Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öyüd-nəsihət İslam dininin dirəyi və əsasıdır
Öyüd-nəsihət İslam dininin dirəyi və əsasıdır
Göndərən: Wiyinka
Şərhlər: 13
Baxılıb: 722
Səs ver:
Bu haqda Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – "Din nəsihətdir” deyə buyurmuşdur. Nəsihət sözü "nush” sözündən əmələ gələrək xalis, qatqısız olan bir şeyə deyilir. Ərəblər bal və ona bənzər şeylərin yad maddələrdən təmiz tutulması üçün istifadə etdikləri bu sözü həm də söz və davranışın pis əməllərdən təmizlənməsi üçün istifadə etmişlər. Həmçinin, bu söz tikmək mənasını ifadə edir. Dərzi paltarın korlanan yerlərini tikib yamadığı kimi nəsihət edən də nəsihət etdiyi adamın qüsurlarını düzəldir. İnsanlar arasında ən çox nəsihət edənlər peyğəmbərlər olmuşlar. Uca Allah sonuncu peyğəmbəri Muhəmmədi ən doğru kəlamı olan Qurani Kərim ilə aləmlərə rəhmət olaraq göndərmişdir. Uca Allah buyurur: "Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstəricisi və mərhəmət gəlmişdir.” (Yunus, 57). Peyğəmbər 13 il Məkkə şəhərində, 10 il də Mədinə şəhərində İslam dinini təbliğ etmişdir. Qurani Kərimin "Yaradan Rəbbinin adı ilə oxu!” ayəsi ilə başlayan ilahi vəhy 23 il ərzində ayə-ayə, surə-surə Peyğəmbərimizə nazil edilərək bütün dünyaya nur saçmışdır. İnsanlar Quranın öyüd-nəsihəti və Peyğəmbərin tərbiyyəsi ilə bütpərəstliyin, cəhalətin və haqsızlığın zülmətindən hidayət nuruna qovuşaraq bəşəriyyətin ən dəyərli şəxsiyyətləri olmuşlar. Uca Allah Qurani Kərimdə insanlara öyüd-nəsihət verərək buyurur: "Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa zəlil və tənha qalarsan. Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır. Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malını lazım olmayan yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur. Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de. Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan. Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Şübhəsiz ki, O, Öz qullarını tanıyır və görür. Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır. Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur! Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur. Yetim həddi-büluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Əhdə vəfa qılın. Çünki hər kəs əhd barəsində sorğu-sual olunacaqdır. Ölçdükdə ölçüyə tam riayət edin, çəkdikdə düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır. Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır. Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. Bütün bu qadağan edilmiş pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir. Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan.” (əl-İsra, 22-39).


Şərhlər: 13
Baxılıb: 722
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Tewekkur edrem.
23 aprel 2016 18:44
# 13
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
Rebbim gunahlarimizi baqishlasin insallah
11 mart 2015 02:13
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ask Doktoru
Gozel movzulara toxunulub bele cox raziyam
25 fevral 2015 23:21
# 11
Aliye
Qlamurr
Müqəddəs kitabımız Rəbbimizin bizə verdiyi nəsihətdi,inşallah Allahın sevimli bəndəsi olarıq...
25 fevral 2015 22:26
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
maraqli xeber idi Allah razi olsun
25 fevral 2015 19:02
# 9
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Çox gözəl mövzudu Allahın buyurduqlarına əməl etmək hər bir müsəlmanın borcudur...Allahın əməli saleh bəndələrindən olaq inşAllah ...
25 fevral 2015 16:28
# 8
ask meleyi
heart [right][/right]
25 fevral 2015 15:34
# 7
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
Turkan Abbasova
Allah razi olsun. Herden fikirlesirem ki Kas peygemberimizin yada imamlarimizin yada fatimeyi zehranin yasadigi zamanlarda dogulaydim mende. Kaski bir nesihet istediyim de onlardan komek isteyedim. Kas onlarin yaninda olaydim dediklerini edeydim. Olsem bele onlarin yolunda oleydim.kaski
25 fevral 2015 15:16
# 6
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Nergizz
cox gozel xeberdi,twk,ALLAH yaratdgi bendesini darda qoymaz inwallah
25 fevral 2015 14:54
# 5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
SEVGI DENIZIM
ibretamiz idi Alla razi olsun
25 fevral 2015 14:15
# 4
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
BARBI
Heqiqeten gozel movzudur nesibet etmeyi sevirem o zaman sevmirem ki kimse kimese nesihet verir ama ozu bu nesihete emel etmir
25 fevral 2015 12:24
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
efsane..
Allah razi olsun. Tanrim buyurduqlarina emel eden qullarindan olmagi nesibimiz etsin
25 fevral 2015 12:24
# 2
rəmsə
Allah razı olsun.Dəyərli sözlərdi.Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin.Axı onun ruzisini biz veririk.Bax bu iki cümləni bəzi uşaqlarını atan analar oxusa və başa düşsələr yaxşı olar
25 fevral 2015 11:14
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz