Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məsumların nurlu kəlamlarından 500 hədis (241-260)
Məsumların nurlu kəlamlarından 500 hədis (241-260)
Göndərən: Rahila
Şərhlər: 7
Baxılıb: 704
Səs ver:
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Hədis 241: İmam Hüseyn (ə) buyurur: "Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (birşey) əta etsinlər.”

Hədis 242: İmam Hüseyn (ə) buyurur: "Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mö`min nə pis iş görər, nə də üzr istəyər.”

Hədis 243: İmam Hüseyn (ə) buyurur: "Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”

Hədis 244: İmam Hüseyn (ə) buyurur: "Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”

Hədis 245: İmam Əli (ə) buyurur: "Nə çoxdur dilin üzündən həlak olanlar!”

Hədis 246: İmam Əli (ə) buyurur: "Çox çətinliklər mülayimliklə asanlaşır.”

Hədis 247: İmam Əli (ə) buyurur: "Çoxları axirət üçün olanəməli o qədər tə`xirəsalırki, axırı ölüm onun yaxasından yapışır.”

Hədis 248: İmam Əli (ə) buyurur: "Çoxlarının orucu susuz qalmaqdan başqa bir şey deyildir.”

Hədis 249: Həzrət Əli (ə) buyurur: "Çoxlarının namazı, əziyyət və yorğunluqdan başqa bir şey deyildir.”

Hədis 250: Həzrət Əli (ə) buyurur: "Əcəli çatdığı halda, mal toplamaqda olan bədbəxt nə çoxdur.”

Hədis 251: Həzrət Əli (ə) buyurur: "Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!”

Hədis 252: Həzrət Əli (ə) buyurur: "Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!”

Hədis 253: Həzrət Əli (ə) buyurur: "Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.”

Hədis 254: Həzrət Əli (ə) buyurur: "Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.”

Hədis 255: Həzrət Əli (ə) buyurur: "Hədsiz zarafat axmaqlıq nişanəsidir.”

Hədis 256: Həzrət Əli (ə) buyurur: "Kömək etdiyin kimi kömək görərsən.”

Hədis 257: Həzrət Əli (ə) buyurur: "Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.”

Hədis 258: Həzrət Əli (ə) buyurur: "Çox gülənin qəlbi ölər.”

Hədis 259: Həzrət Əli (ə) buyurur: "Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.”

Hədis 260: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.”


Şərhlər: 7
Baxılıb: 704
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Cox maraqlidir
23 aprel 2016 18:48
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Fialka
Hər biri çox gözəl kəlamlardı və böyük həqiqətləri, mənaları var.. Allah razı olsun.
23 mart 2015 15:04
# 6
vipbetul
cox gozel ibretli sozlerdi
23 mart 2015 14:44
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Çox nurlu kəlamlardı,hər birində dərin məna var.Axirəti üçün sədəqə verməyənlərə ,dünyanın heç bir faydası yoxdu.Mən də.çalışıram sədəqə verim,ama baxır kimə məsələn mən çox vaxt çalışıram qolları və yaxud da qıçları olmayan birinə verim.Yoxsa üzdü dilənçilər varha onlardan zəhləm gedir.O gün bir dənə dilənçi uşaqları məktəbdən gətirəndə mənnən nəzir istədi,mən də dedim yoxdu (həqiqətən də üstümdə pul yox idi)Qayıdıb mənə hirsnən dedi cibində var,dedim yoxdu,yenə deyir onda uşaqların cibində var.Elə əsəbiləşdimki,məncə belələrinə pul vermək düzgün deyil.
23 mart 2015 12:47
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Cox gulenin qelbi oler maraqli ifadedir zennimce bu sehvdir cox gulende qelb niye olsun daha da ciceklener
23 mart 2015 09:50
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
İbrətamiz kəlamlardı
23 mart 2015 09:38
# 2
İçimi görsən mənə aptek alarsan.
aziz a
Canim qurban olsun bu soz sahiblerine, bu sozlere emel etmek hava ve suya olan ehtiyacdanda vacibdi......
23 mart 2015 05:44
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz