Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cənnətə ilk girən ərinə sadiq qadınlar olacaq
Cənnətə ilk girən ərinə sadiq qadınlar olacaq
Göndərən: emis
Şərhlər: 17
Baxılıb: 1600
Səs ver:
Həzrəti Fatimatüzzəhra (r.a.) Həzrətləri bir gün atası Peyğəmbərimiz (s.a.s.)'ə:

— Atacan cənnətə ən öncə qadınlardan kim girəcək? deyə soruşdu.

Peyğəmbərimiz (s.a.s.):

— Filan məhəllədə bir qadın var. O qadın ilk cənnətə girəcək qadındır, buyurdular.

Həzrəti Fatimə çok merak etmişti:

— Məndən də mi əvvəl girəcək atacan? deyə soruşdu. Həzrəti Peyğəmbərimiz:

— Səndən də əvvəl girəcək, istəyirsən get bir tanış ol. O zaman sən də nədən öncə onun girəcəyini öyrənərsən, buyurdular.

Həzrəti Fatimənin o qadın haqqındaki marağı çox artmışdı. Bir gün qadının evini soruşa-soruşa tapdı, qapısını döydü, içəridən yaşlı bir qadın səsi eşidildi:

— Kimdir ?

Həzrəti Fatimə, özünü tanıdıb görüşmək istədiyini söyləyəndə qadın:

— Canım sənə fəda ey Allah Rəsulunun qızı. Sizinlə çox istərdim görüşmək. Fəqət çölə çıxmadığım üçün ziyarətinizə gələ bilmədim. Sizin məni axtarıb tapmağınız bir lütfdür. Ancaq mən ərimdən izn almadan sizə qapını aça bilməyəcəm. Sizdən çox üzr istəyirəm. Sabah gələrsiniz,içəri girməyiniz üçün izn alıb qapını açaram görüşərik,dedi.

Həzrəti Fatimə geri qayıtdı, qadın da məsələni ərinə danışıb izn aldı. İkinci gün qadınla görüşəcəyinə əmin olaraq gələn Həzrəti Fatimə yanına Həzrəti Həsəni də alıb gəldi. Qadının qapısını döyərək gəldiyini bildirdi. Fəqət qadın Həzrəti Fatimənın yanında bir uşaq olduğunun fərqinə varmışdı. Həzrəti Fatiməyə:

— Yanınızda bir uşaq da var. Mən yalnız sizin üçün izn almışdım, içəri siz girəbilərsiniz,amma uşaq çöldə qalar, istəyirsiniz sabah gəlin onun üçün də izn alım, bərabər içəri girərsiniz, dedi.

Həzrəti Fatimə ikinci dəfə içəri girmədən geri qayıtdı. Üçüncü gün yanına Həzrəti Hüseyini də alaraq getmişdi.- Qapıda yenə eyni durumla qarşılaşaraq Hüseyini içəri apara bilməyincə geri dönmək məcburiyyətində qaldı. Üçüncü gün üçü birdən getdiklərində qadın ərindən hər üçü üçün də izn almışdı, içəri girdilər. Həzrəti Fatimə bir də baxdı ki, içəridə onu qarşılayan çöldə səsindən tanıdığı qadın deyil. Gənc ve gözəl bir qadındır... Heyrətlə soruşdu:

— Sizinlə çöldən danışarkən səsiniz başqa idi, indi başqa, bu necə ola bilər? dedi.

Qadın;

— Sizinlə danışarkən səsim çölə çıxmaqda idi. Mən də səsimi yad kişi eşidər, günaha girərəm deyə ağzıma daş parçası alaraq danışırdım. İndi isə o daşı çıxardım, dedi.

Həzrəti Fatimənin gözləri yaşarmışdı.Atasının nədən cənnətə əvvəlcə bu qadının girəcəyini söylədiyini başa düşdü.

Qadın Həzrəti Fatiməyə:

— Ey Allah'ın Rəsulunun qızı! Bəs mən ərimə qarşı vəzifəmi yerinə yetirmiş olurammı? "Allah məni ərimə itaətsizlikden dolayı hesaba çəkər deyə qorxuram, dedi.

Həzrəti Fatimə atasının müjdəsini bildirdi:

— Xeyr!Əksinə sən atamın cənnətə ilk girəcək qadın deyə müjdələdiyi birisən.Heç bir qadın sizin etdiyinizin onda birini belə edə bilməz,dedi.

Və cənnətə ilk girəcək olan qadınla bir xeyli söhbət etdikdən sonra izn istəyərək oradan ayrıldı.


Şərhlər: 17
Baxılıb: 1600
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gulunnn
Allah her birimize bele olmaqi qismet etsin amin
25 mart 2015 19:54
# 17
SENSİZ
hamiya ibret olmalidi bu hekaye
25 mart 2015 00:24
# 16
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Madina
Heyat yoldasina olan saygi ve hormeti hemise saxlamaq lazimdir.
24 mart 2015 21:11
# 15
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
adsiz-a
indi bele qadinlari cetin tapmaq olar mence
24 mart 2015 18:29
# 14
ece uslu
indi bele qadinlar barmaqla sayilacaq qederdi
24 mart 2015 16:20
# 13
vipbetul
indi bu cur qadinlar taqmaq olmaz,ki eminemki o qadinin heyat yoldashida onun kimi bir namuslu kishiymish,bu gun yeyqinki o cur heyat yoldashi tapmaq olmazda,birazda qadinin kishi uzerindeki haqqindan danishilsin
24 mart 2015 14:32
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ayten666
Birazda kisiden yazinda
24 mart 2015 13:35
# 11
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Mrs.Pianist
Indi Bele qadin var goresen.? insaALLAH ALLAHim bagisladiqin qulunda men olaram.AMIN
24 mart 2015 12:56
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
Nergizz
Sitat: sebish
Ay qızlar burda yeniyəm.profili necə dəyişə bilərəm?

XAnim burda yazma,kec sohbet otagina yaziw komek etsinler,her xeberin werhine yazma,
24 mart 2015 12:54
# 9
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Nergizz
indi bele qadin yoxdu axi,ama gozel ibretamiz hekaye idi twk,
24 mart 2015 12:41
# 8
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
efsane..
cox gozel hekayedi teessufki indi emel edenler azdir
24 mart 2015 12:16
# 7
Ayselina
Çox böyük maraqla oxudum..Rəbbim, bizlərə də nəsib etsin insallah..yazan əllər var olsun. .
24 mart 2015 12:02
# 6
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
BARBI
Elbette dogru ifadedir teesufki bele qadinlar zemanemizde cox azdir qadin her zaman ailesine erine qarsi sadiq olmalidir
24 mart 2015 11:43
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Qlamurr
Doğrudan da indi belə qadın demək olar çox az olar,yəni qadın yoldaşına nə qədər itaətkardı,nə qədər hörmət qoyur,bununla həm öz xoşbəxtliyini qazanmış olur,ərinin sevgisini qazanır,həm də cənnəti qazanır.Bu hekayəni oxuyandan sonra başa düşütəm ki,əslində cənnəti qazanmaq o qədər də çətin deyil.
24 mart 2015 11:39
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aziz a
Allahim sene qurban olum,bu qeder erine itaetkar bir qadin indiki zamanda zor tapilar, amma sonunda cennetin olmasi, dusunmek bele adami qanadlandirir.....
24 mart 2015 11:22
# 3
Qelbim doludu !!!!
cinqosh
İndiki zamanda həyat yoldaşına bu dərəcədə itaət edən xanım ola bilməz. Rəsmən bu qadın dustaqdı. Uşaq üçün belə ərindən iczə alır.Mən yolda gedə gedə demək olar bütün uşaqları öpə-öpə, cicci deyə deyə gedirəm. inanılmaz qadındı!
24 mart 2015 11:15
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Fialka
Çox ibrətamizdi , qadın yoldaşına qarşı hörmət bəsləməlidi eyni zamanda da hərəkət edərkən hansısa addımı atarkən yoldaşınıda fikirləşməlidir çünki öz başına tək birisi deyildir qadın və bu baxımdan onu da nəzərə almalıdır...Hekayəni oxuyarkən anam gözümün qabağına gəldi və onun hərəkətlərinin necə doğru olduğuna bir daha əmin oldum..
24 mart 2015 11:08
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz