Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dua, nida və münacat arasındakı fərq
Dua, nida və münacat arasındakı fərq
Göndərən: Wiyinka
Şərhlər: 15
Baxılıb: 1028
Səs ver:
Bu üç kəlmə arasında bir neçə fərq var: "Dua” geniş və ümumi mənaya malikdir. Əgər bir şəxsi istər uzaqdan, istər yaxından, istər uca səslə, istər ahəstə, istər tanıyaraq, istər tanımadan çağırsalar, bu çağırış "dua” adlanır. Lakin uca səslə çağırış "nida” adlanır. Nida edən insan uzaqdan və ya yaxından səsini çatdırmaq məqsədi ilə yox, sakitləşmək, ruhi təskinlik tapmaq üçün səsini ucaldır. Başqalarının eşitməyəcəyi səslə kiminləsə danışmağa "Minacat” deyilir. Əlbəttə, bəzən insan Allahla, bəzən isə Allah insanla minacat edir. Necə ki, bu həqiqəti həzrət Əli (ə) "Nəhcül-bəlağə”də təsdiqləyir. Allah-təala buyurur: "Bəndəmin məqsədi yalnız mənim razılığım olsa onu sevərəm. Qaranlıq gecələrdə və sakit gündüzlərdə onunla minacat edərəm.”3 Yəni bəndə elə tərzdə söhbət
edir ki, Allahın onunla danışdığını anlayır. Lakin heç bir şəxs bu rabitədən xəbər tutmur. Bu növ rabitə Allahın bəndə ilə minacatı adlanır.
Maraqlıdır ki, duanın üçüncü hissəsində əvvəlki iki hissədən fərqli olaraq "minacatımı eşit” yox, "minacat edərkən mənə nəzər sal” deyilir. Bu işin səbəbi odur ki, minacat və xüsusi söhbət zamanı qarşı tərəfin tam diqqət etməsi lazımdır. Qarşı tərəf tam diqqət etmədikdə nəzərdə tutulan hədəf hasil olmur. Demək olar ki, minacatda yalnız xüsusi şəkildə söhbət etmək əsasdır. Söhbətin nə mövzuda olması o qədər də əhəmiyyətli deyil. Başqa sözlə, məhbubla ünsiyyət yaratmaq mühümd&¨r. Əgər məhbub lütf etməyib üz çevirsə nəzərdə tutulmuş məqsəd hasil olmur.
Demək, insan istəsə də, istəməsə də Allah onun sözlərini eşidir. Lakin Allahın lütf edib insanı dinləməsi, ona nəzər salması mühümdür. Onun istəklərinin Allah tərəfindən qəbul olunması sonrakı mərhələyə aiddir. Necə ki, bəzi minacatlarda qəti surətdə Allahdan heç nə istənilmir. Məsələn, insan "ilahi əgər məni min dəfə cəhənnəmə atıb yandırsan qəlbimdən məhəbbətin xaric olmayacaq”— deyərkən Allahdan heç bir şey istəmir. Bu sözlər yalnız sevgi bildirən kəlmələrdir. İnsan bu sözlərlə istəyir ki, Allah onu dinləsin və ona lütf etsin. Eşitməklə bağlı qeyd olunan üç məna arasında (elm, diqqət və qəbulolma) ikinci məna, yəni "diqqət” daha münasibdir.
"Şəbaniyyə” və sair minacatlara bu növ dua ilə başlanılması əslində bəndələrə dua qaydalarına riayət etməyi və Allahla söhbətə layiq olmağı öyrədir: eyni zamanda insanlara öyrədilir ki, Allahdan onlara minnət qoyub hacətlərinə nəzər salmasını istəsinlər. Çünki günahlar onların abırını aparmış və Allahın nəzər
salmasına mane olmuşdur. Bir duada oxuyuruq: "...İlahi, günahlarım çöhrəmi pisləşdirib, dualarımın qarşısını alıb, mənimlə sənin aranı kəsmiş və səsimin sənə çatmamasına səbəb olmuşdur... İndi isə mən sənə doğru yol axtararaq insanların ən sevimlisi, ən əzizi və ən layiqlisinin vasitəsi ilə sənə yaxınlaşmaq istəyirəm...”
Xatırlatmalıyıq ki, tövbə üçün də ləyaqətimiz yoxdur. Gərək ilahi övliyaların vasitəçiliyi ilə ləyaqətli tövbə edək.
Minacatın salavatla başlanmasından belə bir məna anlaşılır ki, hətta günahların bağışlanmasını istəmək üçün ləyaqətli olmalıyıq. Allahın tövbələrimizi qəbul etməsi üçün Onun sevimli bəndəsinin adını çəkməklə tövbəyə layiq oluruq. Dua zamanı bu növ ədəb nümayişi daha çox qəlb iştirakına səbəb olur və insanın duasının dəyərini artırır. Əgər bir şəxs hədiyyə gətirdiyi gül dəstəsini evin bir küncünə atarsa, hədiyyənin dəyəri azalar. Lakin təvazökarcasına gül dəstəsini təqdim edərsə, hədiyyənin dəyəri yüksələr. Adi halda bağça və ya bazarda gül dəstələri ucuz və boldur! Hansı qaydada ədəb nümayiş etdirmək lazım olduğunu bilmədiyimiz üçün ilahi övliyalar ədəb qaydalarını bizə öyrətmişlər. Beləliklə, naqis düşüncəmizlə özümüzdən cümlələr icad etməyə ehtiyac yoxdur. Yalnız nəql olunmuş cümlələr barəsində azca düşünməli, sonra həmin cümlələri ədəblə ilahi dərgaha ərz etməliyik.
Əgər insan Allahın ona etina göstərmədiyini və onun sözlərinə diqqət etmədiyini təsəvvür edərsə, heç zaman söhbət və raz-niyaz alınmaz. Buna görə Allahdan istəyirik: "İlahi, sözlərimi dinlə və xüsusi lütflə mənə nəzər sal! İlahi, sənə doğru qaçdım.” Sanki insanı hədələyən düşmənlər var; O düşmənlərinin çəngindən qaçıb, onların hərəkət etdiyi istiqamətin əksinə sürətlə getmək istəyir.
İndi isə çəngindən qaçıb, Allaha sığındığımız düşmənlərin kim olduğuna nəzər salmalıyıq. Şübhəsiz, Allah cisim deyil ki, O bir istiqamətdə, düşmən də ayrı bir istiqamətdə dursun! Bu ruhi və mənəvi qaçışdır. Demək, Allaha əks tərəf insanı süquta aparır. Ondan qaçıb-qurtulmaq isə insanı ucaldır. Bizi Allahla müxalif tərəfə çəkib süquta aparmaq istəyən amillər var. Yerin cazibəsindən çıxan peyklər kimi güclü olub, müxalif qüvvədən qaçıb, ayrı bir fəzada Allaha doğru hərəkət etməliyik.
(Qurani-kərim geniş bir biyaban səhnəsini canlandırır: Bu çöldə müəyyən yol yoxdur və xüsusi amillər insanı gicəltmək istəyir. Əlbəttə, şəxsin bəzi dostları var. Onlar bu şəxsi öz yanlarına çağırırlar. Lakin insan bu amillər tərəfindən çaşdırıldığı üçün dostların dəvətini qəbul edə bilmir.4 Qurani-kərim başqa bir yerdə belə buyurur: "Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.”5 (Quranın bu növ təşbehləri insanın süqutunu göstərir.)
Əlbəttə, bütün mərhələlərdə müxalif qüvvələrin sayı artır və bu qüvvələrin cazibəsi güclənir. Necə ki, tələbələr hər il fərqli və çətin imtahanlarla üzləşirlər! Biz də ilk mərhələdə vaciblər və haramlarla üzləşirik. Sonrakı mərhələlərdə vaciblər və haramların müəyyən edilməsi çətinləşir. Hətta bəzən insan vaciblə haramı ayırd edə bilmir və ya hansısa bir əməlin vacib, yoxsa haram olmasında şübhəyə düşür.
İbtidai siniflər üçün sadə imtahanlar, məktəbi qurtarmaqda olan şagirdlər üçün isə mürəkkəb riyazi düsturlar və başqa çətin suallar təyin edilmişdir. İnsanlar üçün həyatda da müxtəlif mərhələlər və imtahanlar mövcuddur; müvəffəq olmaq üçün kitab və sünnə ilə tanışlıq lazımdır!


Şərhlər: 15
Baxılıb: 1028
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox gozel melumatdi
11 mart 2015 02:05
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lili)
men her zaman ureyimde edirem duami sesim cixmir
23 fevral 2015 08:54
# 14
EsmaNur
tesekkür Allah razi olsun
22 fevral 2015 21:26
# 13
ʚɞღ..Sultanım..ღʚɞ
Tesekkur xebere gore..Allah razi olsun..
22 fevral 2015 21:19
# 12
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
SENSİZ
allah her kesin duasini qebul etsin
22 fevral 2015 21:17
# 11
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Qlamurr
Hər nə şəkildə olur olsun,fərqi yoxdu səsli,səssiz əsas odur ki,dua edək,Rəbbimizdən istəyək...Müəllifə təşəkkür...
22 fevral 2015 18:04
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
efsane..
Allah haqq yoldan ayirmasin her kese hidayet nesib etsin gozel yazidi Allah razi olsun
22 fevral 2015 17:30
# 9
leyla_258
ALLAHIM dualarimiZI qebul eT amin
ALLAHIM SEN BOYUKSEN ALLLAHIM,SEN BOYUKSEN,.........
22 fevral 2015 17:15
# 8
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
rəmsə
Sözün düzü duanın nə olduğunu bilirdim nidanı yox.
Allah razı olsun.xəbərə görə
22 fevral 2015 15:26
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Madina
Maraqli xeber idi,twk
22 fevral 2015 14:38
# 6
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
qanadli melek
Allah her kesin dualarini qebul etsin
22 fevral 2015 14:05
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
gulunnn
Her zaman elimi acib dua edirem Allahin varliqina inanib dualarini ewitdiyine inanib min wukur Allah her birimizin dualarini qebul etsin amin
22 fevral 2015 12:45
# 4
Fialka
Allah hər kəsin duaların qəbul etsin ... xəbərə görə Allah razı olsun
22 fevral 2015 11:38
# 3
AYKA-ISI
Allah her kesin duasini qebul edib ehv elesin
22 fevral 2015 11:36
# 2
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
BARBI
Rebbim her kesin gunahlarini bagislasin dualarini qebul etsin
22 fevral 2015 11:10
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz