Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məsxərə
Məsxərə
Göndərən: Wiyinka
Şərhlər: 8
Baxılıb: 561
Səs ver:
Məsxərə və ya istehza — kimlərinsə əxlaqi və cismi xüsusiyyətlərinə gülmək və ya güldürmək məqsədilə qeyri-adi tərzdə bəyan və ya təqlid olunmasına deyilir.
Möminlərin şəxsiyyət və mənəviyyatına xələl gəlməsinə və onların təhqir olunmasına səbəb olduğu üçün islam dinində kiminsə məsxərə və ya istehza olunması qətiyyətlə pislənilir. Qurani-Kərimdə möminlərə etinasız yanaşanlar və onları xar və rüsvay etmək istəyən şəxslər haqda deyilir:
«...Şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur...»
Başqa bir ayədə deyilir:
«İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır».
Peyğəmbər (s) buyurur:
Allah-taala buyurur: And olsun Öz izzəti-cəlalıma! Elə bir məxluq yaratmadım ki, onu mömin bəndələrimdən çox sevmiş olum.
Cabir ibni Abdullah deyir: Bir gün Peyğəmbər (s) Kəbəyə nəzər salıb buyurdu:
Mərhaba sənə ey Kəbə! Allah yanında nə qədər hörmətin var. And içirəm ki, Allah yanında möminlərin hörməti səndən çoxdur. Çünki, Allah-taala səni bir, möminləri isə üç şeyə görə hörmət sahibi etmişdir. Onların malı, canı və haqlarında kimsəyə bədbin olmaq halal edilməmişdir.
İmam Baqir (ə) buyurur:
Möminlərin hörməti Kəbədən daha çoxdur.
Allah-taala möminlər üçün olduqca böyük hörmət və ehtiram müəyyən etmişdir. İmam Sadiq (ə) bu haqda buyurur: Allah-taala buyurur:
Mömin bəndəmi xar və rüsvay edən kəslər Mənimlə müharibəyə hazır olsunlar. Mömin bəndələrimi əziz tutan kəslər isə özlərini qəzəbimdən amanda qalacaqlarına əmin olsunlar.
Məsxərə və istehza möminlərin mənəviyyatına böyük zərbə vurduğu üçün Quran və nəql olunmuş hədis və rəvayətlərdə bu xoşagəlməz xüsusiyyətin tərk olunmasına qətiyyətlə təkid olunur.
Hucurat surəsinin 11-ci ayəsində deyilir:
«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan [Allah yanında] daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd etməsinlər. Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar...»
Başqa bir ayədə möminlərin məsxərə olunması münafiqlərə xas olan xüsusiyyətlərdən biri kimi göstərilir:
«Onlar möminlərlə qarşılaşdıqları zaman: Biz də [sizin kimi] iman gətirdik, — deyirlər. Halbuki öz şeytanları ilə [onları aldadan dostları ilə] təkbətək qalanda: Biz də sizinləyik, biz ancaq [möminlərə] istehza edirik, — deyirlər».
Tövbə surəsinin 79-cu ayəsində isə möminləri istehza edən kəslərə kəskin cavab verilərək axirət günü böyük əzaba düçar olacaqlarına xəbərdarlıq edilir:
«Könüllü surətdə [bollu] sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!»


Şərhlər: 8
Baxılıb: 561
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ruzgargulum
Kim olur olsun kimisə məsxərəyə qoymaq yaxşı hal əməl deyil ancaq elə insanlar var ki,həyatlarında bu cürnə səflər edir buda yaxşı hal deyil.Allah bizləri bağışlasın günahlarımızdan keçsin.Amin...
27 mart 2015 18:20
# 8
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
Aysel Tatli
HEC KESI MESXERE ETMEK LAZIM DEYIL CUNKI EN AZINDAN GUNAHDIR
27 mart 2015 18:14
# 7
efsane..
Hec de qebul olunasi is deyil Allah bele gunahlardan uzaq etsin
27 mart 2015 12:27
# 6
Qlamurr
Kimliyindən asılı olmuyaraq kimisə məsxərəyə qoymaq,rişxənd etmək yaxşı hal deyil,ancaq təəssüf ki,hamı həyatında bu cür səhvlər edir,Allah keçsin günahımızdan.
26 mart 2015 21:28
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
tek umidim sen
Men hemse Allaha dua ediremki ne vaxtsa kiminse bilerekden ve ya bilmiyerekden xetrine deymisemse meni bagisdasin...
26 mart 2015 16:51
# 4
Kadın derin ama adam yüzme bilmiyor...
vipbetul
yeyqinki her kes kimise laqa qoyub,Allah gunahimizi ehf etsin inallah
26 mart 2015 16:02
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Hec vaxt hec kimi ele salmamisam nedeki qinamamisam cunki neyi ele salmisam hemise basima gelib ebes yere demeyibler gulme qonsuna geler basina
26 mart 2015 12:05
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Mömin bir bəndəyə rişxənd və ya məsxərə ilə yanaşmaq olmaz ola bilər hansısa irad və fikirlər olsun bunu da açıq şəkildə həmin kəsə bildirmək olar.
26 mart 2015 11:10
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz