Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Biz həqiqi şükür edirikmi?
Biz həqiqi şükür edirikmi?
Göndərən: acisko
Şərhlər: 17
Baxılıb: 948
Səs ver:
Heç bir şübhə yoxdur ki, İlahi verdiyi nemətlərə görə bizim şükr etməyimizə ehtiyac duymur. Və əgər şükr etməyi tövsiyə edibsə də, o da bir ali tərbiyə məktəbi deməkdir.

Əsas odur ki, görək şükrün həqiqətini başa düşürük yoxsa, yox?
Şükrün həqiqəti təkcə dildə "Əlhəmdulilləh" demək deyildir. Şükr etmək üç mərhələdən ibarətdir. Birinci mərhələdə diqqətlə bu nemətləri verənin kim olduğu haqqında düşünək. Bu diqqət, iman və məlumat şükrün birinci mərhələsidir. Və ondan sonra dil mərhələsi gəlir. Yəni şükrü dilimizə gətirək. Lakin ondan ali mərhələ əməl mərhələsidir. Əməli şükr odur ki, düzgün fikirləşib, hər bir nemətin bizə nə məqsəd üçün verildiyini başa düşək və bu şükrü əməldə həyata keçirək.

Biz həqiqi şükür edirikmi?
Siz nə vaxtsa, Allahın bizə verdiyi nemətlər haqqında heç fikirləşmisinizmi? Niyə Allah bizə göz verib və ya niyə eşidirik və danışa bilirik? Görəsən ona görədirmi ki, bu dünyada İlahinin əzəmətini görək və həyat yolunu tanıyaq və bu yolda təkamülə addım ataq? Haqqı dərk edək və batillə mübarizə aparaq? Bu suallar haqqında düşünməyə dəyər.
Əgər İlahinin verdiyi bu böyük nemətləri haqq və ədalət yolunda istifadə etmişiksə, bu əməli şükürdür. Və əgər bizim xarakterimizdə qürur, özünəpərəstlik, qəflət yaranarsa, bu Allahdan uzaqlaşmaq və eynilə küfr aparmış olar.

Biz həqiqi şükür edirikmi?
Şükrü belə də izah edə bilərik ki, bu – varlığın ixtiyarında olan nemətlərdən öz inkişafı yolunda istifadə etməsidir. Məsələn, təsəvvür edin ki, bir bağban bağın müəyyən bir yerində yaxşı yarpaq açan, meyvə gəritən ağaclara daha çox diqqət edir, görür ki, bu ağaclar da onun səylərinin qarşılığını veririlər – nə qədər çox qulluq etsə, bir o qədər çox meyvə verirlər. Və bu o deməkdir ki, bu ağaclar ona olan bu diqqət və şəfqətlərə, bağbanın sevgisinə layiqdirlər. Lakin bağın başqa tərəfində bəzi ağaclar vardır ki, büzüşmüş və az yarpaqlı, gülsüz, kölgəsizdirlər və bu nemətlərə küfr etmək səbəb olacaqdır ki, bağban onlara qarşı az meyl və diqqət göstərsin. Və bu vəziyyət davam edənə qədər də belə olacaqdır. Onlar münbit torpaq, gübrə və suvarmalara baxmayaraq, nə meyvə vermiş, nə də gül açmışdılar.

Biz həqiqi şükür edirikmi?
Həyatda insanların da vəziyyəti buna bənzəyir. Ancaq bu fərqlə ki, ağacın necə inkişaf edəcəyinə ixtiyarı yoxdur və onların inkişafı təbii şəraitdən çox asılıdır. Amma insanlar iradə, ixtiyar, şəriət təlim və tərbiyyəsindən istifadə edərək düz yola qədəm qoya bilərlər və onlara verilən nemətlərdən düzgün bəhrələnə bilərlər.

Həzrət Əli (ə) «Nəhcül-Bəlağə»də buyurur: "O vaxt ki, Allah neməti sizə verir, çalışın ki, şükrlə qalan nemətləri də özünüzə cəlb edəsiniz, nəinki az şükr etməklə onları özünüzdən uzaqlaşdırasınız".

Bu mövzuya da diqqət edək ki, nemətlərə görə təkcə Allahdan təşəkkür etmək kifayət deyildir. O nemətlərə çatmağa kömək edənlərə də təşəkkür etmək lazımdır ki, bu yolla onların zəhmətinə qarşılıq vermiş olarsan və onları xeyr işlər görməyə təşviq edəsən. İmam Əli ibn Hüseyndən (ə) gələn bir hədisdə deyilir: "Qiyamət günü olanda Allah bəzi bəndələrinə deyəcək: "Filan şəxsə təşəkkür etmisən?". O da deyəcək: «Pərvərdigara! Mən Sənin şükrünü yerinə yetirdim». Sonra İmam (ə) buyurdu: "Sizlərdən ən çox şükr edənləriniz o kəslərdir ki, hamıdan çox insanların şükrünü (təşəkkürünü) yerinə yetirir".

Biz həqiqi şükür edirikmi?
İlahi şükr edənlərə nemətlərini artırmağı vəd edib. Bu o demək deyil ki, onlara təkcə yeni maddi nemətlər verəcəkdir. Əslində elə şükr etmək bacarığı, Allaha olan xüsusi diqqət və o müqəddəs varlığa hiss etdiyimiz eşq özü bir böyük nemətdir ki, insan nəfsini tərbiyə edir və onları İlahi tövsiyələrə itaət etməyə sövq edir. Bəlkə də şükr Allahı daha çox tanımaq yoludur?

Beləliklə bu nəticəyə gələ bilərik ki, o kəs ki, ixtiyarında olan nemətlərdən qüdrət əldə etmək, zülm etmək yolunda istifadə edərsə, deməli bu nemətlərə layiq deyildir. Ancaq o kəs ki, bunlardan haqqı və ədaləti icra etmək yolunda istifadə edərsə, deməli o, bu nemətlərə həqiqətən də layiqdir. Və çalışaq ki, həyatda əməli şükr edib, ilahi nemətlərindən daha çox bəhrələnək! Amin!


Şərhlər: 17
Baxılıb: 948
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Sitat: Gunesli
sukurler olsun ilahi sene bizleri yaratdin ve her sey bexs etdin

Wukur Allaha
23 aprel 2016 19:14
# 17
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
Rebbimin sukur eden qullarindan olaq insallah
11 mart 2015 01:53
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Bestoş
yawamagimiz ucun wukur etmeliyik
17 fevral 2015 10:52
# 15
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Gunesli
sukurler olsun ilahi sene bizleri yaratdin ve her sey bexs etdin
16 fevral 2015 22:58
# 14
leyla_258
bu sualin cavabini inanin mende bilmirem.......
16 fevral 2015 16:15
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Madina
Her zaman dilimiz shukurde olmalidir.
15 fevral 2015 22:53
# 12
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
my_angel
Sitat: Svetoklana
Vəziyyetden asılı olmayaraq yaradana şükür etmeyi bacarmalıyıq...

Bəli.Hər halımıza şükr etməliyik.Nə olursa olsun şükr etməyi bilməliyik,bacarmalıyıq.Mən bəzən hər şeydən bezirəm usanıram , amma yenə də şükr etməliyəm başqa nə çarə?ALLAH 1000 dərd verirsə 1001 dərman verir.Unutmayaq,unutdurmayaq.....)))))
15 fevral 2015 17:34
# 11
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Qlamurr
Biz insanlar Rəbbimin yaratdığı ən ali varlığıq,rəbbimin də bizim şükrümüzə ehtiyacı yoxdu,sadəcə biz insanlar bizə verilənə dəyər verib də,verənə şükür etməliyik,şükür etmək ruzini artırır,hər günümüzə şükür etməliyik....müəllifə təşəkkür...
15 fevral 2015 17:19
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
svetlanka tam raziyam sizinle
15 fevral 2015 15:59
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
rəmsə
Allah şükr etməyi bacaranlardan etsin cümləmizi.Amindua
15 fevral 2015 13:19
# 8
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
aynur2002
Hər namazimda Allah sukur edirem.
15 fevral 2015 13:05
# 7
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
BARBI
Her zaman rebbimin verdiklerine sukur etmisem
15 fevral 2015 11:58
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
adsiz-a
hər qünmüza min şükür,Allaha min şükür
15 fevral 2015 11:54
# 5
emis
yatib qalxanda gunume min sukr edirem
15 fevral 2015 11:47
# 4
Ayselina
Bu günümüzə min şükür..tşk maraqlı xəbər görə
15 fevral 2015 11:38
# 3
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
efsane..
Allah gozelce sukur edenlerden etsin
15 fevral 2015 11:32
# 2
Fialka
Allahın verdiyi hər nemətə şükr etmək lazımdır hər nəfəs alışına hər açılan sabahına min şükür olsun
15 fevral 2015 11:11
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz