Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allahın yaratdığı möcüzələr
Allahın yaratdığı möcüzələr
Göndərən: Wiyinka
Şərhlər: 18
Baxılıb: 1181
Səs ver:
"Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Bunların hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır)” (Hud, 6).

Bir nəfərin gözəl bağı vardı. Öz bağını çox sevir, ona qulluq etməkdən zövq alırdı. Bağın çox hissəsini üzüm tənəkləri təşkil edirdi. Bu adam tənəkləri vaxtında budayar, dərmanlayar, məhsul zay olmasın deyə talvar düzəldərdi. Özü dindar idi. Hərdən balaca oğlu da oynaya-oynaya onun yanına gələr, gördüyü işi diqqətlə izləyər, bəzən sual verərdi. Verdiyi sualların bir qismi də belə olardı: "Ata, filan şeyi kim yaradıb?” "Filan şey kimindir?” Ata da bir qayda olaraq cavab verərdi: "Allah yaradıb, oğlum. Hər şeyi Allah yaradıb”. "Hər şey Allahındır, oğlum. Biz də Allahınıq, gördüyün hər şey Onundur, Amma bəzi şeyləri Allah yaradıb və bizə verib ki, istifadə edək”.

Bir gün ata yenə bağda işləyirdi. Hələ talvar düzəltməyə macal tapmadığı üzüm tənəklərindən birinə yaxınlaşanda gözlərinə inanmadı. Tənəkdəki iri üzüm salxımları pis gündə idi. Kimsə üzüm gilələrini qırıb yerə tökmüşdü. Tənəyin dibi yarı yeyilmiş üzüm gilələri ilə örtülmüşdü.

Adam çox qəzəbləndi. Hirsini saxlaya bilməyib qışqırdı: "Kim bu üzümləri zay eləyib? Əlimə keçsə, onun dərisini üzəcəyəm”. Səsə oğlu yaxınlaşdı. O da atasını qəzəbləndirən "günahkar”ın kim olmasını görmək istəyirdi. Axı, atası heç vaxt boş yerə hirslənmirdi.

Adam ətrafa boylandı. Bu işi edənin hansısa heyvan ya quş olduğunu anlamışdı. İndi onu tapmaq qalırdı. Qulağına qonşu tənəkdən xışıltı səsi gəldi. Yarpaqların xışıltısı idi. Adam yaxınlaşdı. Yarpaqları aralayıb baxdı. İki tısbağanı "cinayət üstündə” yaxalamışdı. Tısbağalardan biri artıq hənirti eşidib başını qınına soxmağa macal tapsa da, o biri hələ də qabaq ayaqlarını tənəyin gövdəsinə söykəyib dikəlmiş vəziyyətdə, torpağa dəyməsinə az qalan bir üzüm salxımının gilələrini yeməkdə idi.

- Aha, tapdım sizi, ay yaramazlar!

Adam yaxına gəlib, tısbağaları yerdən qaldırdı. İndi bunlara necə cəza versin ki, hirsi soyusun? Ağlına gələn ilk fikrə uyğun hərəkəti etdi: "Siz mənim bağımın altını üstünə çevirirsiniz. Mən də sizinlə eyni rəftarı edəcəyəm”. Tısbağaları arxası üstə torpağın üstünə qoydu. Bilirdi ki, tısbağa qını üstə qalanda çevrilə bilmir və ən köməksiz vəziyyətə düşür. Bu yolla onları bir müddət cəzalandırmaq istəyirdi. "Qoy, bir neçə saat belə qalsınlar, ağılları başlarına gəlsin. Aclıqdan üzülsünlər. Sonra yenə çevirib ayaqları üstə qoyaram”.

Adam iş-gücü ilə məşğul olmağa davam etdi. Axşam qəfil aldığı xəbərlə bağı buraxıb şəhərdəki evinə qayıtmalı oldu. Bir həftə evdə olması gərəkirdi.

Bir həftə keçdi. Yenə ailəsini toplayıb bağa qayıtdı. Ağaclardan, tənəklərdən ötrü darıxmışdı. Dərhal bağın içinə çıxdı. Oğlu da qaça-qaça ona yaxınlaşdı. İlk sualı da bu oldu:

- Ata, bəs bu bağ kimindir?

- Əlbəttə, Allahındır. Amma bizim ixtiyarımıza verib ki, biz onun məhsullarından yeyək. Ona görə biz bağa qulluq edirik ki, məhsulları zay olmasın. Axı, bu Allahın bizə əmanətidir.


Oğlu daha bir sual verdi:

- Bəs, arxası üstə çevirdiyin tısbağalar kimindir? Onları da Allah bu bağla birlikdə bizə əmanət verib?

Dünya atanın başına hərləndi. Tısbağaları əvvəlki vəziyyətinə qaytarmağı unutmuşdu! Bu vəziyyətdə onlar ölümə məhkum idilər. Arxası üstə qaldıqları müddətcə nə yeyə, nə də içə biləcək, acından öləcəkdilər. Həm də quşlar bu vəziyyətdə onların bədənini dimdikləri ilə didib parçalayacaqdı. Bu zavallılar da özlərini müdafiə edə bilməzlər."Aman Allah, mən nə etdim?”

Tısbağaları qoyduğu tərəfə qaçdı. Həmin yerin üzərində, torpağa yaxın hündürlükdə bir sərçə dolaşırdı. Fikrindən bu keçdi: "Yəqin tısbağalar acından ölüb. Bu sərçə də onların çürümüş bədənini yeyir”.

Yaxına gəldi. İlahi, bu nədir? Gördüyü mənzərədən donub qaldı. Tısbağalar ölməmişdi. Onları nə vəziyyətdə qoymuşdusa, eləcə qalmışdılar. Ayaqlarını, əllərini ahəstə tərpədir, boyunlarını o tərəf-bu tərəfə döndərirdilər. "Bəs, bir həftə nə yeyiblər? Necə olub ki, acından ölməyiblər?” Gözü sərçəyə sataşdı. Sərçə dimdiyində yarpaq qırıqlarını daşıyıb, tısbağaların ağzına qoyurdu! Adam dayə kimi tısbağaları bəsləyən sərçənin işi qarçısında heyrətdə idi. Yaxın gedib tısbağaları ayaqları üstə çevirdi. Yanında duran və mənzərəni səssizsə seyr edən oğlunun saçlarını tumarlayıb, bayaqkı sualın bir qədər gecikmiş cavabını verdi:

- Əlbəttə, bu tısbağalar da Allahındır, oğlum! Allahındır, buna heç şübhən olmasın!..


Şərhlər: 18
Baxılıb: 1181
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gozel ibretli hekayedi
11 mart 2015 02:00
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
ALLAH RAZI OLSUUUUUN.......
28 fevral 2015 16:15
# 17
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Madina
Bunu oxumusdum,boyuk ibret var burada. Twk
21 fevral 2015 13:23
# 16
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Qlamurr
İbrətamiz hekayədi,həmd olsun rəbbimə canı verəndə odur,alan da....
19 fevral 2015 22:33
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ruzgargulum
Çox maraqlo hekayedi mənalidi sözləri təşəkkürlər
19 fevral 2015 21:44
# 14
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
Aysel Tatli
heyatda her weyi allah yaradib bizde yaratdiqlarina her gun wukur etmeliyik Z.Y seiri yadima dusdu bu yasil agacin ustu allahin bu yasil agacin alti bizimdir
19 fevral 2015 21:33
# 13
AYKA-ISI
maraqli hekayedi ama tekrardi twkler
19 fevral 2015 18:29
# 12
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Aydan Habili
He bunu burda oxumuşdum tezeden oxudum
19 fevral 2015 17:05
# 11
roksi1995
cox tesirli hekaye idi. ellerinize saqliq
19 fevral 2015 17:04
# 10
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
rəmsə
Oxumuşdum.Çox təsirli hekayədi.Yer üzərindəki hər bir şey Allahın bizə əmanətidir.Ona görə çox diqqətli olmalıyıq
19 fevral 2015 16:43
# 9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
ayan97
cox gozel hekayedir esas sehfi basadusmekdir ne yaxsi sagdir…)))
19 fevral 2015 16:36
# 8
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
gulunnn
Cox gozel hekayedir beyendim twk
19 fevral 2015 16:28
# 7
EsmaNur
cox gözel hekayedi tesekkür
19 fevral 2015 15:45
# 6
Nergizz
bunu oxumuwdum twkk,
19 fevral 2015 13:38
# 5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
efsane..
gozel hekayedi Allah razi olsun

gozel hekayedi Allah razi olsun
19 fevral 2015 11:53
# 4
BARBI
Cox duygulandim bu adam cox zalimdir ama oglu ona yaxsi ders verdi
19 fevral 2015 11:47
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
guler19
Estegfurullah bunlari gorub Allahi inkar edenler helede var.Allah oz sevgsin qelbimizden eskik etmesin amin
dehset cox tesirlendim oxuyanda,Allah her seye qadirdir,,Allah razi olsun heqiqetende heyat mocuzelerle doludur və REBBİMİN yaratdığı her şey gozel ve mocuzelidir.
19 fevral 2015 11:23
# 2
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
İbrətamiz hekayədi burda ikinci dəfədir oxuyuram gözlə görünən hər bir şey Allaha məxsusdur və verdiyi canı yalnız o ala bilər
19 fevral 2015 11:21
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz