Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Duaları qəbul olunmayan şəxslər
Duaları qəbul olunmayan şəxslər
Göndərən: guler19
Şərhlər: 24
Baxılıb: 3851
Səs ver:
1-İnsanın çətinliklərinin həll olunması üçün öz Rəbbini çağırıb Ondan kömək diləməsinə "dua” deyilir. Dua həm Allah-taalanın Qurani-kərimdə, həm də on dörd məsumun çoxlu tövsiyə etdikləri ən gözəl əməllərdən biridir.
2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dua möminin silahı, dinin sütunu, yer və göylərin nurudur.”
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ən fəzilətli ibadət duadır.”
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Yer üzündə Allah üçün təqdim olunan ən sevimli əməl – duadır.”
6-İmam Əli (ə) buyurmuşdur: "Allah-taala yanında, yer üzündə əməllərin ən sevimlisi dua, ibadətlərin ən yaxşısı isə iffətdir.”
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dua xoşagəlməz hadisələri və bəlanı dəf edir.”
8-İmam Sadiq (ə) buyurmuşdur: "Öz xəstələrinizi sədəqə verməklə müalicə edin, bəlaları dua ilə dəf edin.”
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dua hər bir dərdin dərmanıdır.”
10-İmam Əli (ə) buyurmuşdur: "Beş yerdə dua etməyi qənimət sayın: 1-Quran oxunanda. 2-Azan vaxtı. 3-Yağış yağan vaxt. 4-Cihad cərgələrində şəhadətə hazırlaşan vaxt. 5-Məzlumun dua etdiyi vaxt; çünki onun duasının tez qəbul olması üçün ərşin altında heç bir pərdə (maneə) yoxdur.”
11-İmam Əli (ə) buyurmuşdur: "Hər kəsə dörd şey əta olunsa, dörd şeydən məhrum olmaz: 1-Hər kəsə dua etmək (qüdrəti) əta olunsa, onun qəbul olunmasından məhrum olmaz; 2-Hər kəsə tövbə etmək əta olunsa, (tövbənin) qəbul olunmasından məhrum edilməz; 3-Hər kəsə istiğfar etmək əta olunsa, məğfirətdən məhrum olmaz; 4-Hər kəsə şükür etmək nəsib olarsa, nemət bolluğundan məhrum edilməz.”
12-İmam Sadiq (ə) uzun bir məktubda öz şiələrinə buyurur: "Allah-taala möminlərin (bu dünyada) etdikləri duaları qiyamətdə onların yaxşı əməllərinə çevirər və bununla da behiştdə onlara daha yaxşı yerlər verər.”
13-İmam Sadiq (ə) buyurmuşdur: "Əsla duadan qafil olmayın (amandır, duanı unutmayın); çünki heç bir şey sizi Allah dərgahına dua kimi yaxınlaşdıra bilməz.”
14-İmam Əli (ə) buyurmuşdur: "Çox hallarda ola bilsin ki, sən (Allahdan) bir şey istəyəsən, Allah da onu sənə verməsin, amma əvəzində ondan yaxşı bir şey nəsib etsin.”
Hədislərə əsasən, duanın şərtləri və qaydaları:
15-Təharətli olmaq və ətir iyləmək.
16-Səmimi qəlbdən istəmək və Allah-taala barəsində hüsnü-zənn etmək.
17-Duadan qabaq sədəqə vermək.
18-Allahdan haram bir şey istəməmək (o cümlədən, Allahdan qohumluq əlaqəsini kəsməməsini istəməmək) və öz istəyini Allahdan israrla tələb etmək.
19-Dua zamanı hacətləri dilə gətirmək və Allahla məxfi şəkildə raz-niyaz etmək.
20-Başqaları üçün dua etmək.
21-Hamının istəyi olan bir hacəti Allahdan hamılıqla istəmək.
22-Allahın müqabilində xüşu və zəlillik göstərmək, duanın əvvəlində və axırında Allaha həmd-səna etmək.
23-Duanı Peyğəmbər (s) və onun Əhli-beytinə salavatla başlayıb, salavatla qurtarmaq.
24-Allahı Peyğəmbər və Ali-Peyğəmbərə and vermək.
25-Duanı həzin səslə oxumaq və dua vaxtı ahu-fəğan etmək.
26-Duadan əvvəl özü ilə Allah arasında olan günahları iqrar və çirkin əməllərinə nifrət etmək.
27-Bütün vücudu ilə Allaha diqqət yetirmək, həmişə naz-nemət içində olan vaxt, bəlalara düçar olmamışdan əvvəl ("Təvəssül” duası vasitəsilə) Allahla əlaqə yaratmaq.
28-Əvvəlcə özü üçün deyil, başqalarını dua etmək və başqalarından onun dua etmələrini yalvarmaq.
29-Dua vaxtı əlləri göyə qaldırmaq.
30-Duanı müntəzəm şəkildə təkrarlamaq və duanı qurtardıqdan sonra "Maşaəllahu la quvvətə illa billah” – deyib, əlləri üzə və sinəyə çəkmək.
31-Allahın haram etdiklərini tərk etmək, günahlardan uzaq olmaq və camaatdan halallıq almaq.
32-Dua vaxtı əqiq, yaxud firuzə üzük taxmaq.
Hədislərə əsasən, duaları qəbul olunmayan şəxslər:
33-Evlərində oturub Allahdan ruzi tələb edən; çünki Allah-taala buyurmuşdur ki, güzəranı keçirmək üçün çalışın.
34-Həyat yoldaşına qarşı qarğış edən.
35-Haqqını inkar edən bir şəxs barəsində dua edən.
36-Allahın verdiyi çoxlu nemətləri zay edib, yenidən Ondan əta etməsini istəyən şəxs.
37-Öz qonşusunun əleyhinə qarğış edən.
38-Allah bəndələrinə zülm edən və günahı davam etdirməkdə israr edən.
39-Haram yeyən (həmçinin, zülmkarlar, hətta bir yerdə, hamılıqla dua etsələr də, onlara lənət olunar).
40-İmam Sadiq (ə) buyurmuşdur: "Böyük Allah qafil qəlbdən gələn duanı qəbul etməz. Hər vaxt dua etmək istəsən, əvvəlcə qəlbən Allaha diqqət yetir, sonra bil ki, Allah sənin duanı qəbul edəcək.”


Şərhlər: 24
Baxılıb: 3851
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Cindrella
Allah DUALARIMIZI QEBUL ETSIN!
19 avqust 2016 15:23
# 24
son bahar
Allahima min wukurler olsun indiyedek.meni cetinde qoymuyub uca rebbim her kesin komeyi olsun icindede menim ve ailemin ...amin
19 avqust 2016 14:48
# 23
...
Totu
Sitat: Aysel Tatli
allahim dualarimi qebul ele amin

İnwallah.Amin
23 aprel 2016 18:49
# 22
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
Rebbim dualarimizi her zaman qebul etsin insallah
11 mart 2015 02:04
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gunesli
dualarimizi qebul eder insallah
23 fevral 2015 20:29
# 20
leyla_258
onu ALLAH BILER,ALLAHA QURBAN OLUM.....
22 fevral 2015 17:13
# 19
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
gulunnn
Allaha qurban olaram merhemetli gozel Allahdir tekrari yoxdur birdi tekdir min wukur her weye gore
22 fevral 2015 13:03
# 18
sona
Qurban olaram Allahima indiye kimi ne istemiwemse verib vermediklerine gorede usyan etmemiwem. Bir bildiyi var ki vermiyib wukur meslehetine
22 fevral 2015 00:16
# 17
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
aziz a
Allahima dua edende, o qeder yungullesiremki,inamimda hedsizdi inaniramki dualarim qebul olacaq.ALLAH merhemetli ve bagislayandi,ALLAH cumlemizin gunahlarini efv edib dualarini qebul eylesin Amin.
21 fevral 2015 23:40
# 16
Qelbim doludu !!!!
SENSİZ
men qarqis etmirem allaha tapsiriram .duamsa sukur olur hemise
21 fevral 2015 21:59
# 15
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
guler19
REBBİM her bir bendesinin etdiyi duanı qəbul etsin inşALLAH amin
21 fevral 2015 17:56
# 14
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
aynur2002
Cox yaxsi xeberdi
21 fevral 2015 17:53
# 13
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Tomris Müslümova
duanin ne gozel terefleri var imis...cox gozel xeberdi
21 fevral 2015 17:32
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Aysel Tatli
allahim dualarimi qebul ele amin
21 fevral 2015 16:30
# 11
Fiorella
Sitat: remse
Qarğış ən acığım gələn şeydi.Biri yanımda birinə qarğış edəndə çox əsəbləşirəm. Biri mənə nə qədər acı yaşatsa da qarğış etmirəm.Çünki hər şeyi bilən Allahdır.O,özü hər kəsi cəzalandıracaq

Yaxsi xasiyyetdi qargis etmek pis verdisdi
21 fevral 2015 16:21
# 10
efsane..
Uca Yaradan dualarimizi qebul etsin
21 fevral 2015 15:15
# 9
rəmsə
Qarğış ən acığım gələn şeydi.Biri yanımda birinə qarğış edəndə çox əsəbləşirəm. Biri mənə nə qədər acı yaşatsa da qarğış etmirəm.Çünki hər şeyi bilən Allahdır.O,özü hər kəsi cəzalandıracaq
21 fevral 2015 14:52
# 8
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
qanadli melek
Semimi qelbden edilen her duani qebul edir Allah
21 fevral 2015 14:18
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Qlamurr
Allaha sidq ürəklə dua edən şəxsin qəbul olunur....xəbərə görə tşk...
21 fevral 2015 14:14
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
Allah dualarimizi qebul etsin. xeber ucun tewekkurler
21 fevral 2015 13:39
# 5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
BARBI
Allah her kesin duasini qebul eder yeterki urekden isteyin
21 fevral 2015 13:38
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
emis
Allah her bir kesin dyasini qebul etsin
21 fevral 2015 13:20
# 3
Madina
Allaha edilen her bir duanin cavabi vardir,allah komeyimiz olsun.
21 fevral 2015 13:05
# 2
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Fialka
Allah sidqi ürəkdən edilən duaları qəbul etsin Amin...xəbərə görə Allah razı olsun
21 fevral 2015 12:04
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz