Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsan həyatının mərhələləri
İnsan həyatının mərhələləri
Göndərən: emis
Şərhlər: 14
Baxılıb: 838
Səs ver:
Uca Allah Quranda insan həyatının mərhələlərini sadalamış, həyatın sadəcə dünyada bitmədiyini bir çox ayələrdə bildirmişdir. Dünya həyatından sonrakı axirət həyatına inanmaq imanın şərtlərindən biridir. Qurana əsasən insan həyatının mərhələləri bunlardır:

Ana bətni

Uca Allah əvvəlcə ilk insan olan Adəmi torpaqdan (palçıqdan) yaratmış, onun özündən zövcəsi Həvvanı yaratmış, bütün insanları isə onlardan yaratmışdır. Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!" (ən-Nisa, 1).
"Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!" (əl-Muminun, 12-14).
Bu ayədə "palçıq cövhərindən yaradılış" deyildikdə Adəmin yaradılışı, "nütfədən yaradılış" deyildikdə isə digər insanların yaradılması nəzərdə tutulur.
Daha ətraflı: İnsanın yaradılışı

Dünya həyatı
İnsan dünyaya sınağa çəkilmək və Allaha ibadət etmək üçün gəlir.
"Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zəriyət, 56)
"Hər bir kəs ölümü mütləq dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!" (əl-Ənbiyə, 35)
"İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun." (əl-İnsan, 2-3)
"Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axirət isə qərar tutacağınız yurddur". (Ğafir, 39).
Qəbir həyatı
İnsan öldükdən sonra Qiyamətə qədər qəbir həyatı yaşayır. Əgər mömin olubsa, orada nemət içində olur, əgər kafir olubsa, orada əzab çəkir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Qəbir ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur". (Tirmizi Zuhd kitabı, 4).
Bir hədisində də belə buyurmuşdur: "Qəbir axirətin ilk dayanacağıdır. Əgər insan qəbir əzabından xilas olsa, gerisi asanlaşar. Mən, mənzərəsi məzardan daha qorxunc olan bir yer görmədim". (Buxari)
Daha ətraflı: Möminin və kafirin ölümü
Qiyamət günü
Qiyamət günü bütün insanlar dirildilərək Allahın hüzuruna gətiriləcəklər və etdikləri əməllər barəsində sorğu-sual olunacaqlar. Uca Allah buyurur:
"Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: "Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!" (ət-Təğabun, 7)
"Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”. Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir". (Yə, Sin, 51-54).

Cənnət və ya Cəhənnəm həyatı

İnsanın heç vaxt ölməyəcəyi axirət yurdu onun əsl və son məskənidir. Uca Allah Cənnət və Cəhənnəm əhlinin həyatını təsvir edərək buyurur:
"Vaqiə qopacağı zaman. Onun qopduğunu heç kəs dana bilməz. O bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır. Yer şiddətlə titrədiyi zaman, Dağlar parça-parça olub ovxalandığı və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman, siz üç qrupa ayrılacaqsınız. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri! Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri! Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar Allaha yaxın olanlar, Nəim bağlarında qalacaq kimsələrdir. Onların çoxu əvvəlki nəsillərdən, az bir qismi də axırıncılardandır. Onlar bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər. Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar; çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə – ondan başları ağrımaz və məst olmazlar, bəyənib seçdikləri meyvələr və istədikləri quş əti ilə fırlanacaqlar. Onları iri qaragözlü hurilər gözləyir – sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər. Bu, onların etdikləri əməllərin mükafatı olacaq. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər. Ancaq: "Salam! Salam!"– sözləri eşidəcəklər. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri! Onlar tikansız sidr ağacları arasında, meyvələri salxım-salxım asılmış banan ağacları altında, uzanmış kölgəliklərdə, daim axan sular kənarında, çoxlu meyvələr, tükənməz və qadağan edilməyən meyvələr içində və hündür döşəklər üstündə olacaqlar. Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, həmyaşıdlar. Bunlar sağ tərəf sahibləri üçündür. Onların çoxu əvvəlki nəsillərdən, bir qismi də axırıncılardandır. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri! Onlar qızmar yel və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar. Bu duman nə sərin, nə də xoşagələndir. Onlar bundan əvvəl cah-calal içində idilər, böyük günah işlətməkdə israr edirdilər və deyirdilər: "Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik? Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?" De: "Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da, bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar. Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar! Siz mütləq zəqqum ağacından yeyəcəksiniz, qarınlarınızı onunla dolduracaqsınız, üstündən də qaynar su içəcəksiniz. Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz" (əl-Vaqiə, 1-55)


Şərhlər: 14
Baxılıb: 838
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Allah razi olsun...
23 aprel 2016 18:56
# 14
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
efsane..
Allah razi olsun
9 mart 2015 16:15
# 13
vipbetul
Rebbimi gunahlarimizi baqislasin yerimizi Cennet eylesin insallah
8 mart 2015 20:48
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu
yawadigimiz butun problemlere regmen heyat gozeldi yewamaga deyer
8 mart 2015 00:06
# 11
leyla_258
Niye hami pis niyyetli olurlaaaaaaarrrrr,ona gorede cehennemin qapisi hamiya aciq olur...
ne yaziq ki,,
7 mart 2015 23:41
# 10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
SENSİZ
allah adil ve baqislayandir allah butun gunahlarimizi baqislasin amin
7 mart 2015 21:47
# 9
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
adsiz-a
Allaha wukurler olsun her deyqesine her hokmune wuker
7 mart 2015 18:55
# 8
ayan97
Rebbim gunahlarimizi bagislayar insallah…) Her merhele deyerlidir…) Gerek layiqince yasayag…)

Rebbim gunahlarimizi bagislayar insallah…) Her merhele deyerlidir…) Gerek layiqince yasayag…)
7 mart 2015 12:59
# 7
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Madina
Calisaq ki,emellerimizle axiretimizi mehv etmeyek.
7 mart 2015 12:50
# 6
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
aziz a
Allahim sen merhemetlilerin merhemetlisi olan Allahimsan, bagislayan ,rehmli Allahim, bagisla bizi, gunahlarimizu, sehvlerimizi bagisla,, bizi gunah etmekden sehv etmekden cekindir, Amin....
7 mart 2015 12:28
# 5
Qelbim doludu !!!!
Ayselina
Allah razi olsun. .yazan əllər var olsun. .çox sağol bacı maraqlı məlumatla bizi maarifləndirdiyiniz üçün...
7 mart 2015 12:23
# 4
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Qlamurr
Rəbbim biz bəndələrini mərhələlərlə yaradıb,inşallah bizdə bu dünyada gözəl əməl sahibi olaraq axirətə gedək,qiyamət günü əməl dəftəri sağ əlimizə verilənlərdən olaq.Paylaşdığın üçün təşəkkür.
7 mart 2015 11:49
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
İnsan həyatı mərhələləri ilə dəyərlidir əsas isə bu dəyəri bilməkdir...
7 mart 2015 11:22
# 2
BARBI
Her bir heyat merhelesi gozldir . Ana betnindede usaq iken genc iken yasli iken esas mesele yasadigimiz heyatin qedrini bilmekdir
7 mart 2015 11:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz