Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məsumların nurlu kəlamlarından 500 hədis (381-400)
Məsumların nurlu kəlamlarından 500 hədis (381-400)
Göndərən: Rahila
Şərhlər: 12
Baxılıb: 617
Səs ver:
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Hədis 381: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, dünyaya üz tutsan, o səndən üz döndərəcək.”

Hədis 382: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, sənin düşüncən bütün işləri əhatə etmək gücündə deyildir, beləisə, onu mühüm işlər üçün saxla.”

Hədis 383: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, bu gün hesab yox, əməl, sabah isə əməl yox, hesab günüdür.”

Hədis 384: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, ən fəzilətli cihad insanın öz nəfsi ilə olan cihadıdır.”

Hədis 385: Həzrət Əli (ə) buyurur: "Mö`min üçün ən qiymətli hədiyyə ölümdür.”

Hədis 386: Həzrət Əli (ə) buyurur: "Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli-beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.”

Hədis 387: Həzrət Əli (ə) buyurur: "Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.”

Hədis 388: Həzrət Əli (ə) buyurur: "İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.”

Hədis 389: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Xoş o kəsin halına ki, müsəlmandır və dolanışığı ehtiyacı qədərdir.”

Hədis 390: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Bir-birinizlə rastlaşanda salam və əl verməklə görüşün. Bir-birinizdən bağışlanma istəyi ilə ayrılın.”

Hədis 391: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Qohumların əlaqəni kəssə də, sən əlaqəni kəsmə.”

Hədis 392: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Qeybət insanın imanına cüzamın bədənə göstərdiyindən daha tez tə`sir göstərər.”

Hədis 393: Həzrət Əli (ə) buyurur: "Dua mö`minin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.”

Hədis 394: İmam Zeynəlabidin (ə) buyurur: "Bütün xeyirləri, xalqın əlində olana göz dikməməkdə gördüm.”

Hədis 395: İmam Baqir (ə) buyurur: "Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.”

Hədis 396: İmam Baqir (ə) buyurur: "Mö`min mö`minin yetmiş böyük günahını örtməyə borcludur.”

Hədis 397: Həzrət Əli (ə) buyurur: "Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir.”

Hədis 398: İmam Baqir (ə) buyurur: "And olsun Allahaki, O, Öz dərgahına israrla əl açanların istəyini verər.”

Hədis 399: İmam Sadiq (ə) buyurur: "Yanına gəlmiş mö`min qardaşını əziz tutub, hörmət edən kəs Allahı əziz tutmuşdur.”

Hədis 400: İmam Sadiq (ə) buyurur: "Mənim üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə verməkdən daha üstündür.”


Şərhlər: 12
Baxılıb: 617
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Menim balam
Həzrət Əli (ə) buyurur: "Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.”
15 aprel 2015 23:59
# 12
Madina
Heyatimiz boyu imamlarimizin,peygemberimizin kelamlarina uygun sekilde hereket etsek heqiqi xosbextliyi tapariq.
15 aprel 2015 22:34
# 11
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
aliceWOnDer
Hədis 400: İmam Sadiq (ə) buyurur: "Mənim üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə verməkdən daha üstündür.”
netice cixarasi sozlerdi
15 aprel 2015 16:35
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Meleknur
tewekkurler hamsi elaydi 07
15 aprel 2015 15:39
# 9
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
vipbetul
cooox gozel kelamlardir
15 aprel 2015 14:26
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Hər biri dəyərli,ibrətli kəlamlardı))oxuyaq örnək götürək,tək dünyanı deyil,axirətimizi də düşünək.
Paylaşana təşəkkür..
15 aprel 2015 11:31
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ulduz
HEDIS ;391 BIZE AIDDI/BEZI INSANLARA GEREK OXUDURAM BELKE UTANAARLAR
15 aprel 2015 11:29
# 6
aytil
men 383,391,400 cox beyendim
qqohumlarin elaqeni kesse de sen kesme
15 aprel 2015 11:28
# 5
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Nezka
381-ci hədisi çox bəyəndim
15 aprel 2015 10:03
# 4
İçimi görsən mənə aptek alarsan.
Fialka
İbrət götürüləcək və ən əsası həqiqət olan dəyərli kəlamlardı...Allah razı olsun.
15 aprel 2015 09:34
# 3
BARBI
Deyerli sozlerdi xususen sonuncu kusulu insanlari barisdirmaq cox sevabdir
15 aprel 2015 09:20
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Canim qurban olsun bu deyerli soz sahiblerine....
15 aprel 2015 05:55
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz