Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Utanmaqdan utanan” bir nəsil...
Göndərən: Wiyinka
Şərhlər: 14
Baxılıb: 824
Səs ver:
Həya insan dəyərini göstərən bir gözəllikdir. Həyasından ötəri yanaqları qızaran bir kəs həqiqətən bu inci dəyərləri hələ də üzərində yaşatdığını göstərir. Çünki həya gözəl əxlaqın bir təcəsümüdür. Bu gözəllik hər bir kəsə yaraşar. Bu gerçəyi isə ilk dəfə Allah Rəsulu Muhəmməd (sallAllahu aleyhi və səlləm) açıq şəkildə ifadə etmişdir.
Bizlərdə iffətli, utancaq, ədəbli və həyalılara "qız uşağı kimi” xitab edirlər. Lakin Allah Rəsulu (sallAllahu aleyhi və səlləm) qız uşağından belə həyalı idi.
Amma çox təəssüflər olsun ki, indi utanmaqdan utanan bir nəsil yetişir. Utanması lazım olandan utanmayan, amma utanmaması lazım olandan utanan bir nəsil…
Halbuki onları əxlaqsızlıq, haqsızlıq, mərhəmətsizlik, insanı keyfiyyətlərin günü-gündən yox olması utandırmalı idi? Lakin yaşadığımız dövrdə bu sadaladıqlarımdan utananlar özləri utanc mənbəyi ediliblər.Halbuki RasulUllah (SallAllahu aleyhi və səlləm) buyurur: "Həya imandandır". Amma yenə təəssüf edirəm ki, hal-hazırda həyanın bir insanı gözəllik olaraq yaşamaq bir yana qalsın, artıq sözün özü də dilimizdən və lüğətimizdən düşməkdədir. Dilimizdə qaldımı "həya”? Ya həyatımızda...?
Dilimizdə işlənməyən bir söz həyatımızda qalarmı? Və bunun bariz nümunəsidir ki, hər gün həyasızlıqlar, əxlaqsızlıqlar ilə qarşılaşırıq. Bəşəriyyət əvvəlcə "həya” anlayışını, sonra isə bütünlüklə onun ifadə etdiyi mənalarını itirməkdədir. Təbii ki, RasulUllah (SallAllahu aleyhi və səlləm) söylədiyi kimi həyanın təməlində iman dayanmışdır. İnsanda Allaha və Axirətə iman yoxdursa demək ki, o kəsdə nə əxlaq, nə də həya vardır. Çünki insanın etdiklərini məhdudlaşdıran və özünə nəzarət etməyi tələb edən-imandır. Əgər qəlbdə iman olmazsa o qəlbə Şeytan hakim olar. Və nəfs ilə Şeytanın ən güclü silahı isə əxlaqsızlıqdır. İndi sizdən soruşuram:
-Allahdan həya etməyən, utanmayan bir kəs, kimdən utanacaq ki? O insan necə həyasızlıqdan və əxlaqsızlıqdan imtina edə bilər ki?O insan ki, Allahdan uzaqlaşır, Rəbbini tərk edir, demək ki, o kəsdə olan bir çox insanı keyfiyyətlər də onu tərk edəcəkdir. Tərk edilənlərin önündə isə həya olacaqdır. Həyası olmayan kəs nə istəsə edəcəkdir. Beləcə insan "Allahın qulu olmaqdan xilas olub azadlığımı qazanım” deyərkən, nəfsinin köləsi olub, bütün varlığın əsiri olacağını heç düşünmədimi? O Allahdan uzaqlaşınca insanlıq və insani keyfiyyətlər də ondan uzaqlaşacaqdır, deyə fikirləşmədimi? O uzaqlaşarkən hara yaxınlaşacağının fərqinə varmadımı? Təbii ki, bu yer həya qəbiristanlığı, iffətin, abırın dəfn edildiyi məkan olacaqdır. Və bilin ki, qəlbinizdəki iman gedərsə özünə bir yol yoldaşı da seçər, onu da özü ilə aparar. Bu yol yoldaşı isə həyadır. RasulUllah (SallAllahu aleyhi və səlləm) buyurur:
-"Utanmırsınızsa istədiyinizi edin!” İnsanlar bu cümlənin gerçək mənasını dərk etsəydilər bu gün yer üzündə nə bir zülm qalardı, nə də bir damla neft üçün axıdılan min damla qan... Yaşadığımız dövrdə nə əxlaqsız öz geyimindən, əslində isə əynində geyim olmadığından utanmır, nə yalançı yalanından, nə də oğru oğurluğundan utanmır.
İnsanlara əxlaqın yaşatdığı gözəlliklərdən bəhs etmək əvəzinə elm xadimimizdən biri çıxıb: "Biz heyvanlar qədər dəmi, sərbəst yaşa bilməyəcəyik?-söyləyir.
Halbuki heyvanlar qədər azad yaşamaq üçün lazım olan əxlaqsızlıq, ancaq Şeytanı sevindirər. Hətta qarşılaşdığımız, acınacaqlı hallardan biri də valideynlərin övladlarından şikayət etmələridir:
-Övladım çox utancaqdır, heç bilmirəm necə edim?!”
Ey həyalı övladından şikayətçi olan valideyn! Bilsəydin ki, necə xoşbəxtsən... Ona görə xoşbəxtsən ki, həyasını itirmiş cəmiyyətdə yaşayan həyalı bir övladın var. Siz indi onda olan utancaqlığa təhlükəli bir xəstəlik kimi baxırsınızsa ola bilər onu bu xəstəlikdən müalicə edəsiniz. Amma bu zaman övladınızı daha qorxunc bir xəstəliyə-həyasızlıq xəstəliyinə düçar etmiş olarsınız. Bax əsl təhlükə budur. Çünki həyalı olmaq, həyasızlıqdan daha yaxşıdır. Unutmayın ki, həya duyğusunu məhv etmək çox asandır, lakin yenidən diriltmək isə bəlkə də mümkün olmayacaq qədər çətindir. Onun üçün də əgər Uca Yaradanın qarşısında, o böyük məhkəmədə utanmaq istəmirsinizsə bu fani dünyada çox utanmalı, həyalı olmalısınız.
Bir halda ki, fitnənin hər tərəfə yayıldığı yay mövsümüdür. Yarımçılpaq qadınlar və onlardan nəzərlərini çevirə bilməyən, öz nəfsinə qul olanlar...
Siz heç RasulUllahın (SallAllahu aleyhi və alihi səlləm) "Hər gələn gün keçən gündən daha fitnəli olacaqdır” və ya "Məndən sonra kişilərə ən çox zərər verən qadınların fitnəsi olacaqdır”-dediyini eşitmədinizmi? Eşitməmişdinizsə də indi eşitdiniz. Onun üçün də özünüzü yanacağı insanlar olan Cəhənnəm odundan qoruyun. Və bu yarımçılpaqları seyr edənlər, unutmayın ki, gözləriniz sizin əleyhinizə şahidlik edəcəkdir. Bəs bir zaman sizdən yarımçılpaq qadınlar haqqında "Onlar hədlərini aşıb, özlərini sərgiləyərkən bəs siz niyə öz baxışlarınızla onları örtmədiniz?” deyə soruşulduqda nə cavab verəcəksiniz???


Şərhlər: 14
Baxılıb: 824
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbim bizleri duzgun yolla getmeyi oyretsin duzgun yolu gorsetsin insallah
11 mart 2015 02:34
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Сладкий Ангел
06 men utancaq birisim amma 122
3 mart 2015 19:38
# 13
.Bir gülüşüm var Sizlərə ömür...
SEVGI DENIZIM
men hec utancaq olmamisam
3 mart 2015 15:16
# 12
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
ece uslu
evveller hedsiz derecede cox utancaq idi indi biraz duzelmiwem amma yenede qalib
3 mart 2015 00:18
# 11
Tomris Müslümova
elede utanan deyilem ozumu itiren deyilem sehraya apar qoy meni yol tapib qayidib gelerm

elede utanan deyilem ozumu itiren deyilem sehraya apar qoy meni yol tapib qayidib gelerm
2 mart 2015 17:25
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
isveç.de
Məndə utanan uz yoxdur122122 utanmaq gələndə mənən vaz keçib122
2 mart 2015 17:13
# 9
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Madina
Insan heyasini hemise saxlamalidir. Bu o demek deyil ki,haqsizliga boyun eyib zulme tabe olmalidir. Yeni hemise gerek heqiqeti soyleyesen,amma heyani,menliyini saxlamaq sertile.
2 mart 2015 16:16
# 8
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
krisa
Eslinde utancaqliq iki menada qarsilanir.Bir daxilden gelen heya-abir,bir de sadece acizlikden ireli gelen utancaqliq.Bir de onu qeyd edim ki,cox heyasiz insanlar cox vaxt ozlerini utancaq kimi aparirlar.Tebii ki,bu da cox suni gorunur.Insanda eger heya-abir varsa ,o,insan lazim geldiyi yerde oz heyasini saxlayacaqdir.
2 mart 2015 15:24
# 7
aziz a
Bu hiss insanin ozunden asili olmayan bir hissdi,yani ki, eger rola girib utancaqliq gosterirse, bu o demkdiki bu insanin utanmaq hissinden xeberi yoxdu, yox adamda varki adi nir soz bele onun uzunu qizardir, utancagliq yaradir onfa, bax bu esl utancqliqdu, qadinda bu hissin olmasi onun musbet xususiyetlerinden biridir.
2 mart 2015 12:29
# 6
Qelbim doludu !!!!
xeyalperest
Yeni calişiramki utanilacaq bir şey etmiyim yeni heya abirla utancaqliq başqa bir şeydi mence.tewekkur
2 mart 2015 11:49
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
guler19
Hər insani gözəllik kimi, həyanın, utanmanın və bu gözəlliklərdən ötəri üzlərin qızarmasının təməlində İMAN vardır terbiye vardır. Allahdan uzaqlaşan, insan əlbetdeki insanlıqdan da uzaqlaşır. Belə insanlar, haqsızlıqdan utanmır. Qan tökməkdən, oğurluqdan, ürək qırmaqdan utanmır. Utanmır və bu səbəblə də hər
haqsızlığı etməkdə özünü sərbəst hiss edir. İnsan gərək nəfsinə sahib çıxa Həmişə REBBİNƏ şükr edə insanda gerek utanmağa üz olsun.Utanmaq, insanın keyfiyyətini göstərən bir gözəllikdir. Bu gözəllik bütün insanlara yaraşar
2 mart 2015 11:46
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Hər şey həddində qədərində olsa gözəldir...Utanmaq, abır həya yaxşı xüsusiyyətlərdi ancaq baxır sən nəyə utanırsan və yaxudda utanmırsan ...elə insanlar varki utanmaq sözü onlarla antonimdi bilmirlər və buda bəzi xoşa gəlməzlikləri ortaya çıxarır və yaxudda əksinə çox utancaq olmaq da bir şey deyil mənə sıxıcı gəlir həmin insanlar .. Çox utancaq hələ oğlandırsa əsəb gəlir adama nə isə əsas abır həyanı gözləmək və yerində qədərində utanmağı bilmək bacarmaq lazımdır...
2 mart 2015 11:39
# 3
leyla_258
bezen her seyi unutmaq isteyireeem...
2 mart 2015 11:33
# 2
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
BARBI
Ister qadin ister kisi heya insanda gozel seydir .Utancaq insanlari hec sevmirem ozumde utancaq deyilem
2 mart 2015 11:10
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz