Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Halal və haram
Halal və haram
Göndərən: Wiyinka
Şərhlər: 13
Baxılıb: 1149
Səs ver:
"Halal" və "haram" dini terminlərdir. Yeyilib içilməsi istifadə olunması qadağan olunmayan şeyə halal, yeyilib içilməsi və yerinə yetirilməsi qadağan olunan şeyə isə haram deyilir. Haram olan, yəni qadağan olunan şeylərin sayı məhduddur. Qadağan olunanların xaricindəkilər isə halaldır. Başqa sözlə bir şeyin qadağan olunduğunu bildirilməyibsə, o şey halaldır.

ALLAH-Təala yaxşı, təmiz və insan sağlamlığına faydalı olan şeyləri halal, pis,kirli və zərərli şeyləri isə haram buyurmuşdur.

Qurani-Kərimdə belə buyurulmuşdur:

"Özləri üçün nəyin halal buyurulduğunu (qılındığını) səndən soruşurlar; de ki, bütün yaxşı və təmiz şeylər sizə halal buyurulmuşdur." (Maidə surəsi, ayə 14)

ALLAH-Təalanın öz qullarına sonsuz mərhəməti vardır. Onların ömürlərini sağlam olaraq sürmələrini və özlərini narahat edəcək olan hər şeydən uzaq olmalarını istəyər. Bunun üçün, onlara zərərli bir şeyi əmr etməyəcəyi kimi, faydalı bir şeyi də qadağan etməz. O nəyi əmr etmişsə bizə xeyri olduğu üçün əmr rtmış, nəyi qadağan etmişsə bizə zərəri olduğu üşün qadağan etmışdır.

Bunu bu şəkildə bilmək və beləcə inanmaq imanlı olmağın xüsusiyyətlərindən biridir.
ALLAHın halal buyurduğu şeylərə haram demək, haram olaraq bildirdiklərini də halal qəbul etmək bğyük günahdır, hətta kafirlikdir.

Qurani-Kərimdə belə buyurulmuşdur:
"Ey iman gətirənlər! ALLAHın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi də aşmayın. Doğrudan ALLAH həddi aşanları sevməz!" (Maidə surəsi, ayə: 87 )
"Dillərinizin yalan ifadələri iə: "bu halaldır,bu haramdır" deməyin; əks təqdirdə ALLAHa iftira atmış olarsınız. Şübhəsiz ki ALLAHa yalan uyduranlar əsla qurtula bilməzlər." (Nahl surəsi, ayə: 116)
ALLAHın haram buyurduğu şyə halal demək də o qədər günahdır. Çünki ALLAH-Təala heç kimə halal və haram qılma səlahiyyəti verməmişdir.
Qurani-Kərimdə belə buyurulmuşdur:

"De ki: ALLAHın öz qulları üşün çıxardığı (yaratdığı) bəzəyi və gözəl ruziləri kum haram buyurdu? De ki; onlar dünyadakı həyatında inananlardandır. Qiyamət günü isə yalnız möminlərindir. Başa düşə bilənlər üçün ayələri belə izah edirik." (Araf surəsi, ayə: 32)

"De ki: ALLAHın sizə verdiyi ruzinin bir qismini halal, bir qismini də haram qıldığınızı görmürsünüzmü? De ki: ALLAHmı sizə izin verdi ,yoxsa ALLAHa iftiramı atırsınız? (Yunus surəsi, ayə 59)

Məhz bu ayələrm bizə xəbərdarlıq edir. ALLAHın qoyduğu sərhəddi aşmamağımızı, halal dediyini halal,haram dediyini də haram qəbul etməyimizi nəsihət edir.

Haramdan çəkinməyən, halalla harama fərq qoymayan insanın duasını ALLAH qəbul etməz. Haram qazancla edilən yaxşılığın savabı da olmaz.

Peyğəmbərimiz belə buyurur:

"Ey insanlar, ALLAH təmizdir,yalnız təmizi (halal olanı) qəbul edər. ALLAH peyğəmbərlərə əmr atdiyini möminlərədə əmr etmişdir (belə buyurmuşdur)"

"Ey peyğəmbərlər, halal olan şeyləri yeyin və yaxşı iılər görün. Şübhəsiz ki mən sizin etdiklərinizi bilirəm (Möminun surəsi, ayə: 51) "Ey möminlər ruzi deyə verdiyimizin halal və təmiz olanları yeyin"(Bəqərə surəsi, ayə:172)

Peyğəmbərimiz sonra bunları söylədi: "Aylarla səyahət edən, saçı-başı dağınıq, toz-torpaq içində (olduğu halda) əllərini göyə doğru qaldırıb "Ya Rəbbi, Ya Rəbbi" deyə dua edən, halbuki yediyi haram, içdiyi haram, geyindiyi haram olan və haram ilə bəslənmişn olan bu adamın duası necə qəbul olunacaq?" deyə buyurmuşdur (Müslim, Zekat: 19; Tirmizi, Tefsiril-Quran: 3)

"Bir nəfər halal qazancından-ALLAH halal maldan verilən sədəqədən başka heç bir sədəqəni qəbul etməz-bir xurma qədər sədəqə versə, ALLAH o sədəqəni qəbul edər. Sonra onu, sizin atın balasını (dayçasını) böyütdüyünüz kimi, sədəqə sahibi üçün böyüdür. Belə ki, o sədəqə dağ boyda olur" (Buhari, Zekat: 7; Müslim, Zekat: 1)

Bu ayəti kərimə və hədisi şəriflər müsəlman üçün, inanmış insan üçün halal tikənin və halal qazancın nə qədər əhəmiyyətli olduğunu göstərir. Qazancı halal olmayan insanın duası ALLAH tərəfindən qənul edilməyəcəyi kimi, halal olmayan qazancı ilə etdiyi xeyrli işin də bir qiyməti yoxdur.

Ancaq zəruriyyət haramı mübah (dinə görə edilməsi normal olan, nə günah, nə də savab olan işlər) hala gətirir. Dinimizdə məcburiyyət yoxdur. Çünki İslamiyyət insana əziyyət verməyən bir dindir. Bir insan özündən asılı olmayan səbəblərə haram olan bir şey yeməyə və yaxud haram olan bir şeyi eləməyə məcbur qalarsa, halal sayılmasa, da öz ehtiyacını yerinə yetirəcək qədər haram şeylərdən istifadə edə bilər. Bu günah olmaz. Çünki ayəti-kərimədə haram olan şeylər sayıldıqdan aonra: " Bir insan bunlardan (haram olanlardan) yeməyə məcbur olarsa, heç kimə hücum etmədən və sərhəddi aşmadan bir az yeməsi günah deyil". (Bəqərə: 173)-deyə buyurmuşdur.


Şərhlər: 13
Baxılıb: 1149
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Madina
Haramlardan uzaq olaq ki,axiretde de uzuag olaq.
23 mart 2015 22:44
# 13
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Tomris Müslümova
allah her seyi gorur ve gec tez cazasini verir ele haraminda
23 mart 2015 18:59
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Rəbbim hər zaman biz bəndələrini düşünərəkdə yediyimiz qidaları,qazandığımız pulu halal və haram deyə iki qrupa bölüb,halal buyurduqları sözsüz ki,həm insana mənəvi cəhətdən,həm də sağlamlıq baxımından zərərlidir.Rəbbim hər zaman bizə halal ruzi,halal iş nəsib etsin.Amin.
23 mart 2015 18:15
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
vipbetul
teki Rebbim bize her zaman hala buyurduqu yemekleri hereketleri etmeyi nesib etsin Amin insallah
23 mart 2015 17:18
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lelos
Allah hamini haramdan uzaq etsin Allahim hamiya kömek ol
23 mart 2015 15:15
# 9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
efsane..
Allah Taala butun haramlardan uzaq etsin bizleri haram insanin imaninida mehv edir uzaq durub Allahin buyurdugu heddleri gozlemeliyik
23 mart 2015 14:52
# 8
Şəbnəm Vüsal
İnsan halalı haramdan ayırmagı baca gərək....
23 mart 2015 13:29
# 7
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
SEVGI DENIZIM
haram islerden uzaq olaq
23 mart 2015 12:53
# 6
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
my_angel
şey halaldır.

ALLAH-Təala yaxşı, təmiz və insan sağlamlığına faydalı olan şeyləri halal, pis,kirli və zərərli şeyləri isə haram buyurmuşdur. 01
Halalı haramdan,pisi yaxşıdan seçmeyi bacarmalıyıq.
23 mart 2015 12:31
# 5
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
rəmsə
Həqiqətən də haramdan çəkinməyən,haramla halala fərq qoymayanın duasnı ALLAH qəbul etməz...
23 mart 2015 12:21
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Nezka
Allahın haram buyurduğu nemətlərdən uzaq durmaq lazımdır
23 mart 2015 12:20
# 3
İçimi görsən mənə aptek alarsan.
Fialka
Rəbbim bizlər üçün xeyirlisini edir eləcədə halal və haram qidalarda, Allahın buyurduğu kimi halal yolla qazanılmış ruzi ilə halal şeylərdən faydalanmaq bizim üçün nə qədər xeyirlidirsə haramda bir o qədər zərərlidir...çalışaq həmişə haramdan uzaq olaq ...
23 mart 2015 11:24
# 2
BARBI
Dinimizde haram ve halalseyler coxdur teesufki coxu insan buna emel etmir haram seyler yeyib icir.
23 mart 2015 11:18
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz