olduğumuza görə günahkar da bizik. Bunun kimi hər kəs öz cüzi iradəsi ilə səbəb olduğu şeylərin, işlədiyi əməllərin nəticələrinə görə məsuliyyət daşıyır, cəza və ya mükafatını alacaqdır. Yəni pis bir iş görən adam günahkar olur və Allah bağışlamadığı təqdirdə də cəzasını mütləq çəkir.

İndi isə bir qədər də məsələnin ikinci tərəfi üzərində duraq. Yəni Yaradanın hər şeyi ehtiva edən elmi və insanın iradəsi…

Allahın elmində bütün varlıq aləmi səbəb və nəticələrlə yan-yanadır. Bu yerdə əvvəl və axır, səbəb və nəticə, övlad və ata, bahar və payız bir vahidin (təkin) iki üzü olur. Və yenə o elmə görə, sonra əvvəl kimi, nəticə səbəb kimi bilinir və bu şəkildə hökm edilir. Kim hansı tərəfə nə cür meyil edəcək və kim adi bir şərt və səbəb olan iradəsini hansı istiqamətdə istifadə edəcək − bütün bunları Allah qabaqcadan bildiyi üçün səbəblərlə meydana gələcək nəticələri təqdir və təsbit etməsi insanın iradəsini əlindən almır və onu məcbur etmir. Əksinə, onun meylləri nəzərə alınaraq hökm verilir ki, bu da iradəni qəbul etmək deməkdir.

Məsələn, böyük bir zat xidmətçilərinə: "Sizlər öskürəyinizi saxladığınız zaman şahanə hədiyyələr qazanacaqsınız, üzrsüz yerə öskürdükdə isə hədiyyələri itirməklə yanaşı, üstəlik əzab görəcəksiniz”, – desə, xidmətçilərinin iradəsini qəbul etmiş və dəstəkləmiş olar. Bunun kimi Uca Yaradan bir bəndəsinə: "Sən bu istiqamətə meyil göstərsən, mən də sənin meyil göstərdiyin o şeyi yaradacağam. Və sənin o meyillərinə görə indidən hökmümü verir, qədərini yazıram”, – desə, insanın iradəsinə əhəmiyyət vermiş olar. Yəni qədərin yazılması nə iradəni inkar edir, nə də insanı hər hansı bir əmələ məcbur edir.


Şərhlər: 12
Baxılıb: 824
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ruzgargulum
Hər birimizin qisməti Allah tərəfindən yazılıb mən qismətə inanıram deyirlər ki qismətdən artıq yemək olmaz bu fikir tam düzgün deyilib mən inanıram bu sözə hər bir insanın qismətini allah yazır Allah bizə ağıl düçüncə tərzi verib ki ağılnan öz yolumuzu seçək,öz əməllərimizidə yaxşı yazaq.
27 mart 2015 18:16
# 12
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
vipbetul
Allah bize yolu gorsedir hemde iki yol verir onlarin biri ser ikincisi ise xeyrdi onu biz ozumuz secirik,calismaliyiq ki seytana aldanmadan Rebbim gorsetdiyi xeyr yolunu secek emelimizide qederimizide gozel yazaq
25 mart 2015 22:14
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Madina
Insan emelleri ile qederini deyisme imkanina malikdir.
25 mart 2015 21:52
# 10
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Turkan Abbasova
insallah biz secimimizi duzgun ederik ki qarsimiza da yaxsi seyler cixsi
25 mart 2015 17:15
# 9
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
ece uslu
qismete inaniram amma her wey insanin oz elindedir yaxsini pisden ayira bilirik buna gore de her weyi qismet bele imis demekle mesuliyyetden qaca bilmerik tanri hec bir bendesinin qismetini pis etmez
25 mart 2015 15:08
# 8
arzum-aysum
men qismete inanıram. bezi şeylər var ki, bizim irademizden asili deyil. ancaq cox şeylər ozumuzden asilidi. Tanri bize agil verib, dusunce verib, secim yollari da. bezi seylerde secim etmek oz elimizdedi mence
25 mart 2015 14:58
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
efsane..
Beli gozel ifade olunub insanin qarsisinda secimler var ve secimlerle imtahan olunuruq Allah bizim ne edeceyimizi bilir amma ki secimleri bize verib dogruda qarsimizdadi sehvde qarsimizdadi sehvi secibde sonra qismet deye bilmerik
25 mart 2015 14:13
# 6
qanadli melek
Allah insanlarin qismetini yazsaydi eger insanlar etdikleri herekete gore mesulyet dawimazdi.meselen cinayetkar birini oldurur ve ona hebs cezasi verilir eger bunu Allah yazibsa insan niye cezasini cekirki axi Allah ozu yazib bunu.demeli Allah insanlara qismet alin yazisi deye bir sey yazmayib insana axil veribki ozu oz qismetini yazsin ozu dogru yolu tutsun.insanin bawina ne gelirse oz aglinan gelir
25 mart 2015 12:57
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Allahın qisməti var lakin o qisməti yönləndirmək üçün Allah bizə ağıl, düşünmə qabiliyyəti verib.Nəyə görə etdiyin əməllərin əks təsirini öz həyatımızda görüb qismət adlandırmalıyıq, insan seçimlərini edir və yaxudda müəyyən təsirlərə məruz qalıb hansısa addımı atır və bunun müqabilində cavabını alır bunu qismət adlandırmaq olmaz . Bununla sanki bir növ insanlar özünə bir təskinlik verir və hər şeyi qismət adlandırırlar.
25 mart 2015 12:41
# 4
BARBI
Sadece onu deye bileremki ne olsa qismetdi deyirler allah deyir sennen hereket mennen bereket her seyi qismete yozmuyun bezen inssn oz qismetini ozu yazir bunu da unutmayin
25 mart 2015 12:06
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
onda nefes almayaq ki iqlim deyisecek.....nc nc nc bundan siz bir sey anladiz? yoxsa anlamayan tekce menem?
25 mart 2015 12:05
# 2
"All men must die, but we are not men"

Daenerys Targaryen
Qlamurr
Gözəl mövzuya toxunmusunuz,əslində bu mövzu bir az ziddiyyətlidi,çünki bəzi insanlar düşünür ki qismətimi Rəbbim yazıb,mən nə qədər çalışsamda onsuzda taleyim yazılıb,alınmıyacaq,ancaq bu yalnış təsəvvürdü,çünki Rəbbim insana ağıl verib,düşünmək üçün şüur verib,hər şeyə qismət deyib keçmək olmaz,sən də çaba göstərməlidən,qismət yazılır,ancaq biz yaxşı və pis əməllərimizlə qismətimizi dəyişmək iqtidarındayık.Yəni qismət var,ancaq bizdən də çox şey asılıdı.
25 mart 2015 11:59
# 1
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz