Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məsumların nurlu kəlamlarından 500 hədis (421-440)
Məsumların nurlu kəlamlarından 500 hədis (421-440)
Göndərən: Rahila
Şərhlər: 10
Baxılıb: 573
Səs ver:
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Hədis 421: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah qarşısında ən yaxşı bəndə xoş xasiyyət olanıdır.”

Hədis 422: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir.”

Hədis 423: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin.”

Hədis 424: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Xalqın ən təqvalısı xeyrinə, yada zərərinə belə olsa, həqiqəti deyən kəsdir.”

Hədis 425: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, azolsadabelə.”

Hədis 426: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Özün üçün istədiyini xalq üçün də istə ki, mö`min olasan.”

Hədis 427: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir.”

Hədis 428: Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”

Hədis 429: Həzrət Əli (ə) buyurur: "Heç bir əməl yalan kimi çirkin deyil.”

Hədis 430: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.”

Hədis 431: İmam Rza (ə) buyurur: "Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”

Hədis 432: İbn Abbas (r) nəqledir: "Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: "And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.”

Hədis 433: İmam Təqi (ə) buyurur: "Mö`minin izzəti xalqa möhtac olmamasındadır.”

Hədis 434: İmam Sadiq (ə) buyurur: "İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).”

Hədis 435: İmam Həsən (ə) buyurur: "Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın.”

Hədis 436: İmam Kazım (ə) buyurur: "Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.”

Hədis 437: Həzrət Əli (ə) buyurur: "Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır.”

Hədis 438: Həzrət Əli (ə) buyurur: "Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir.”

Hədis 439: İmam Həsən (ə) buyurur: "Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən.”

Hədis 440: İmam Səccad (ə) buyurur: "Ən qiymətli adam dünyanın kimin əlində olmasına e`tina etməyəndir.”


Şərhlər: 10
Baxılıb: 573
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aziz a
Canim qurban Allahima.....
21 aprel 2015 19:27
# 10
Qelbim doludu !!!!
Fialka
İbrət götürüləcək dərin məna daşıayan kəlamlardı hərbiri ...Allah razı olsun.
21 aprel 2015 19:01
# 9
emis
431 ci hədisi çox bəyəndim doğru yazılıb insan gərək özündəki ni bilə hər gün öz etdiklərini yadına sala.Təşəkkür edirəm.
21 aprel 2015 17:05
# 8
Madina
Nurlu kelamlarindan istifade edib heyatimizi nurlandiraq.
21 aprel 2015 16:07
# 7
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
aliceWOnDer
Hədis 429: Həzrət Əli (ə) buyurur: "Heç bir əməl yalan kimi çirkin deyil.”

raziyam
21 aprel 2015 15:07
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
hamisi bir-birinden gozel kelamlardir

hamisi bir-birinden gozel kelamlardir
21 aprel 2015 13:12
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nezka
423-cu hədisi bəyəndim
21 aprel 2015 10:46
# 4
İçimi görsən mənə aptek alarsan.
Nur k-off
Çox gözel buyurublar bu hedislere goresen indiki zamanda kim emel edir hamsina
21 aprel 2015 10:14
# 3
SVETA
Mugush
Hamı hədislərdən ibrət götürsəydi nə yaxşi olardi
21 aprel 2015 09:47
# 2
BARBI
Allaha qarsi itaetsizlik edilmeyen gun bayramdir. Teesufki o qeder bele insan var ki hamisini dogru yola cekmek cox cetindir
21 aprel 2015 08:56
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz