Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənə dua edin, Mən də sizə cavab verim
Mənə dua edin, Mən də sizə cavab verim
Göndərən: Wiyinka
Şərhlər: 16
Baxılıb: 1160
Səs ver:
Qurani Kərimdə Uca Allah öz bəndələrinə yaxın olduğunu, hətta insana onun şah damarından daha yaxın olduğunu bildirir. Allah mərhəmətli və lütfkar olduğuna görə Öz bəndələrini eşidib onların çağırışına cavab verəcəyini vəd edərək belə buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (əl-Bəqərə, 186). Bu ayənin sonunda Allah insanlara peyğəmbərlərinin İslam dininə olan çağırışını qəbul edib Ona iman gətirməyi duaların qəbul olunması üçün şərt qoymuşdur. Həmçinin, Uca Allah insanları yalnız Ona yalvarıb dua etmələrini buyurur: "Rəbbiniz dedi:"Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər" (Ğafir, 60). Uca Allah Qurani Kərimdə Peyğəmbərlərin dualarını qəbul etməsi barədə xəbər verərək buyurur: "Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik! Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq. Təkcə onun nəslini qoruyub saxladıq” (əs-Saffat, 75-77). Allah İbrahim peyğəmbərin duasını qəbul edib Muhəmmədi peyğəmbər və elçi olaraq bütün bəşəriyyətə göndərdi. Uca Allah buyurur: "İbrahim və İsmail dedilər: Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!” (əl-Bəqərə, 129). Allah Əyyub peyğəmbərin duasını qəbul edərək düçar olduğu ağır xəstəlikdən sağaltdı: "Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik” (əl-Ənbiya, 83-84). Allah Yunus peyğəmbərin duasını qəbul edərək onu balinanın bətnindən xilas etdiyini və Zəkəriyya peyğəmbərin duasını qəbul edərək ona övlad bəxş etdiyini xəbər verir: "Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!" Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik! Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: "Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!" Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər” (əl-Ənbiya, 87-90). Allah Muhəmməd peyğəmbərin dualarını qəbul etmişdir. Ənəs rəvayət edir ki, Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - cümə günü xütbə verərkən bir nəfər minbərin qarşısındakı qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: "Ey Allahın elçisi, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağmur endirsin.” Peyğəmbər əllərini göyə qaldırıb dedi: "Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!” Vallahi, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Vallahi, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Peyğəmbər xütbə verərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: "Ey Allahın elçisi, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın. Peyğəmbər əllərini göyə qaldırıb dedi: "Allahım! Yağışı üstümüzə deyil, ətrafımıza yağdır. Allahım, təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və ağac bitən yerlərə yağdır! Yağış kəsdi və biz günəşli havada gəzişmək üçün bayıra çıxdıq.”Həmçinin, Əbu Hüreyrə belə rəvayət edir: "Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə Peyğəmbər haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin yanına gəlib dedim: "Ey Allahın elçisi! Mən anamı İslama dəvət edirdim. O, bunu inkar edib sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et ki, Əbu Hüreyrənin anasına hidayət versin!” Peyğəmbər dedi: "Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!” Mən Peyğəmbərin duasından sonra sevincək evə qayıtdım. Qapıya çatdıqda anamın ayaq səslərini eşitdim. O, mənə yerimdə durmağı əmr etdi. Sonra çimib qüsl edib, paltarını geyib qapını acid və mənə dedi: "Ey Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa həqiqi ilah yoxdur və Muhəmməd də onun qulu və elçisidir!” Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Muştuluğumu ver, Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi...” (Müslim, 6346).


Şərhlər: 16
Baxılıb: 1160
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Brilliantam
Sukur sene Allahim,Amin.
8 aprel 2015 03:05
# 16
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Qlamurr
Həmd olsun sənə Allahım,sənə sidq ürəklə dua edəni,əl açanı geri çevirməzsən.
8 aprel 2015 00:05
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Сладкий Ангел
insallax butun dualarim yerine yeterduahaminin dualaryla bir yerde 15
7 aprel 2015 20:07
# 14
.Bir gülüşüm var Sizlərə ömür...
tek umidim sen
Cox gozel xeberdi.. Tesekkurler,Wiyinka 08
6 aprel 2015 15:06
# 13
Kadın derin ama adam yüzme bilmiyor...
vipbetul
Ya Rebbim cox sukur senin hikmetine hidayetine,her zaman sevindirdiyin dualarini qebuletdiyin qullardan eyle biz bicare qullarini Amin Insallah
6 aprel 2015 14:51
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Hər gün əl açıb allaha dua hettda yalvarıram ki, imtahanımı uğurla verim və tələbə olum.. Allah hər kəsin duasını qəbul etsin Amin
6 aprel 2015 13:55
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
qanadli melek
Hergun dua edirem Allahimin meni ewitdiyine dualarima cavab verdiyine cox eminem
6 aprel 2015 13:22
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
gulunnn
Cox wukur uca Rebbime vardi haqqdi boyukdur
6 aprel 2015 12:53
# 9
rəmsə
Şükür Allaha Allahdan istədiyim bütün dualarım qəbul olub.
Allah hamının saf niyyətlə etdiyi duaları qəbul edər inşəALLAH.dua
6 aprel 2015 12:53
# 8
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
efsane..
Allah xeyirli olani nesibimiz etsin

Allah xeyirli olani nesibimiz etsin
6 aprel 2015 12:25
# 7
Madina
Allah hecbir duani cavabsiz qoymaz.
6 aprel 2015 12:20
# 6
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Fialka
Rəbbim ona açılan əlləri geri çevirməz yetərki Allaha dua edib ona inan, sən rəbbimə bir addım atsan o sənə on addım atar...Allah razı olsun.
6 aprel 2015 11:42
# 5
Miss_Oxatan
Allaha hemd olsun her weye qadirdir Rebbimin qebul etmediyi arzu ve dualarimizda da mutleq xeyir ve hikmet vardir.ancaq menim ureyimden ne kecibse hetta olub dile de getirmemiwem hec bele xususi olaraq dilememiwem sadece ureyimden fikrimden kecirmiwem ancaq ummadigim anda o isteyim heyata kecib.Allaha wukurler olsun,cox maraqla oxudum Allah razi olsun.
6 aprel 2015 11:39
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
emis
Hec vaxt Allaha dua etmekden el cekmeisem nede bezmemisem hemise dua etmisem cox sukur Allah da cavab verib hec bir duani cavabsiz buraxmayib esas odur ki icden ve saf urekle dua edesen onda yerine yetir
6 aprel 2015 11:24
# 3
guler19
Dua insanın öz acizliyini və Allahın sonsuz qüdrətini ən nəzərə çarpan bir şəkildə hiss etdiyi andır. Allah bütün dünyaya nəzarət edən, gücü hər şeyə çatan, gizlinin gizlisini bilən, hər şeydən xəbərdar olandır. İnsanın duasını eşidən və ona cavab verəcək olan da sonsuz şəfqətli Rəbbimizdir. Duadan qaçmaq isə Allah`ın bu böyük rəhmətindən üz çevirmək, qürurlanmaq mənasını verir.RƏBBİMə ibadət etməyə təkəbbür göstərənlər isə cəhənnəmə zəlil olaraq girəcəklər. Hər zaman RƏBBİMə dua şükr edirəm. İnşALLAH dualarımız qəbul olar amin.
6 aprel 2015 11:17
# 2
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
BARBI
Her zaman allaha dua edenem . Ne istesem allahdan isteyirem
6 aprel 2015 11:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz