Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məsumların nurlu kəlamlarından 500 hədis (441-460)
Məsumların nurlu kəlamlarından 500 hədis (441-460)
Göndərən: Rahila
Şərhlər: 7
Baxılıb: 945
Səs ver:
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Hədis 441: İmam Kazım (ə) buyurur: "Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”

Hədis 442: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Elmi öyrənib ona əməl etməyən adamı Allah qiyamət günü məhşərə kor gətirər.”

Hədis 443: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Elm və biliyi bağlayın. Soruşdular ki,necə bağlayaq? Buyurdu: Onu yazmaqla.”

Hədis 444: Həzrət Əli (ə) buyurur: "Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.”

Hədis 445: Həzrət Əli (ə) buyurur: "Tövbə qapısı açıq ikən günahının bağışlanacağından ümidini üzmə.”

Hədis 446: Həzrət Əli (ə) buyurur: "Yalnız öz fikrinə istinad edən kəs büdrəyər.”

Hədis 447: İmam Baqir (ə) buyurur: "Elmi fayda verən alim yetmiş min abiddən üstündür.”

Hədis 448: İmam Baqir (ə) buyurur: "Dünyasını axirətinə, axirətini isə dünyasına görə tərk edən kəs bizdən deyildir.”

Hədis 449: "(Həzrət Peyğəmbərdən (s.a.a.) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu:) İnsanın özəli ilə qazandığı.”

Hədis 450: Həzrət Əli (ə) buyurur: "Ataların özövladları üçün qoya biləcəyi ən böyük irs ədəb və düzgün tərbiyədir.”

Hədis 451: Həzrət Əli (ə) buyurur: "Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir.”

Hədis 452: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Ehtiyacı olmadığı halda mö`min qardaşının görüşünə gedən şəxs Allahın görüşünə getmiş kimidir.”

Hədis 453: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Bir şəxsə var-dövlətinə görə ehtiram göstərən şəxsə Allah lə`nət etsin.”

Hədis 454: Həzrət Əli (ə) buyurur: "Həyat ölümə necə də yaxındır!”

Hədis 455: Həzrət Əli (ə) buyurur: "Əta etdiyini çox da böyük hesab etmə, sən özün ondan da böyüksən.”

Hədis 456: Həzrət Əli (ə) buyurur: "Nə yaxşı olar ki, insan aza qane olsun, çox əta etsin.”

Hədis 457: Həzrət Əli (ə) buyurur: "Yeməkdə orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz olar.”

Hədis 458: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Batini zahirinə müxalif olan kəs münafiqdir.”

Hədis 459: "(Həzrət Peyğəmbərdən (s.a.a.) soruşdular ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda qılınan namaz.”

Hədis 460: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.”


Şərhlər: 7
Baxılıb: 945
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
ellerinize sagliq.
24 aprel 2015 19:24
# 7
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Fialka
Hər biri ibrət götürüləcək kəlamlardı , paylaşandan Allah razı olsun.
24 aprel 2015 15:46
# 6
vipbetul
Hədis 460: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.”
butun kelamlar gozledir,ibretlidir oyrenilib emel edilmesi vagibdir
24 aprel 2015 15:29
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Hədis 459: "(Həzrət Peyğəmbərdən (s.a.a.) soruşdular ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda qılınan namaz.”
24 aprel 2015 14:49
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nezka
Axırıncı hədisi çox bəyəndim
24 aprel 2015 12:43
# 3
İçimi görsən mənə aptek alarsan.
BARBI
445 cox dogru yazilib her zaman ne gunahin sehvin de olsa unutma tovbe qapisi her zaman aciqdir. Yeter ki icden dua et ve bagislanilmagi iste
24 aprel 2015 09:21
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Cox danismagi terk et, isteyine catacagin qeder danismagin kifayet eder..Buna bir emel eden ilsa, Allahim hemd olsun, sukurler olsun Rebbim senin varligina.
24 aprel 2015 08:43
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz