Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məsumların nurlu kəlamlarından 500 hədis (461-480)
Məsumların nurlu kəlamlarından 500 hədis (461-480)
Göndərən: Rahila
Şərhlər: 11
Baxılıb: 526
Səs ver:
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Hədis 461: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, insan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.”

Hədis 462: Həzrət Əli (ə) buyurur: "Xalq ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.”

Hədis 463: Həzrət Əli (ə) buyurur: "Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu ne`mət əta etdiyini görərsənsə,bu işin sonundan qorx.”

Hədis 464: Həzrət Əli (ə) buyurur: "Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və boş işlərdən çəkin.”

Hədis 465: İmam Sadiq (ə) buyurur: "Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin.”

Hədis 466: Həzrət Əli (ə) buyurur: "Allah lə`nət etsin o kəslərə ki, camaatı yaxşı işlərə də`vət edirlər, amma özləri bu işə əməl etmirlər, eləcə də başqalarını pis işdən çəkindirirlər, amma özləri çəkinmirlər.”

Hədis 467: İmam Sadiq (ə) buyurur: "Bizim şiəmiz o kəsdir ki, acından ölsə dəbelə, camaatdan bir şey diləməz.”

Hədis 468: "(Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu:) "Oğlum, heç kəsin qulu olma, Allah səni azad yaratmışdır.”

Hədis 469: Həzrət Əli (ə) buyurur: "Nəhy əz munkəri, yə`ni pis işdən çəkindirməyi qəlbi, dili və əli ilə tərk edən kəs dirilər arasında olan ölüdür.”

Hədis 470: İmam Rza (ə) buyurur: "Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Qur`an tə`lim etməkdir.”

Hədis 471: İmam Rza (ə) buyurur: "Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsməkvə dünyanı axirətdən üstün tutmaq.”

Hədis 472: İmam Baqir (ə) buyurur: "Allah-Təala qiyamət günü bəndələrinin sorğusunu onlara verdiyi ağıl qədər (dəqiq) aparar.”

Hədis 473: İmam Sadiq (ə) buyurur: "Zarafatlaşmaqdan çəkin, çünki o,kişinin abrını və heybətini aparar.”

Hədis 474: İmam Səccad (ə) buyurur: "İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə −yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”

Hədis 475: Həzrət Əli (ə) buyurur: "Məsləhət etməyən kəs peşman olar.”

Hədis 476: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "İnsan üçün elə bir zaman gələr ki, dünyasını salamat gördüyü halda dinini itirməkdən qorxmaz.”

Hədis 477: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "İki günü bərabər olan kəs zərərdədir.”

Hədis 478: Həzrət Əli (ə) buyurur: "Tamah yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs özünü qiymətdən saldı.”

Hədis 479: İmam Baqir (ə) buyurur: "Süstlük və tənbəllik insanın dininə və dünyasına zərər vurar.”

Hədis 480: İmam Sadiq (ə) buyurur: "Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.”


Şərhlər: 11
Baxılıb: 526
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah razi olsun cox gozel kelamlardi
30 aprel 2015 12:24
# 11
Madina
Insan oxuduqca menevi rahatliq tapir,emel etdikde ise huzur tapir,
27 aprel 2015 23:29
# 10
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Qlamurr
Hər biri dəyərli kəlamlardı,oxuyub ibrət götürməkdə fayda var))Allah razı olsun.
27 aprel 2015 16:51
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Nergizz
twk xeber ucun,lazimli oxunmali kelamlardi,meslehet etmeyen kes pewman olar,cox gozel sozlerdi,
27 aprel 2015 14:15
# 8
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
aliceWOnDer
Hədis 465: İmam Sadiq (ə) buyurur: "Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin.”
27 aprel 2015 14:05
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nezka
Gözəl sözlərdi
27 aprel 2015 13:38
# 6
İçimi görsən mənə aptek alarsan.
vipbetul
ne qederde gozel ibretli kelamlardir
27 aprel 2015 12:59
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur k-off
Cox gozel kelimelerdir bu kelimelere emel eden goresen nece insan var
27 aprel 2015 10:55
# 4
SVETA
BARBI
Sonuncu kelam cox menaliydi . Mende isterem bir eybim qusurum varsa uzume deyilsin mennen gizletmesinler
27 aprel 2015 09:18
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Çox gözəl kəlamlardı, hər dəfə oxuyarkən nələrisə öyrənib ibrət götürmək lazımdır...Allah razı olsun.
27 aprel 2015 09:18
# 2
aziz a
Bu sozlerin birini digerinden secib hansinin daha deyerli oldugunu soylemek gunahdi, cunki bunlarin her bir setri, her bir menasi, umumilikde cumlesi en deyerli, en qiymetli bir nemetdi, var dovletdi.Allah bizi bagislanmis bendelerinden qerar eylesin Amin.
27 aprel 2015 05:40
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz