Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dərin iman
Dərin iman
Göndərən: Wiyinka
Şərhlər: 10
Baxılıb: 675
Səs ver:
İman edərək yaşamaq insan üçün ən uyğun, ən gözəl və ən dinc həyat şəklidir. Allah sevgisinin, Allah qorxusunun şüurlu şəkildə anlayaraq insanları sevmək, mərhəmət etmək, qədərə təvəkkül edib hər vaxt xoşbəxt, dinc və şövqlü olmaq, iman edənlərə xüsusi ruh üstünlükləridir. Möminlər imanlarından qaynaqlanan bu əxlaq üstünlüklərini daha da artırmağı arzu edərlər. Buna görə həm içdən Allaha yönələrək dua edər, həm fiziki olaraq bütün imkanlarını istifadə edər, feli dua edərlər. İnsan Allahdan vasitəsiz bir ağla sahib deyil; bunu anlamaq əhəmiyyətlidir. Allah diləmədikcə insan heç bir şey diləyə bilməz. Qarşılaşdığımız hər hadisəni, izlədiyimiz hər
görüntünü Aləmlərin Rəbbi olan, elmiylə hər şeyi əhatə edən Allah yaradar. İnsan yalnız
Allahın əzəldə təyin etmiş olduğu qədərində yaşayacağı nə isə onu görər. Bunu qavrayan insan şirkdən də xilas olar. "Mən edirəm " iddiasında olan və gücü özündə görən adamın ağlı bağlanar, Rəbbinə ortaq qoşar. Çox güclü və qərarlı iman reallaşdığı zaman Allah qorxusu da, Allah sevgisi də olar. Ardından ağıl, fikir və bərəkət gəlir, dərinlik və ehtiras
gəlir. Öncə sarsılmaz bir iman, bunun üçün də çox möhkəm bir vicdan lazımdır. İnsanın vicdanı çox güclü olmalıdır, çünki hər gün adamı sarsıdacaq hadisələrlə qarşılaşır. Zəif və aciz bir varlıqdır insan, zəif yaradılmışdır. Məsələn, kiçicik bir virusun insanı öldürə bilməsi bədənin zəifliyidir. İnsanın etməsi lazım olan tam olaraq Allaha təslim olmaqdır. Vicdanı sıxmamaq, özünü təslim etmək, eşqlə Allahı sevmək, bu eşqi könüldən yaşamaq əhəmiyyətlidir. Allahı sevmək üçün Allaha dərin iman etmək, Allahın varlıq dəlillərini araşdırmaq, öyrənmək lazımdır. Allah elm sahibi olmamızı, elmi tapıntıları araşdırıb, araşdırmamızı, varlıq dəlillərinə baxmamızı istəyir. Bu əmrə əməl etdiyimiz zaman Allahı daha çox sevər, gözəlliklərini gördükcə Allaha heyranlığımız, Ona olan hörmətimiz artar, Onun böyüklüyünü daha yaxşı qavrayar, daha şövqlü olarıq. Allahın varlıq dəlillərini görə bilən insanın imanı dərinləşər.İnsan maddənin element atomun, hüceyrənin quruluşuna baxar, geologiya, paleontologiya, astronomiyayla maraqlanar, sonsuzluğu qavramağa çalışar, bunlar haqda düşünərək beynini inkişaf etdirər. Belə söyləyər Abdulqadir Geylani: "Ey Övlad! Kainatın hər zərrəsində Allahın gözəl sənəti vardır. Bu gözəl sənətlərin hər biri Haqqa çatdıran dəlillərdir. Bu dəlillərə yapışan hər kəs Haqqa vara bilər. Dərin düşüncələrə dal. Düşüncən dərinlərə kök saldıqca yüksələrsən və ucalarsan." (İlahi Hədiyyə) Bədiüzzaman da iman həqiqətlərinə çox əhəmiyyət verər. Ustada görə bu zamanda iman həqiqətlərinin birinci məqsəd, birinci vəzifə, əsl məqsəd olması lazımdır. Bunun xaricindəki şeylər ikinci, üçüncü, dördüncü dərəcəlidir. Əsas məsələ insanın özünü, digər varlıqları, kainatı və həmcinslərini iman oxunda qəbul etməsidir. İman həqiqətləri insanın ruhuna sevinc, xoşbəxtlik və sevinc verər. Allahdan qorxusunu artırar, ibadət dayanıqlığını və dinə xidmət şövqünü artırar. Güclü iman bədənə və mənəviyyata sağlamlıq və gözəllik verər. İnsana daha çox səmimiyyət qazandırar. Uca Allah səmimi qullarının xilas olacağını Quranda xəbər verər. O halda səmimiyyət Quran əxlaqının ən əhəmiyyətli xüsusiyyətidir; digərləri onsuz da ardından gələcəkdir. İnsan əvvəl özünə qarşı son dərəcə səmimi olmalıdır. Ancaq səmimiyyət özünü sıxmaqla, zorla qazanılacaq bir xüsusiyyət deyil. İnsanın hər şeyi Allahın etdiyinin və hər şeyin Onun idarəsində işlədiyini qavraması lazımdır. İnsan özündə Allahdan müstəqil bir güc görsə, anormallıqlar başlayar. Danışması pozular, baxışlar dəyişər, davranışları qəribələşər. Ancaq hər etdiyini Allahın yaratdığını anlasa və buna səmimi inansa, Allah dualarına razılıq edəcək və istədiklərini verəcək. Danışdıranın Allah olduğuna səmimi iman etmək, gözəl natiqlik, hikmətli danışma və faydalı olma gücü qazandıracaq. Duanın da eyni şəkildə səmimi olması çox əhəmiyyətlidir. İnanan insan Onun şanını, qüdrətini, gücünü lazımınca təqdir etmə gücü istəməlidir Rəbbindən. Və dua etməlidir: "Allahım, Sənə qarşı dərin söhbət və iman ver mənə. Səninlə kəsilməz və güclü, qopmaz bir əlaqəm olsun. Səni heç unutdurma. Davamlı Səninlə əlaqə halında olum və hər şeyi Sənin etdirdiyini bilim; mənə bunu unutdurma Rəbbim. Sənin sonsuz gücünü haqqıyla təqdir etməyim, Səndən gücüm çatdığı qədər qorxmağım və Səni gərəyi kimi sevməyim üçün mənə ilham ver…"


Şərhlər: 10
Baxılıb: 675
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
ALLAHA QURBAN OLUM,ALLAH BOYUKDUUUUUR.....
14 mart 2015 18:37
# 10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
gulunnn
Allaha qurban Olaram
12 mart 2015 18:36
# 9
SEVGI DENIZIM
Allahim imanimizi qorusun

bize temiz saf heyat nesib etsin AMIN
12 mart 2015 17:21
# 8
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
vipbetul
AMin,her zaman Rebbimin sevdiyi hifs etdiyi yaninda olduqu dua qapilarini uzune achdiqi qullardan olaq insallah
12 mart 2015 15:41
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Madina
Dini bir okeana benzetsek,men ozumu orada kicicik bir zerre hesab ederem. Allah ona layiqli sekilde ibadeti bizlere nesib etsin.
12 mart 2015 13:59
# 6
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
BARBI
Rebbim her birimizi imanni sexs etsin . Hec biriniz oz bildiyiniz dogrularinizdan yayinmayin
12 mart 2015 12:36
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Qlamurr
Sevgilərin ən böyüyü Allaha olan sevgidi,ona olan sevgini heç nə üstələməməlidir.
12 mart 2015 12:28
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
efsane..
Her seyi yaradan tek uca Tanridi insan bunu anlayib tekebburlulukden uzaq olmalidi tekebburlu olsa tamamile mehv olar
12 mart 2015 12:26
# 3
Fialka
Allahın yaratdığı hər şey onun bir möcüzəsi və varlığının sübutudur, rəbbimə sığınıb yalnız ondan mərhəmət diləməliyik başqa birisinə yox, Allaha səmimi qəlbdən inanan onun varlığını dərk edən insanın həm daxili aləmi, həm xarici gözəlləşir sanki bir nur olur ...xəbərə görə Allah razı olsun
12 mart 2015 11:50
# 2
rəmsə
Doğrudur insanda sarsılmaz bir iman və möhkəm vicdanın olması hər şeydən vacibdi...
12 mart 2015 11:41
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz