Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Din nəyə lazımdır?
Din nəyə lazımdır?
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 1090
Səs ver:
Dini inancı olmayanlar həmişə bu sualı verirlər: Din olmasa insan olmaq olmur? Vicdanlı olmaq bəs etmir? Dindar olmaqla nə dəyişir?
Din əxlaqını yaşamaq fərqli anlayışdır. İnanc insanın geyimi, həyat tərzi (lüks və ya sadə həyat tərzi sürməsi), özünə müəyyən məhdudiyyətlər qoyması ilə ölçülən anlayış deyil. İnanclı, dindar olmaq son ilahi kitab olan Quranın öyrətdiyi gözəl əxlaqa yiyələnmək deməkdir. Bəs Quranın bizə öyrətdiyi əxlaq nə ilə seçilir? Quran bir insana sahib ola biləcəyi ən gözəl xüsusiyyətləri öyrədir. Gözəl əxlaqa aid bəzi Quran ayələri:
1. Qəzəbini boğmaq
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. (Ali-İmran surəsi, 134)
2. Səsini qaldırmamaq
Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir. (Loğman surəsi, 19)
3. Ən gözəl üslubda danışmaq
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. (İsra surəsi, 53)
4. Təmiz geyinmək və yemək
Geyimini təmiz saxla! Pis şeyləri tərk et! ” (Müddəssir surəsi, 1-5)
"Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” (Əraf surəsi, 160)
5. Yalan danışmamaq
… yalan sözlərdən də çəkinin. (Həcc surəsi, 30)
6. Ana-ataya qarşı mərhəmətli olmaq
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. (Əhqaf surəsi, 15)
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. (Loğman surəsi ,14)
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! (İsra surəsi, 23)
7. Ədalətli olmaq
Ey iman gətirənlər, hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin. (Nisa surəsi, 135)
Quranın gözəl əxlaqa aid hökmlərinin siyahısını uzatmaq mümkündür. Yəni bir insan vicdanən öz davranışlarında gözəl əxlaq göstərə bilər. Məsələn, ətrafındakı insanlara qarşı nəzakətli davranar. Lakin Quran əxlaqına baxanda sadəcə nəzakətli olmağın deyil, ən gözəl sözlü, ən mərhəmətli, ən anlayışlı olmağın daha üstün olduğunu görürük.
Məsələyə bir də din olmayan yöndən baxaq. Cahiliyyə cəmiyyətində insanların səbri "səbir kasası daşana kimi”dir. İncə düşüncəli, mülayim xarakterli olmaq axmaqlıqdır, gözəl görünmək isə özünü kiməsə göstərməkdir və s…
Bu məsələnin bir də darvinist, ateist-kommunist cəhəti var. Bəzi fikirlərə nəzər salaq:
1.İnsan inkişaf etmiş heyvan növüdür. Digər heyvanlardan yeganə fərqi isə içində olduğu şərtlərin onu bir az "əhlilləşdirməsidir”. İnsanla heyvan arasında bundan başqa fərq yoxdur.
2. İstər təbiətdə, istərsə də insan cəmiyyətlərində dəyişməyən tək qayda "qarşıdurma”dır. Qarşıdurma bir-birilə üst-üstə düşən mənfəətlər səbəbindən yaranır. Qarşıdurma nəticəsində bir tərəfin məğlub olması, əzab çəkməsi, ölməsi çox təbii və hətta vacibdir.
3. Bu səbəbdən, inkişafın reallaşması, məsələn kommunistlərə görə "kommunist inqilab”ın yaşanması üçün çox sayda insanın ölməsi, əzab çəkməsi, işgəncəyə məruz qalması qaçınılmazdır və hətta lazımlıdır.
Leninin ən böyük köməkçisi və kommunist ideologiyanın nəzəriyyəçisi Trotski: İnsan nədir? Hələ tam şəkildə mövcud olan canlı deyil. Hələ bacarıqsız varlıqdır. Heyvan olaraq insan planlı şəkildə deyil, spontan şəkildə təkamülləşmiş və onda bir çox ziddiyyətlər inkişaf etmişdir. (Orlando Figes, A People’s Tragedy, A History Of The Russian Revolution, s. 734)
Mussolini: Qadın boyun əyməlidir. Onun analiz gücü olsa da, sintez gücü yoxdur. Qadın nə vaxtsa arxitektura əsəri yaradıbmı? Məbəddən danışmıram, qadından daxma qurmasını istəyin, öhdəsindən gələ bilməyəcək. (Maria a. Macciocchi, Faşizmin Analizi , s. 126)
İnsana inkisaf etmiş heyvan kimi baxan bir düşüncədə isə hər hansı əxlaqi meyarlardan bəhs etmək mənasızdır.
Bu yazıda bəhs etdiyim sırf Qurana əsaslanan gözəl əxlaqdır. Bura saxta hədisləri və xurafatları daxil etmirəm. Bizim yolgöstəricimiz Qurandır və Quran əxlaqını özündə ən gözəl şəkildə əks etdirən son peyğəmbər hz.Muhamməddir (səv). Hansı ki, müşriklər belə əmanətlərini rahatlıqla ona təslim edir və ona Əmin deyirdilər. Ətrafındakılara qarşı mərhəmətlı davranışı bu ayədə ən gözəl şəkildə təsvir olunub:
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. (Ali-İmran surəsi, 159)
Quran bizə ən gözəl əxlaqı öyrədir, ən gözəl xüsusiyyətlərə sahib insan olmağı, təmizliyi, gözəlliyi, bağışlamağı, mərhəməti və sevgini öyrədir.
Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir … (İsra surəsi, 9)
Aysel Vəlizadə



Şərhlər: 17
Baxılıb: 1090
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbim rehm etsin insallah
11 mart 2015 01:06
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
gulunnn
qurban olum qurana
31 yanvar 2015 23:13
# 16
Madina
Dine emel etmeyib oz nefsleri ile heyat surenler ucuruma yuvarlanirlar.

Dine emel etmeyib oz nefsleri ile heyat surenler ucuruma yuvarlanirlar.
31 yanvar 2015 22:33
# 15
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
ayan97
Allah razi olsun.
31 yanvar 2015 18:41
# 14
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
lili)
Sitat: Qlamurr
Müqəddəs kitabımız düşünürəm ki,biz müsəlmanlar üçün rəbbimin bir hədiyyəsidir,ən əsası əxlaq,dəvət kitabıdır,bu qədər gözəl,təmiz,əxlaqi fikirlər aşılayır...insanları düzgün yola dəvət edir..Gənclərimiz,yeniyetmələrimiz oxuyub da həyatlarına,yaşamlarına tətbiq etməklə,həm özlərinə düzgün istiqamət seçmiş olurlar....Həm də Rəbbimin sevgisini....Xəbərə görə müəllifə təşəkkür.

raziyam sizinle yazmaq isdediklerimi yazmisiz
31 yanvar 2015 18:07
# 13
Gulu-Qezi
DUZDU TEWEKKUR ALLAH RAZI OLSUN
31 yanvar 2015 17:45
# 12
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
rəmsə
Düzdü,həqiqətən də Quran insanları ən doğru yola yönəldir
31 yanvar 2015 17:42
# 11
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
isveç.de
Allah razi olsun sizdən belə xəbərlərdən çox xoşum gəlir.
31 yanvar 2015 17:21
# 10
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
EsmaNur
Allah razi olsun
31 yanvar 2015 16:30
# 9
SEVGI DENIZIM
Allah razi olsun
31 yanvar 2015 15:10
# 8
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
sona
Qurano Kerim Allahimizin boze beweriyyata en boyuk hediyesidi. Dinin gozellikleri elmin acari her bir wey var orda. Quran oxuyam insaN Allahi taniyan insam pis emellerden cekiner haqqa siginar. Gozel xeber idivtewekkur
31 yanvar 2015 14:09
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Tomris Müslümova
cox ela xeberdi allah razi olsun
31 yanvar 2015 13:04
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aziz a
ALLAHIM Quran vasitesile oz bendelerini , gozel emellere, gozel dine , exlaqa, yaxsiliq etmeye, , pisliklerden cekinmeye,hormete, sedaqete ve s ve s gozel xususiyyetlere sesleyir......
31 yanvar 2015 12:57
# 5
Qelbim doludu !!!!
medine yusif
Insanin imanli teqvali olmasi cox gozel bir hissdir.mencede Quran Allahin beweriyyete boyuk hediyyesi lutfudur.cunki o muqeddes kitabin butun dovrlere wamil olunasi heqiqetleri movcuddur.insan gerek sebrli rehmli merhemetli saygili olsun. Insan pis emel ederken Allahi yada salib emelinnen utansin el ceksin.bizim hele bu heyatda oyreneceyimiz cox weyler varen duwunurem ki Allah qarwisinda 100/1 borcumu uerine yetirmiwem.inwallah Allahu Teala izin omur verer ki biz onun huzuruna alni aciq gede bilek.inwallah tovbelerimizi qebul edib gunahlarimizi bagiwlayar Amin
31 yanvar 2015 12:45
# 4
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
Qlamurr
Müqəddəs kitabımız düşünürəm ki,biz müsəlmanlar üçün rəbbimin bir hədiyyəsidir,ən əsası əxlaq,dəvət kitabıdır,bu qədər gözəl,təmiz,əxlaqi fikirlər aşılayır...insanları düzgün yola dəvət edir..Gənclərimiz,yeniyetmələrimiz oxuyub da həyatlarına,yaşamlarına tətbiq etməklə,həm özlərinə düzgün istiqamət seçmiş olurlar....Həm də Rəbbimin sevgisini....Xəbərə görə müəllifə təşəkkür.
31 yanvar 2015 11:36
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Dinin bir cox gozellikleri var insallah her kese bu gozellikleri dadmaq nesib olar
31 yanvar 2015 11:26
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Quran bizə ən gözəl əxlaqı öyrədir, ən gözəl xüsusiyyətlərə sahib insan olmağı, təmizliyi, gözəlliyi, bağışlamağı, mərhəməti və sevgini öyrədir.
Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir …
Allah razı olsun dininə həqiqətən bağlı olmaq çox gözəldi oxuyarkən insan dinimizin necə gözəl olduğunu anlayır insan Allah hər birimizə yar olsun
31 yanvar 2015 11:24
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz