Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Axirət dünyadan daha xeyirlidir
Axirət dünyadan daha xeyirlidir
Göndərən: Wiyinka
Şərhlər: 13
Baxılıb: 815
Səs ver:
‘Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!”
(əz-Zuha, 93/4).

Qurani-Kərimin dünya həyatını insanı aldadan bir həzz (Ali-İmran, 3/185), axirətlə müqayisədə cüzi bir şey (ət-Tövbə, 9/38), oyun-oyuncaq və əyləncə (əl-Ənam, 6/32) kimi təsvir etdiyini görürük. Aşağıdakı ayə bu halı dəqiq şəkildə bizə təsvir edir:

"Onlara bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp olar. Allah hər şeyə qadirdir! Mal-dövlət, oğul-uşaq bu dünyanın bər -bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!” (əl-Kəhf, 18/45-46).

Qurani-Kərim təqribən altmış ayədə dünya həyatına qarşı neytral, əlli ayədə mənfi, yeddi ayədə isə müsbət mövqedən yanaşır. Lakin qeyd etmək lazımdır ki, bu mənfi münasibət onun var olmasına deyil, axirətə qarşı biganəlik göstərən həyat tərzinədir. Elə isə Quranın bu şəkildə təsvir etdiyi dünyanın daha çox əxlaqi və dini bir termin kimi istifadə olunduğunu irəli sürmək mümkündür. Bunun müqabilində coğrafi mənada yer üzü üçün Quranda "ərz” məfhumundan istifadə olunur. Belə olan halda, axirət əməllərinə maneçilik törətməyən dünya həyatının dini baxımdan icazəli olduğunu və bunun nemət və xoşbəxtlik üçün bir vəsilə olduğunu nəzərə almalıyıq.

Buna baxmayaraq, dünya və axirət arasında seçim etmək məcburiyyətində qalsaq, mövzunun əvvəlində bəhs etdiyimiz ayədə də qeyd olunduğu kimi, bizdən axirət həyatını daha üstün tutmağımız istənilir və bunun əksi isə qınanılır (İbrahim, 14/3). Bu vəziyyət başqa bir ayədə daha dəqiq şəkildə təsvir edilir. Ayəyə əsasən Həzrəti Peyğəmbər dünyanın dəbdəbəsinə meyil edən həyat yoldaşlarına birbaşa Quranın əmrinə tabe olaraq xəbərdarlıq etmiş, ya dünya həyatının dəbdəbəsini, ya da Allahı, Rəsulunu və axirət yurdunu seçmələrini istəmişdir (əl-Əhzab, 33/28-29).

Peyğəmbərimiz (s.ə.s.) də özünü dünya həyatında bir yolçu kimi qəbul etmiş, əbədi yurdu unutmayaraq ona uyğun olan hazırlığını görmüş və ümmətinə də bunu tövsiyə etmişdir. Dünya həyatının ötəri, müvəqqəti olduğunu sevimli Peyğəmbərimiz (s.ə.s.) hər zaman vurğulamış və onu uzun bir səfər zamanı rast gəlinən və bir hovur dincəlmək üçün dibində oturulan ağac kölgəsinə bənzətmişdir (İbn Macə, "Zöhd”, 3).

Nəticədə qeyd etmək lazımdır ki, hər bir müsəlman dünyası üçün axirətinə, axirəti üçün də dünyasına laqeyd yanaşmamalı, bunların ikisi arasında müvazinəti qorumalıdır. Biz dünya həyatının bir imtahan sahəsi olduğunun fərqində olmalı, bu fürsəti yaxşı dəyərləndirməli və işimizi ona görə sahmanlamalıyıq. Belə ki, axirətdəki yerimiz bir növ dünyadakı əməllərimizin bir məhsulu, məntiqi nəticəsi olacaqdır. Yəni bu dünya nə qədər ötəri, müvəqqəti olsa belə o sonsuz səadət məhz burada ya qazanılır, ya uduzulur. Bizim üçün dünyanın ən mühüm cəhəti də elə bu olmalıdır. Unutmayaq ki, dünya nemətlərinə meyil edərək axirət qazancım arxa plana atanlar isə əslində özlərinə böyük ziyan vururlar və zamanı gələndə buna görə mütləq peşman olacaqlar.


Şərhlər: 13
Baxılıb: 815
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
mene de ele gelir.
3 aprel 2015 22:58
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Fialka
İnsan bu dünyada dünya malı üçün yox axirəti üçün çalışıb savab əməllərin sahibi olmalıdır, Allah hər birimizə xeyirli axirəti qismət etsin Amin.
1 aprel 2015 22:39
# 12
efsane..
Allah axiretimizi gozel etsin
1 aprel 2015 20:38
# 11
Mrs.Pianist
Allah ozu axiret ezabindan qorusun..AMIN
1 aprel 2015 15:44
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
Catwoman666
" bu dunya cennetin sigortasidir"
bu dunya maddidir. ancaq olenden sonraki dunya ebedidir. yeni bu dunyadan ebedilik dunyasina yalniz yaxsi ve pis emelerimizi aparaciq. sanki bir omur boyu imtahan veririk. eger yuksek qiymet alsaq imtahandan kececik. amma asagi qiymet alsaq imtahandan kesilecik. bunu qisaca bele izah ede bilerem
1 aprel 2015 15:42
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
ayan97
Allah boyukdur, ne qeder cehennimlik olsamda icimde bir hiss var ve hemise duydugum soz. Hec kim geleceyini gormur.
1 aprel 2015 14:52
# 8
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
arzum-aysum
Sitat: Qlamurr
Dünya həyatı bizimçün sadəcə imyahandı,sınaqdı,əməllərimizlə öz cəhənnəm və cənnətimizi qazana bilərik,odur ki,əmməllərimizlə insanlığımızla,imanımızla yaşamaqla axirətimizi gözəl şəkildə qazanaq.Allah hər birimizə xeyirli axirət nəsib eləsin.

bezileri nefsinin qurbani olub axiretini unudur, bagislanmasi olmayan gunaha batir. bezileri de Allah sevgisi ile nefsine qalib gelir, axireti ucun savab emeller qazanir. İnşallah Tanri bizlere emeli saleh bendelerinden olmagimiz ucun seytanin şərrindən uzaq durmağa kömək olar. amin
1 aprel 2015 14:48
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Qlamurr
Dünya həyatı bizimçün sadəcə imyahandı,sınaqdı,əməllərimizlə öz cəhənnəm və cənnətimizi qazana bilərik,odur ki,əmməllərimizlə insanlığımızla,imanımızla yaşamaqla axirətimizi gözəl şəkildə qazanaq.Allah hər birimizə xeyirli axirət nəsib eləsin.
1 aprel 2015 14:32
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
vipbetul
biz bu dunyaya imtahancin gelmishik o dunyada ise imtahanin cavabini bilegeyik calishaqki her zaman yaxsi emeller ederek imtahanda uzu aq cixaq Rebbimin izni ile insallah
1 aprel 2015 13:00
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Allah bilir onu...gorək necə olacaq..
1 aprel 2015 12:26
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Axiret dunyadan daha xeyirlidir . Her zaman xeyir isler gorekki axirimiz yaxsi olsun
1 aprel 2015 11:54
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Miss_Oxatan
Allah boyukdur,InwAllah yaxwi olar.
1 aprel 2015 11:34
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
rəmsə
Əlbəttə ki axirətdəki yerimiz dünyadakı əməllərimizin bir məhsulu olacaq.Ona görə hər birimiz çalışmalıyıq ki,dünyanın bəzəyinə aldanmayıb nəfsimizə güc gələk!!!
1 aprel 2015 11:14
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz